Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Sistemli  islahatlann  məntiqi  ardıcıllıqla  həyata  keçirilməsi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   2   3   4   5   6   7   8   9   ...   130

MÜQƏDDİMƏ 
Sistemli  islahatlann  məntiqi  ardıcıllıqla  həyata  keçirilməsi 
real  bazar  münasibətlərinin  qərarlaşması  prosesini  əhəmiyyətli 
dərəcədə sürətləndirmişdir. Ölkədə makroiqtisadi inkişaf əyrisinin 
yüksələn  xəttlə  gedişi  təmin  edilmiş,  bütövlükdə  sosial-iqtisadi 
situasiyanın  sağlamlaşdıniması  istiqamətində  bö)dik  nailiyyətlər 
əldə  olunmuşdur.  Bununla  belə,  eyni  zamanda,  qeyd  etmək 
lazımdır  ki,  sosial-iqtisadi  inkişafla  bağlı  metaproblemin 
mahiyyətcə  yekcins  səciyyə  daşımaması,  onun  açıq-aydın  şəkildə 
müşahidə  edilən  dualizmi  və  bununla  əlaqədar  olaraq  meydana 
çıxan  təhlükəli  meyllərin  aradan  qaldırılması  zəruriliyi  mühüm 
əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Belə ki, iqtisadi artım, 
kəmiyyətcə  çoxalma  hələ  o  demək  deyildir  ki,  keçid  iqtisadiyyatı 
real  bazarın  qərarlaş-  ması  yönümündə  köklü  keyfiyyət 
dəyişikliyinə uğrayıb və sosial-iqtisadi inkişafın dayanıqlığı təmin 
olunubdur. 
Qeyd  edilən  aspektdə  ölkənin  qarşısında  duran  strateji 
məqsədlərə  çatmaq  üçün  bazar  prosesinin  bütün  dəyişənlər 
çoxluğunu  kompleks  şəkildə  nəzərə  almaq  zəruridir  ki,  bunların 
sırasında  da  inhisarizm  və  onun  davranış  tərzi  xüsusi  önəm 
daşıyır.  Belə  ki.  inhisar  yaradan  proses  və  inhisarçı  davranışla 
effektiv  mübarizəni  təşkil  etmədən"əvvəla,  real  məzmun  daşıyan 
rəqabət  mühitini  formalaşdırmaq  mümkün  olmayacaqdır  ki,  bu 
da, istər-istəməz bazann fıaskosuna gətirib çıxaracaqdır; İkincisi, 
inkişafın  dayanıqlılığı  makro  səviyyədə  sosial-iqtisadi  sabitliyin 
mövcudluğunu  tələb  edir.  Malao  sabitlik  isə,  öz  növbəsində 
mənafelərin tarazlığı üzərində real məzmun kəsb edə bilər ki, bu 
da,  birmənalı  olaraq  iqtisadi  demokratiyasız  qeyri-mümkündür. 
İqtisadi artım və iqtisadi həyatın demokratikləşdirilməsi arasında 
əlaqə  heç  bir  halda  mexaniki  səciyyə  daşımır.  İnhisar-^iqtisadi 
demokratiya  əksliyi  barışmaz  xarakterlidir.  Yəni,  inhisann 
mövcudluğu 
iqtisadi 
demokratiyanın 
ifrat 
dərəcədə 
məhdudlaşdırılması yaxud yoxluğu deməkdir; Üçüncüsü, inhisar, 
istənilən halda məcmu iqtisadi səmərəliliyin səviyyəsini aşağı salır; 
Dördüncüsü,  inhisara  qarşı  (ələlxüsus,  əcnəbi  mənşəli)  effektiv 
mübarizənin  apanimadığı  şəraitdə  ölkənin  beynəlxalq  əmək 
bölgüsü  sistemində  layiqli  yer  tutması  imkanları  kəskin  şəkildə 
məhdudlaşa bilər və s. Həmçinin, göstərmək lazımdır ki. 
 


inhisar real məzmunlu  bazarın  törəməsi olmaq etibarı ilə  təbiilik 
xassəsinə malikdir. 
Elə  problemin  qəlizliyi  də  ondadır  ki,  inhisar  yaradan 
proseslə  mübarizə  bazann  «daxili»  işlərinə  qarışmaq  anlamına 
gəlir  ki,  bunun  da  keçid  iqtisadiyyatlı  ölkələr  üçün  əlahiddə 
əhəmiyyət daşıdığı şübhəsizdir. Eyni ^manda, tədqiqatın aktuallığı 
keçid dövrünün spesifik özəllikləri fonunda antiinhisar siyasətinin 
tətbiqi  xüsusiyyətləri  ilə  də  əsaslandırıla  bilər.  Məlumdur  ki,  bu 
ölkələrin  heç  birində  rəqabət  siyasəti  yeridilmir.  Yəni,  bütövlük, 
sistemlilik nöqteyi-nəzərindən böyük bir boşluq mövcuddur. Belə 
olan  tərzdə,  rəqabət  siyasətinin  tərkib  ünsürü  kimi  çıxış  edən 
antiinhisar  siyasətinin  «nəticələrlə»  mübarizə  siyasəti  olduğu  üzə 
çıxır.  Başqa  sözlə,  inhisar  yaradan  proses  (xüsusilə  tədavül 
sferasında)  özünün  yekun  mərhələsində  antiinhisar  nəzarətinə 
məruz  qalır  və  s.  Digər  tərəfdən,  antiinhisar  siyasəti  və  onun 
effektiv  tətbiqi  problemləri  metodoloji  baxımdan  yalnız  iqtisadi 
nəzəriyyənin  çərçivəsi  ilə  məhdudlaşmır.  Belə  ki,  antiinhisar 
tənzimlənməsi  rəqabət  siyasətinin  mühüm  tərkib  hissəsi  olmaq 
etiban ilə bütövlükdə ictimai sistemə təsir göstərməklə, əksər siyasi, 
sosial və iqtisadi qrupların mənafeyi ilə sıxı surətdə bağlıdır. Buna 
görə də, antiinhisar siyasətinin tətbiqində istifadə edilən tədbirlərin 
təsiri,  siyasi  vasitələrin  müəyyən  edilməsi,  onların  tərkibi  və 
kombinasiyası,  həmçinin  dövri-zamana  uyğunluğu  (yəni,  konkret 
zaman intervalını əsas götünnəklə vaxtında, lazım olan anda həyata 
keçirilməsi) kimi məsələlərin elmi cəhətdən araşdırılması zəruridir. 
Əgər  nəzərə  alsaq  ki,  rəqabətin  funksiyaları  təkcə  iqtisadi  deyil, 
həm  də  sosial  mahiyyət  daşıyır,  onda  antirəqabət  praktikasını 
aradan  qaldırmağa  və  inhisarçı  fəaliyyəti  məhdudlaşdırmağa 
yönəldilən  antiinhisar  siyasətinin  iqtisadi  nəzəriyyənin  ümumi 
hipotezlərinə  söykənməklə  formalaşdırılması  sistemlilikdən  uzaq 
olacaqdır.  Antiinhisar  siyasəti  bu  aspektdən  yalnız  məqsəd—> 
vasitə 
əlaqələrinin 
təhlili 
və 
real 
rəqabət 
şəraitinin 
qiymətləndirilməsini  həyata  keçirə  bilər.  Nəzəriyyənin  gücsüz 
olduğu  məsələlərdə  isə  hüquqi-  siyasi  yolla  mövcud  situasiyanın 
idarə edilməsini və alternativlərin uzlaşdırılmasını əsaslandırılmış 
şəkildə həyata keçirmək problemi də mövcuddur. Eyni  zamanda, 
qeyd  edilməlidir  ki,  inhisar  fenomeni  üçün  zaman  məhfumu 
yoxdur.  O  mənada  ki,  bu  problemin  birdəfəlik  həlli 
qeyri-mümkündür. Həmçinin, in- 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə