Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

35 


lazımdır ki, qurğunun   səmərəliyini artırmaq məqsədi ilə lövhələrin layarası məsafələri kiçik qəbul 

olunub.  Tərkibi yüksək mexaniki qarışıqlı  çirkli suların (neft mədən çirkli suları) belə nazik layda 

duruldulması  mümkün  deyil,  çünki  layarası  məkanlar  qısa  bir  vaxtda  lilləşəcəkdir  ki,  bu  da  öz 

növbəsində duruldulma prosesini pozacaq və nəticədə qurğunu sıradan çıxardacaq. 

 

Nazik laylı qurğular, bütün durulducular kimi işçi həcmlərdən, supaylayıcı hissədən, sudan 



ayrılan  çirklənmələrin  yığma  həcmindən  və  su  yığan  avadanlıqdan  ibarətdir.  Qeyd  edək  ki,  nazik 

laylı  duruldulma  prosesi  nəticəsində  çirklənmə  fraksiyalarının  xüsusi  çəkisi  sudan  az  olduğundan 

lövhələrin  altında,  ağır  çirklənmələr  isə  -  lövhələrin  üstündə  toplaşır.  Lövhələrdə  yığılmış 

çirkləndiricinin toplanma yerlərinə nəqli üçün onlara müəyyən maillik verilir. Göstərilən qurğuların 

tədqiqatına, konstruksiyaların seçilməsinə və onların istismarına həsr olunmuş təhlillər göstərir ki, 

nazik laylı duruldulma prosesinin və onun təşkilinin sadəliyinə baxmayaraq, məlum konstruksiyalı 

qurğularda  istənilən  üstünlükləri  əldə  etmək  mümkün  olmur.  Bizim  ölkədə  və  demək  olar  kı, 

xaricdə  asılı  maddələrin  nazik  layda  sudan  ayrılmasının  praktiki  təcrübələri  nəticəsində  müyyən 

edilmişdir  ki,  nazik  laylı  qurğularda  mövcud  durulduculara  xas  olan  çatışmazlıqlar  da    müşahidə 

olunur.  Bunlara  ilk  növbədə:  qurğunun  canlı  en  kəsiyi  üzrə  supaylamanın  müntəzəm  və  bərabər 

paylanmasının  mürəkkəbliyini,  ayrılmış  çöküntülərin  lövhələrlə  nəql  edilməsi  və  nəticədə  çirkli 

suların etibarlı təmizlənməsinin təminatını aid etmək lazımdır. Laylı qurğularda ayırma prosesinin 

ən ciddi çatışmamazlığı dövrəvari lövhə arası məkanlarda suyun qeyri-müntəzəm paylanmasıdır.  

 

Axının maili hərəkətinin təmin olunduğu nazik laylı qurğular istehsalatda ən geniş yayılmış 



hesab  olunurlar.  Bu  isə  onunla  izah  olunur  ki,  maili  durulducularda  horizontal  durulduculardan 

fərqli olaraq axının hərəkəti zamanı sulardan ayrılmış çöküntülərin kənarlaşdırılması xeyli asanlaşır. 

Bundan başqa bir neçə müəlliflər tərəfindən qeyd olunub ki, suyu maili hərəkət edən durulducular, 

horizontal  durulducularla  müqayisədə  həm  səmərəlidir  həm  də  az  yer  tutur.  Hal-hazırda  ABŞ-da, 

İngiltərədə,  Fransada,  Almaniyada,  Yaponiyada,  İsveçdə,  Hollandiyada  və  bir  sıra  yüksək  inkişaf 

etmiş  ölkələrdə  müxtəlif  tərkibli  çirkli  suların  təmizlənməsi  üçün  belə  konstruksiyaya  malik 

durulduculardan  istifadə  olunur.  Lakin  qəbul  edilmiş  supaylama  üsulları  bu  cür  konstruksiyalı 

qurğularda  hidravlikanın  qanunları  ilə  uzlaşmadığına  görə,  nazik  laylı  qurğularda  suyun  maili 

hərəkəti,  qurğunun  tam  işçi   həcminin   istifadəsini   təmin   etmir.  

Nazik  laylı  durulducu 

qurğularda bir neçə çətinliklərlə mövcuddur ki bu da əsasən  suyun müntəzəm layarası məkanlarda 

paylanması və bu məkanların lilləşməsindən ibarətdir . Son 10 il ərzində bizim ölkədə nazik laylı 

qurğuların  təkmilləşdirilməsinə  dair  hərtərəfli  tədqiqatların  aparılmasına  baxmayaraq  qurğuların 

geniş    istifadə  olunmasına  hələ  də  nail  olunmayıb.  Bu  işlərin  tədqiqatlar  nəticələrindən  məlum 

olmuşdur  ki,  belə  qurğuları  tətbiq  edərkən,  çirkli  suların  xüsusiyyətlərini  və  çirklənmələrinin 

xassələrini  nəzərə  almaq  lazımdır.  Tərkibi  yüksək  mexaniki  qarışıqları  ilə  fərqlənən,  neft-mədən 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

36 


çirkli  sularının  təmizlənməsi  üçün  nazik  laylı  qurğulardan  istifadəsi  zamanı  paralel  lövhələrin 

lilləşdirilməsinin  qarşısını  almaq  üçün  lazımı  tədbirlər  görülməlidir.  Müqayisə  üçün  Kiriş 

neftayırma  zavodunun  horizontal  nefttutanları  paralel  lövhələr  paketləri  ilə  təchiz  olunmuşlar. 

Məlumdur ki, zavodda əmələ gələn çirkli sularda ağır asılı maddələrin miqdarı, mədən çirkli  suları 

ilə  müqayisədə  qat-qat  aşağıdır  .  Altı  aylıq  fasiləsiz  istismardan  sonra  məlum  olmuşdur  ki,  maili 

lövhələr  üzərində  yığılmış  çöküntülər,  suların  təmizləmə    prosesinə  mane  olmur  və  təmizlənən 

sularda neftin miqdarı artmır. Çöküntülərin özlərini müxtəlif şəkildə aparması bir daha təsdiq edir 

ki,  nazik  laylı  qurğuların  parametrlərinin  və  texnoloji  iş  rejiminin  seçilməsində  çirkləndiricilərin 

tərkibini  və  təbiətini  nəzərə  almaq  lazımdır.  Lövhələrarası  boşluqların  həcmi,  paralel  lövhələrin 

maillik  bucağı  və  uzunluğu,  suyun  istiqaməti  və  hərəkət  sürəti,  hətta  lövhələrin  materialları  kimi 

hesabı  parametrləri,  müvafiq  çirkli  suyun  çöküntülərinin  xarakteristikası  reqlamentləşdirilməlidir. 

Məsələnin  həlli  üçün  konstruktiv  cəhdlər  də  göstərilib.  Neft-mədən  çirkli  sularının  nazik  laylı 

durulducuda  çökməsi  zamanı  onun  lövhələrində  əmələ  gələn  çöküntü  qatının    plastik-özülü 

xassələri  digər  təsərrüfat    qurğularında    yaranan    çöküntülərin    xassələrindən      kəskin  sürətdə 

fərqlənir. 

Neft-mədən  çirkli  sularının  çöküntüləri  mürəkkəb,  çox  komponentli  və  polidispers 

sistemdir.  Onların  tərkibi  kvars,  gil  hissəcikləri,  müxtəlif    minerallar,  neft,  duzlaşmaları,  parafin, 

seresin və bir sıra başqa elementlərdən ibarətdir. Bu az hərəkətli sistem başlıca olaraq, onun reoloji 

xassələrindən asılıdır. Çöküntülərin təbiətinin təyini və onların maili lövhələrdə hərəkəti hal-hazırda 

çox  az  tədqiq  olunan  sahələrdəndir.  Nazik  laylı  durulducuda  neft-mədən  çirkli  sularının  

təmizlənməsinin  mühüm  praktiki  əhəmiyyət  kəsb  edən    işçi  durulducunun  artırılması,  həcmlərin 

ayrılan çöküntülərin lilləşməsi məsələlərinin öyrənilməsinə daha ciddi yanaşmaq lazımdır. 

Nazik laylı duruldulma prinsipinin perespektivliyi onun geniş sahələrdə, xüsusəndə gillərin, 

lopavari  çöküntülərin,  lil  qarışıqların  çökdürülməsində  istifadəsinə  gətirib  çıxarır.  Bu  halda 

qurğunun  konstruktiv  parametrlərinin    seçilməsinə  ehtiyatla  yanaşmaq  lazımdır.  Paralel  lövhələrə 

çökən  və  az  sıxlığı  olan  strukturların  tutduğu  həcm  nəzərə  alınmalıdır,  əks  halda  lövhələrarası 

boşluqların ixtisarı qurğuda hidravlik rejimin pozulmasına səbəb ola bilər və yaxud  da təmizlənmiş 

sularla  çöküntülər  də  aparıla  bilər.  Hər  iki  hal  qurğunun  səmərəliliyi  kəskin  azaldır.  Neft 

hissəciyinin  maili  lövhə  arasında  hərəkəti  məsələsinə  də  baxılıb.  Lakin  burada  ayrı-ayrı  neft 

hissəciklərinin hərəkəti göstərib ki, maili lövhə altında əmələ gələn neft qatının axının mövcudluğu 

tədqiq olunmayıb. 

Nazik  laylı  qurğuların  lövhə  materialının  ümumi  səthi  aktiv  korroziya  mühiti  ilə  təmasda 

olur.  Neft  quyu  məhsulunun  korroziya  aktivliyinin  artması  lay  sularında  bu  və  ya  digər  ionların 

olması  ilə  əlaqədardır.  Korroziyanın  ən  qorxulu  agentləri  kimi  kükürdlü  hidrogen,  oksigen  sulfat 

bərpa edici bakteriyaları qeyd etmək olar. Ona görə də lövhələr üçün elə material seçilməlidir ki, bu 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə