ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

  -  Bu sancı nə qədər sürə bilər, ata? 
  Beş, altı, bəlkə də on saat. 
  Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı 
yadına saldı. Atam birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş 
qırmızı namaz xalçalarına tərəf getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə 
baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin 
üstünə qoyduq. Atam dedi: 
  -  Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin 
gücündən daha üstündür. 
  Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim 
(Mərhəmətli və Rəhimli Allahın adı ilə).  
  Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə 
edərək alnımı yerə vurdum: 
  -  Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin 
Rəbbi, ən mərhəmətli, ən rəhimli Allaha həmd olsun). 
  Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun 
qışqırığı get-gedə artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz 
surələrini mexaniki bir şəkildə təkrar edirdi: 
  -  İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət 
diləyirik...) 
  Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını 
eşidirdim: 
  İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət 
göstərdiklərinin yolu ilə apar). 
  Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum. 
  Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı: 
  Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla 
aparmadıqların...) 
  Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə 
təkrar etdik. Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz 
üç adını pıçıldaya-pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı 
qaldırıb, kiminsə gülər üzünü gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa 
qalxdım. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş pilləkənlərlə aşağı 
düşdüm. 
  Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. 
Ninonun gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə 
Azərbaycan dilində dedi: 
  -  Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki! 
  Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa 
tərəfimdən dedi ki, Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş 
dodaqlarını sığalladım. Nino taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir 
qadın çarpayıya yaxınlaşdı. O, mənə bir qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik 
barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir canlı “oyuncaq” gördüm. “Oyuncaq” 
ağzını açıb ağlayırdı. 
 
139


  -   Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək 
barmaqlarını açdı. Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq” 
artıq yatmışdı və onun bürüşmüş sifəti çox ciddi idi. 
  Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla 
başımı tərpətdim, çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də 
müsəlmanlarda təsadüf edilir. 
  Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz 
atamla həyətə çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir 
azdan yatmasına icazə verəcəklər. 
  Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin 
arasından keçərək bir-birimizi ötdük. Atam mənə nə isə deyirdi, lakin onun dediklərini 
başa düşə bilmirdim. Sonra başa düşdüm  ki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim 
niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın atası olduğum üçün son dərəcə məğrur idim. 
  Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə 
basaraq daşıyır, gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar 
edirdi, çünki mən uşağı bələməyə qadir olmayan bir kişi idim. Mən bütün günü 
nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də görürdün ki, Nino mərhəmətə 
gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:  
  -  Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”, 
Əli xan. 
  Masamın üstündəki  son məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə 
baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini 
həll edirdilər. Yalnız bir nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib 
dövlətlərə ümidsiz müqavimət göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq 
Avropa dövlətləri tərəfindən müstəqil bir dövlət kimi tanındı. İngilis alaylarının artıq 
suveren bir respublika olan ölkəmizin torpaqlarından təmamən çıxıb getmələrinə dair 
xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy etməli oldum. 
  -  Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq vətənimizin torpaqları 
üzərində yabançı qüvvələr olmayacaq. 
  Bura bax, İlyas bəy – deyərək onu xəritənin yanına çağıraraq dedim: 
  -  Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin indi onların hər 
ikisi də zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış 
yüz altmış milyon rus hər gün bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər 
buradadırlar, heç bir rus sərhədlərimizi keçməyə cürət edə bilməz. Əgər ingilislər çıxıb 
getsələr, vətənimizi müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və bir neçə alay.  
  İlyas bəy qayğısızlıqla başını yırğaladı: 
  -  Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri 
bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır. 
  O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi: 
  -  Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət qarışıb. Hərbi 
nazir general Mehmandarov artıq hərəkət əmrini verib. 
  Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna 
kəsb etdiyinə onu inandırmaq əbəs idi. 
 
140


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə