Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   2   3   4   5   6   7   8   9   ...   24

 

olunan  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinin  məqsəd  və  vəzifələrinə 



aşağıdakıları aid etmək olar : 

1).İqtisadi sistem və onun parametrlərinin  tədqiq edilməsi 

2).Milli  iqtisadi  inkişaf  modelinin  formalaşmasında  mühüm  rol  oynayan  ayrı-ayrı 

inkişaf modellərinin  xüsusiyyətlərinin araşdırırlması. 

3).Milli  iqtisadiyyatın  inkişafına  təsir  göstərən  spesifik  amillərin  və  məqsədlərin 

aşkar edilməsi 

4).Iqtisadiyyatdakı transformasiya proseslərinin tədqiq edilməsi və.s 

    Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  İqtisadi  sahədə  keçid 

dövrünü  uğurla  başa  vuran  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinin  elmi-nəzəri 

əsaslarının  işlənməsi  üçün  ilk  növbədə  respublikanını  son  illərdə  inamla 

gerçəkləşdirdiyi  sosial  iqtisadi  islahatları  təhlil  etmək,əldə  olunan  nəzəri  –

təcrübi,fəlsəfi  qənaaətləri  ümumiləşdirmək  vacibdir.Son  illərdə  tədqiqatçılar  ,ayrı-

ayrı  alimlər,iqtisadçılar  keyfiyyətcə  yeni  mərhələdə  Azərbaycanın  milli  iqtisadi 

inkişaf  modelinin  mahiyyətini  açmağa  çalışırlar.Tədqiqatın  informasiya  bazası  , 

faktiki  materiallarının  əldə  edilməsi  mənbələri  kimi  klasik  ,neoklassik  və  digər 

iqtisadi  məktəblərin  iqtisadi  modellərlə  bağlı  mülahizələrindən,ayrı-ayrı  iqtisadçı 

alimlərin  milli  iqtisadi  inkişaf  modelinə  həsr  olunmuş  elmi  məqalələri  və.s 

elmi,ədəbiyyat və bibilioqrafik mənbələrdən istifadə olunmuşdur. 

Azərbaycan milli iqtisadi inkişaf modelinin nəzəri-metodloji əsasını “Sosial  yönümlü 

bazar iqtisadiyyatı” konsepsiyası təşkil edir. Eyni zamanda Azərbaycan milli iqtisadi 

inkişaf  modelinin  qurulmasında    induktiv,deduktiv  ,analiz-sintez  və  digər  iqtisadi 

metodlardan,statistik qruplaşdırma metodlarından istifadə   olunmuşdur. 

   Tədqiqatın  elmi  yeniliyi.    Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  ilə  bağlı 

dissertasiya  işində  iqtisadi  inkişaf  modelinin  xüsusiyyətləri  “sosial-iqtisadi  inkişaf 

modeli”  çərçivəsində tədqiq olunmuşdur. Azərbaycan milli iqtisadi inkişaf modelinin 

əsasında  sosial  dövlət  prinsipləri  durur.Bu  da  iqtisadiyyatın  sosial  yönümlü 




 

inkişafını,əhalinin  sosial  rifahının  təmin  edilməsini  ,insan  kapitalının  inkişaf 



etdirilməsini  nəzərdə  tutur.Məhz  bu  məsələlərdə  dissertasiya  işində  həm  nəzərə,həm 

praktiki yöndən tətqiq olunmuşdur. 



   Tədqiqatın  praktiki  əhəmiyyəti.    Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  üzrə 

tədqiqatlar  göstərir ki, bu  modelin praktiki əhəmiyyəti dövlətin tənzimləyici rolunun 

güclü olmasında,mülkiyyət  formalarının çoxnövlü olmasında  iqtisadi  həyatda sosial-

mənəvi  aspektlərdən  istifadə  olunmasında  innovasiyalı,diversifikasiya  olunması  və 

digər  aspektlərdə  özünü  göstərir  .Qlobal  maliyyə  böhranı  şəraitində  respublikamızın 

bu  prosesə  müqavimət  göstərməsi  dünya  dövlətlərində  maraqla  qarşılanması 

gerçəkliyi  ilə  şərtləndirilmişdir.Bu  reallığa  nəzərən  ən  müxtəlif  iqtisadi  mərkəzlər  

respublikanın  davamlı  iqtisadi  yüksəlişi  timsalında  XXI  əsrin  yeni  iqtisadi 

fenomenini  görür,Azərbaycan  modelinin  mahiyyətini  öyrənməyə  çalışırlar.  Bütün 

bunları  nəzərə  alaraq  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelindən  qlobal  maliyyə 

böhranının  mənfi  nəticələrindən  əziyyət  çəkən  ölkələrin  praktikasında,eləcə  də 

iqtisadiyyatın  ayrı-ayrı  sahələri  üzrə  proqramların  qəbul    edilməsində  istifadə  etmək 

olar. 

 

 



Giriş 

      Mövzunun aktuallığı.  Son zamanlarda dünya  iqtisadiyyatında baş vermiş dərin 

geosiyasi  və  sosial-iqtisadi  dəyişikliklər  milli  iqtisadiyyatın  inkişaf  modeli 

probleminə  marağı  artırmışdır.Baş  vermiş  dəyişikliklər  iqtisadiyyatların  bazar 

istiqamətli  formalaşmasında  köklü  islahatlarla  da  əlaqədardır.  Milli  model  milli 

təsərrüfatın bütövlüyünü formlaşdıran elementlərin məcmusu olub yerli xüsusiyyətlər 

sırasında  xalqların tarixi ənənələrini ,genetik köklərini əks etdirir.İqtisadiyyatın  milli 

modelinin 

mühüm 


cəhəti 

onun 


xüsusiyyətlərinin 

,başqa 


sözlə 

desək,özünəməxsusluğunun  səciyyələndirməsidir.Müasir  bazar  iqtisadiyyatının  milli 

modelləri bazar  mexanizmi  və dövlət tənzimlənməsinin ,xüsusi sahibkarlıq  və sosial 



 

təminatların  sintezinin    milli  əmsalları  fərqləndirilən  modellərdir.Əsas  meyarlardan 



çıxış edərək bazar iqtisadiyyatının bir sıra səciyyəvi modelləri (liberal,sosial yönümlü 

bazar  təsərrüfatı,sosial  demokratik,tənzimlənənn  kapitalizm  və.s)    mövcuddur  ki  , 

bunlar da ölkə iqtisadiyyatlarının birinin digərindən fərqlənməsini şərtləndirir. 

Azərbaycanın  inkişaf  etmiş  ölkələrin  iqtisadi    modellərinə    müraciəti  ilkin  şəraitin 

(elmi-texniki  baza,iş  qüvvəsinin  yüksək  keyfiyyəti  və.s)    mövcudluğu  ,ölkənin 

dünyanın 

inkişafının 

qabaqcıl 

meyllərinə 

inteqrasiyasının 

zəruriliyi 

ilə 


şərləndirilir.Məhz  bu  cəhətləri  nəzərə  alaraq    Azərbaycan  milli  iqtisadi  inkişaf 

modelinin formalaşmasında innovativ  inkişaf strategiyasının həyata keçirilməsi,elmi 

-  texniki,texnoloji  ,insan  potensialından  səmərəli  istifadə  olunması,iqtisadiyyatın 

strukturunun  modernləşməsi    və  davamlı  inkişafın  təmin  olunması    kimi  məsələlər 

aktualdır. 

        Tədqiqatın predmet və obyekti .  Müasir iqtisadi modellərin təhlili göstərir ki, 

Azərbaycanda ümumdünya prosesləri ilə uzlaşan , xarici ölkələrin təcrübəsini nəzərə 

alaraq  onları  yerli  şəraitlə  uyğunlaşdıran  inkişaf  strategiyası  formalaşmışdır.Ulu 

öndər Heydər Əliyevin  böyük uzaqgörənliklə müəyyənləşdirdiyi bu strategiya alman 

modelinə-sosial  yönümlü  bazar  iqtisadiyyatına  daha  çox  yaxındır.  Azərbaycan  milli 

iqtisadi  inkişaf    modelinin  səciyyəvi  cəhətlərini  xüsusi  qeyd  etmək  olar: 

Birincisi,həqiqətən  Azərbaycanda  müxtəlif  mülkiyyət  və  təsərrüfat  formalarına 

əsaslanan  qarışıq  iqtisadiyyatın  formalaşması  prosesi  gedir  və  dövlət  mülkiyyətinin 

formalarının 

səmərəli 

fəaliyyəti 

üçün 


bərabər 

təsərrüfatçılıq 

mühiti 

yaradılmışdır.İkincisi,  “standard”  bazar  iqtisadiyyatı  ölkələri  ilə  müqayisədə 



Azərbaycanda  bu  gün  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi  prosesinin  çox 

güclü  olması  ,ilk  növbədə  ,keçid  mərhələsinin  ilk  illərində  iqtisadiyyatın  böhran 

vəziyyətindən  çıxarılması,iqtisadi  artımın  təmin  edilməsi  ,iqtisadiyyatda  struktur 

dəyişikliklərinin  həyata  keçirilməsi  və  həm  daxili,həm  də  xarici  bazarda  rəqabət 

qabiliyyətli  olması  üçün  əlverişli  şərait  yaratmışdır.Üçüncü  tənzimlənmə  nəinki 

makroiqtisadi səviyyədə,həm də mikroiqtisadi səviyyədə həyata keçirilmişdir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə