Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   10   11   12   13   14   15   16   17   ...   130

§4, İNHİSARİZM FENOMENİ 
XIX əsrin sonu XX əsrin əvvəllərində real iqtisadi güc kimi 
meydana çıxan inhisar birlikləri nəinki ayrı-ayrı ölkələrin, eləcə də 
bütövlükdə bəşəriyyətin sosial iqtisadi inkişaf tarixində keyfiyyətcə 
yeni  mərhələnin  başlanğıcını  qoymuşdur.  «Klassik»  bazarın 
uzunmüddətli  vaxt  intervalında  «prays-teyker»  situasiyasını 
saxlaya bilməməsi və bazar sub’ektiərinin müəyyən istiqamətlərdə 
və  pozisiyalarda  üstünlük  səviyyəsinə  görə  bir-birindən  getdikcə 
daha böyük nisbətlərdə fərqlənməsi meylinin meydana çıxması öz 
mahiyyəti 
baxımından 
bazar 
mexanizminin 
fəaliyyət 
xüsusiyyətlərinin  məntiqi  yekunundan  başqa  bir  şey  deyildir.  Ən 
ümumi  formada  yanaşdıqda,  bazar  sub’ektləri  arasmda  inlcişaf 
səviyyələrinə görə kəskin fərqlərin yaranması bir tərəfdən ayrı-ayrı 
iqtisadi vahidlərin fəaliyyətinin təşkili ilə bağlıdırsa, digər tərəfdən 
sənaye inqilabının başa çatması, istehsalın kütləvi xarakter alması, 
xarici  bazarlara  çıxışın  zəmrililc  dərəcəsinin  güclənməsi,  iqtisadi 
fəaliyyətin  genişlənməsi  ilə  əlaqədar  olaraq  maliyyə  resurslanna 
olan  tələbatın  sürətli  artımını  təmin  etmək  və  s.  baxımından 
mülkiyyətin səhmləş- dirilməsi və s. və i.a. çıxış edir. 
Tarixi-xronoloji  prizmadan  ilk  dəfə  sırf  iqtisadi  mə’nada 
inlrisarçılığın  real  olaraq  tətbiqini  merkantilistlər  həyata 
keçirmişlər.  Məqsədlərindən  asılı  olmayaraq  xarici  ticarətin  sərt 
dövlət nəzarətinə götürülməsi məzmunca dövlət inhisarının (xarici 
ticarət üzərində) tətbiqi demək idi. 
İqtisadi  fikir  tarixində  inhisarın  meydana  çıxması, 
mahiyyəti və ictimai-iqtisadi münasibətlər sistemində oynadığı rol 
barəsində müxtəlif konsepsiyalar irəli sürülmüşdür. 
Daha  çox  sub’ektiv-psixoloji  amillərə  istinad  edən 
tədqiqatçılar  nəinki  inhisann,  hətta  inhisar  yaradan  situasiyanın 
formalaşmasını  da  insanın  daxili  təbiəti,  fərdiyyotçiliyi  və 
maksimum  fayda  götürmək  istəyi  ilə  izah  edirdilər.  Məsələn, 
F.Bastia yazırdı ki, «...Daha az tərləmək və daha 
37 


çoxçörək  əldə  etmək  hər  bir  kəsin  arzusudur.  Bu  tarixin  gəldiyi 
nəticədir»’’. 
Başqa  sözlə,  müasir  anlamda  inhisarçdıq  eqoizmdən 
qaynaqlanan, insanın əksər hallarda həyat kredosu kimi çıxış edən 
iqtisadi  «Mən»in  obyektiv  tərzli  təzahüründən  başqa  bir  şey 
deyildir. Aprior paradiqma «daxilə» boylanmaqla fərdi bünövrəyə 
əsaslanan  sub’ektiv  səciyyəli  arzu  və  istəkləri  real  gerçəklik 
nöqteyi-nəzərindən  maddi  forma  almaq  imkanı  olan  obyektiv 
yaranış  hesab  edir.  Və,  «eqoizm»  termini  ilə  birləşdirilən  bu 
arzular toplusu, B.Qilderbrandın sözləri ilə desək, «...o halda zərər 
verir  ki,  o,  (yəni  eqoimz-kursiv  Ə.B.)  ictimai  rifahla  toqquşur  və 
ictimai  rifahı  şəxsi  mənafeyə  qurban  verir»'^.  Ekstremal  hallar 
istisna  olmaqla,  təbii-tarixi  təkamülün  istənilən  mərhələsində 
«ictimai mənafenin»  qurban  verilməsinə  dair çoxlu  sayda faktlar 
göstərmək mümkündür. Lakin xüsusi olaraq vurğulanması zəruri 
olan  bir  məqam  var  ki,  o  da  real  fəaliyyət  göstərən  bazar 
mexanizminin mahiyyətcə fərdiyyətçiliyə əsaslanması və inhisarın 
meydana çıxması yaxud «ictimai mənafenin şəxsi mənafeyə qurban 
verilməsi»  üçün  real  sosial-iqtisadi  zəmin  hazırlanmasıdır.  Məhz 
bu uyğunluğu nəzərə alan A.Smit yazırdı ki, «...Eyni ticarət yaxud 
peşə  növünün  nümayəndələrinin  hər  hansı  bir  yığıncağı 
(məqsədindən  asılı  olmayaraq-kursiv-Ə.B.)  əksər  hallarda 
ictimaiyyət  əleyhinə  yaxud  qiymətlərin  yüksəlməsi  haqqında 
razılaşma  ilə  nəticələnir»Əlbəttə,  «görünməyən  əl»in  şəriksiz 
hökmranlığına heç bir şübhə etməyən klassiklərin aprior düşüncə 
tərzi hələ yenicə zühur etməyə başlayan inhisarın inkişafdakı yeri 
və  rolunu  adekvat  şəkildə  izah  edə  bilməzdi.  Hətta  inhisarçı 
fəaliyyətin  tam  şəkildə  meydana  çıxdığı  vaxtda  belə  fikir 
müxtəlifliyi  daha  da  çoxaldı.  Bir  sıra  «klassik»  platformalı 
tədqiqatçılar inliisarı rəqabətin 
"  Ф.Бастиа  Экономические  софизмы.  С.Петербург;  «Промышленность», 
1862 г. стр.1-3 
'■  Б.Гильдербранд-Политическая  экономия  настоящего  и  будущего  СПБ. 
1860, стр. 34-35 
А.С.мит Исследование о природе и причине богатства народов. Т1., М: 
ГСЭИ, 1935, стр 56. 
38 


dialektik inkarı, onun əksi hesab edirdilər*'’. Əlbəttə, bu tamamilə 
yanlış  bir  fikir  idi.  K.Marksın  təbirincə  desək,  əməli  fəaliyyətdə 
inhisar və rəqabət, onların antoqanizmi və sintezi müşahidə edilir'\ 
Başqa  sözlə,  inhisar  və  rəqabət  ziddİ
3
^ətli  vahidlikdir  və  onları 
«ya-ya»  formulu  üzrə  ayırmaq  mümlcün-  süzdür.  Ümumiyyətlə, 
inhisar  nəzəriyyəsinin  formalaşmasında  marksizmin,  xüsusilə 
V.İ.Leninin  müstəsna  rolu  olmuşdur.  Əlbəttə,  siyasi-ideoloji 
örtüyün götürüldüyü və ifrat obyek- tivizmin qismən yumşaldıldığı 
təqdirdə  marksizmin  bu  istiqamətdə  çox  mühüm  müddəalarım 
qəbul etməmək qeyri- mümkündür. 
Əksər  ictimai  hadisə  və  prosesləri  ifrat  obyektivləşdirmə 
mövqeyindən  çıxış  edən  V.İ.Lenin  istehsalın  təmərlcüzləşməsi  və 
inhisarlaşma  arasında  səbəb-nəticə  əlaqələrini  kapitalizmin 
«ümumi  qanunu»  adlandınnışdır,  yə’ni  inhisar  geniş  təkrar 
istehsalın  müqəddəm  şərti  kimi  kapitalist  istehsal  münasibətləri 
çərçivəsində ob’ektiv zərurətdir'^. Beləliklə, kapitalın və istehsalın 
təmərküzləşməsinin  güclənməsi  nəinki  inhisarlaşma  prosesini 
intensivləşdirir,  eyni  zamanda  kapitalizmin  ictimai  sistemində 
keyfiyyətcə  yeni  hadisənin-dövlət-inhisarçı  kapitalizmin  meydana 
çıxmasına səbəb olur və beləliklə, inhisara qədərki «anonim» bazar 
öz dövrünü başa vurur. 
Marksizmə  görə  inhisarın  mahiyyəti  üç  başlıca  cəhətlə 
müəyyən  olunur:  l)Bir  yaxud  bir  neçə  sahədə  istehsalın 
təmərküzləşməsi;  2)Qiymətləri  diktə  etmək  imkanı;  3)Yüksək 
inliisarçı mənfəət əldə etmək imkanı; İnhisar probleminə Neoliberal 
yanaşma isə inhisar->rəqabət dilemmasından çıxış etməklə klassik 
liberalizmin  «...əlverişli  formalar,  yəni  ümumiyyətlə  deyilsə, 
məqsədyönlü  iqtisadi  quruluş  öz-özünə,  aşağıdan,  cəmiyyətin 
kortəbii  güclərindən  inkişaf  edir»'^  müddəasını  tam  şəkildə 
bölüşməklə  yanaşı,  onları  inhisar  fenomenini  görməməkdə 
günahlandırır. Neoliberallar inhisarı ya 
‘‘'Политическая экономия (учебник). М: «Политической литературы» 1980. 
стр. 330. 
К.Маркс, Ф.Энгельс Соч. Т. 4, стр. 106. 
В.И.Ленин Поли. собр. соч. Т.27, стр.315 
Eucken W.DiTindsatse der Wirtchaftspolilik, Вега, Franke Verlag, Tübingen. 
Moh]' Verlad. 1952, p.27 
39 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə