Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

X  əsrin  Talış  haqqında  bəhs  edən  məhşur  ərəb 

coğrafiyaşünaslarından biri  də  Əbu  Duləf Misar İbn  əl- 

Mühəlhil  əl-Xərraci  əl-Yənbuidir.  Mənşəcə  ərəb  olan 

Əbu  Duləf51  Azərbaycan,  İran,  Ərməniyyə,  Hindistan* 

Çin  və  bir  çox  başqa  ölkələrə  səyahət  etmişdir.  Dəniz 

sahili  ilə  Bakuyəni  və  digər  Arran  torpaqlarını 

gəzdikdən  sonra  Ərdəbilə  yola  düşmüş  Əbu  Duləf  əl- 

Bəzzeyn  vilayəti  və  burada  olan  isti  bulaqlardan  bəhs 

etmişdir.O, yazır:

“...Sonra  Ərdəbilə  yola  düşdüm.  Mən  əl-Vayzun,  Qaban, 

Xaçin, 

ər-Rub, 

Həndan 

və 

əl-Bəzzeyn 

dağlarından 

keçdim....”

Əbu  Duləfin  qeydlərindən  də  məlum  olduğu  kimi  o 

Qarabağ  (Əbu  Musa)  dağlarını  gəzdikdən  sonra  Talış 

torpaqlarına  əl-Bəzzeynə  istiqamət  götürmüşdü.  Həm 

Əbu  Musa  dağlarının,  həm  də  əl-Bəzzeyn  dağlarının 

təbii  xüsusiyyətlərinə  diqqət  yetirən  Əbu  Duləf  bu 

ərazilər arasında ortaq cəhəti də tapa bilmişdi:

“əl-Bəzzeyn,  Əırdəbil  və  yuxarıda  adları  çəkilən  dağlarda 

qoturluğu müalicə edən isti bulaqlar vardır.”

Məlumdur  ki,  Azərbaycan  ərazisində  isti  bulaqlar 

əsasən  Kiçik  Qafqaz  dağlarında  və  Talış  dağlarında 

geniş  yayılmışdır.  Qotur  təmizləyən  isti  bulaqlar 

Azərbaycan  Respublikasının  Lənkəran,  Masallı,  Astara 

rayonları  ərazisində  və  İran  İslam  Respublikasını 

Ərdəbil  ostanlığı  ərazisində  çoxdur.  Məlumat üçün  onu

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

51  Yenə orad a. 

•]

- 4 2 -


da  deyək  ki,  Azərbaycanda  olan  mineral  bulaqlar  öz 

kimyəvi  tərkibinə  görə  on  bir  tipə  bölünür.  Buraya 

hidrokarbonatlı,  hidrokarbonatlı-xloridli,  və  b.  kimyəvi 

tərkibli mineral bulaqlar daxildir  .

Artıq  qeyd  etdiyimiz  kimi  Xürrəmilərlə  bağlı 

aparılmış sonuncu tədqiqatlar göstərir ki,  Səid Nəfisi və 

ona  əsaslanan  bir  çox  tarixçilərə  görə  Babək  Xürrəmi 

islam  dininə  qarşı  deyil,  ərəb  ağalığına  qarşı  mübarizə 

aparmışdır. 

Özünü  əhli-beyt  tərəfdarı  hesab  edən 

Babək  zülümkar  Abbasilərə  qarşı  döyüşürdü.  Babəkin 

şiə  məzhəbli  və  “əhli-  beyt”  aşiqi  olduğuna  hətta  Əbu 

Duləf də işarə vurur:

“Əz-Bəzzeyndə  sahəsi  3  caribə  bərabər  bir  yer  vardır. 

Deyirlər  ki  ,  orada  bir  yer  var  ki,  Allaha  dua  ilə  müraciət 

edən  hər  kəs  buraya  ayaq  basarsa  niyyəti  qəbul  olunar.  Elə 

orada  Xürrəmilər  adı  ilə  məhşur  olan  qırmızı  geyinmiş 

adamlar  bayraqlarını  qaldırddar  .  Babək  burada  çıxış 

etmişdi.”

Göründüyü kimi  ilk  öncə,  əgər Xürrəmilər kafir olsa 

idilər  “Allaha  dua  ilə  müraciət  edən”  olmazdılar. 

Həmçinin  burada  Xürrəmilərdən  indiki  talışlara  və  ya 

Talış  dağlarında  yaşayan  əhaliyə  yadigar  qalmış  və 

yaxud  ilk  Xürrəmilərin  Taylasan  sakinləri  olduğunu 

sübut  edən  bir  etnoqrafik  faktı  da  qeyd  etmək  yerinə 

düşərdi. Hələ indi də talışlar geyimlərində qırmızı rəngə 

daha  çox  üstünlük  verirlər.  Təbii  olaraq,  Xürrəmi 5

2

52 Azərbaycan tarixi. 7 cilddə I cildi, B .,  1998 , s.. 48.



Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a n

- 4 3   -




Babək  də  Taylasan  torpalarınm  övladı  olduğu  üçün 

qırmızı  geyim  və  qırmızı  rəng  Xürrəmilərin  rəmzinə 

çevrilmişdi.  Elə  məhz  bu  səbəbdəndir  ki,  Əbu  Duləf 

onları  “qırmızı  geyinmiş  adamlar”  adlandırmışdı. 

Azərbaycanın  tanınmış  etnoqrafı  Qəmərşah  Cavadov 

“Talışlar”  monoqrafiyasında  talışların  milli  geyimləri 

və  bəzəklərindən  bəhs  edərkən  bu  xalqda  hətta 

qadınların  indi  də  qırmızı  rəngli  arxalığa  və  geyimlərə 

üstünlük verdiklərini qeyd edir:

“Verdiyimiz  ™aiumatlar  arxalığın  müxtəlif  formalarda, 

biçimlərdə  tikildiyini  göstərir.  Bu  isə  bir  tərəfdən  onun 

tikildiyi  parçadan,  digər  tərəfdən  kim  üçün  tikilməsindən  və 

nəhayət,  cavan,  qoca,  yaşlı  qadınlara  məxsus  olmasından 

asılı  idi.  Belə  ki,  qızlar,  gəlinlər  üçün  bir  qayda  olaraq 

arxalıq  qırmızı rəngli parçadan tikilərdi. Vaxtı ilə B.V.Miller 

tərəfindən  toplanmış  Talış  mahnılarında 

tez-tez  qırmızı 

rəngli arxalığın adı çəkildiyi də aydın olur.”53

Taylasan  torpaqları  haqqında  dolayısı  ilə  məlumat 

verən 

X-XI 


əsrlərdə 

yaşamış 


ərəb 

coğrafiyaşünaslarından  biri  də  Əl-Müqəddəsidir.  Əl- 

Müqəddəsinin  əsərləri  öz  genişliyi  və  öz  əhatəliliyinə 

görə  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Əl-Müqəddəsi 

bu zaman Xilafətdəki rustaq və şəhərlərin sayı haqqında 

məlumat  vermişdir.  O,  Azərbaycanı  təsvir  edərkən 

şəhərlərin  topoqrafiyası,  salınma  tarixi,  əhalisi,  dili, 

dini,  mədəniyyəti,  məişəti,  adətləri  haqqında  məlumat



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

53  Q.Cavadov. Göstərilən əsər, s. 234.

- 4 4 -

vermişdir54.  Təsadüfi  deyildir  ki,  İ.Y.Kraçkovskii  əl- 



Müqəddəsinin 

əsr 



ərəb 

coğrafiyaşünas 

-  

səyyahlarının 



“son 

böyük 


nümayəndəsi” 

adlandırmışdı55.

Şəms  əd-Din  Əbu  Abdullah  Məhəmməd  ibn  Əhməd 

ibn  Əbu  Bəkr  əl  Bənna  əş-Şami  əl-Müqəddəsi  946  - 

1000-ci  illərdə  yaşamışdır.  Onun  əsas  əsəri  “Əhsən  ət- 

təqasim  fi  Mərifət  əl  əqalim”  (“İqlimlərin  öyrənilməsi 

üçün  ən  yaxşı  bölgü”)56  adlanır.  Məlumat  üçün  qeyd 

edək  ki,  əl-Müqəddəsinin  bəhs  etdiyi  dövrdə  Taylasan 

torpaqlarının  əsas  hissəsi  Ərdəbil  vilayətinin  tərkibinə 

daxil 


edilmişdi. 

Müqəddəsi 

Ərdəbil 

vilayətinin 

şəhərlərindən bəhs edərkən bu sırada Bərzənd şəhərinin 

də adını çəkir.  O, yazır:



“Ərdəbilin 

(vilayətinin) 

şəhərləri: 

Rusbe, 

Təbriz,

Cəbrəvan,  Məyanic,  Sərat,  Varsan,  Muqan,  Mimməz, 

Bərzənd.”

Daha sonra o yazır:



“...... Paytaxtı,  bura  həmçinin  (bütün)  iqlimin  şəhəridir,

Ərdəbil  şəhəri.  Buradakı  dağın  uzunluğu  140  fərsəxdir.  Bu 

(yerlər)  başdan-başa  kənd  və  əkin  sahələridir.  Deyirlər  ki, 

burada (kəndlərdə) 60 dildə danışırlar.”

Görkəmli  tarixçimiz  N.  Vəlixanlı  təsvir  olunan  140 

fərsəxlik uzunluqda olan dağdan danışarkən yazır ki, bu

/ _____________________

54 Ziya Bünyadov. Göstərilən əsər, s. 23.

55 N.Vəlixanlı. Göstərilən əsər, s.  126.

56 Yenə orada,  s.  127.

Ə r  ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a   -

-45  -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə