çoxdur. Qeyri-dövlət sektorunda iqtisadi fəal-
lığın artması və iqtisadiyyatın şaxələn-
dirilməsi tədbirlərinin real nəticəsi kimi bu
sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin
müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi da-
xilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin
müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6
faizdən 71,1 faizə çatmışdır
»
.
Nazir sahibkarlıq subyektlərinin formalaş-
ması üçün yaradılmış münbit mühit, o cüm-
lədən sahibkarlıq fəaliyyətinə başlama üçün
sərf edilən müddətin, prosedurların və sənəd
sayının azaldılması nəticəsində
«
bir pəncərə
»
sistemi üzrə cari ilin birinci rübü ərzində 14
mindən çox sahibkar dövlət qeydiyyatına
alındığını, ötən ilin müvafiq dövrü ilə müqa-
yisədə qeydiyyatdan keçənlərin sayının 46,1
faiz artdığını, regionların sosial-iqtisadi inki-
şafı dövlət proqramlarının həyata keçirilmə-
sinin nəticəsi olaraq, 2011-ci ilin 1-ci rübündə
qeydiyyata alınmış sahibkarların 61,2 faizinin
regionların payına düşdüyünü vurğulamışdır.
O, dünya bazarlarında Azərbaycan neftinin
bir barrelinin qiymətinin 2011-ci ilin dövlət
büdcəsində nəzərdə tutulan qiyməti xeyli müd-
dətdir 80 faizdən artıq üstələdiyini və bunun
da cari ilin 1-ci rübündə dövlət və icmal büdcə
gəlirlərinin, o cümlədən Dövlət Neft Fon-
dunun gəlirlərinin artmasına şərait yaratdığını
bildirmiş və qeyd etmişdir ki, yaranmış me-
yillər nəzərə alınmaqla əhalinin real gəlir-
lərinin qorunması və rifah halının daha da
yaxşılaşdırılması məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən dövlət
və icmal büdcələrinin gəlirlərinə yenidən
baxılaraq əlavə maliyyə təminatının yaradıl-
ması tapşırığı verilmişdir və Maliyyə Nazirliyi
tərəfindən əlaqədar dövlət qurumları ilə bir-
likdə dövlət və icmal büdcələrinin dəqiqləş-
dirilməsi işlərinə başlanılmışdır.
İclasda Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev, Dövlət Sosial Müdafiə Fon-
dunun sədri Səlim Müslümov, Dövlət
Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov
cıxış etmişlər.
Prezident İlham Əliyev iclasda yekun nitqi
söyləmişdir. Ölkə iqtisadiyyatının uğurla
inkişaf etdiyini, sosial məsələlərin öz həllini
tapdığını, hər bir sahə üzrə konkret proqramlar
olduğunu vurğulayan dövlət başçısı neftin
dünya bazarlarında kəskin şəkildə bahalaşması
ilə əlaqədar inflyasiya risklərinin artdığı bir
şəraitdə makroiqtisadi sabitliyə daha da çox
diqqət göstərilməsinin vəcibliyinə toxunaraq
demişdir:
«
Biz çalışmalıyıq ki, 2011-ci ildə in-
flyasiya birrəqəmli olsun və bütün antiinflya-
siya tədbirləri daha da güclü və məqsədyönlü
şəkildə həyata keçirilsin
»
.
Ölkə rəhbəri korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin gücləndirilməsi siyasətinin
davam etdiriləcəyini də vurğulayaraq de-
mişdir:
«
Bu, bizim şüurlu seçimimizdir və
görülən tədbirlər xalq tərəfindən yüksək
qiymətləndirilir. Biz burada bir neçə amili
nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı
və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati təd-
birlər gücləndirilməlidir, cəza tədbirləri bun-
dan sonra da tətbiq olunacaqdır, ictimai
nəzarət daha da güclü olmalıdır
»
.
Dövlətimizin başçısı miqrasiya ilə bağlı
məsələlər, daxili əmək resurslarımızı müda-
fiəsi tədbirləri, kənd təsərrüfatının və
sahibkarlığın inkişafının dəstəklənməsi, ərzaq
təhlükəsizliyinin tam təmin edilməsi, ətraf
mühitin qorunması, bütün ölkədə içməli su və
kanalizasiya layihələrinin icrasının zəruriliyi,
magistral yolların və kənd yollarının tikintisi,
qazlaşdırma prosesinin gedişi, elektrik ener-
jisinin istehsalı sahəsində görülən işlər, pen-
siya islahatları barədə də ətraflı söz açmış,
qarşıda duran vəzifələri göstərmiş, onların
həlli istiqəmətində mühüm tapşırıqlar ver-
mişdir.
«
Ölkədə bütövlükdə işlər yaxşı gedir.
2011-ci ilin birinci rübünün yekunları da bunu
təsdiqləyir. Gələn aylarda, ilin sonuna qədər
biz eyni əzmkarlıqla və peşəkarlıqla işləmə-
liyik, ölkə qarşısında duran bütün vəzifələri
icra etməliyik
»
, - deyə dövlətimizin başçısı
nitqini yekunlaşdırmışdır.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
7
XƏBƏRLƏR
Aprelin 14-də «Hyatt Bakı» hotelində Avropa İttifaqının Qonşuluq Siyasəti
çərçivəsində «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası
Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsinin təqdimatı keçir-
ilmişdir. Mərasimdə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov,
Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir
Roland Kobia, Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli sə-
firi Arjen Uijterlinde, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik
Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli
Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor
Şəmsəddin Hacıyev, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq
Maliyyə Korporasiyasının nümayəndələri, dövlət qurumlarının, işgüzar dairələrin
təmsilçiləri iştirak etmişlər.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
8
«Kompyuter əsaslı audit sistemi sahəsində
Azərbaycan Respublikası Vergilər Nazirliyinə
dəstəyin göstərilməsi» Tvinninq layihəsinin
təqdimatı
TƏQDİMAT
Dostları ilə paylaş: |