Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a


(səiləllahu  əleyhi  və  alih)-in



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   2   3   4   5   6   7   8   9   ...   19

Peyğəmbər 

(səiləllahu  əleyhi  və  alih)-in 

həmin  bu 

nigarançılığından belə bəhs edir:

“Bu  təhlükəli  üçbucağın  bir  tilini  Roma  imperatorluğu 

təşkil  edirdi.  Bu  böyük  qüdrət  Ərəbistan  yarmadasının 

şimalında  yerləşirdi  və  Peyğəmbər  (səiləllahu  əleyhi  və  alihi 

və  səlləm)  bu  barədə  daim  nigarançılıq  hissi  keçirir, 

ömrünün 

axır 

vaxtlarma 

qədər 

Roma 

barəsində 

fikirləşirdi.”4

Buna  əsasən  qeyd  etmək  olar  ki,  bu  zaman  Cənubi 

Azərbaycanın  vilayətləri,  həmçinin,  Gilan,  Deyləm, 

Təbəristan  kimi  vilayətlərlə  yanaşı  Taylasan  əhalisi  də 

islamı  qəbul  etmişdi.  Lakin  sonralar  bura Xürrəmilərin 

əsas  mərkəzinə  çevrildiyindən  bu  ərazi  ərəblərin 

nəzarətindən  çıxmış,  burada  islama  qarşı  deyil 

ərəblərin  və  Abbasi  xəlifələrinin  hakimiyyətinə  qarşı 

mübarizə güclənmişdi. Çünki yerli əhali,  Bəlazurinin də 

qeyd  etdiyi  kimi,  islamı  Əlinin  dövründə  qəbul 

etdiyindən  özünü  “Əli  tərəfdarı”,  yəni  “Şii  Əli”  hesab 

edirdilər.  İslamın  böyük  təriqətlərindən  biri  olan  şiəlik 

indinin  özündə  də  əsasən  İran  İslam  Respublikası  və 

Azərbaycan  Respublikasında  yaşayan  əhali  arasında 

yayılmış  başlıca  təriqətdir.  Sonuncu  peyğəmbər  -  

Məhəmməddən  sonra  Ərəb  xilafətinə  və  İslam  dininə 

başçılıq etmiş 4 xəlifəni tanıyan,  lakin onlardan üçünün 

(Əbubəkr,  Ömər  və  Osmanın)  Əli  ibn  Əbu  Talibin 

haqqını mənimsədiyini iddia edən, “Quran”ı və  sünnəni 

qəbul 


edib, 

onun 


əsasında 

həyat 


tərzini 

müəyyənləşdirən  müsəlmanlar  şiə  adlanır.5  IX  əsrdən

4 S. R. Nüseyninəsəb, Şübhələrə cavablar, 2004.

5 H. Məmmədli. Qafqazda İslam və Şeyxülislamlar, 13., 2005, s.  8.



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 6 -


başlayaraq  ərəblər  işğal  etdikləri  yerlərdə  tamami  ilə 

möhkəmlənmək üçün  bu  yerlərin  öyrənilməsinə  xüsusi 

diqqət yetirməyə başladılar.

Bəhs  olunan  dövrdən  başlayaraq,  Azərbaycan  və 

Xilafətin  tərkibinə  daxil  olan  bir  sıra  digər  ölkələr 

haqqında  xəbərlər  ərəb  coğrafiyaşünas,  tarixçi  və 

alimlərinin  əsərlərində  öz  əksini  tapmışdır  6.  Bu 

cəhətdən  IX-XI  əsrlərdə  yaşamış  ərəb  coğrafiyaşünas -  

səyyahlarının  əsərlərində  Azərbaycan  və  o  cümlədən, 

talışların  yaşadıqları  torpaqlar  haqqında  qiymətli 

məlumatlar  əks  olunmuşdur.  Bu  coğrafiyaşünas- 

səyyahlar sırasında 

İbn-Xordadbeh,  İbn  əl-Fəqih,  İbn 

Rusta,  əl-Məsudi,  Əbu  Duləf,  əl-Müqəddəsi  kimi  ərəb 

müəlliflərinin adını çəkmək olar.

Ümumiyyətlə,  indiyə  qədər  Azərbaycan  tarixinin  bu 

dövrünə 

aid 


müxtəlif 

əsərlər, 

tədqiqat 

işləri, 


monoqrafiyalar  yazılmışdır.  Bu  dövrə  aid  xarici 

tədqiqatçılar  sırasında  V.Girqas,  V.V.Bartold  (“Xəlifə 

II  Ömər  və  onun  şəxsiyyəti  haqqında  ziddiyyətli 

xəbərlər”),  AY.  Yakubovski,  Y.  A.  Belyayev,  Z.  İ. 

Yampolski,  Səid  Nəfisi  və  neçə-neçə  görkəmli 

tarixçilərin admı çəkmək olar.

Milli  tarixşünaslığımızda  bu  dövrün  ən  görkəmli 

tədqiqatçıları  sırasında  akademik  Ziya  Bünyadovun 

(“Azərbaycan  VII  -   IX  əsrlərdə”),  Nailə  Vəlixanlının 

(“IX  -   XII  əsr  ərəb  coğrafiyaşünas-səyyahları 

Azərbaycan 

haqqında”, 

“Ərəb 

Xilafəti 





Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

6  N.Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan 

haqqında, B.,  1974, s. 4.

- 7 -


ж.


Azərbaycan”), 

Sara 


Aşurbəylinin, 

Fəridə 


Məmmədovanın,  Yunis  Nəsibovun  və  başqalarının 

adlarını  çəkmək  olar.  Ancaq  bir  çox  səbəblərdən 

Taylasan  torpaqlarının  o  zamankı  mövqeyinə,  etnik 

tərkibinə,  toponimikasına  aid  orta  əsr  tarixçilərinin 

məlumatlarına  diqqət  yetirilməmişdir.  Bu  səbəbdən 

erkən  orta  əsrlərin  sonu,  inkişaf  etmiş  orta  əsrlərin 

əvvəllərinə  aid  Azərbaycan  tarixində  hələ  açılmamış  -  

“ağ  səhifələr”  çoxdur  və  onların  daha  geniş  miqyasda 

tədqiqinə  ehtiyac  vardır.  Çünki,  hansı  dövr  olmasından 

asılı  olmayaraq Vətənimizin keçmişini  bilib,  gələcəyini 

qurmaq  üçün  geniş  tədqiqatların  aparılması  labüddür. 

Bir  çox  digər  millətlərdən  və  xalqlardan  fərqli  olaraq 

Azərbaycan  xalqları  və  ümumilikdə,  Azərbaycan 

milləti  tarixin  hər  bir  dönəmində  əməlləri  ilə  tarix 

yaratsalar da,  tarixi yazmağa vaxt ayırmamışlar.  Elə bu 

səbəbdəndir  ki  ,  Azərbaycan  tarixinin  zənginliyi  ilə 

tarixşünaslığının  zənginliyi  eyni  səviyyədə  deyildir. 

Lakin,  zaman keçdikcə Azərbaycan tarixinin təkcə  orta 

əsrlər  dövrünü  deyil,  bütün  dövrlərin  daha  dərindən 

öyrənilməsi  vacib  bir  zərurətə  çevrilir.  Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyev  məhz  bu 

zərurəti 

öncədən 

görərək 


Müstəqil 

Azərbaycan 

Respublikası  Gənclərinin  I  Forumunda  (2  fevral  1996- 

cı ildə) gənclər qarşısında çıxışında qeyd edirdi:



“Gənclərimiz  milli  ruhda  tərbiyə  olunmalıdır, 

bizim 

milli-mənəvi 

dəyərlərimiz 

əsasında 

tərbiyələnməlidir.  Gənclərimiz  bizim  tariximizi 

yaxşı  bilməlidir,  keçmişimizi  yaxşı  bilməlidir,  -

, 8 ,


Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

dilimizi  yaxşı  bilməlidir,  milli  dəyərlərimizi  yaxşı 

bilməlidir.  Milli  dəyərlərimizi,  milli  ənənələrimizi 

yaxşı  bilməyən,  tariximizi  yaxşı  bilməyən  gənc 

vətənpərvər ola bilməz.7”

Yazılan  əsərin  də  qarşısında  duran  əsas  vəzifə 

Azərbaycanın ayrılmaz və  əsas  tərkib hissəsi  olan Talış 

torpaqlarının  ərəb  işğalı  dövründəki  tarixini  və  tarixi 

coğrafiyasını  IX-XI  əsr  ərəb  coğrafiyaşünaslarının 

əsərləri  əsasında  tədqiq  etməkdir.  Nəzərə  alsaq  ki, 

bölgə  tarixi  baxımdan  ən  az  tədqiq  olunmuş  ərazilər 

sırasındadır,  mövzunun  nə  dərəcədə  mühüm  olduğu 

açıq-aşkar nəzərə çarpar.

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

7 H. Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar , nitqlər , bəyanatlar , 

məktublar , müsahibələr.), B .,  1998, s. 318.

- 9 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə