Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   ...   14   15   16   17   18   19   20   21   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

49 


Göründüyü  kimi,  nəqliyyat  vasitələrinin 

artması  stasionar  mənbələrdən  atılan  tullantı-

larla müqayısədə atmosfer havasının daha çox 

çirklənməsi  ilə  nəticələnib.  Təsərrüfat  fəaliy-

yətinin  ətraf  mühitə  təsirini  səciyyələndirən 

əsas  göstəricilərə  görə  stasionar  nənbələrdən 

2003-2005-ci  illərdə  atmosferə  atılan  çirklən-

dirici maddələrin miqdarı avtomobil nəqliyya-

tından atmosferə daxil olan tullantılardan cox 

olsa da, 2008-2009-cu illərdə  avtomobil nəq-

liyyatı  ilə  çirklənmə  iki  dəfə  artıb  [3].    Bakı 

şəhərində  atmosferi  nəqliyyat  vasitələri  tərə-

findən ifrat dərəcədə çirklənmiş (438 mq/m

3

 ) 



Xətai, daha az çirklənən isə (75,4 mq/m

3

) Bi-



nəqədi rayonudur [4]. Xarici ölkələrdən gətiri-

lən  işlənmiş  maşınlarla  bərabər,  istismarda 

olan  nəqliyyat  vasitələrinin  çoxunun  köhnəl-

məsi də ətraf mühitə pis təsir edir. Qərbi Av-

ropa istehsalı olan avtomobillər xarakterik tul-

lantılar əmələ gətirirlər [5]. Avtomobil nəqliy-

yatı  200-dən  çox  zərərli  maddə  ixrac  edir. 

Yalnız bir gündə hər min ədəd avtomobil mü-

hərrikindən  havaya  3,2  ton  karbon  oksidi, 

200-400  kq  digər  qazabənzər  maddələr  bura-

xılır  [6].  Benzinlə  işləyən  hər  bir  maşın  15 

min  kilometr  qət  etdikdə,  orta  hesabla  4350 

kq  oksigen  istifadə  edir,  əvəzində  atmosferə 

3250 kq karbon qazı, 530 kq dəm qazı, 93 kq 

karbohidrogen  və  27  kq  azot  oksidi  atır  [7]. 

Nəqliyyat  vasitələri  arasında  atmosferi  daha 

çox  çirkləndirən  avtomobillər  olsa  da,  digər 

nəqliyyat növləri - aviasiya, dəmiryol, su (də-

niz və çay) nəqliyyatı, kənd təsərrüfatı maşın-

larından  traktor,  kombayn  və  s.  də  atmosferi 

tullantılarla  korlayır.  Məsələn,  hava  layneri  7 

saat  uçuş  müddətində  35  ton  oksigen  işlədir. 

Bu, 33-34 adamın bir il ərzində istifadə etdiyi 

oksigenin miqdarına bərabərdir [8]. Təyarələr-

də  istifadə  edilən  qazotrubin  hərəkət  mühər-

riklərindən  hava  limanlarına  və  ətraf  mühitə 

atılan zərərli maddələrin miqdarı da  az deyil: 

karbon  oksidi-55  faiz,  azot  oksidi-77  faiz, 

hidrogen-93 faiz, aerozol-97 faiz [9].  

     Nəqliyyatın ətraf mühitə təsiri, həm də hə-

rəkətin məkanı ilə bağlıdır. Hərəkət edən nəq-

liyyat  vasitələri,  torpağı  tapdalayıb  bərkidir, 

yolunun üstündəki bitkiləri tələf edir, heyvan-

ları  yaşadıqları  ərazidən  uzaqlaşdırır.  Kənd 

təsərrüfatında  işlərin  qızğın  vaxtı  heyvanların 

yuvalama və balalama dövrünə təsadüf etdiyi-

nə görə bu vaxt kənd təsərrüfatı texnikaları ilə 

ölüm halları daha çox olur. Yollarda avtoma-

şınların iri heyvanlarla toqquşması bəzən təh-

lükəli  qəzalara  gətirib  çıxarır  [10].  Nəqliyyat 

vasitələrinin  yaratdığı  səs-küylər  canlılı  orqa-

nizmlərin  sağlamlığına  mənfi  təsir  edir;  həd-

dindən  artıq  səs  sinir  sistemini  qıcıqlandırır, 

insanın əhvalını pisləşdirir, eşitməni ağırlaşdı-

rır, orqanizmin müdafiə qabiliyyətini aşağı sa-

lır. Hərəkət edən nəqliyyatdan  yaşayış evləri-

nə,  məktəbəqədər  uşaq  müəssisələrinə,  xəstə-

xanalara, yataqxanalara daxil olan səslərin sə-

viyyəsi normadan 5-25 dba artıqdır. Bakıətrafı 

istirahət guşələrinin, müalicə sanatoriyalarının 

və paytaxtın sakitliyini pozan, normadan artıq 

səs-küy  əmələ  gətirən  amillərdən  biri  də  ya-

xınlıqdakı  Binə  Aeroportunda  uçuş-enmə  zo-

lağının olmasıdır. Hərəkət edən təyyarənin ya-

ratdığı səsin gücü 130 dba-dır [11].   

Beləliklə, torpaq  ehtiyatları hesabına  ye-

ni  şosse  yollarının  çəkilməsi,  bitki  örtüyünün 

dağıdılması, hərəkətdə olan heyvanlarla avto-

mobillərin  toqquşması  nəticəsində  ölüm  hal-

ları,  ətraf  mühitin  müxtəlif  nəqliyyat  tullantı-

ları ilə (şin, rezin tozu, avtonəqliyyat hissələri, 

işlənmiş  qazlar  və  s.)  çirklənməsi,  normadan 

artıq səs-küy və s. göstərir kı, nəqliyyatın  ya-

ratdığı ekoloji problem çox genişdir.  



Tövsiyələr. Zərərli maddələrin ətraf mü-

hitə  atılmasının  azaldılması  məqsədilə  Ekolo-

giya  Nazirliyinin  vaxtaşırı  Dövlət  Yol  Polisi 

ilə  birgə  keçirdikləri  "təmiz  hava"  aylığınin 

intensivləşdirilməsini  zəruri  sayırıq.  Zərərli 

maddələrin  azaldılmasında  yüklərin  daşınma-

sının  düzgün  təşkili,  boş  sürüşmələrin  aradan 

qaldırılması, ən qısa və gərginliyi az olan (dön-

gələr, eniş-yoxuşlar, çala-çökəklər) marşrutla-

rın seçilməsi də faydalı olar. Yollarda sürətin 

nizamlanmasına  nəzarət,  xüsusilə,  onun  məh-

dudlaşdırılması  kimi  təhlükəsizlik  tədbirləri-

nin ekoloji əhəmiyyəti vardır. Yanacağa qəna-

ət  edən  avtomobil  sürücülərini  həvəsləndir-

mək məqsədilə müsabiqələrin təşkili, müvafiq 

titulların  təsis  edilməsi,  mükafatlandırma  təd-

birləri və s. ətraf mühitin daha az çirklənməsi-

nə səbəb olar. 

     Təyyarələrin  şəhərin  üzərində  uçuşu  qada-

ğan  olunmalı,  yaşayış  evləri  tikilən  ərazidə 

səs-küyün  gücü  10-60  dba-nı  keçməməlidir. 

Titrəyiş  və  səs  yaradan  dəmir  yol  nəqliyyat 

növləri,  ağır  yüklü  maşınlar  şəhərin  mərkəzi-



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

50 


nə buraxılmamalı, aralıdan keçməsi üçün spe-

sifik  yol  salınmalıdır.  Səsi  azaldan  vasitələr-

dən,  o  cümlədən  yaşıllıqdan  geniş  istifadə 

edilməlidir. Transnəqliyyatın şəhərə  girişi qa-

dağan edilməli, küçələrdə nəqliyyatın hərəkəti 

elə uzlaşdırılmalıdır ki, səs-küyün azaldılması 

kifayət  qədər  hiss  olunsun.  Azsəsli  mühərrik-

lərə  üstünlük  verilməli,  yolboyu  akustik  ha-

sarlar  tikilməli,  yaşayış  evləri  magistraldan 

azı 50 m aralı inşa edilməlidir. Ümumiyyətlə, 

titrəyiş  yaradan  amillər  yaşayış  evlərindən 

kənarda olmalı, evlərin qapı və pəncərələri səs 

keçirməyən materialdan hazırlanmalıdır. 

 

ƏDƏBĠYYAT 



 

1.

 



Алексеев Ю.В. Тяжелые металлы в поч-

вах и растениях. Ленинград: 

Агропром-



издат

, 1987, 142 с.  



2.

 

Müstəqil Azərbaycan - 10 il (statistik gös-



tərici). Bakı: 

Səda



, 2001,  876 s.  

3.

 

Azərbaycanın  statistik  göstəricisi.  Bakı: 



Səda


, 2010, 840  s. 

4.

 

Sultanzadə  F.V.,  Qasımova  L.S.  Bakı  şə



-

hərində  urbanizasiyanın  mənfi  cəhətlərinin 

öyrənilməsi.  /

Biologiyada  elmi  nailiyyət-



lər

 mövzusunda Respublika elmi konfran-



sının  materialları  (28-29  aprel).  Bakı: 

BDU,  2006,  s.188-189 

5.

 

Охрана  природы  (Справочник).  /Под 



ред.  К.М.Митрюшкина.  М.:  Агропром-

издат, 1987,  269  с.  

6.

 

Əsgərov Ə A., Mahmudov H.İ. İnsan və tə-



biət. Bakı: İşıq, 1992, 264 s. 

7.

 



Стадницкий 

Г.В., 


Родионов 

А.И. 


Экология. М.: Высшая школа, 1988, 272 

с. 


8.

 

Макевнин  С.Г.,  Вакулин  А.М.  Охрана 



природы. М.: Колос, 1983, 172 с.  

9.

 



Məmmədov T.S., İbrahimov Z.A., Quliyev 

A.A. Hava limanında ətraf mühitin çirklən-

məsi. /”Ətraf mühitin mühitin mühafizəsin-

də  botanika  bağlarının  rolu”  mövzusunda 

Beynəlxalq  Botanika  Konfransı  (Bakı, 

Mərdəkan  dendrarisi,  14-17  avqust,  2006) 

Bakı: s.144-147  

10.


 

Nəbiyev  N.  İqtisadiyyat,  cəmiyyət  və 

ekoloji mühit. Bakı: Ağrıdağ, 2000, 696 s.  

11.


 

Ətraf mühitin mühafizəsi üzrə milli fəaliy-

yət  planı.  Dövlət  Ekologiya  və  Təbiətdən 

İstifadəyə  Nəzarət  Komitəsi.  Bakı:  Press-

Alyans,1998, 68 s. 

Y.M. Mahmudov 

 

Author of dissertation of Institute of History  

of a name of A.Bakikhanov of the National 

Academy of Sciences of Azerbaijan 

 

TRANSPORT INFLUENCE TO 



ENVIRONMENT 

 

SUMMARY 

 

Transport, as an anthropogenic factor has 

a significant impact on the environment. This, 

in  turn  manifests  itself  in  relation  to  the  at-

mosphere and the earth. For example, vehicles 

are exported to more than 200 toxic and non-

toxic  substances,  many  of  which  are  released 

into  the  atmosphere.  Around  the  road  (200 

meters)  soil  fertility  is  reduced  by  2-3  times. 

Along  with  the  land,  the  negative  effects  are 

undergoing  and  related  all  living  organisms. 

Also  the  noise  from  vehicles  has  a  negative 

impact on living organisms.  In this article we 

have  tried  in  several  ways  to  explore  one  of 

the  man-made  environmental  factors  that 

cause environmental problems associated with 

transport. 

 

Ю.М. Махмудов 

 

диссертант Института Истории имени 

А.Бакиханова Национальной Академии  

Наук Азербайджана 

 

ВЛИЯНИЕ ТРАНСПОРТА К 



ОКРУЖАЮЩЕЙ СРЕДЕ 

 

РЕЗЮМЕ 

 

 



 

Транспорт,  как  антропогенный  фак-

тор,  оказывает  значительное  влияние  на 

окружающую  среду.  Это,  в  первую 

очередь,  проявляет    себя  по  отношению  к 

атмосфере и земле. Например, транспортом 

экспортируется более чем 200 токсичных и 

нетоксичных  веществ,  многие  из  которых 

попадают  в  атмосферу.  Вокруг  автомо-

бильных дорог (до 200 метров) плодородие 

почвы  уменьшается  в  2-3  раза.  Наряду  с 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə