Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   11   12   13   14   15   16   17   18   19

Oxşar  mülahizəyə  yenə  də  rus  müəllifi  D.İlyində  də 

rast gəlirik.

Bəzi  tarixçilər  hətta  talış  sözünün  yunanca  “dəniz” 

mənasını verən “thalasşa” sözündən yaranma ehtimalını 

da  irəli  sürürlər.  Onlar  belə  hesab  edirlər  ki,  bu  söz 

Kaspianada  -  indiki  Xəzər  dənizinin  cənub  sahillərində 

yaşayan  kaspilərə  yunanlar  tərəfindən  verilmiş  addır. 

Çünki,  thalasşa  sözü  talış  formasına  düşəndən  sonra 

“Kaspi”  sözü  xalq  adı  kimi  aradan  çıxmışdır.  Lakin, 

talış  sözünün  “thalasşa”  yunan  sözündə  yaranması  o 

qədər də inandırıcı görünmür.

Məlumat üçün qeyd etmək lazımdır ki, qədim erməni 

mənbələrinə  görə  kaspilər  hələ  son  antik  və  erkən  orta 

əsrlər  dövründə 

Paytakaran  zonasında  yaşamışlar.69 

Kaspilər  barədə  məlumatlara  həm  qədim 

şərq 

mənbələrində,  həm  də  antik  müəlliflərdə  rast  gəlinir. 



Xəzər  dənizinin  ilkin  adlarından  olub,  indiyə  qədər 

mövcudiyyətini  saxlayan  “Kaspi  dənizi”  ifadəsinin  də 

onların adından alındığı şübhəsizdir.

Nəhayət, 

“Talış” 

termininin 

etimologiyasını 

yekunlaşdırmaq  məqsədi  ilə  ayrı-ayrı  müəlliflərin 

mülahizələrini ümumi şəkildə 4 qrupa bölmək olar:

1. 


Talış  adının  “kadusi”  (qədim  etnonim)  sözündən 

yaranması;



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

69 Azərbaycan  Tarixi. 7 cilddə  I cildi, B .,  1998, s. 334.

- 5 8 -

2.  Bu  adm  “Talis”  (doğruçul,  sadə,  saf)  sözündən 



olması;

3.  Palçıqlı  yerin  sakinləri  mənasını  verən  “Tülüş” 

sözündən olması;

4.  Talış  sözünün  yaranmasını  dəniz  mənasını  verən 

kaspilərə  verilən  ad  kimi  yunanca  “thalasşa”  sözündən 

olması.


Fikrimizcə,  birinci  mülahizə  talışların  qədimliyi, 

qədim  tayfaların  varisləri  olması,  ikincisi  onların  milli 

xarakteri  və  psixologiyası,  üçüncü  və  dördüncü 

mülahizələr  isə  xalqın  yaşadığı  coğrafi  ərazinin  relyefi 

və məşğuliyyəti  baxımından inandırıcıdır.

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 5 9 -



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

IV  bölmə

•' 


: С Ј  ■

  , : 




> i  ' 



‘r

Bəlləbur Bəzzdir

Əvvəlki  fəsillərdə  inkişaf etmiş  orta  əsrlər  dövründə 

və  ümumilikdə,  digər  dövrlərdə  talışların  tarixinə  aid 

mühüm  məsələlərə  nəzər  yetirmişik.  Bu  məsələlər 

talışların  tarixi  üçün  mühüm  olduğu  qədər  həm  də 

onların  ana  Vətəni  olan  Azərbaycanın  tarixi  üçün 

mühüm  əhəmiyyət  kəsb  edir.  Həm  Şərq,  həm  də 

Azərbaycan  tarixşünashğmda  tədqiqatçıların  diqqətini 

özünə  cəlb  edən,  lakin  indiyə  qədər  həllini  tapmamış 

tarixi  problemlərdən  biri  də  Xürrəmilərin  əsas  mərkəzi 

və  istinadgahı  olan  Bəzzin  lokalizasiyası  və  yaxud 

yerinin  müəyyən  edilməsidir.  Bizim  apardığımız 

tədqiqatlar və təhlillər belə  nəticəyə  gəlməyə  əsas  verir 

ki, 


bu 

gün 


Azərbaycan 

Respublikasının 

Talış 

regionunda  hələ  də  öz  qalıqlarını  və  xarabalığını 



saxlayan  və  yerli  əhali  tərəfindən  də  “Babək  qalası” 

adlandırılan  Bəlləbur  qalası  -   Bəzzdir.  Hər  halda 

məlumdur  ki,əslində  Bəzz  adlanan  qala  və  ya  orta  əsr 

qala  şəhərciyi  təkcə  bir  qaladan  ibarət  olmamışdır. 

Bildiyimiz kimi,  Bəzz və ya Babək qalaları Azərbaycan

- 6 0 -


Respublikası  və  İran  İslam  Respublikasının  digər 

ərazilərində  də  mövcuddur.  Əslində  bu  gün  tarixçilər 

tərəfindən  tarixi  toponim  kimi  işlədilən  “Bəzz”  sözü 

orta  əsrlərdə  heç  də  yer,  məkan  adı  bildirməmişdir. 

Aşağıda  da  göstəriləcəkdir  ki,  “Bəzz”  yaxud  “Bardz” 

“hündür  qala”  mənasını  verir.  Bizim  tədqiq  etdiyimiz 

Bəlləbur Bəzzi  isə  apardığımız təhlillərdən  məlum  olur 

ki,  Babək  titullu  görkəmli  sərkərdə  Həsən  ibn 

Abdullahın sonuncu istinadgahı olan Bəzzdir.

Tədqiq etdiyimiz ilkin orta əsr qalasının xarabalıqları 

indiki  Lənkəran  şəhərinin  9  kilometr  cənub-qərbində 

Bəlləbur  kəndi  ərazisində  yerləşir*

 70.  Qala  haqqında 

Səidəli  Kazımbəyoğlu  1869-cu  ildə 

qələmə  aldığı 

məhşur “Cəvahimameyi-Lənkəran”da belə yazır:



“Lənkəran  çayından  ayrılan  qolun  kənarındakı  dağın 

üstündə, həmin çayın yarım  ağaclığında kərpicdən və daşdan 

tikilmiş  uzun  və  qalın  bir  divar  vardır...  Bəlləbur  qalası 

həmin divarın cənub küncündə yerləşmişdir.”

Adı  çəkilən  qala  Azərbaycan  Arxeologiya  Komitəsi 

tərəfindən  1926-cı ildə qeydə alınmışdır.  Qala haqqında 

məlumat “Komitə Xəbərləri” jurnalının  II buraxılışında

I.Əzimbəyovun  «Древности  Ленкоранского  края» 

məqaləsində əks olunmuşdur71.

/ ________________________

70/Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. “Lənkəran”, B .,  1990, 

s.  19

71 Yenə orada, s. 20.



Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 6 1   -




Qalanın  xarabalıqları  Talış  dağları  silsiləsinin 

şərqində, 

dəniz 

səviyyəsindən 



300-350 

metr 


yüksəklikdə  sonuncu  dağda  yerləşir.  Qalanın  ərazisi 

təqribən  1 , 5 - 2   hektara  qədər  sahəni  əhatə  edir. 

Qalanın  cənub-şərq  tərəfindən  indi  Lənkəran  çayı 

adlanan  Vazaru  çayı  axır  ki,  bu  da  Bəlləburun  Bəzz 

olduğunu  söyləməyə  imkan  verən  tutarlı  faktlardan 

biridir.  Bəzz  qalasının  ətrafından  axan  məhz  bu  çay 

Xürrəmilərin  Babəkdən  əvvəlki  rəhbəri  Cavidanla 

Babəkin  (yaxud  Həsən  ibn  Abdullahın)  tanışlığının 

əsasını  qoymuşdur.  Bir  fakta  diqqət  yetirək.  Görkəmli 

tarixçi  alim  Ziya  Bünyadov  Xürrəmilər  hərəkatından 

bəhs edərkən yazır:

“Bir  dəfə  Cavidan  Zəncanda  bir  qədər  mal-qara  satıb  öz 

yerinə,  Bəzzə  qayıdanda  hava  pis  olduğuna  görə  təsadüfən 

Babəkin anasının evində qalır.”72

Məntiqi  cəhətdən  götürdükdə  belə  igid  döyüşçülərin 

sadəcə  yağış  və  yaxud  qar  üzündən  yolda  dayanması 

inandırıcı  deyil.  Əslində  isə  Cavidamıı  Bilalabadda 

(Biləbandda)  gecələyib  öz  qalası  Bəzzə  enməməsinin 

pis  hava  ilə  dolayısı  ilə  bağlı  digər  bir  səbəbi  var  idi. 

Yağan  şiddətli  yağış  Bəzzin  ətəyi  ilə  axan  çayın 

daşmasına və qala ilə xarici  əlaqənin kəsilməsinə  səbəb 

olmuşdu.  Ola  bilsin  ki,  Cavidan  qalaya  gedən  sonuncu 

yol  da  rəqibi  Xürrəmilərin  digər  qolunun  rəhbəri  Əbu



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

12  Z.  Bünyadov.  А ^гЬяусап VII-IX əsrlərdə,  B . ,  1989,  s.  226.

- 6 2 -


İmranın  nəzarəti  altında  olduğundan  döyüşçülərini  və 

özünü təhlükəyə atmaq istəməmişdi.

Səid  Nəfisi  Babəkin  qalası  ilə  bağlı  mənbələrə 

müraciət edərkən bir yerdə yazır:



“Ondan  aşağıda  böyük  bir  çay  axır.  Ağır  qızdırması 

olanlar bu çayda çimsələr sağalarlar”73

Çoxlu ərəb müəlliflərinin əsərlərindən  sitatlar gətirən 

Səid Nəfisi sonda belə bir nəticəyə gəlir:

“Beləliklə  Bəzz  nahiyyəsi,  Bəzz  şəhəri,  Bəzz  dağı  və  ya 

Bəzzeyn  indiki  Talış  nahiyyəsinin  yaxınlığında  olan  Muğan 

çölünün  şərqində  (Bu  da  coğrafi  cəhətdən  Talış  dağlarına 

gəlib  çıxır  -E.K)  və  Xəzər  dənizinin  qərb  sahillərində 

olmuşdur.”74

İstər  Vazaru  çayı  tərəfdən,  istərsə  də  digər 

tərəflərdən  qalanın  yerləşdiyi  dağa  qalxmaq  mümkün 

deyildir. 

Bəlləbur  qalasının  yolu  qalanın  qərb 

tərəfindəki Ordugah dağındandır.  Ordugah  dağının üstü 

təqribən  1000-1500 əsgərin yerləşə biləcəyi meydandan 

ibarətdir. 

Bu  meydanın  qarşısında  20-25 

metr 


hündürlükdə  təqribən  20-30  nəfərin  yerləşə  biləcəyi 

meydança  vardır.  Meydan  və  meydançadan  qalaya  yol 

qalanın  yerləşdiyi  dağı  meydan  dağından  ayıran 

dərədən  keçir.  Qala  ərazisinin  təqribən  1 , 5 - 2   hektar 

olmasına  baxmayaraq,  zirvə  hissəsi  0,5  hektara

qədərdir.  Adı  çəkilən  ərazidə  indiyə  qədər  arxeoloji



A

___________________

/  73 Səid Nəfisi. Azərbayca qəhrəmanı Babək Xürrəmdin, B.  ,  1990, 

s.  128.


74  Yenə orada, s. 30.

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 6 3 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə