Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

40 


 

 

 



 

Rəsmi fəaliyyət göstərən poliqonlar  eko-

loji norma və standartlara cavab vermir. Belə 

ki,  poliqonların  əraziləri hasara alınmamış və 

nəzarət  təşkil  olunmamışdır,  tullantılar  boşal-

dılandan sonra torpaq qatı ilə örtülərək basdı-

rılmır. Çeşidlənmə aparılmadığından təhlükəli 

və bir sıra sənaye tullantıları məişət tullantıla-

rı ilə birlikdə poliqonda yerləşdirilir.  

 

Civə üsulu ilə kaustik soda və xlor isteh-



salı  zamanı  əmələ  gələn  təhlükəli  tullantı-

lar Sumqayıt  şəhərində  və  ümumilikdə  Abşe-

ron  yarımadasında  böyük  ekoloji  problemlər 

yaradan amillərdən biri idi. Lakin son zaman-

lar  görülmüş  tədbirlər  nəticəsində  bu  proble-

min həllinə nail olunmuşdur.    

 

Atmosfer  havasının  çirklənməsi  də  Ba-



kının  əsas  ekoloji  problemlərdən  biridir.  Son 

illər  əsasən  köhnə  avtomobillərin  hesabına 

nəqliyyat  vasitələrinin  sayının  artması,  poli-

qonlarda tullantıların  yandırılması səbəbindən 

atmosfer  havasına  atılan  zərərli  maddələrin 

miqdarının  artması  atmosfer  havasının  çirk-

ləndirməklə ətraf mühit və insanların sağlam-

lığı üçün ciddi təhlükə yaradır. 

 

Abşeron  yarımadasında  ümumi  sahəsi 



3325 ha qədər olan 200-dən artıq göl mövcud-

dur. Bu  göllərə il ərzində 41,5 mln. m

3

 çirkab 


sular  axıdılır.  Bu  göllərin  ətraf  mühitə  təsiri 

torpaqların  deqradasiyaya  uğraması  və  şoran-

laşmasından, səviyyənin qalxması nəticəsində 

əlavə  torpaq  sahələrinin  su  altında  qalmasın-

dan, buxarlanma nəticəsində karbohidrogenlər 

və  digər  zərərli  maddələrin  atmosferə  atılma-

sından, yaşayış məntəqələrinə, müəssisələrinə, 

yollar və digər kommunikasiya xətlərinə xələl 

yetirilməsindən ibarətdir. Böyük Şor, Bülbülə, 

Qırmızıgöl,  Hacı  Həsən  və  Çuxurdərə  gölləri 

daha çox çirklənməyə məruz qalmışdır.  

 

Abşeron yarımadasının digər gərgin eko-



loji  sahəsi Bakı  buxtasıdır.  Ümumi  sahəsi  50 

km

2



,  sahil  xəttininin  uzunluğu  20  km  olan 

buxtanın  çirklənməsi  öz  növbəsində dənizin 

çirklənməsi,  biomüxtəlifliyinin  azalması  və 

antisanitar  vəziyyətin  yaranması  ilə  nəticələ-

nir. 

 

Suraxanı rayonundakı Bakı Yod Zavodu-



nun  ərazisində  yığılaraq  qalaqlanmış  tullantı-

lar  daş  hasar  vasitəsilə  ətraf  mühitdən  təcrid 

olunmuş və onların zərərsizləşdirilməsi istiqa-

mətində  müvafiq  qurumlar  tərəfindən  tədbir-

lər  həyata  keçirilir.  Abşeronun  digər  əraziləri 

isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir. 



 

Bakı  və  Abşeron  yarımadasında  ekoloji 

vəziyyətin  yaxşılaşdırılması  sahəsində  görül-

müş  işlər:  Regiondakı  mövcud  ekoloji  prob-

lemlərin planlı surətdə həll edilməsi məqsədi-

lə  Azərbaycan  Respublikasının  Prezidenti  tə-

rəfindən  28  sentyabr  tarixində  “Azərbaycan 

Respublikasında ekoloji vəziyyətin yaxşılaşdı-

rılmasına  dair  2006-2010-cu  illər  üçün  Kom-

pleks  Tədbirlər  Planı”  təsdiq  olunmuşdur. 

Bakı  və  Abşeron  yarımadasının  ekoloji  duru-

munun  sağlamlaşdırılmasında  bu  tədbirlər 

planının böyük əhəmiyyəti vardır.  

 

 

 



Neftlə çirklənmiş ərazi təmizləndikdən sonra 

həmişəyaşıl sərv ağaclarının əkin sahəsi. 

 

 



Kompleks Tədbirlər Planında ətraf mühi-

tin  mövcud  vəziyyətinin  bərpasına  yönəldil-

miş bütün əsas fəaliyyət istiqamətləri öz əksi-

ni  tapmışdır.  Belə  ki,  Bakı  Buxtasının,  Bibi-

Heybət zonasının, H.Əliyev adına Beynəlxalq 

Hava Limanının ətrafının, Abşeron yarımada-

sının  göllərinin, neftlə çirklənmiş torpaqların, 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

41 


lay suları altında qalmış sahələrin və digər is-

tehsal tullantıları ilə çirklənmiş ərazilərin eko-

loji  vəziyyətinin  yaxşılaşdırılması,  bərk  məi-

şət tullantılarının idarə olunması sxeminə uy-

ğun  Bakı  və  Sumqayıt  şəhərlərində  formala-

şan  tullantıların  idarə  olunmasının  təkmilləş-

dirilməsi və s. məsələlər tədbirlər planında əks 

olunmuşdur.  

 

Bakı  şəhərinin  və  Abşeron  yarımadasın-



dakı  yaşayış  massivlərinin  kanalizasiyalaşdı-

rılması,  mövcüd  təmizləyici  qurğuların  yeni-

dən qurulması və yeni təmizləyici qurğuların  

tikilməsi  istiqamətində  müvafiq  təşkilatlar  tə-

rəfindən tədbirlər görülür. 2009-cu ilin sonun-

da  Hövsan  aerasiya  stansiyasının rekonstruk-

siyasının başa çatdırılması və buxtaya axıdılan 

kanalizasiya sularının qarşısı alınaraq aerasiya 

stansiyasına yönəldilməsi Bakı buxtasının təd-

ricən təmizlənməsinə müsbət  təsir edəcəkdir. 

 

Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırıl



ması məqsədilə Azərbaycan Respublikası Pre-

zidentinin “Xəzər dənizinin çirklənmədən qo-

runması  üzrə  bəzi  tədbirlər  haqqında”  Sərən-

camlarından irəli gələn  məsələlərin həlli  isti-

qamətində  beynəlxalq   standartlara  cavab  ve-

rən  modul  tipli  lokal  çirkab  su  təmizləyici 

qurğular quraşdırılmışdır. Həmin qurğular İta-

liya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fran-

sa  istehsalı  olan  avadanlıqlardan  ibarətdir  və 

Türkiyədə modulda komplektləşdirilmişdir. 

  

Bu  istiqamətdə  2009-cu  ildə gündə    



2325  m

3

 çirkab  su  təmizləmə  gücünə  malik  7 



stansiya,  ümumilikdə  isə  2008-2009-cu  il-

lər ərzində gündə 6140 m

3

 çirkab sutəmizləmə 

gücünə  malik  16  stansiya  istismara  verilmiş-

dir. Bunun sayəsində çirkab sular ətraf mühit 

və insan sağlamlığına mənfi təsir göstərən in-

qrediyentlərdən (o cümlədən bəzi hallarda hər 

litrdə  2,3  milyon  ədəd  olan  bağırsaq  çöpü 

bakteriyalarından və normanı 100 dəfə üstələ-

yən  üzvi  çirkləndiricilərdən)  təmizlənərək 

250-300 metrədək dənizin dərinliyinə axıdılır. 

Nəticədə  aparılan  monitorinq  qısa  zaman  ər-

zində  Xəzər  dənizinin  suyunun  çirklənmə  sə-

viyyəsinin aşağı düşdüyünü göstərir.  

    

Modul  tipli  çirkab  su  təmizləyici  qurğu-



lardan ibarət olaraq yaradılmış “Xəzər dənizi-

nin  ekoloji  mühitinin  mühafizəsi  sistemi”nin 

fəaliyyəti  nəticəsində  Abşeron  yarımadasının 

şimal  hissəsini  əhatə  edən  Bilgəh,  Buzovna, 

Mərdəkan,  Pirşağı,  Nardaran,  Novxanı  və 

Sumqayıt sahilboyu 86 km-lik ərazilərində ba-

taqlaşmış  sahələrin  və  çirkab  gölməçələrin 

80%-i qurudularaq ekoloji tarazlıq bərpa olun-

muşdur. 

  

Azərbaycan Respublikası Xəzəryanı döv-



lətlər arasında yeganə ölkədir  ki,  dənizin və  

onun akvatoriyasının  çirklənmədən təmizlən-

məsi  üzrə  kompleks tədbirləri həyata  keçirir. 

Bu  tədbirlərin  növbəti  illərdə  də  davam  etdi-

rilməsi  Xəzər  akvatoriyasının  daha  da  təmiz-

lənməsi  ilə  nəticələnəcək  və  Abşeron  yarım-

adasının Xəzər dənizini çirkləndirən mənbələr 

sırasından çıxarılmasına nail olunacaqdır. 

  

Sumqayıt şəhərinin ətraf mühitinin  ciddi 



çirklənməsinə səbəb olan 56422  kubmetr civə 

tərkibli  toksiki  tullantılar  2007-2009-cu  illər-

də,  o  cümlədən  2009-cu  ildə   23,5  min  m

3

-i 



görülmüş tədbirlər nəticəsində Təhlükəli  Tul-

lantılar  Poliqonuna  daşınaraq  zərərsizləşdiril-

miş və bu proses hesabat ilinin ortalarında ta-

mamilə başa çatdırılmışdır.  

  

Abşeron  yarımadasının  ekoloji  durumu-



nun  sağlamlaşdırılması  məqsədilə   çirklənmiş 

və  sıradan  çıxmış  torpaqların  bərpası  ilə  əla-

qədar ETSN tərəfindən “Abşeron yarımadası-

nın ekoloji vəziyyəti və onun yaxşılaşdırılma-

sı  üçün  zəruri  Tədbirlər  Proqramı”  və  “Bibi-

heybət  zonasının  ekoloji  vəziyyəti  və  onun 

yaxşılaşdırılması  üçün  zəruri  Tədbirlər  Proq-

ramı” hazırlanmışdır və nəzərdə tutulmuş təd-

birlərin  həyata  keçirilməsi  istiqamətində  işlər 

görülür.  

  

Azərbaycan  Dövlət  Neft  Şirkəti  tərəfin-



dən neftlə çirklənmiş torpaqların təmizlənmə-

si  istiqamətində  pilot  layihələr  həyata  keçiri-

lir. Köhnə neft mədəni olan və neft tullantıları 

ilə çirklənmiş Bibiheybət ərazisində aparılmış 

rekultivasiya  işləri  nəticəsində  torpaqlar  tə-

mizlənmiş və ərazinin yaşıllaşdırılması tədbir-

ləri həyata keçirilmişdir. 

  

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava 



Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaş-

dırılması  məqsədi  ilə  Texniki  İqtisadi  Əsas-

landırma hazırlanmış, Sədərək və Binə ticarət 

mərkəzləri  köçürüldükdən sonra həmin ərazi-

lərin  yaşıllaşdırılması, təbii landşaftın bərpası 

və istirahət  parkının  salınması  istiqamətində  

 işlərə başlanmışdır.  

  

Belə ki, keçmiş Binə Ticarət Mərkəzinin 



ərazisində  2009-cu  ilin  24  dekabr  tarixində  

ETSN-in  600-ə  yaxın  əməkdaşının iştirakı  ilə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə