Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

«  В  своей  работе  «Армения  в  эпоху  Юстиниана»  он 

указывает,  кадусии  обитали  по  соседству  с  албанами  и 

сакесинами  и  подчёркивает,  что  гелы  и  кадусии  разные 

народы.»

(О,  “Ermənistan  Yustinyan  dövründə”  əsərində  göstərir  ki, 

kadusilər  albanlarla və sakesinlərlə qonşuluqda 

məskunlaşmışddar və vurğulayır  ki,  gellər və  kadusilər ayrı- 

ayrı xalqlar idilər .”)59.

Kadusilərin  Xəzər  dənizinin  sahil  rayonlarında, 

Elbrusun  şimal  dağlıq  rayonlarında  və  Qızılüzən 

boyunca  yaşamış  olduqlarını  yazan  İ.M.Dyakonov  isə 

nəinki,  gelləri  və  kadusiləri  qohum  hesab  etmiş,  hətta 

daha  da  irəli  gedərək  onları  kuti  və  kassitlərin varisləri 

adlandırmışdı60.

Görkəmli  Azərbaycan  Midiyaşünası  İqrar  Əliyev  də 

1960-cı  ildə  çap  etdirdiyi  “Midiya  tatixi”ndə  kadusilər 

haqqında məlumat vermişdir.  O,  Polibinin, Ptolomeyin, 

Strabonun,  Plininin  bəhs  etdiyi  xalqlar  içərisində 

matienlər,  kaspilər,  aynianlar, 

elamlılar,  parslar, 

anariaklar,  utilər,  gellər,  leqlər  və  başqaları  ilə  yanaşı 

kadusilərin də adının olduğunu qeyd edir61.

Tarixçi  Qiyasəddin  Qeybullayev  də  kadusilərin 

müasir  talışların  əcdadları  olduğunu  etiraf  etmiş  və

Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

59 Yenə orada.

60 И.М.Дьяконов.  «История Мидии от древнейших времен до 

конча  века до  н. е.»,  Москва-Ленинград,  1956,  с.  225.

61  И.Алийев, «История Мидия», 

Б., 

1960, с.  138.

- 5 0 -

onların  yayılma  arealının  Atropotenə  aid  olduğunu 



vurğulamışdır. O, yazır:

“Atropotenada  İrandilli etnoslar da yaşayırdı.  Onların  ən 

böyüyü talışların ulu əcdadları olan kaduslar idi”62.

İran  tarixçiləri  Həsən  Pimiya,  Seyyid  Əhməd 

Kəsrəvi,  Məhəmməd  Cavad  Məşkur  Xəzər  dənizinin 

cənub-qərbində  yaşayan 

kadusiləri  talışların  əcdadı 

hesab  edərək  “kadus”  sözünü  müasir  “taluş”,  “taliş” 

sözlərinin  yunanlaşmış  forması  kimi  təsdiqləyirlər. 

Seyyid  Əhməd  Kəsrəviyə  görə  “nə  kadusilər  oradan 

getmiş, nə talışlar başqa yerdən gəlmədilər .”

Digər  İran  tarixçilərindən  fərqli  olaraq  milliyətcə 

İran  yəhudilərindən  olan  Səid  Nəfisi  talışların  türk 

irqindən  olmasını  ehtimal  etmişdirsə  də  professor 

S.Onullahi  Səid  Nəfisinin 

bu  mülahizəsinin  səhv 

olduğunu  sübut  edərək  yazır  ki,  “hələ  islamiyyətdən 

xeyli qabaq  kadusilər  bu  ərazidə  yaşamış  və  talışların 

indi  yaşadıqları  ərazinin  ən  qədim  yerli  sakinlərindən 

olmuşlar.”

Doğrudur,  bu  gün  İranın  və  Azərbaycanın  etno- 

xəritəsində  çox  mühüm  yer  tutan  talış  xalqının 

formalaşmasında  digər  xalqların  da  ola  bilsin  ki,  rolu 

olmuşdur.  Lakin,  bu  heç  də  o  demək  deyildir  ki, 

“talışlar  türkdilli  talasların  varisləridir”.  1925-ci  ildə

Talışda  olmuş,  Talışların  etnogenezində  türklərin

- /-------- --------------------------- -

" Q- Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən 



В 

1984, s. 222. 



Ə г  ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 5 1   -




rolundan  bəhs  etmiş  professor  B.V.Millerin  fikri 

nisbətən daha həqiqətə uyğundur. Miller yazırdı ki, talış 

sözündə  biz  qədimdən  burada  yaşayan  bir  tayfanın 

adını  görürük.  Fars  tarixi  mənbələrində  Talışda  türk 

tayfalarının  olduğu 

da  qeyd  edilir  ki,  onların  da 

monqol  ordularının  tərkibində  Orta Asiyadan  gəlmələri

63

və Talış əyalətində məskunlaşmaları  güman edilir.

Daha  sonra  Miller  yazırdı  ki,  bu  zaman  gələn  türk 

tayfalarının  bir  hissəsi  İran  Azərbaycanının  başqa  türk 

tayfaları  ilə  qaynayıb-qarışmış,  digərləri  isə  talışların 

içində  əriyərək  talış  dilində  danışmağa  başlamışlar.  O, 

qeyd  edir  ki,  “talışlaşmış  türklər”  kiçil:  fonetik  “dil 

xüsusiyyətlərinə  malik  olmaqla,  həm də  Orta  Asiyadan 

gətirdikləri sünnilik etiqadını saxlamışlar.04

Lakin,  kadusilər  və  Kadusiya  haqqında  geniş  və 

əhatəli  tədqiqat  müasir  İran  talışşünası  və  tatşünası, 

Azərbaycan Respublikası  Milli  Elmlər Akademiyasının 

fəxri doktoru Əli Əbdoliyə məxsusdur.

O, 


“talış”  sözünün  “kadus”un  yunanca  dəyişikliyə 

uğramış  forması  olması  fikrini  1990-cı  ildə  farsca  çap 

etdirdiyi  “Taleşha  kistənd?”(“Talışlar  kimdirlər?”) 

kitabında,  həm  də  2002-ci  ildə  Tehranda nəşr  etdirdiyi 

“Kaduslann tarixi” kitabında vermişdir . 6

3

 6



4

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

63 Q.Cavadov. Talışlar, B.  ,  2004,  s. 29.

64 Yenə orada, s. 30.

- 5 2 -


Ümumiyyətlə,  talışların  etnogenezi  məsələsi  ayrıca 

tədqiqat  mövzusu  olduğu  üçün 

burada  adı  çəkilən 

məsələyə  geniş  şəkildə  toxunulmayacaq.  Buraya  qədər 

“prototalışlar”  və  ya  “ilkin  talışlar” 

haqqında  qısa 

məlumat  verdik.  Lakin,  bu  bəhsin  əsas  məqsədi  isə 

birbaşa  olaraq  “Talış”  etno-toponimi  ilə  bağlıdır. 

Ümumilikdə,  bu  termin  və  ya  terminin  ilkin  variantı 

haqqında  artıq  məlum  olduğu  kimi  yunan,  ərəb,  fars, 

türk, rus mənbələrində maraqlı məlumatlar var .

“Talış”  sözünün  mənası  haqqında  isə  fikirlər  yekdil 

deyildir.  Bu  haqda  müxtəlif  mülahizələr  diqqəti  cəlb 

edir.  Assuriya  hökmdarı  II  Sorqonun  (e.ə.721-705) 

kitabələrində  “Telusina”  vilayətinin  fəthi 

barəsində 

söhbət 

açılır. 


“Telusina”nın 

İranın 


şimalında 

mövcudluğunu  nəzərə  alsaq  çox  güman  ki,  bu 

kaduslann 

yaşadığı 

qədim 

əyalət 


olmuşdur. 

“Telusina”nı  “talış”  və  ya  “toloş”  sözünün  assurlaşmış 

variantı  hesab  etsək,  belə  bir  fərziyyə  irəli  sürə  bilərik 

ki,  Telusinada  yaşayan  kadusilər  sonradan  qonşuları 

tərəfindən  öz  adları  ilə  deyil,  vilayətlərinin  adı  ilə 

“telus”  adlandırılmağa  başlamışlar  ki,  bu  da  Toloş  və 

Talış sözünün ilkin formalarındandır.

“Talış”  adı  haqqında  başqa  bir  fikir  belədir.  Seyyid 

Əhməd  Kəsrəvi  qeyd  edir  ki,  ərəblər  Azərbaycana 

gələAə  qədər  “talış”  sözünə  heç  bir  mənbədə  rast 

gəlinmir.  Əsərin  birinci  fəslində  qeyd  etdiyimiz  kimi 

“Taylasan”  torpaqları  haqqında  ərəb  mənbələrində  ilk



Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 5 3   -




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə