Elmi-kütləvi nəşr


Hemoqlobinin oksigenasiya prosesində elektron və fəza



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə21/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

 
74 
Hemoqlobinin oksigenasiya prosesində elektron və fəza 
quruluşunun dəyişməsi 
     Şəkil  6  –  da  hem  dəmirinin  elektron  quruluşu,  hemin 
porfirin  həlqəsi  müstəvisinə  nəzərən  dəmir  atomunun 
vəziyyəti, 
hemoqlobin 
molekulunun 
müxtəlif 
vəziyyətlərində  dezoksihemoqlobin,  oksihemoqlobin  və 
ferrihemoqlobin 
molekullarının  spektral  və  maqnit 
xarakteristikaları  göstərilmişdir.  Qeyd  etmək  lazımdır  ki, 
bütün  hallarda  zülal  molekullarının  tarazlıq  vəziyyətindən 
söhbət  gedir.  Sonra  biz  görəcəyik  ki,  bir  haldan  digər  hala 
keçid müəyyən zaman (molekulyar miqyasda) tələb edir ki, 
bu  müddət  ərzində  sistem  bir-birindən  fiziki  və  kimyəvi 
xassələri  ilə  tarazlıq  halından  fərqlənən  bir  neçə  qeyri-
tarazlıq vəziyyətlərdən də keçir. 
  Dezoksihemoqlobin  molekulunda  dəmir  porfirin  həlqəsi 
müstəvisindən  təxminən  0,5-0,6  А°  geri  qalır.  Dəmirin 
Fe(II)  altı  3d  elektronlarından  ikisi  aşağı  d-orbitallardan 
birində (d
xy
, d
yz
, d
xs
cütləşmişlər, dörd elektron isə qalan d-
orbitalları doldurur, Hund qaydasına görə {59}, onların spin 
momentləri  paraleldir  və  yekun  spin  S  –  2-dir.  Bu 
vəziyyətdə  hemin  maqnit  momenti  ~  5,5  bor  maqnetona 
(BM)  bərabərdir,  yaşıl  zolaqda  udulma  spektri  isə  xarakter 
zolağa  - 
max
  ~  556  nm-ə  malikdir.  Oksigenin  birləşməsi 
əhəmiyyətli  dərəcədə  dəyişikliyə  səbəb  olur.  Dəmir  atomu 
oksihemoqlobində  praktiki  olaraq  porfirin  həlqəsi  üzərində 
oturur (müstəviyə qədər məsafə 0,16 А°  α-da və 0,00 А°  β-
subyektdə).  Bütün  altı  d-elektronlar  üç  aşağı  d-orbitallarda 
cütləşmişlər, S=0, oksihemoqlobin diamaqnit xassəlidir. 
    
 


 
75 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hemoqlobin molekulunun müxtəlif vəziyyətlərdə əsas 
xarakteristikaları 
Şəkil 6 


 
76 
Spektrin yaşıl sahəsində iki xarakterik udulma zolağı vardır: 
а  (
max
  576  А°)  и  b  (542  А°).  Ferrihemoqlobində 
(methemoqlobin)  pH-ın  neytral  qiymətlərində  oksigenin 
yerini  su  tutur  (pH-ın  qələvi  qiymətlərində),  dəmir  hem 
müstəvisinə  dezoksihemoqlobindəkinə  görə  əhəmiyyətli 
dərəcədə  yaxın  olur,  bütün  5  ədəd  d-elektronlar 
cütləşməmişlər və 5 ədəd d-orbitallarını tuturlar. S = 5/2 və 
maqnit momenti 5,91 BM- bərabərdir. 
     Aktiv mərkəzdə (hemə yaxın) struktur dəyişmələri bütün 
zülalın 
əhəmiyyətli 
dərəcədə 
fəza 
strukturunun 
dəyişmələrinə gətirib çıxarır. Ayrıca aminoturşu qalıqlarının 
oksigenasiyada  sürüşməsi  7  А   -ə  çatır.  Yuxarıda  qeyd 
edildiyi kimi, hemoqlobinin dördlü strukturu iki  - və iki  - 
subyektin,  birlikdə  dörd  polipeptid  zəncirlərin  miqdarı  ilə 
xarakterizə olunur.  
Hərtərəfli  tədqiqatlar  göstərdi  ki,  subyektlər 
-dimerləri 
əmələ  gətirirlər.  Т R  –  keçidi  bir  dimerin  o  biri  dimerə 
nəzərən  12-15   dönməsi  ilə  baş  verir  və  sonda  hemin 
yerləşdiyi yuvacığın böyüməsinə gətirib çıxarır. Bu struktur 
dəyişiklikləri  bir  molekul  oksigenin  sərbəst  hemlərdən 
birinə  birləşməsi  ilə  start  götürür  və  bütün  qlobul  üzrə 
yayılır. Məhz buna görə də bərabər qarışıqda həmişə yalnız 
T-  və  R-formalar  iştirak  edir.  Bu  dimerlər  T-formada  14 
əlavə duz körpücükləri ilə (R-forma ilə müqayisədə) bir yerə 
yığılırlar (ionlar və  ya neytral  aminoturşu qrupları arasında 
van-der-vaals  kontaktları  arasındakı  hidrogen  əlaqələri). 
Bundan 
əlavə, 
T-formada 
-subyektləri 
arasına 
difosfoqliserat 
molekulu 
girərək 
onları 
bir-birinə 
yaxınlaşdırır ki, bu da yuvacıqların daralmasına səbəb olur. 
Bu  dəyişmələr  sxematik  olaraq  şəkil  7-də  təqdim 
olunmuşdur.  
 
 


 
77 
 
Hemoqlobinin  T-formadan  R-formaya  keçidinin  struktur 
sxemi 
Şəkil 7 
 
T-  və  R-formaları  arasında  keçidlər  zamanı  bütün  yuxarıda 
qeyd  olunan  struktur  dəyişmələrinin  baş  verməsinə  səbəb 
oksigenin  birləşməsi  və  ayrılmasıdır.  Lokal  elementar 
kimyəvi aktdan sonra: aşağımolekullu liqandın birləşməsi və 
qırılması,  ferrihemoqlobinin  əmələ  gəlməsi  ilə  dəmirin 
oksidləşməsi  (başqa  sözlə,  artıq  müsbət  yükün  dəmirdə 
əmələ  gəlməsindən  sonra)  –  tarazlıqda  olmayan  mühüm 
konformasiya  halı  meydana  gəlir  –  aktiv  mərkəzin 
yaxınlığında  artıq  dəyişikliklər  baş  verdi,  bütün  möhtəşəm 
zülal  molekulu  isə  dəyişməz  qaldı,  sanki  istirahət  etdi. 
Sonrakı 
relaksasiya 
(gərginliyin 
zəifləməsi) 
mikrosaniyələrlə  ölçülür.  Bu  relaksasiya  gedişində  zülalın 
nəinki fiziki, həm də kimyəvi xassələri dəyişir, o cümlədən, 
ardıcıl  kimyəvi  aktların  sürətləri,  əgər  onlar  relaksasiyanın 
tam  başa  çatmasına  nail  ola  bilirlərsə.  Beləliklə,  yuxarıda 
qeyd  olunan  hemoqlobinlə  oksigenin  dönər  əlaqələri  ilə 


 
78 
gedən  proseslər  mənzərəsi  həqiqətə  bir  növ,  lakin  mühüm 
növ 
yanaşmadır. 
Belə 
ki, 
məsələn, 
dəmirin 
ferrihemoqlobində  elektronların  qısa  impulsları  ilə 
reduksiya olunması qeyri-tarazlıq vəziyyətinə gətirib çıxarır, 
hansı  ki,  dəmir  artıq  reduksiya  olunmuşsa  da,  amma  hələ 
porfirin  həlqəsi  müstəvisindən  aralanmamışdır.  Spektral  və 
maqnit  xarakteristikalarına  görə  bu  hal  oksihemoqlobinlə 
tarazlığa  uyğun  gəlir.  Hemin  və  onun  yaxın  ətrafının 
porfirin  həlqəsi  müstəvisindən  dəmirin  uzaqlaşması  ilə 
relaksasiyası  otaq  temperaturunda  mikrosaniyənin  ondan 
birini,  bütün  zülal  molekulunun  dezoksihemoqlobinin 
tarazlıq  T-formasına  tam  relaksasiyası  isə  millisaniyələrin 
yüzdə birini əhatə edir.  
 
Hemoqlobinin digər reaksiyaları və funksiyaları 
 
      Hemoqlobinin  molekulyar  oksigenlə  qarşılıqlı  təsiri 
zamanı  ehtimal  olunur  ki,  oksigen  molekulunun 
hemoqlobinə  birləşməsi  zamanı,  onun  tərkibindəki  dəmiri  
oksidləşdirə  bilər:  Fe
2+
  +  O
2
 
  Fe
3+
O
2
.  Buna  görə  də 
nəfəsalma 
zamanı 
eritrositlərdə 
fasiləsiz 
olaraq 
methemoqlobin əmələ gəlir. Onun eritrositlərdə reduksiyası 
üçün  methemoqlobini  normal  dezoksihemoqlobinə  çevirən  
xüsusi növ fermentativ sistem fəaliyyət göstərir. Bu sistemin 
pozulması zamanı hemoqlobinin oksigen daşıması fəaliyyəti 
dayanaraq  methemoqlobinemiya adlı ağır xəstəlik baş  verir. 
Hemoqlobinə  cavabdeh  genlər  zülalın  struktur  və 
funksiyalarının  dəyişməsi  ilə  bağlı  mutasiyaya  məruz  qala 
bilərlər.  Hemoqlobinin  -subyekt  polipeptid  zəncirlərində 
yalnız  bir  aminoturşunun  əvəzlənməsi  ilə  əmələ  gələn 
mutasiya  prosesi  geniş  öyrənilmişdir.  Qlutaminin  valinə 
əvəzlənməsi  ağır  xəstəliyə  -  oraqşəkilli  anemiyaya  gətirib 
çıxarır:  eritrositlər  oraq  şəklini  alırlar  və  oksigen  daşımaq 
qabiliyyətlərini  itirirlər.  Oksigenin  birləşməsi  hemoqlobinin 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə