ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi. 
Ayağa durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət 
binasının qabağından keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən 
məşəl izdihamı ulduzların əks olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda 
dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. Konsulluğun qapılarında tüfənglərinə 
süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar. 
  Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların 
fəryad səsləri ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq 
görünürdü. Dəvələrin belində qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu. 
  Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara 
atda gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk 
sürməyə başladı və tələsik qaçıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. 
Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi. 
  Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın 
keşiyində duran bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında 
yox idi. O, Bağeşahdakı yay sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-
birə mən qaranlığa qərq olmuş Top meydanında tək qaldım. Paslanmış topların lülələri 
laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc zərbəsi yemiş adamın bədəni kimi 
ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış qan izinin olduğunu 
hiss etdim. 
  Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım. 
Faytonçu vəziyyətimi görüb qayğıkeşliklə mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu 
bitki yağı ilə qarışdır və yaralarına sürt. Çox kömək edir”. 
  Yorğun halda faytona minib oturacağının arxasına yayıldım. 
  -  Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim. 
  Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir 
arxasına dönüb mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi: 
  -  Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə mənim üçün dua 
edin. Çünki mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab 
Yusifdir. 
  Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq, 
sifətini gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları 
ilə burnu arasında dərin qırışlar görünürdü. O, hıçqırdıqca onun balaca bədəni titrəyirdi. 
Nino bir kəlmə belə söyləmirdi. Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri 
yanağına tökülüb sifətinə yayılırdı. Mən onun kədərinə şərik olmuş halda Ninonun 
qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını silmirdi, dodaqları isə payız 
yarpağı kimi əsirdi. Onun əllərini ovuclarımın içinə aldım. Əlləri soyuq cansız və kiçilmiş 
idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı. 
  -  Nino, - deyə qışqırdım. Nino sənə nə olub? 
  O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin 
üstündə diş yerləri aşkar görünürdü. 
  -  Əli xan, mən sənə nifrət edirəm. 
  Onun səsində dərin bir dəhşət hiss olunurdu. 
  -  Nino, sən xəstələnmisən? 
 
125


  -  Yox, mən sənə nifrət edirəm. 
  O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə 
bənzəyirdi. Nino, tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə 
ilə baxırdı. 
  -  Nino, nə olub axı? 
  -  Mən sənə nifrət edirəm. 
  O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə 
dayadı. Onun göz yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi 
mənə baxdı. De görüm nə etmişəm, Nino? 
  O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı: 
  -  Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay 
içirdik, bir ara Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin 
barbar dini mərasimlərini bizə göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb 
yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr etməyə başladıq. Mən şeypur səsini 
eşitdim və vəhşiləşmiş sifətləri gördüm. Ürəyim bulandı. Konsul “işgəncə çılğınlığı” 
deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi 
qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın 
ayaqları altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəccüblə dedi: “Bu, 
o...?” lakin o, cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində 
sinə döyən və zəncirlə kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin, 
Əli xan! Mən fanatik bir barbarın arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin 
bütün hərəkətlərini izləyirdim və konsulun acıyan baxışlarını hiss edirdim. Ondan sonra 
oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda qalmayıb. Mən güc-bəla ilə 
özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin qabağında 
durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik 
barbarların arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəcəyəm. 
  O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və 
dincliyimi gözəgörünməzdə tapmaq istəyirdim. 
  -  İndi nə olacaq, Nino? 
  -  Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəcəyik. Mən buradan çıxıb uzaqlara getmək 
istəyirəm. Elə bir yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və 
təkrarən sənin üzünü görməyim. Əli xan, burax məni çıxım gedim. 
  -  Sən haraya gedəcəksən, Nino? 
  -  Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu. 
  -  Axı sən nə üçün belə elədin? 
  -  Sənə görə, Nino, amma sən bunu başa düşməzsən. 
  -  Yox, - deyə həyəcanlı şəkildə Nino cavab verdi –  mən buradan o qədər yorulmuşam 
ki, çıxıb getmək istəyirəm. Bu çirkin Asiya mənə əzab verir. 
  -  Məni sevirsənmi? 
  O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. Mən onu 
qucağıma alıb yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir 
qorxu içində qarmaqarışıq şeylər söyləyirdi. 
  -  Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun 
halda başını tərpətdi və gözlərini yumdu. 
 
126


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə