Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a


Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   11   12   13   14   15   16   17   18   19

Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

tədqiqatlar  aparılmasa  da,  böyük  ehtimalla  söyləmək 

olar  ki,  Bəlləbur  qalası  təkcə  bir  qaladan  ibarət 

olmamışdır və  orta əsrlərdə qala -  şəhəri kimi  fəaliyyət 

göstərmişdir.  Əgər  arxeolji  tədqiqatlar  bu  fikri  təsdiq 

edərsə,  onda  demək  olar ki,  0,5  hektarlıq  mərkəzi  sahə 

Bəlləburdəki  Bəzz  qala  şəhərinin  narınqala  hissəsi 

olmuşdur.  Çox  ehtimal  ki,  qalanın  1,5  hektarlıq  hissəsi 

qala,  qalan  sahəsi  isə  şəhərin  şəhəristan  hissəsi 

olmuşdur.  Fikrimizi  görkəmli  arxeoloq  alim  Rəşid 

Göyüşovdan  gətirdiyimiz  aşağıdakı  sitatla  əsaslandıra 

bilərik:


“Şəhərlərin  narınqalası  (orta  əsr  şəhərləri  nəzərdə  tutulur 

-  E.K),  ümumiyyətlə,  şəhər ərazisinin  ən  yaxşı yerində tikilir 

və  bir qayda olaraq  onun  ətrafında  ayrıca  olaraq  qala  divarı 

çəkilirdi.”75

Qala  ərazisinin  qırmızı  kərpicli  divar  səddi  ilə  əhatə 

olunduğu  aşkar  görünür.  Qala  divarlarının  qalıqları 

indinin  özündə  də  bəzi  yerlərdə  aydın  nəzərə  çarpır. 

Hal-hazırda  qala  ərazisi  palıd  və  dəmirağacı  meşəsi  ilə 

örtülmüş,  əksər  yeri  keçilməzdir.  Qalanın  ətəyindəki 

Bəlləbür kəndinin adı  da məhz  ərazinin bu  cəhətini  əks 

etdirir.  Musarza  Mirzəyev  “Talış  toponimlərinin  qısa 

izahlı lüğəti”ndə bu toponimin mənasını belə izah edir:

“Bəlləbur-  “Bəlləbır”  sözündən  yaranıb.  Bəllə  palıd,  “bır” 

tikanlıq deməkdir.”76

75 R. Göyüşov. Azərbaycan arxeologiyası, B .,  1986, s.124.

76 M. Mirzəyev.  Talış toponimlərinin qısa izahlı lüğəti, B.  ,  1993,

- 6 4 -


Ehtimal  ki,  əsrlər boyu  bir  tərəfdən  qala  divarlarının 

uçulması,  digər tərəfdən  xəzəlin,  çır-çırpının  tökülməsi 

nəticəsində  qalanın  yerüstü  hissəsi  qismən  batmışdır. 

Qalanın  hansı  formada  tikilməsini  tam  tədqiq  etmək 

üçün  mütləq  qala  ərazisinin  torpaq  qatı  müəyyən  qədər 

təmizlənməlidir.

Azərbaycanın  görkəmli  arxeoloqu,  mərhum  İdial 

Nərimanov  qala  ərazisi  ilə  tanış  olduqda  buraya  girişin 

daha  çətin olduğunu, Talışdakı yüksək dağ qalaları  olan 

Buzeyir  və  Şindan  qalalarına  nisbətən  Talış  silsiləsinin 

ətəyində  olan  bu  qalanın  da  əzəmətli  qala  olduğunu 

söyləmişdir.

Görkəmli  tarixçi-alim  Tarix  Dostiyev  Lənkəran 

Dövlət  Universitetində  qaladan  gətirilmiş  kərpic  və 

əhəng  məhlulu  ilə  tanış  olduqdan  sonra  tikinti 

materialının ilkin orta əsrlərə aid olduğunu söyləmişdir. 

Kərpiclərin  daha  çox  gil  tərkibli  olması  söyləməyə 

imkan verir ki, kərpiclər digər yerlərdən gətirilmə deyil. 

Çox  ehtimal  ki,  kərpiclər  qala  ətrafındakı  gilli 

torpaqlardan  kəsilmişdir.  Tikinti  kərpiclərinin  ölçüləri 

22x22x6  santimetr həcmindədir.  Divar  hörgüsü  zamanı 

ocaq  külü  qatışıqlı  əhəng  məhlulundan  istifadə 

edilmişdir.  Q'ala  yaxınlığında  əhəng  yoxdur.  Lakin 

Talış  dağlarının  Peştəsər  silsiləsində  -  Göydərə  kəndi 

yaxınlığında  əhəngli  dağın  olduğu  və  ətrafda  yaşayan

s.  18.


Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

- 6 5 -



əhalinin  bu  əhəngdən  istifadə  etməsi  məlumdur. 

Peştəsər Talış dağlarının üç böyük silsiləsindən biridir.



“Peştasar  silsiləsi  Talış  silsiləsinə  paralel  uzanmaqla 

monoklinal  quruluşa  malikdir.  Peştasar  dağ  silsiləsi  şimal- 

qərbdə  Quludaş  zirvəsindən  başlayaraq,  cənub-şərqdə 

Təbilbənd dağına qədər uzanır.”77

Ehtimal  ki,  qala  divarlarının  hörülməsində  istifadə 

edilmiş əhəng həmin ərazidən gətirilmişdir.

Bəlləbur 

qalasında 

arxeoloji 

tədqiqatların 

aparılmamasına 

baxmayaraq 

qalanın 


yerüstü 

ərazisindən  şirli  saxsı  qabların,  mis  və  qızıl  Bizans 

sikkələrinin  tapılması  qalanın  həqiqətən  də  ilkin  orta 

əsrlərdən  başlayaraq  mühüm  strateji  obyekt  olmasını 

söyləməyə imkan verir.

Təbii  ki,  bu  faktlar  içərisində  ən  mühümü  tapılmış 

mis  və  qızıl  Bizans  sikkələridir.  “Lənkəran”  kitabında 

bu sikkələrin  Talış  torpaqlarına  gəlib  çıxması belə  izah 

olunur:

“Qalada  tapılmış  yerüstü  materiallar,  Bizans  mis  və  qızıl 

numizmatika  nümunələrinin  aşkar  edilməsi  Bəlləburun  IX- 

XI əsrlərdə Bizansla ticarət əlaqələrini göstərir.”78

Bu 


sikkələr 

Bizans 


imperatorlarının 

Abbasi 


Xilafətinə  qarşı  mübarizədə  Xürrəmilərə  etdiyi  pul 

yardımları  da  ola  bilərdi.  Akademik  Ziya  Bünyadov 

Xürrəmi -  Bizans əlaqələrindən bəhs edərkən yazır:

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

77 A.Ə.Əliyev , H.K.Həsənov.  Talışın landşaftı, B .,  1972, s. 9.

78 B. Hüseynbalaoğlu, M. Talışlı. “Lənkəran”, B.,  1990, s. 21.

- 6 6 -


“Biz  Xürrəmilərlə  Bizans  imperatoru  Feofil  arasındakı 

əlaqələri  nəzərdən  keçirmişik.  Qeyd  etdiyimiz  kimi  bu 

əlaqələrin  möhkəm  zəmini  var  idi  və  illərdən  bəri  davam 

edirdi.”79

Bəlləbur  qalası  haqqında  yerli  əhalinin  söylədiyi 

fikirlərə  istinad  edərək  söyləmək  olar  ki,  bura 

Xürrəmilərin 

əsas  istinadgahı  olmuşdur.  Bu  fikri 

təsdiqləmək üçün  Bəlləbur  qalasının Ərdəbilə,  Babəkin 

anadan  olduğu  Bilalabad  -   Biləbanda  və  yaxud 

Biyəband  kəndinə  daha  yaxın  olması;  Bəlləbur 

qalasının  ətraf  yerlərdəki  Bərcan-Bəərzənd  (Yardımlı 

rayonu),  Buzeyir  (Lerik  rayonu),  Şindan  (Astara 

rayonu)  qalalarına nisbətən aşağıda yerləşməsi;  ehtimal 

ki,  Babək  qalası  kimi  ərəblər  tərəfindən  yandırılarkən 

Bərzənddən  -   indiki  Bərcandan  görünə  bilməsi;  yerli 

əhalinin  qalaya  çox  vaxt  Bardzəğələ  (Hündür  qala) 

deməsi;  “Azərbaycan tarixi”  3  cildliyin I  cildinin  1958- 

ci  il  nəşrində  Bəzz  qalasının  Badz  formasında 

göstərilməsi;  ərəb  mənbələrində  Babəkin  Bardz-Badz- 

Bəzz qalasının  eyni  adlı  Vardzın  sahilində  olması  və  s. 

Fikirlərin söylənməsi kifayətdir.

Bunlardan  savayı  bu  qala  haqqında  X  əsrdən  sonra 

mənbələrdə heç bir məlumatın olmaması  da Bəlləburun 

Abbasilər  tərəfindən  kafir  və  zmdıq  kimi  lənətlənən 

Xürrəmilərə məxsusluğunu söyləməyə imkan verir.

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

79 Z.  Bünyadov.  Azərbaycan VII-IX əsrlərdə,  B.,  1989,  s.  243.

- 6 7 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə