Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   106   107   108   109   110   111   112   113   ...   122

 
225 
 
 
 
 
 
 
Histoqram 1. 
Histoqramdan  göründüyü  kimi,  davamlı  istifadə  olunan  yeni  metodika  mənimsəmə 
səviyyəsini  yüksəldərək,  tədrisin  səviyyəsini  müsbətə  doğru  dəyişmişdir.  Sonra  isə  yeni  metodun 
tətbiqinin dayandırılması tədrisdə səviyyəni aşağı salmışdır. 
Son  illərdə  ən  yeni  təlim  texnologiyaları  kimi  gündəmə  gələn  MİMİO  və  s.  istifadəsi  özünün 
asan mənimsənilməsi və istifadəsi ilə yanaşı, biologiya dərslərində tətbiqi üçün kifayət qədər imkanlara, 
universallığa malikdirlər. Apardığımız tədqiqatlar, müşahidələr və müqayisələr göstərdi ki, auditoriyanı 
maraqlandırmaq  üçün  mütləq  motivasiya,  tədqiqat  sualları  vasitəsilə  stimul  lazımdır.  Hər  hansı  möv-
zunu biz eksperiment və nəzarət sinifdə fərqli metodika ilə tədris edərkən məlum oldu ki, nə qədər ki 
dinləyiciləri (şagird, tələbə) iştirakçı halına gətirməmişik, onlarda qavrama səviyyəsi minimum həddin-
də olacaqdır. Müşahidələrimizə görə sinifdə, yaxud auditoriyada ən zəif şagird və ya tələbəni motivasi-
ya və stimul nəticəsində orta, yaxud əla səviyyəyə çatdırmaq olar, bunu apardığımız təcrübələrlə təsdiq-
lədik.  İKT  elə  bir  sürətlə  inkişaf  edir  ki,  təhsil  sistemi  inkişaf  edərək  ona  heç  cür  çata  bilmir.  Bütün 
bunlar təkcə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri deyil, metodist-pedaqoqları da 
düşündürməli, bütün sahələrdə inkişaf davam etməlidir. Multimediyalı təqdimatların istifadəsi müəllimə 
imkan verir ki, dərsin hər hansı mərhələsində şəxsi yaradıcılıq qabiliyyətini, fərdiliyini nümayiş etdirsin 
və  dərsi  monotonluqdan  çıxararaq  daha  canlı  keçirsin.  Son  illərin  surətlə  inkişaf  edən  informasiya 
texnologiyaları fonunda təhsil sahəsində, eləcə də tədris prosesində baş verən “inqilab” sayəsində hazır-
da biologiyanın öyrədilməsi daha ümidvericidir. 
Verilmiş  suallar  ətrafında  gərəkli  məlumatların  toplanması,  öyrənilməsi  və  slaydların 
hazırlanması üçün onlara vaxt verildi. Hazırlanmış dərs elektron variantda məşğələ zamanı nümayiş 
etdirilməli,  müəllim  tərəfindən  müzakirə  edilərək  qiymətləndirilməli  idi.  Nəticələrin  qiymət-
ləndirilməsi  aşağıdakı  cədvəldə  verilən  meyarlara  görə  hesablandı.  Bu  eksperimenti  III  kurs 
tələbələri ilə pedaqoji təcrübədən qayıtdıqdan sonra apardıq. Təcrübədən əvvəl biologiyanın tədrisi 
metodikası  fənnindən  öyrəndikləri,  təcrübə  zamanı  məktəbdə  qazandıqları  şəxsi  təcrübə  onların 
təqdimatlarında, çıxışlarında özünü fərqli şəkildə göstərdi. 
Multimediaların hazırlanması və nümayişində keyfiyyət göstəriciləri 
Cədvəl 1. 
Mövzular 
Multimediaların 
strukturu, səviyyəsi 
Təqdimatları 
təqdimetmə bacarığı 
Mənbələrdən 
istifadə vəziyyəti 
Ürəyin  quruluşu  və 
funksiyaları 
 İllüstrasiyalar, 
modellər, videolar 
Fikri aydın ifadə, müstə-
qil düşüncə 
 Müqayisəli 
məlumatlar 
Ali  sinir  fəaliyyətinin 
xüsusiyyətləri 
Slaydların,  videola-
rın nümayişi 
İnteraktiv  üsullardan  isti-
fadə 
Dərslik,  vəsait-
lər, int. saytları 
Qanın fiziologiyası və 
funksiyaları 
Sxem,  slaydlar,  şi-
fahi izah, video 
Konstruktiv  təlimin  ele-
mentlərindən istifadə 
Ensiklopediya, 
internet saytları 
Mədədə həzm 
Təcrübə, 
eksperi-
mentlərin nümayişi 
İnteraktiv rejim, məntiqi 
əməliyyatlar 
Dərslik,  internet, 
ensikloped. 
Cədvəldə göstərilən meyarlara – tələbələrin dərsə hazırlığı, slaydların mövzunu əks etdirmə 
xüsusiyyəti,  onların  təqdimat  səviyyəsi  və  hansı  mənbələrdən  istifadə  etmələrinə  görə 
dəyərləndirdikdə  əvvəlki  semestrlə  müqayisədə  inkişaf  edib  formalaşdıqlarının  şahidi  olduq. 
Multimedialar  haqda  izahat  verərkən  çatdırdıq  ki,  biologiya  dərslərində  multimediadan  istifadə 
metodik  priyomlardan  biridir.  Eksperiment  dərslərində  və  seminarlarda  bu  üsulları  təcrübədən 
keçirdikdə qaneedici nəticələr alınmışdır. Əlbəttə, bu vasitələrdən istifadə bütün tədris problemlə-
rini həll etmir və müəllimlər hər gün və hər dərsdə bu üsuldan istifadəyə məcbur deyirlər. Lakin in-


 
226 
teraktiv lövhə dərsi cəlbedici və dinamik edir. Çünki müəllimin hazırladığı dərsdən başqa, lövhənin 
öz bazasında olan materiallardan da istifadə etmək imkanı yaranır. Hər gün yeni bir tapşırıq gözlə-
yən şagirdlər isə fənnə daha çox maraq göstərir və özləri də  yeni nəsə  göstərmək istəyirlər. Təlim 
prosesində monotonluq, dəyişilməzlik şagird və tələbələri darıxdıb həvəsdən saldığına görə eksperi-
mentlər zamanı yeni metodika ilə dərslərdə yüksək mənimsəmə nümayiş edildi.  
Tədqiqatlar  göstərdi  ki,  hər  bir  məşğələnin  sonunda  şagirdlərə  ən  müasir  texnologiyaların 
tətbiqi ilə ev tapşırıqları verilməsi müsbət nəticə verir. Tapşırığı yerinə yetirən şagirdlərə tapşırıldı 
ki, informasiya texnologiyalarının imkanlarından istifadə etsinlər. Mövzulara aid daha çox məlumat 
toplamaq, materialın əsas məqsədini əks etdirən, biliklərin ümumiləşdirilib, möhkəmləndirilməsinə 
xidmət  edən  cədvəllərin  tərtib  etsin,  mövzuya  aid  daha  çox  illüstrativ  materiallar  toplayaraq  sis-
temləşdirsinlər.  İnternetdən  və  texnologiyalardan  istifadə  vərdişləri  qazanmış  tələbələrə  aşağıdakı 
maraqlı sual tipli tapşırıqlar verildi: 
-
 
Qanın  dəri  vasitəsilə  oksigenlə  zənginləşməsinin  hansı  heyvanda  getməsinin  səbəbi  və 
nümayişinin təşkili üçün nədən istifadə etmək olar? 
-
 
Hansı orqan yerləşdiyi boşluğa görə digərlərindən fərqlənir - sualının cavabını hansı üsulla 
əsaslandırıb verərdiniz? 
-
 
Hansı orqan yerləşdiyi boşluğa görə digərlərindən fərqlənir - sualının cavabını hansı üsulla 
əsaslandırıb verərdiniz? 
-
 
Hüceyrənin  həyat  fəaliyyəti  üçün  səciyyəvi  olan  elementləri  sadalamaq  üçün  hansı 
cədvəldən istifadə etmək olar və əgər əlinizdə yoxdursa, dərhal necə əldə etmək olar? 
-
 
Hansı  bakteriyadan  gen  mühəndisliyi  metodu  ilə  insulin  hormonu  alınır  –  sualını 
cavablandırarkən müasir dövrün hansı imkanları təhsil sahəsinin inkişafına da misilsiz xidmət göstərir? 
 
Bu  tapşırıqların  həlli  ilə  tələbələr  həm  verilmiş  suallara  çavab  vermiş,  həm  də  internet  və 
texnologiyaların tədrisdə tətbiqi zərurətini anlamışlar. Həmçinin YTT-dən istifadə etməklə ali və orta 
məktəblərdə  yüksək səmərəyə nail olunmuşdur. Bunun üçün hər üç mərhələdə  YTT-dən və interaktiv 
rejimdə işləmiş, biologiya dərslərində yüksək əyanilik və mənimsəmə səviyyəsinə nail olduq.  
   İnteraktiv dərsdə YTT-dən istifadənin interaktivlik göstəricisi 
   
 
 
 
 
 
 
 
        Cədvəl 2. 
Dərsin mərhələləri 
İnteraktiv rejim 
YTT 
Düşünməyə yönəltmə 
Motivasiya  
Giriş, maraqlı məlumatlar 
Dərketmə 
Tədqiqat sualı 
Yeni mövzunın təqdimi 
Düşünmə 
Sərbəst tapşırıqlar 
Əlaqələndirici tapşırıqlar 
 
 Digər  bir  mövzunun  tədrisi  zamanı  verilmiş  cədvəlin  doldurulması  qanin  fiziologiyası 
haqqında daha dolğun biliklər ələdə etməyə imkan verir. Müxtəlif qan qruplarına məxsus insanların 
eritrositlərini və qan zərdabını qarışdırdıqda törənən aqqlyutinasiyanı izah edin: 
    Zərdab 
(αβ) qrupları 
Eritrositlərin qrupları 
I (0) 
II (A) 
III (B) 
IV (AB) 
I (α və β) 




II (β) 




III (α) 




IV (0) 




 
  Mövzunun  aydın  mənimsənilməsi  üçün  qanın  formalı  elementlərinin  quruluş 
xüsusiyyətlərinə  aid  illüstrasiyaların  toplanması  və  izahlarla  müqayisə  edilməsi  tapşırığı  da  orta 
məktəb şagirdlərinin marağına səbəb olmuşdur. 
 
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə