Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Deməli,  ruslar  Xəzərsahili  digər  vilayətlərlə  yanaşı, 

talışların yaşadığı Deyləm vilayətinə də basqın etmişlər. 

Məsudi  yazır  ki,  ruslar  burada  da  qan  tökür,  qadın  və 

uşaqları  müxtəli  cür  vəhşiliklərə  məruz  qoyur,  mal- 

dövlətlərini  çapıb,  yaşayış  məntəqələrini  xaraba  qoyub 

yandırmışlar.

Əsərinin  digər  bir  yerində  əl-Məsudi  dəniz  ətrafında 

yaşayan  xalqların  məşğuliyyətləri  barədə  maraqlı 

məlumat verərək yazır:

“Bu  dənizin  ətrafında  yaşayan  xalqlar  özlərini  itirdilər; 

çünki keçmişdə onların üzərinə dənizdən basqın edən heç  bir 

düşmən  xatırlamırdılar.  Dənizdə  həmişə  yalnız  ticarət  və 

balıqçı gəmiləri üzürdü.”

Əl-Məsudinin  öz  əsərində  adını  çəkdiyi  əd-Deyləm 

vilayətindən  bəhs  edərkən  qeyd  etmək  lazımdır  ki,  bu 

vilayət  bu  gün  tran  İslam  Respublikasındakı  talışların 

yaşadığı torpaqları əhatə  edir.  Araşdırmalar  göstərir ki, 

Deyləm vilayəti  Gilan, Qəzvin, Zəncan  və Azərabycan 

vilayətləri  ilə  həmsərhəd  idi44.  Daha  dəqiq  desək 

Deyləm  vilayəti  indiki  İran  İslam  Respublikasının 

Tavaleş, 

Əsalem, 


Rezvanşəhr, 

Masal, 


Fumən 

məntəqələrini əhatə edirdi45.

Əl-Məsudi  həmçinin  Xürrəmilər  hərəkatının  baş 

verdiyi əl-Bəzzeynin yerləşdiyi coğrafi məkan haqqında



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

44 Bax : Azərbaycan tarixi xəritələri (“Xürrəmilər hərəkatı” adlı 

xəritə.), B .,  1994.

45 Bax: xəritə “Si ostan İran”,  Tehran, 2007.

- 3 8 -

da  danışır.  O,  yuxarıda  adı  çəkilən  əsərində  Xəzər 



dənizinə tökülən çaylardan bəhs edərkən yazır:

“Ər-Ras  çayı Azərbaycanda  Babək Xürrəminin  vətəni  əl- 

Bəzzeyn  (ölkəsi)  ilə  Arran  ölkəsinə  mənsub  olan  Əbu-Musa 

dağı arasında axıb gedir .”

Bu  məlumat  əl-Bəzzeynin 

talışların  yaşadığı 

torpaqlar,  konkret  desək  Talış  dağlarında  yerləşdiyini 

söyləməyə  imkan  verir.  Orta  əsr  tarixçiləri  “Arran 

ölkəsinə  mənsub  olan  Əbu  Musa  dağı”  yazdıqda  Kiçik 

Qafqaz  dağlarının  şərq  hissəsini,  yəni,  Qarabağ 

dağlarını nəzərdə tutmuşlar.  Talış  dağlarından isə  şimal 

qərbə  doğru  hərəkət  etdikdə  Araz  çayı  Əbu  Musa  -  

Qarabağ  dağları  ilə  bu  ərazi  arasında  qalır.  Buraya 

Yaqut  əl-Həməvinin 

“Bəzz  Azərbaycanla  Arran  arasında 

olan bir vilayətdir 

.”46 fikrini də əlavə etsək, fikrimizin nə 

dərəcədə  əsaslı  olduğu  açıq-aşkar  nəzərə  çarpır.  Əl- 

Məsudi  əsərində  indiki  Cənubi  Talış  (İran  İslam 

Respublikası)  ərazisindən  Gilana  doğru  axan  Səfıdrud 

çayı  (talış  dilinin  cənub  ləhcəsində  “sefıd”  -   “ağ”, 

“rud”  -   “çay”)  haqqında  da  məlumat  verir  və  hətta  bu 

zaman  Deyləm  şahlığın  siyasi  tarixinə  də  toxunur  . 

Məsudi yazır:

“Sefldrud  çayı  Deyləm  torpağından,  Deyləm  şahlarından 

olan  Savar oğlu  Salamın  qəsri yaxınlığından  axır.  Sonra  bu 

çay Deyləmdən Cil ölkəsinə axır. Burada deyləm torpağından 

Şahən-rud  (talış  dilində  “Şahon-ru”  - “Şahların  çayı”

4f' Z.Bünyadov. Azərabycan VII-IX əsrlərdə, B. ,  1989, s. 230.



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 3 9 -



mənasını  verir.)  adlı  başqa  (bir)  çay  Sefidrud  çayına 

tökülür.”

Daha  sonra  Məsudi  yazır ki,  bu  çayların sahillərində 

əcəmlərin  çoxlu  məskəni  var.  Azərbaycanın  görkəmli 

tarixçisi 

Nailə 

Vəlixanlı 



“IX-XII 

əsr 


ərəb

coğrafiyaşünas-səyyahları 

Azərbaycan 

haqqında”

əsərində  “əcəmlər”  sözünü  farslar  kimi  izah  etmişdir. 

İlk  baxışdan  nəzərə  alsaq  ki,  orta  əsrlərdə  “əcəm” 

anlayışı  adı  altında  farslar  nəzərdə  tutulmuşdur  bu 

fikrin doğruluğuna inanmaq olar.  Lakin nəzərə alsaq ki, 

indinin  özündə  də  bu  ərazidə  farslar  çox  cüzi 

miqdardadır,  onda  söylənilən  fikir  şübhəli  görünür. 

Əslində Məsudi  dilləri  farsların dili ilə  eyni  qrupa daxil 

olan  talışları  və  giləkləri  farslarla  qarışıq  salmış  və 

onları  “əcəm”  adlandırmışdı.  Müəllif  dil  yaxınlığını 

oxşarlıq  və  eynilik  kimi  qəbul  etmişdir.  Hətta  XIX 

əsrdə  talışların  tədqiqi  ilə  məşğul  olmuş  P.F.Riss  də 

digər  İran  dillərindən  daha  çox  talış  dilinin  fars  dili  ilə 

oxşarlığını qeyd etmişdir:

«Талышинское  наръчие  принадлежитъ  къ  семье 

иранскихь  языковъ.  Она  ближе  всего  подходить 

къ 

персидскому языку  ...»47 

Yəni:


“Talış  dUi  İran  dilləri  qrupuna  aiddir.  O  daha  cox  fars 

dilinə yaxındır.”

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

47  П.Ф.Рисс. О Талышинцахъ ихъ образъ жизни и языкъ, Записки, 

Кафкязского отдела Императорского РГО, вып. III,  1855, с. 7.

- 4 0 -


Yerusəlimli  Müqəddəsi  də  əsərində  Azərbaycanda 

yaşayan  əhalidən  bəhs  edərkən  talış  dili  ilə  fars  dilini 

səhv  salmışdı.  Elə  buna  görə  də  o,  buradakı  əhalinin 

fars  dilində  Xorasanlılar  kimi,  yəni,  qismən  fərqli 

danışdığını  qeyd  etmişdi48.  Əslində  isə  bu  əhali  fars 

dilində deyil talış dilində danışırdı.

X  yüzilliyin  ərəbdilli  coğrafi  ədəbiyyatının  tanınmış 

müəlliflərindən  biri  də  İranın  Fars  vilayətindəki  İstəxr 

şəhərində  doğulmuş  əl-İstəxridir.  Mavərünnəhr,  İran, 

Ərəbistan,  Suriya  və  Misirə  səyahət  etmiş  əl-İstəxri 

“Kitab məsalik əl-məmalik” əsərini yazmışdır.

Əl-İstəxri  Deyləm  torpaqlarının  Azərbaycanın  şərq 

sərhəddində  yerləşdiyi  haqqında  məlumat  verir.  O 

yazır:


“Azərbaycan, 

Arran 

və 

Ərməniyyəni 

bir 

xəritədə 

yerləşdirib, vahid iqlim etdik. Şərqdən buranı Cibəl, Deyləm, 

Xəzər  dənizinin  qərb  [hissəsi],  qərbdən  Ərmən  və  Lan 

sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi..... ”49

Bundan başqa  əl-İstəxri  bu  iqlimin  çaylarından  bəhs 

edərkən  Azərbaycan  və  Deyləm  torpaqlarından  axan 

Səfıd-rud çayından da bəhs edərək yazır:



“Bu  ölkədə  gəmilərin  hərəkəti  üçün  çaylar  Kurr  və 

Arrasdır  .  Ərdəbil  və  Zəncan  arasındakı  Səfidrud  çayına 

gəldikdə, bu gəmilərin hərəkəti üçün kiçikdir .”50

Ə г ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   H a q q ı n d a

48 N.Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyyaşünas-səyyahlan Azərbaycan 

haqqında, 

B.

,  1974, səh. 134.



49 “Azərbaycan tarixi üzrə qaynaqlar”, B .,  1989, s.l 11  .

50 Yenə orada .

- 4 1   -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə