Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Ərdəbil  yaxınlığındakı  Savalan  dağıdır.  Halbuki, 

əsərinin  əvvəlində  o,  əl-Müqəddəsinin  əsərlərində  4 

fərsəxin 2 4 - 3 2  km, yəni,  1  fərsəxin 6 - 8   km-ə bərabər 

olduğunu  göstərir.  Savalan  dağının  isə  bu  qədər 

uzunluqda olmadığı aydındır. Təbiidir ki, bu 

dağlar  indiki  Talış  dağları  və  onun 

davamı  olan 

Ərdəbil nahiyyəsində  yerləşən  dağlıq  ərazilər olduğunu 

söyləmək daha inandırıcı görünər.

Müqəddəsi  öz  dövründə  Bərzəndin  kiçik  bir  yaşayış 

məntəqəsinə 

çevrildiyini 

də 

yazır. 


Bu 

da 


başadüşüləndir.  Belə  ki,  görünür  Afşin  Babəki  məğlub 

etdikdən  sonra  buradan  çıxıb  getmiş,  qalan  əhalinin 

çoxu 

isə 


lənətlənmiş 

torpaqlarda 

qalmaq 

istəmədiyindən buraları tərk etmişdir.



Müqəddəsinin 

ən 


çox 

maraq 


doğuran

məlumatlarından  biri  isə  hələ  də  tariximiz  üçün 

aydınlaşdırılmamış aşağıdakı fikridir:

“Müğandan  bir  mərhələ  aralı  əl-Həsrə  adlı  qala  var. 

Orada  evlər,  qəsrlər,  çoxlu  qızıl,  quş  və  heyvan  şəkilləri 

vardır.  Bir  çox  hökümdar  buranı  işğal  etmək  istəmiş,  lakin 

oraya qalxa bilməmişdilər.”

Əslində 


Həsrə 

sözünün 


etimoloji 

mənasının

aydınlaşdırmaqla  bu  toponimi  lokalizasiya  etmək 

mümkündür.  Ehtimal  etmək  olar  ki,  Müqəddəsinin 

Həsrə  kimi  işlətdiyi  ad  “Asbro”  sözünün  ərəbləşmiş 

formasıdır.  Qeyd  edək  ki,  indiki  Astara  sözü  “Asbro” 

sözündəndir.  “Asb”  -   “at”,  “ro”  -   “yol”  sözlərinin

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 4 6 -


birləşməsindən  yaranan  bu  söz  “At  yolu”  ,  “Karvan 

yolu” 


mənasını 

verir. 


Müqəddəsinin 

əlçatmaz 

adlandırdığı  qala  isə  indiyə  qədər  mövcudluğunu 

saxlamış  və  indinin  özündə  də  sözün  həqiqi  mənasında 

əlçatmaz olan Şindan qalası ola bilər.

*  *  *


Beləliklə,  apardığımız  tədqiqatlardan  göründüyü 

kimi,  tarixi  Azərbaycan  torpaqlarının  Ərəb  xilafətinin 

tərkibinə  qatılmasından  sonra  yurdumuz  Xilafətin  ən 

əhəmiyyətli  strateji  nöqtələrindən  birinə  çevrilmiş  və 

hətta  Xilafətdə  dövlət  səviyyəsində  bu  ərazilərin 

hərtərəfli  öyrənilməsinə  ciddi  diqqət  yetirilmişdir.  Onu 

da 

demək 


lazımdır 

ki, 


ərəb 

tədqiqatçılarının 

Azərbaycana  gəlişi  təkcə,  Xilafətdən  tam  asılılıq 

dövrlərində deyil, sonralar da davam etmişdir.

Ərəblərin  maraq  göstərdiyi  və  hər  zaman  ciddi 

nəzarət  altında  saxlamağa  çalışdıqları  ərazilərdən  biri 

də talışların yaşadığı torpaqlar, yəni,  ərəb müəlliflərinin 

dili ilə desək Taylasan torpaqları olmuşdur.



i8(1  'Ai

V  


■ı: 1

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 4 7 -



Ə r ə b   m ü ə l l i f   l ə r i   T a l ı ş   h a q q ı n d a

III bölmə

Talış sözünün mənşəyi, yaranması və 

mənası haqqında

Elmi  araşdırmalar  və  təhlillərdən  də  aydın  olduğu 

kimi  “döyüşkən  kadusilər”in  şanlı  tarixi  heç  də  antik 

dövrün bitməsi ilə başa çatmamış, demək olar ki, bütün 

orta 

əsrlər 


boyu 

bu 


xalqın 

tarixi 


daha 

da 


zənginləşmişdir.  Hətta  Taylasan  torpaqlarının  övladları 

tarix  səhnəsində  tarixin  bu  dönəmində  də  göstərdikləri 

misilsiz 

xidmətlərlə 

ərəb-müsəlman 

dünyasının 

diqqətini də öz üzərlərinə çəkə bilmişlər.

Tədqiqatın  III  bölümündə  isə  qısaca  da  olsa  bu 

qəhrəman  xalqın  adının  mənşəyi,  yaranması  və  mənası 

ilə  bağlı  qeydlərimizi  vermək  yaxşı  olardı.  Düşünürük 

ki,  hər  bir  etnosun  adı  onunla  bərabər  tarixin  dərin 

qatlarından və  sınaqlarından keçdiyi kimi,  ola bilsin ki, 

onun  tarixinin  hər  hansı  bir  mühüm  əhəmiyyət  kəsb 

edən nöqtəsi yeni tarixi mərhələnin əsasını qoysun.

Aparılan  son  araşdırmalar  göstərir  ki,  modern 

dünyamızda  talış  adı  ilə  tanınan  xalqa,  etnosa  şamil 

edilən və bizə qədər gəlib  çatan ilk ad “sataquş”dur.  Bu

- 4 8 -


haqda bəhs  edərkən müasir İran talışşünası  və  tatşünası 

olan Əli Əbdoli yazır:



..., ikincisi, yəni sataquş  nə yunan forması, nə  də orta fars 

dilindəki  deyilişi,  nə  də  hara  adının  olduğu  məlum  olmayan 

bir İran adıdır .”57

Bu  fikir,  yəni,  “sataquş”un  kadus  və  talış  adlarının 

ilkin  forması  olması  hələ  tarixşünaslıqda  tam  olaraq 

əsaslandırılıb,  sübut  olunmamışdır.  “Sataquşlar  ölkəsi” 

və ya  Sataquşiya’  haqqında məlumat verən ən mühüm 

mənbələrdən  biri  və  demək  olar  kı,  birincisi  Böyük 

Daranın  Şuşda  tapılmış  kitabəsidir.  Bu  kitabədə 

Parsiyaya  xərac  verən  Mada,  Xuvaca,  Parsava, 

Harayeva,  Baxtəriş,  Xarəzmiş  kimi  vilayətlərlə  yanaşı 

Sataquşun da adı çəkilir.

“Sataquş”dan  fərqli  olaraq  yunan  mənbələrində 

“kadus”  adlandırılan  xalqın  talışların  əcdadı  olduğu 

şəksizdir.  Kadusilər haqqında hələ  1875-ci  ildə B.  Dom 

özünün “Kaspilər” monoqrafiyasında kadusilərin qədim 

dövrlərdən  Gilan  və  Deyləmdə  yaşaması  fikrini  irəli 

sürmüşdür.58

N.  Adonç  da  “Ermənistan  Yustinyan  dövründə” 

əsərində  kadusilər  haqqında  məlumat  vermişdir.  Bu 

barədə görkəmli tədqiqtçı Rauf Məlikov yazır:

/

5J Ə. Əbdoli. Kadusların tarixi, Tehran, 2002.



58

P. Меликов. «Этническая картина Азербайджана в период 



Ахеменидского владычества. VI-IV вв. до н. e.», Б. , 2003, с.  142.

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 4 9 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə