ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

Adımın altında bunlar yazılmışdı: “Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris 
konsulluğuna təyin edilir”. 
  Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir məqalə gəlirdi. Bu 
məqalənin Arslan ağanın qələmindən çıxdığını başa düşmək çox da çətin deyildi. 
  Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. Kabinetin qapısını 
açıb içəri girdim: 
  -  Mirzə Əsədulla, bu nə deməkdir? - dedim. 
  O, gülümsədi: 
  -  Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu barədə xanımınıza 
söz vermişdim. Nino ilə siz Parisdə bizim ideal təmsilçilərimiz olacaqsınız. Orada əsil 
yerinizi tapacaqsınız. 
  Dəhşətli əsəbilik içində qəzeti bir küncə tulladım. Mirzə Əsədulla nitqi tutulmuş kimi 
mənə baxıb dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu xarici ölkələrə işləməyə təyin 
edilsələr çox şad olarlar. 
  -  Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud deyil. 
  O, heyrətlə mənə baxırdı: 
  -  Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu 
vəzifəyə çox yaraşırsınız. 
  -  Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya çıxacağam – 
dedim.  
  Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən aləmə nifrət 
edirəm. Ancaq siz mənim bu nifrətimi başa düşməzsiniz, Mirzə! 
  Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da qala bilərsiniz” - 
dedi. 
  Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim: 
  -  Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim. 
  Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı: 
  -  Niyə, Əli xan? 
  -  Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü 
və bu dənizi sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri 
sevirəm. Mən Şərqdən uzaqlaşanda sudan çıxmış balıq kimi oluram. 
  Nino bir anlığa gözlərini yumdu. 
  -  Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna 
bürünmüşdü ki, qəlbimi paraladı. 
  Oturub Ninonun əlini ovuclarımın içinə aldım. 
  -  Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə 
pərişan olacağam. Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss 
edəcəyəm. Şəmirandakı hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən 
də Avropaya dözə bilməyəcəyəm. Gəl elə burada, Asiya ilə Avropanın hiss edilməyən 
şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. Çünki orada nə 
məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən zaman-zaman Asiyanın 
ruhu ilə qidalanmalıyam ki,  bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim. Sən mənə 
məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun 
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm. 
 
137


  Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri 
ilə saçlarımı sığalladı: 
  -  Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə 
fikirləşdim ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha 
Paris barədə söhbət etməyək. Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi. 
  O, məni mehribanlıqla öpdü. 
  -  Nino, mənim kimi adama arvad olmaq çox çətindir? 
  -  Yox, Əli xan, heç də çətin deyil. 
  O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı. 
  Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, – 
körpəmiz doğulduğu zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. 
Axı biz hələ toy səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün 
yayı orada qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə 
olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin övladıyam. 
  -  Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin 
qarnımda daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli 
ilə Ninonun övladı olacaq. Razısan? 
  -  Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...  
   
   
  XXIX 
   
  Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın 
yanına avropalı həkimlər çağırmazdıq. 
  Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Ananın 
doğum sancıları çox qorxunc bir hal aldığı zaman biz ona firuzə və almas tozu verirdik. 
Lakin bu tozların ona köməyi olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və 
cəsur olasan deyə, biz sənin göbək bağını evin gündoğanına baxan divarından qılıncla 
Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman kimi boynunda gəzdirdin və 
xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman boynundakı göbək 
bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi 
səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu 
rəngləyib otağına buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan 
bir müdrik adam gəldi və özü ilə bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun 
qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni götürüb inəyin qarnına saldı. Üç saatdan sonra 
səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O gündən etibarən sən bir daha 
xəstələnmədin. 
  Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum 
və bütün vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə 
daha uzun və acı bir səslə. Atam sakit  tərzdə dedi: 
  -  Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır. 
Qədim zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman 
yağdırdığı lənətlərin təsirini evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına 
çiləyərdi. 
 
138


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə