Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

53 

 

AVİS-nin “Bəyannamə” altmodulunun vasitəsi ilə aidiyyatı şöbə tərəfindən vergi 



ödəyicilərinin  şəxsi  hesab  vərəqələrinə  daxil  edilir.  Yerli  xəzinədarlıq 

orqanlarından  alınan  ödəniş  sənədlərinin  şəxsi  hesab  vərəqələrinə  daxil  edilməsi 

ödənişin  təyinatından  asılı  olaraq  müvafiq  ekran  vasitəsi  ilə  həyata  keçirilir. 

“VÖEN-lər  üzrə”  ekrandan  istifadə  edilərkən  “işləm  növü”,  “ödənmə  növü”, 

“növü”, ödənişin məbləği, vergi ödəyicisinin VÖEN-i, obyekti (vergi ödəyicisinin 

obyekti olduğu halda), ödəniş sənədinin nömrəsi, xəzinə vergi kodu xanaları tam 

doldurulmalıdır.  Fiziki  şəxslərin  yol  vergisi  üzrə  şəxsi  hesab  vərəqəsində  yalnız 

şəxslər    tərəfindən  ödənilən  yol  vergiləri  əks  olunur.  Bu  vergilər  şəxsi  hesab 

vərəqələrinə  işlənilən  zaman  “İşləm  növü”  (ödəmə  və  ya  qaytarma),  “Ödənmə 

növü” (qəbz, ödəmə tapşırığı və ya rəy), ödənişin məbləği,  VÖEN-i,  (ödəyicinin 

vergi  orqanında  uçotda  olduğu  halda),  ödəyicinin  tam  adı  (ödəyicinin  vergi 

orqanında uçotda olmadığı halda), ödəniş sənədinin nömrəsi, xəzinə vergi kodu və 

maşın  nömrəsi  xanaları  tam  və  dəqiq  doldurulmalıdır.  Həmin  şəxsi  hesab 

vərəqəsində ödənişlər hesabına yaranan artıq ödəmələr proqram tərəfindən verilən 

hesablama  ilə  əvəzləşdirilir.    Daşımalar  üzrə  ödənilən  sadələşdirilmiş  vergi 

məbləğləri  şəxsi  hesab  vərəqəsinə  daxil  edilərkən  “işləm  növü”,  “ödənmə  növü”, 

“növü”, ödənişin məbləği, vergi ödəyicisinin VÖEN-i, obyekti (vergi ödəyicisinin 

obyekti olduğu halda), ödəniş sənədinin nömrəsi, xəzinə vergi kodu xanaları tam 

doldurulmalıdır  .  Bu  şəxsi  hesab  vərəqədə  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən 

ödənilmiş daşımalar üzrə sadələşdirilmiş verginin ancaq həcmi göstərilir.   

 

Hesabat ayı üzrə daxilolmalar barədə məlumatlar həm yekun, həm də hər bir 



büdcə  təsnifat  kodu  üzrə  Maliyyə  Nazirliyi  ilə  üzləşdirilməklə  müvafiq  üzləşmə 

aktı ilə təsdiq olunur.    

 

Vergi  ödəyiciciləri  tərəfindən  ödənilmiş  vəsait  məbləği  onun  şəxsi  hesab 



vərəqəsinə müvafiq sənədlərə əsasən aşağıdakı müddətlərdə mədaxil edilir: 

 



vəsaitlərin  büdcəyə  daxil  olması  barədə  xəzinədarlıq  orqanlarından  alınmış 

ösəniş  sənədlərinin  (ödəniş  tapşırığı,  sərəncam,  qəbz,  bankın  memorial 

orderi,  vəsaitlərin  büdcənin  hesabına  daxil  olması  barədə  digər  vergi 



54 

 

orqanlarının  rəsmi  məlumatları)  surətinə  əsasən  –  xəzinədarlıq  orqanından 



ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində;  

 



vəsaitlərin büdcə hesabına daxil olması barədə digər vergi orqanlarının rəsmi 

məlumatlarına əsasən – həmin məlumatların alındığı gündən sonra 1 iş günü 

ərzində; 

 



artıq ödənilmiş vergi, faiz, maliyyə sanksiyaları və digər məcburi ödənişlərin 

ödəyiciyə qaytarılmış məbləğləri barədə maliyyə (xəzinədarlıq) orqanlarının 

rəsmi məlumatlarına əsasən – həmin məlumatların alındığı gündən sonra 2 iş 

günü ərzində; 

 

artıq ödənilmiş vergi, faiz maliyyə sanksiyaları və digər məcburi ödənişlərin 



ödəyicinin digər borcları ilə əvəzləşdirilməsi zamanı – artıq ödəmənin digər 

borc  məbləğləri  ilə  əvəzləşdirilməsi  barədə  ödəyicinin  müraciəti  olduqda  2 

iş günü ərzində, digər hallarda isə ayın sonunda. Bütün ödəyicilər üzrə ayın 

sonunda artıq ödəmənin qalıq məbləği ilə əvəzləşdirilməsi qalığın yarandığı 

tarixdə həyata keçirilir;

 

 



 

artıq  ödənilmiş  vergilərin,  faizlərin,  maliyyə  sanksiyalarının  və  dövlət 

rüsumunun  ödəyiciyə  qaytarılmış  məbləğləri  barədə  xəzinədarlıq 

orqanlarının rəsmi  məlumatları  əsasında  – bu cür məlumat alındığı gündən 

sonra 2 iş günü ərzində; 

 



ödəyici  ilə  büdcə  arasında  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

aparılmış  qarşılıqlı  əvəzləşdirilmələr  barədə  protokollar  əsasında  –  həmin 

protokollar alındıqdan sonra 1 iş günü ərzində; 

 



ödənilmiş vəsaitlər barədə məlumatlar bank idarələrindən elektron məlumat 

şəklində (disketlərdə) alındıqda – elektron məlumatlar alındıqdan sonra 1 iş 

günü ərzində.

 

 



 

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə bəyannamələr üzrə 

hesablanmış  vəsaitlər  şəxsi  hesab  vərəqəsinə    Bəyənnamə  işləri  alt  sistemindəki 

Bəyannamənin  işlənilməsi  modulundan  istifadə  edilməklə  aparılır.  Hesablanmış 




55 

 

vergi məbləğləri «Əməliyyatın növü» sütununa «Hesablama», azaldımış vəsaitlərin 



məbləği isə «Azalma» kimi qeyd edilməklə şəxsi hesab vərəqəsində əks olunur. 

 

Bəyannamə  əsasında  aparılmış  əməliyyatlar  şəxsi  hesab  vərəqəsinə  vergi  



hesablamaya  əsas  verən  bəyannamənin  adı  (qısaldılmış  formada),  dövrü, 

bəyannamənin növü (cari, dəqiqləşdirilmiş və ya ləğv) kimi qeyd edilir. 

 

Bəyannamələrə  düzəliş  edildikdə  Bəyənnamə  işləri  alt  sistemindəki 



Bəyannamənin düzəlişi modulundan istifadə edilməklə aparılır. 

 

Şəxsi  hesab  vərəqəsinə  düzəliş  edilən  bəyannamənin  adı  (qısaldılmlş 



şəkildə),  dövrü,  bəyannamənin  növü,  SDB  (Səhvin  düzəlişi  bəyannaməsi)    kimi 

qeyd edilir. 

 

Kameral  vergi  yoxlamasının  nəticələri  bəyənnamə  işləri  altsistemindəki 



kameral  yoxlamalar  altmodulundakı  müvafiq  ekranlardan  istifadə  edilməklə 

aparılır.  

 

Kameral  yoxlama  nəticəsində  aparılan  əməliyyatların  nəticələri  şəxsi  hesab 



vərəqəsinə bəyannamənin adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü və 

mötərizənin içində «KYB» (Kameral yoxlama bəyannaməsi) kimi qeyd edilir. 

 

 Səyyar vergi yoxlaması və vergi orqanları tərəfindən həyata keçirilən digər 



nəzarət  işləri  nəticəsində  aparılmış  hesablamalar  həmin  əməliyyatları  həyata 

keçirən idarələr tərəfindən müvafiq modullardan istifadə edilməklə aparılır.  

 

Səyyar  vergi  yoxlamasının  nəticələri  vergi  ödəyicisinin  şəxsi  hesab 



vərəqəsinə  işlənildikdə  həmin  şəxsi  hesab  vərəqəsinə  vergi  növünün  adı, 

(qısaldılmış formada), dövrü,  bəyannamənin növü və mötərizənin içində «SYB» 

(Səyyar yoxlama bəyannaməsi) kimi qeyd edilir. 

 

 Vergi Məcəlləsində nəzərdə tutulmayan və ya AVİS-nin funksiyasında  əks 



olunmasına imkan olmayan digər ödənişlər, tətbiq edilmiş maliyyə sanksiyaları və 

inzibati  cərimələr  barədə  məlumatlar  AVİS-dən  kənar  əməliyyatların  qeyd 

edilməsi ekranından istifadə etməklə aparılır.  

 

Verginin  hesablanması  üçün  zəruri  olan  hesabat  məlumatları 



qanunvericilikdə  müəyyən  edilmiş  müddətlərdə  təqdim  edilmədikdə,  verginin 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə