Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

qapısına”)  -   Afşinin  iqamətgahına  gətirilməsi  ilə 

əlaqədar çəkilmişdir.  Ehtimal etmək olar ki, Xürrəmilər 

hərəkatının  və  Məzyər  üsyanının  yatırılmasına  görə 

Sacilərə  mülk  olaraq  verilən  torpaqlar  sırasında 

Taylasan  və  Təbəristan  torpaqlarının  bir  hissəsi  də 

olmuşdur.

Böyük  Sacilər dövlətinin yaradıcısı  isə Əbu  Sac  oğlu 

Məhəmməd  hesab  olunur.  O,  xəlifə  tərəfindən  889-ci 

miladi  ilində  Azərbaycanın  hakimi  təyin  olunmuşdu. 

Məhəmməddən  sonra  hakimiyyətə  gəlmiş  Yusifin 

dövründə  Sacilər dövlətinin  ərazisi  qərbdə Ani və  Dvin 

şəhərlərindən  başlamış  şərqdə  Xəzər  dənizinədək, 

cənubda  Zəncandan  şimalda  Dərbəndədək  (Bab  əl- 

Əbvab)  olan  torpaqları  əhtə  etmişdir.  Ehtimal  ki,  bu 

dövrdə  Taylasan  torpaqları  Sacilərin  tam  asılılığında 

idi.


“Beləliklə,  Sacilər  daha  zəif  qonşuların  mülklərini 

birləşdirərək güclü dövlət yaratmağa nail oldular.”40

Sacilər  dövlətinin  hakimiyyəti  dövrü  Taylasan 

torpaqlarının  həyatında  nisbətən  durğunluq  dövrü  kimi 

xarakterizə  oluna  bilər.  Çünki,  Xürrəmilər  hərəkatının 

yatırılmasından  sonra burada çoxlu əhali qırılmış,  şəhər 

və  kəndlər  xarabazara  çevrilmişdi.  Əhalinin  sayının 

azalması  təbii  olaraq  birbaşa  məhsuldar  qüvvələrin 

inkişafına ciddi zərbə vurdu.



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

40 Azərbaycan tarixi.  7 cilddə II cildi,  B . ,  1998, s. 289.

- 3 4 -

Lakin,  tezliklə  Taylsan  torpaqlarının  cənub  hissəsi, 



yəni,  Deyləm  yenidən  tarix  səhnəsində  mərkəzlik 

rolunu  üzərinə  götürür  .  938-ci  ildə  Deyləm  hakiminin 

sərkərdəsi  Ləşkəri  ibn  əl-Mərdi  Sacilər  üzərinə  hücum 

edərək  sonuncu  Saci  hökümdarı  Deysəmə tabe  yerlərin 

çoxunu  tutub  Ərdəbili  mühasirəyə  aldı.  Lakin,  bundan 

xəbər  tutan  Deysəm  Ləşkərinin  qoşunlarına  arxadan 

zərbə 

vurmaqla 



Deyləm  vilayətinin 

ordusunu


darmadağın  edir.  Bundan  sonrakı  hadisələr  isə 

“Azərbaycan tarixi”ndə belə əks olunur:



“Əvvəlcə  Muğana,  dostu  olan  yerli  hakimin  yanına  qaçan 

Ləşkəri  ,  oradan  yardım  üçün  Gilana  gedir  .  Topladığı  min 

nəfərlik  dəstə  ilə  Deysəmin  Araz çayının  sol  sahilində  saldığı 

düşərgəsinə hücum edən Ləşkəri Sacilərin qoşununu əzə bildi 

.  Reyə  doğru  geri çəkilən  Deysəm şəhərin  hakimi Vuşməgirlə 

ittifaqa  girib,  Ləşkərinin  əleyhinə  kürdlərdən  və  başqa 

tayfalardan qoşun topladı .”41

Amma adı çəkilən kitabda Ləşkərinin muğanlılardan, 

Deysəmin  isə  kürdlərdən  kömək  istəməsinin  səbəbi 

açıqlanmır.  Məlum  olduğu  kimi,  türk-Saci  ordusunun 

məlumatlarını  ələ  keçirmək  üçün  İrandilli  giləklər  və 

taylasanlılardan 

deyil, 

bu 


zaman 

Muğanda 


məskunlaşmış  türk tayfalarından  istifadə  etmək Ləşkəri 

üçün  daha  əlverişli  idi  .  Eyni  hərbi  taktikanı 

Deyləmlilərə  qarşı  tətbiq  edən  Deysəm  Saci  isə  dil 

cəhətcə  giləklər  və  taylasanlılarla  qohum  olan  kürdləri



ə  r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

41  Yenə o ra d a .

- 3 5 -



öz  qoşununun 

belə  demək  mümkünsə,  “kəşfiyyat 

sistemi  nə  cəlb  etmişdi.  Nəhayətdə,  Deyləm  ordusunun 

rəhbəri  Ləşkərinin  sui-qəsdlə  öldürülməsi  də  bunu 

sübut edir.

Lakin,  bütün  bunlara  baxmayaraq  Deyləm  hakimi 

Salar  Mərzban  ibn  Məhəmməd  941-ci  ildə  Sacilərin 

torpaqlarına  hücum  edir.  Hakimiyyəti  Deysəmdən 

alaraq,  Sacilərin  Taylasan  torpaqlarındakı  təqribən  40 

illik  ağalığına  son  qoyur.  Qeyd  edək  ki,  bu  hadisədə 

Deysəm  Sacinin  keçmiş  vəziri  Əli  ibn  Cəfərin  böyük 

rolu  olmuşdu.  Bu və  digər  daha bir səbəb  “Azərbaycan 

tarixi”ndə belə şərh olunur:

“941-981-ci  illərdə  Mərzban  ibn  Məhəmməd  Sacilərin  son 

nümayəndəsi 

Deysəmin 

hökümətində 

maaliyyə 

vəziri 

vəzifəsini  daşıyan  Əli  ibn  Cəfərin  təhriki  ilə  Azərbaycana 

hücum  edir.  Döyüş  zamanı  Deysəmin  bir  çox  döyüşçüləri, 

əsasən kürdlər və deyləmlilər Mərzbanm tərəfinə keçirlər,”42 

981-ci  ilə  qədər  Azərbaycanın  əsasən  cənub 

torpaqlarını  hakimiyyəti  altında  saxlayan  Salarilərin 

hakimiyyəti  həmin  ildə  Rəvvadilərin  (979-1054) 

hakimiyyəti ilə əvəz olundu .

Azərbaycanın  Xilafət  zülmündən  azad  olması, 

müstəqil  yeni  dövlətlərin  meydana  gəlməsi  iqtisadi 

inkişafın  sürətlənməsinə  səbəb  oldu.  O  zaman  üçün 

Orta  Şərqin  ən  inkişaf  etmiş  ölkələrindən  biri  olan 

Azərbaycan 

haqqında 

X-XI 


əsrlərin 

ərəb


Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

42 Yenə orada.

coğrafiyaşünas-səyyahları 

da 


geniş 

məlumatlar 

vermişlər.

Azərbaycan haqqında geniş məlumat vermiş digər bir 

ərəb  -   coğrafiyaşünası  X  əsrdə  yaşamış  Əbu-əl-Həsən 

Əli  ibn  əl-Hüseyn  ibn  Əli  əl-Məsudidir.  O,  ayrıca 

olaraq  Taylasan  və  ya  burada  yerləşən  şəhərlərin  adını 

çəkməsə  də,  bütün  Xəzərsahili  bölgələr  kimi  bu 

ərazilərə  də  rusların  basqınları  haqqında  çox  mühüm 

informasiyalar verir.  XIX əsrin holland ərəbşünası İ.  X. 

Kramers  əl-Məsudidən  bəhs  edərkən  yazır  ki,  Məsudi 

öz  dövrünün  “ən  orijinal  coğrafi  yazıçısıdır”43.  X  əsrin 

əvvəllərində  Bağdadda  anadan  olmuş  əl-Məsudi  əslən 

ərəb  olmuşdur.  Ömrünün  əksər  hissəsini  səyahətlərdə 

keçirmiş  Məsudi  345-ci  hicri/965-ci  miladi  ilində 

Qahirədə vəfat etmişdir.  O, İran, Təbəristan, Gilan, Çin, 

Seylon,  Cənubi  Ərəbistan,  Suriya  və  Misiri  gəzib 

dolaşaraq  müxtəlif  əsərlər  yazmışdır.  Artıq  əminliklə 

demək  olar ki,  Məsudinin  bəhs  etdiyi  dövrdə  Taylasan 

torpaqları  Deyləm  və  Gilan  vilayətlərinə  tabe  idi.  Əl- 

Məsudi  “Qızıl  yuyulan  yer  və  cavarihat  mədənləri” 

əsərində yazır:



“Bu  çay  (Volqa)  böyük  və  bolsuludur.  Rusların  gəmiləri 

dənizə  səpələndi  və  Cil  (Gilan),  Deyləm,  Təbəristan,  Curcan 

sahilindəki  Abaskun,  neft  verən  torpaq  və  Azərbaycan 

istiqamətində olan bütün yerlərə basqın etdilər

Ə r ə b   m ü ə l l i f   l ə r  i  T a l ı ş   h a q q ı n d a

43 N.Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan 

haqqında, B. ,  1974, s. 49.

- 3 6 -


- 3 7 -


Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə