Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a


Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a



 

Л 

л;/01


(Həsən  ibn  Abdullah)  islamı  qəbul  etmiş  və  müsəlman 

olmuşdusa  niyə  “Qurani-KərinT’də  müşrik  kimi 

göstərilənləri 

(atəşpərəstləri 

və 

ola 


bilsin 

ki, 


bütpərəstləri)  öz tərəfdarları kimi qəbul edirdi? Həqiqət 

odur ki, Babəkə tərəfdar çıxan “müşriklərin” çoxu zülm 

və  əsarət  üzündən  Babəkə  pənah  gətirmişdi  və  Həsən 

ibn  Abdullah  (Babək)  əslində  “Qurani  Kərim”in  tələb 

etdiyi  kimi  onlarla  davranırdı.  Müsəlmanların  digər 

dindən  olanlar  və  dinsizlərlə  necə  davranmaları 

haqqında  yazan  Harun  Yəhya  yazıçılıq  adı  ilə  məhşur 

olan  Adnan  Oktar31  adlı  türk  yazarı  “Quran”da  əks 

olunmuş  dinsizlərlə  davranış  qaydalarından  danışarkən 

yazır:


“Allah  Kuran'da,  Müslümanlara,  müşrik  insanlara 

(yani  Allah'tan  gelen  vahye  uymayan  putperestlere)  bile 

güvenlik  sağlamalarım  emreder:  "Eğer  müşriklerden  biri, 

senden  'eman  (güvenlik)  isterse',  ona  eman  ver;  öyle  ki 

Allah'ın  sözünü  dinlemiş  olsun,  sonra  onu  'güvenlik  içinde 

olacağı  yere  ulaştır..."  (Tevbe  Suresi,  6)  Müşriklere  göre 

Müslümanlara  çok  daha  yakın  bir  inanç  ve  ahlaka  sahip 

olan  Kitap  Ehline  ise,  daha  da  fazla  saygı,  hoşgörü  ve 

yardımseverlik göstermek gerekmektedir.”

Yəni,


“Allah  Quranda  Müsəlmanlara,  müşrik  insanlann  belə 

təhlükəsizliyini  qorumağı  əmr  edər:  “Əgər  müşriklərdən 

biri səndən  aman  (güvənlik)  istəyirsə,  ona  aman  ver;  belə  ki, 

Allahın  sözünü  dinləmiş  olsun, sonra  onu  “təhlükəsiz olacağı 

yerə 

çatdır...” 

(Tövbə 

surəsi,6) 

Müşriklərə 

nisbətən 

müsəlmanlara  daha  yaxın  bir  inanc  və  əxlaqa  sahib  olan

www. haruny ahya. net

- 2 6 -

Kitab  Əhlinə  isə  daha  çox  hörmət  ,  xoşüzlüiük  və  kömək 

göstərmək lazımdır .”32

İbn  əl-Fəqih  əsərinin  digər  bir  yerində  Azərbaycan 

hüdudlarından  bəhs  edərkən  də  Bərzəndin  adını  çəkir 

və  onu  məhz  Azərbaycanın  Deyləm  və  Gilan 

ölkələrinin  yaxınlığında  yerləşən  şəhərlərindən  biri 

kimi göstərir:



“Azərbaycanın 

hüdudu 

Bərdədən 

Zəncanadəkdir. 

Şəhərlərindən:  Bərkəri,  Səlmas,  Muğan,  Xüvey,  Varsan,  əl- 

Beyləqan, 

əl-Marağa, 

Neriz, 

Təbriz; 

cənub-şərqdən 

Azərbaycanın  ikinci  sərhəddi  əd-Deyləm,  ət-Tarm  və  Cilan 

ölkələri  ilədir.  Buradakı  şəhərlərdən  Bərzə,  Saburxast,  əl- 

Xunəc,  Məyanic,  Mərənd,  Xuvey,  Gülsurə,  Bərzənd  -   bura 

xarabalıq  idi.  Əl-Afşin  buranı  abadlaşdırdı  və  məskən  etdi

11

Maraqlıdır ki, “Bərzənd”, “Bərzand” sözünün qismən 

dəyişilmiş  formasını  Talış  torpaqları  indiyə  qədər 

özündə  saxlamışdır.  Belə  ki,  tarixçi-etnoqraf  Həşim 

Kəlbiyevin  verdiyi 

məlumata 

görə, 

Azərbaycan 



Respublikasının  Yardımlı  rayonunun  kəndlərindən  biri 

indi  də  Bərcan  adlanır  və  kəndin  yaxınlığında  çox 

ehtimal ki,  orta əsrlərə  aid yaşayış  məskəninin qalıqları 

indi  də  qalmaqdadır.  Burada  müasir  dövrümüzdə  də 

talışların  yaşadığı  məlumdur.  Bunu  Azərbaycanın 

görkəmli  etnoqrafı, talışlara aid olan  sanballı və  əhatəli 

etnoqrafik monoqrafiyanın müəllifi  Qəmərşah Cavadov 

da  özünün  məhşur  “Talışlar” 

monoqrafiyasında 

təsdiqləmişdir.  Müəllif 1969-cu  ilin iyun-iyul aylarında 

bu bölgəyə etnoqrafik səfərindən danışarkən yazır:

Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

32 Harun Yahya.  “Kabala ve M asonluk”, İsta n b u l,  s.  16.

- 2 7 -



“Səfərin  hesabatından  aydın  olur  ki,  o,  Astaranın  Miki, 

Siyaku,  Alaşa,  Ərçivan,  Şüvü,  Pensər,  Kakalos,  Sekoşlu; 

Lənkəranın  Seydəkəran,  Rvo,  Mollakənd,  Söyüblü;  Lerikin 

Cəngəmiran,  Xəlfəküçə,  Pərkəküçə,  Qosmalyan,  Göydərə, 

Bilnə,  Soru,  Barzavu;  Masallının  Hişkədərə,  Ərkivan, 

Mahmudavar,  Sərçivar;  Yardımlınm  Perimfcıel, 

Bərcan 

 

başqa  kəndlərində  olarkən  əhalinin  və  o  cümlədən  talışların 

əkinçilik  mədəniyyəti,  habelə  texnikası  haqqında  zəngin 

materiallar  toplamış  və  bu  materiallar  əsasında  yazdığı 

məqaləni sonralar elmi jurnalda çap etdirmişdi .”33 .

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  Bərzəndlə  yanaşı 

İbn  əl-Fəqih  əl  Həmədaninin  bəhs  etdiyi  əl-Avdini  də 

Talış  torpaqlarında  axtarmaq  lazımdır.  İbn  əl-Fəqih 

В ərzə mahalından məlumat verərkən yazır:

“Bərzə mahalı əl-avdilərin 

jVI)  [yaşadığı yerdir]

Nailə  Vəlixanlı  “əl-avdi”  sözünü  izah  edərkən  onu 

ərəb  qəbilələrindən  birinin  adı  olduğunu  göstərir. 

Ancaq,  əslində  bu  söz  “əl-avdi”  deyil,  Alavdidir  və  bu 

sözün  dəyişilmiş  forması  indiki  Masallı  rayonunun 

Alvadı kəndinin adında özünü əks etdirir.

Alvadı  kəndi  Masallı  rayonundan  şimali-qərb 

istiqamətində 

yerləşmişdir34. 

“Alvadi” 

sözünün 

mənasım  araşdırarkən  tarixçi  Musarza  Mirzəyev  bu 

sözün müxtəlif mənalarında yozumunu verir.  O göstərir 

ki,  müxtəlif mənbələrdə  sözün  mənası  “Əli  övladları”, 

“Əlvəndi”  şəklində  verilmişdir.  Sonradan  müəllif belə 

bir nəticəyə gəlir k i :



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

33 Q.Cavadov.  Talışlar, B. , 2004, s. 72.

34 Bax: N. Novruzov . Masallı, B. ,  1990, s. 2, xəritə.

- 2 8 -


“Alvadı  sözünün  mənşəyi  və  bu  yaşayış  məntəqəsinin 

yaranma  tarixini  ərəblərin  rayonumuzun  ərazisinə  gəlişi  ilə 

bağlasaq  səhv etmərik.”

“...  İlk  növbədə  qeyd  edək  ki,  Alvadı  və  onun  yerləşdiyi 

Muğan  ərazisi  Xürrəmilərin  ərəblərə  qarşı  apardığı 

mübarizə meydanlarından biri olmuşdur.”35

Lakin,  o,  “Alavadi”  sözünün  mənasını  yerli  talış 

dilində  deyil,  ərəb  dilində  mənalandırır  və  yazır  ki,  bu 

söz  “əl-vadi”  sözündəndir.  Vadi  isə  ərəbcə  çay  yatağı 

mənasını verir.

Lakin,  əslində  bu  söz  yerli  talış  dilində  iki  sözün 

birləşməsindən  yaranmışdır.  Belə  ki,  talış  dilində 

“alov” -  od,  atəş;  “di”  isə kənd,  kənd yeri,  yaşayış yeri 

deməkdir.36  Bu 

da  birbaşa 

olaraq, 

Xürrəmilər 

hərəkatında iştirak etmiş atəşpərəstlərlə bağlıdır.

Burada  bir  daha  qeyd  etmək  yerinə  düşər  ki, 

Xürrəmilər  hərəkatı  özündə  müxtəlif  dinli,  müxtəlif 

təriqətli,  insanları  birləşdirmişdi.  Flərəkatın  bütün 

üzvlərinin  isə  yalnız  bir  məqsədi  vardı:  zülümkar 

Abbasi hakimiyyətini devirmək.

Qeyd edək ki, Babək hərəkatının məğlub edilməsi ilə 

əlaqədar  olaraq  artıq  əsərin  yazıldığı  zaman  Taylasan 

torpaqları da ərəblər tərəfindən idarə  olunurdu.  Ehtimal 

ki, bu zamandan artıq Taylasan torpaqlarının bir hissəsi 

Deyləmə,  bəzi  hissələr  Gilana,  digər  bir  hissə  isə 

Azərbaycan  tabe  edilmişdi.  Babək  hərakatından  sonra 

Taylasan torpaqlarının belə şəkildə bölüşdürülməsi başa

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

35 M. Mirzəyev.  Mənim Masallım, B .,  1991, s. 27-28.

36 Bax: H. Мамедов.  Талышско-русско-Азербайджанский словарь, 

Б. ,2006.

- 2 9 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə