Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

26 

 

ki,onun formalaşması prosesində fəal iştirak edə bilsin.Bunun üçün ilk növbədə milli 



iqtisadiyyat haqqında aydın təsəvvürə malik olmaq lazımdır.  

       Milli  iqtisadiyyat  müəyyən  xalqa,millətə  məxsus  olub  onun  mənafelərini  ifadə 

edən,hüdudları  dövlət  sərhədləri  ilə  məhdudlaşan,özünün  maddi-texniki  əsası,müna- 

bətlər  sistemi.təsərrüfat  mexanizmi  və  idarəetmə  strukturları  olan  sosial-iqtisadi 

orqanizmdir.Lakin  o,öz  mahiyyətinə  görə  sırf  milli  ola  bilməz  və  başqa  ölkələrdə 

artıq  mövcud  olan  iqtisadi  sistemlədən  birinin  modelinə  uyğun  olmaqla  yanaşı 

özünün spesifikliyi və milli dəyərləri ilə fərqlənir. 

      Ölkənin  milli  iqtisadiyyatı  da  əhalinin  mallara  və  xidmətlərə  tələbatı  ilə  həmçin 

təlabatın  ödənilməsində  iştirak  edən  milli  istehsal  resurslsrıarasındakı  uyğunsuzluğu 

aradan  qaldırmalıdır.Milli  istesal  resursları  dedikdə  isə  ölkə  daxilində  və  xaricində 

yalnız  dövlətə,milli  sahibkara  məxsus  istehsal  amillərinin  məcmusu  başa  düşülür. 

Milli  istehsal  resursları  ilə  ölkədə  daxili  milli  məhsul  yaradılır.  Daxili  milli  məhsul 

milli iqtisadiyyatın ümumiləşdirilmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur. 

     İqtisadiyyatin  müstəqil milli əsaslarının yaradılmasnda dörd əsas zruri şərtə: ərazi 

birliyinə,ərazi  əmək  ölgüsünə,iqtisadi  birliyə,istehsalın  kompleks  inkişafına  əməl 

olunmalıdır. 

      Ərazi birliyi hər bir müstəqil dövlətin zəruri atributudur.Ərazisinin bütövlüyü,sər- 

hədlərinin  toxunulmazlığı  qorunmalı,inzibati-ərazi  vahidliyi,müstəqil  beynəlxalq 

subyekt kimi dünya ərazisində yeri müəyyənləşdirilməlidir.Əks halda nəinki milli iq-

tisadiyyatdan ,heç müstəqil dövlətçilikdən belə danışmaq olmaz.    

      Ərazi  əmək  bölgüsü  ölkənin  təbii,coğrafi,iqtisadi  vəsair  potensialınıa  uyğun 

istehsal  resurslarının  ərazi  üzrə  ölüsüdür.ərazi  çərçivəsində  müstəqil  məhsuldar 

qüvvələr ya-radıb məqsədəuyğun yerləşdirilməsidir. 

      İqtisadi birlik daha həledici amil olub ölkənin ayrı-ayrı əraziləri arasında qarşılıqlı 

əlaqələrinin  interqrasiyasıdır.İqtisadiyyatın  bütövlüyü,tamlığı,onun  daxilindəki  ərazi 



27 

 

əmək bölgülərini əhatə edur.Qarşılıqlı əlaqədə olan hər bir ərazi əmək bölgüsü müəy-



yən bölgə,inzibati ərazi vahidi kimi milli iqtisadiyyatın ayrılmaz tərkib hissələridir.  

      Ayrılıqda  götürülən  hər  bir  bölgə  özünəməxsus  iqlimə,təbii  ehtuyata,iqtisadi 

potensiala,tarixi  ənənələrə,miqyasa,inkişaf  səviyyəsinə  mlikdir.Böləglər  iqtisadi 

cəhətdən  bir-birinin  eyni,təkrarı  deyil  və  ola  da  bilməz.Təbii,iqtisadi  və  əmək  ehti-

yatlarına  əsaslanan  ərazi  əmək  bölgüsünün  prinsiplərinəuyğun  qurulan  rayonlaşma  

və bölgələşmə milli iqtisadiyyatın formalaşmasını zəruri edir. 

     İstehsalın  kompleks  inkişafı  tələbi  ölkənin  iqtisadi  birliyindən  irəli  gəlsə  də  ,hər 

halda  milli  iqtisadiyyatın  formalaşmasınına  birbaşa  təsir  edə  bilir.Məhsuldar  qüvvə- 

lərin  inzibati-ərazi  vahidi  üzrə  yerlə təbii  iqlim,iqtisadi-sosial zəminə  uyğun optimal 

yerləşdirilməsilə  milli  iqtisadiyyatin  əsaslarını  yaratmaq  olur.İqtisadiyyatin  milli 

əsaslarını  isə  milli  məhsuldar  qüvvələrin  fəaliyyəti  nəticəsi  olan  milli  istehsal  təşkil 

edir. 


     Burada  ərazidə  istehsalın  kompleksliyi,bütövlüyü.təkrar  istehsalın  dövriyyələri, 

onların  mərhələləri  və  aralarındakı  əlaqələrin  sıxlığı  əsasdır.İstehsal  sahələri  əlaqə-

lənməli,daxili  əlaqələr  güclənməli,  yerli  ehtiyyat  və  imknlardan  tamistifadə  edilmə-

lidir.Milli  iqtisadiyyatin  əsasinda  istehsal-texnoloji  və  təsərrüfat  əlaqələrinin  kom-

pleks inkişafı əhəmiyyətli yer tutmalıdır. 

    İqtisadiyyatın  bütövlükdə  cəmiyyətin,ayrılıqda  isə  insanların  normal  həyat    

fəaliyyəti  üçün  zəruri  maddi  nemətləri  yaradan  həlledici  sahə  oldugunu  bildik.Yəni 

hər  bir  ölkənin  iqtisadiyyatı  müəyyən  inzibati-ərazi  vahidi  daxilində  vəxaricində 

insanların birgə  vəfərdi  fəaliyyətinin eləsahə  məcmusudur ki, orada  yaşayıçın  maddi 

şərtləri ya-radılır və istifadə edilir.   

Milli  iqtisadiyyatin    ümümdünya  təsərrüfatında  oynadğı  rol  və  tutduğu  yer  ilk 

növbədə  ölkənin  iqtisadi  inkişaf  səviyyəsi,dünya    bazarında  rəqabət  qabiliyyətliliyi 

ilə yanaşı onun təbii və iqtisadi potensialı həcni ilə də müəyyənləşir. 



28 

 

      Ölkənin təbii potensialı dedikdə ərazisində mövcud olan yeraltı və yerüstü sərvət-



lər,yararlı  torpaq  sahələri,  təbii-iqlim  şəraiti  və  s.  nəzərdə  tutulur.İqtisadi  potensial 

ölkədə istehsal olunan mallar və xidmətlərin həcmi,strukturu,texniki səviyyəsi, ümu-

mi  milli  məhsulun tərkibində rəqabət qabiliyyəti,məhsulların xüsusi çəkisi,ölkə daxi- 

lində və xaricində yığılmış  maddi sərvətlərin kəmiyyəti deməkdir.Ölkənin dünya ba-

zarında rəqabət qabiliyyətliliyi anlayışı altında, onun daxili milli məhsullarının dünya 

bazarında  rəqabət  apara  bilmək  bacarığı  başa  düşülür.İstər  təbii,  istərsə  də  iqtisadi 

potensialın  mövcudluğu  onların  bilavasitə  reallaşması  demək  deyildir.Başqa  sözlə, 

hər  iki  potensial  hərəkətə  gətirilib  iqtisadi  nəticə  verməsə,  iqtisadi  inkişafın  yüksək 

səviyyəsinə nail olmaq mümkün deyil. 

      Müstəqil,  milli  iqtisadi  inkişaf  yolu  ilə  gedən  ölkələrin  təbii,  maddi,  iqtisadi  po- 

tensialını  və  inkişaf  səviyyəsini  xarakterizə  edən  ən  ümümiləşdirici  milli  iqtisadi 

göstəricilər aşağıdakılar hesab edilə bilər: 

1.Milli sərvət-  ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə 

cəlb edilən təbii sərvətlərin məcmusunu özündə birləşdirir. İqtiasdi dövriyyəyə cəlb 

edilməyən,yalnız geoloji ehtiyatlar kimi bəlli olan təbii sərvətlər ölkə-nin milli 

sərvətinə daxil deyildir. Milli sərvətin artımında istehsal və elmi-texniki nailiyyət-

lərin yaratdığı bütün maddi nemətlər və cəlb olunan mövcud təbii sərvət-lərin iqtiasdi 

həyatda əhəmiyyətinə görə aşağıdakı hissələrdə olur: 

 

1).Ölkənin əsas və dövriyyə kapitalının tərkibinə ölkədə mövcud olan fəal kapi tallar  



( maşınlar, avadanlıqlar, qurğular, istehsal binaları və s ) və ilkin emala məruz qalan 

əmək cisimləri ( xammal, materiallar və s ) daxildir. 

 

2).İqtisadiyyatda mal ehtiyatlarına, əvvəla, satışa göndərmək məqsədilə istehsal və 



kommersiya firmalarının anbarlarında saxlanılan hazır mıhsul , ikincisi, fövqəladə 

vəziyyətlərdə istifadə üçün, yaxud ola biləcək disproporsiyaları aradan qaldırmaq 

üçün təyin olunan sığorta ehtiyatları və rezervlər daxildir. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə