ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

  Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub 
ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun 
yanına uzandım. Onun bədəni isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb, 
başını yorğanın altına salıb yatmışdı. 
  Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru 
getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin 
vermədi... Oradan çıxandan sonra gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində 
məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki 
yaralara sürtdü. Sonra nəzakətlə dedi: 
  -  Sən özünü yox, məni döyməli idin, Əli xan. 
  -  Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı. 
  O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt 
halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi: 
  -  Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə 
də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya 
keçib fəvvarənin yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. 
Sonra atamın kareti gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino 
başını yana əydi və ürkəkcəsinə dedi: 
  -  Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm. 
  Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra 
hovuza əyilib, hovuzdakı suda əksimizə tamaşa etdik. Nino əlini suya saldı və əksimiz 
balaca dalğalarda pozulub getdi. 
  -  Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə 
adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək. 
  O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su 
damlaları onun yanağından və çənəsindən süzülürdü. 
  -  Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə 
Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və 
soyuq yanaqlarını öpdüm. O da güldü. 
  İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft 
qüllələrinin əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf 
irəliləyən alaylardan asılı idi. 
  Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin 
içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya 
çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində mənə sarılarkən, mefistofelin 
qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük səsini və “Şaxsey-Vaxsey” səslərini 
batırırdı. 
   
   
  XXVII 
   
  Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər 
bazarlara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac 
Bakıdan qaçıb dənizi aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının 
 
127


üzərində ağ hilallı qırmızı Türk bayrağı müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin 
Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran qəzetlərində yazılar çap etdirmişdi. Əmim 
Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni zamanda bununla ingilislərin 
qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan etdi. Atam baş 
nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi 
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada 
“Nəsrəddin” gəmisi ilə, azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə 
qaçqınları gəmiyə mindirib şəhərimizə yola düşdük. 
  Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını 
sıyırıb gəmini salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər 
bizim Türk ləhcəsinə uyğunlaşdırıb təntənəli bir nitq söylədi. Biz evimizə gəldiyimiz 
zaman onu təmamən dağılmış və qarət edilmiş halda gördük. Nino günlərlə, həftələrlə 
səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi. O, dülgərlərlə mübahisə edir, 
günlərlə mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını çataraq 
otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli 
danışıqlar apardıqdan sonra, günlərin bir günü evdə fəhlələrin səs küyünü, boya, taxta və 
suvaq iyi hiss etdim. Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino 
dururdu. O, özünü bu işləri təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların 
qoyuluşu və divar kağızlarının seçilməsi işində ona sərbəstlik vermişdim. 
  Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən 
işlərdən mənə məlumat verirdi: 
  -  Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş vermişəm. Divar 
kağızları açıq rəngli olacaq, döşəməyə də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya 
vurulacaqdır. Hər şey İran hərəmxanasından təmamən fərqli olacaqdır. 
  Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi. 
Sonra başını yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi 
və dilini burnunun ucuna dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə 
gedəndə, yaxud dəfn mərasimində iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm 
gecəsini yadıma saldım və xalçaları ayaq altına salmaq, eləcə də avropasayağı masa 
arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işlərdə tam sərbəstlik verdim. Mənim 
öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən qurmağı 
planlaşdırırmamışdı. 
  Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında 
oturub, başımı yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb 
dodaqlarımın üzərində gəzdirdim.  
  Atam çox nəzakətlə: 
  -  Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı 
halda Nino özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri 
yadından çıxarma: Artıq Bakı avropalaşıb. Özü də həmişəlik! 
  Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir. 
  -  Bəs sən nə edəcəksən, ata? 
  -  Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən 
Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların 
gəlişini gözləyəcəyəm. 
 
128


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə