ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

  Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin adlarını 
sadaladım. Nino qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox yaxşı bilirdi ki, 
Azərbaycanın heç bir naziri və generalı, onun ərinin sahib olduğuna malik deyildir: ərinin 
ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və knyaz ailəsindən olan arvadı vardı. 
  Nino qaşqabağını sallayıb dedi: 
  -  Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də onun içinə soda 
atmadan içmirlər. 
  Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf çevirdi: 
  -  Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya saldın, indi isə 
ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram. 
  Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib 
söhbət edirdilər. Divarlarda da mənzərə və heyvan rəsmləri çəkilmiş tablolar asılmışdı. 
Künclərdə yumşaq kreslolar qoyulmuşdu, masanın üstünü də çiçəklər bəzəyirdi. 
Yadındadırmı, Əli xan, Dağıstandakı aulda vadidən bardağla su daşıyaraq sənə qulluq 
edərdim. 
  -  Hansı xidmət daha çox xoşuna gəlir? 
  Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda qapının zəngi 
çalındı və Ninonun dodaqları həyəcandan titrəməyə başladı. İlk gələnlər Ninonun 
valideynləri idilər. Onlarla birlikdə rəsmi keçid forması geymiş İlyas bəy də gəlmişdi. 
İlyas bəy salonu gəzdi, hər şeyi gözdən keçirdi, sonra başını yırğalayıb dedi: 
  -  Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı? 
  Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. Biz çoxlu ingilis 
əlləri sıxırdıq. İngilis zabitləri hündürboylu və qırmızı sifətli idilər. Uzun əlcək geymiş 
xanımlar isə mavigözlüydülər. Onlar mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. 
Bəlkə də, onlar gözləyirdilər ki,  hərəm xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar 
onların qabağında rəqs edəcəklər. Halbuki onların əvəzində yaxşı təlim keçmiş 
qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular yeməkləri masanın üstünə sol 
tərəfdən qoyurdular. Divarlarda yamyaşıl çəmənliklərin və yarış atlarının rəsmləri 
asılmışdı. 
  Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda tökmədən bir nəfəsə 
başına çəkib boşaltdığını görən Ninonun nəfəsi tutulan kimi oldu. Salonu səs-küy 
bürümüşdü. Verilən sual və cavabların əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları 
kimi çox axmaq səslənirdi: “Çoxdan evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” 
“Bəli, toy səyahətimi keçirmək üçün İrana getmişdik”, – “Ərimin at sürməkdən xoşu 
gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna gəlirmi?” “Bəli buranı görməyimə 
məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi deyilik” “Azərbaycanda artıq 
çoxdandır ki, çox arvadlılıq qadağan edilmişdir”. “Hərəm ağalar barəsində isə mən ancaq 
romanlarda oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini güclə 
saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor arvadı Ninodan 
soruşdu ki, həyatınızda heç operaya getmisinizmi? Nino çox nəzakətlə cavab verdi ki, bəli 
getmişəm, oxumağı və yazmağı da bilirəm. 
  Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu udmuşdu. 
  Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri Ninonun incə 
barmaqlarına toxunurdu, baxışları isə Ninonun çılpaq kürəyinə sataşırdı. 
 
133


  Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara çəkirdi. O, öz 
arvadını heç zaman yad adamların baxışlarına təslim etməzdi. Amma Nino həm gürcü, 
həm də xristian idi. Əsədullanın fikrincə Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla 
yad kişilərin baxışlarına təslim etmək üçün yaranmışdı. 
  Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və təhqiredici 
səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında 
durmuşdu. 
  Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox nəzakətlisiniz”. 
  Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş halını gördüm. O, 
salonun o biri başından gəlib qabağımda dayandı. O, əlini qoluma saldı, elə bil özünə arxa 
axtarırdı. 
  Sonra yavaşca dedi: 
  -   Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızlarınla görüşəndə 
mənim düşdüyüm vəziyyətə oxşayır. Bu qədər kişi ilə mən nə edim? Mən onların mənə 
belə baxmalarını istəmirəm. 
  Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun 
mayor arvadına dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz. 
Hazırda Şekspiri Azərbaycan dilinə tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası 
olacaq”. 
  Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhnə 
bir məsəldə deyilirdi, “əgər qonaq sənin oğlunun başını kəsib onu əlində tutaraq evinə 
girsə, onu qəbul etməli, yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı 
adətdir. Amma ona əməl etmək çox ağır olur. 
  Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər siqara çəkirdilər, 
viski içirdilər. Onların ayaqlarını qaldırıb masaların üzərinə qoymalarını gözlədiyimiz 
halda, bunu zabitlərin heç biri etmədi. 
  Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi: 
  -   Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə görə bu sözlərin 
üstündən gənc bir zabit şapalaq yemədiyini bilsəydi, hər halda çox heyrətlənərdi. Sən bir 
işə bax: bir kafir köpək açıq-aşkar mənim arvadımın gözəlliyindən söhbət etməyə cürət 
edirdi. Onun qədəhini konyakla doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da 
yerə töküldü. 
  Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir ingilis məmuru 
küncdə oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun və sapsarı idi, barmaqları isə 
gödək idi. 
  O, təmiz fars dilində mənə müraciət etdi: 
  -   Eviniz əsl Avropa evidir, Əli xan. 
  -  Mən ölkəmizdəki adət üzrə yaşayıram. 
  O, diqqətlə mənə baxdı: 
  -  Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan böyük fərq var. 
  -  Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük sənayemiz və dəmir 
yolumuz vardır. Amma təəssüf ki, rus idarəçiləri bizim mədəni inkişafımızı sıxışdırmışlar. 
Bizdə lazımi qədər həkim və müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir 
sıra qabiliyyətli gənclərimizi Avropaya göndərməyi nəzərdə tutmuşdur. 
 
134


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə