qərbində yerləşmiş bir yaşayış məntəqəsi olmuşdur21.
Bu
cəhətdən
Bərzəndin
yerini
Azərbaycan
respublikasının indiki Lerik və Yardımlı rayonları və
İran İslam Respublikasının Ərdəbil ostanının indiki
Germi, Meşkinşəhr, Nəmin nahiyyələri ərazisində
axtarmaq daha düzgün olardı. İbn əl-Fəqih Bərzənddən
bəhs edərkən yazır:
“Bərzənd kənd idi. Əl-Afşin Babəklə vuruşduğu günlərdə
burada düşərgə salmış, möhkəmlətmiş və abad etdirmişdi.”
Böyük ehtimalla bu ad - yəni, Bərzənd adı bu əraziyə
Babəkilərin üsyanları dövründə və yaxud az sonra
ərəblər və ya ərəb ağalığını qəbul etmiş farslar
tərəfindən verilmişdir. Çox ehtimal ki, “Bərzənd”
‘ kafirlərin qapısı” və ya “zındıqların yaşadığı
torpaqların qapısı” mənasını verir . Yəni , bu söz fars
dilində
“j*w (“bər”)22-qapı və “ o
j
с
А
с
^ j ”
(“■Zındıq”)
-zındıq,
dinsiz,
kafirlər
sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Sonralar isə bu söz
dəyişilərək “Bərzənd” formasına düşmüşdü. Təsadüfi
deyildir ki. Məhəmməd Üvfi “Cavame-əl—
hekayət və
ləvame-ər rəvayət” adlı əsərində yazır:
“Mötəsim dövründə baş verən ən böyük hadisələrdən biri
Babək hərəkatı idi. O, zındıq idi ...”23
Lakin bu heç də o anlama gəlməməlidir ki,
Xürrəmilər həqiqətən də islamı qəbul etməmiş və
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
21 Azərbaycan tarixi xəritələri, (“Azərbaycan 9-cu əsrin ikinci
yarısı - 10-cu əsrdə”xəritəsi.), B ., 1994.
22 Bax: Ərəb və Fars sözləri lüğəti (B.T. Abdullayev, Ə.Ə. Orucov,
Y.Z. Şirvaninin redakrəsi ilə), B ., 1985. s. 51.
23 S. Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin, B. 1990, s. 6.
- 2 2 -
dinsiz, kafir olmuşlar. Qeyd etmək yerinə düşər ki,
Xürrəmiləri ən qüdrətli lideri olmuş Babəkin adını bəzi
orta əsr müəllifləri (Təbəri və digərləri) Həsən kimi
göstərirlər. Saleh İldırım “Babək Xürrəmdin ya Bay
Bək Şaman?” məqaləsində Babəkin islamçı olduğunu
qəbul etməsə də, Məsudinin Babək haqqında maraqlı
bir fikrini verir:
“Məsudi iddia edir ki, Babək bir dəfə islamı qəbul edib və
Həsən adını götürdü...... ”24
Müasir İran müəllifi Dr.Hüseyn Feyzullahi Vəhid də
iddia edir ki, Babək şiədir və əsl adı da Həsəndir.
Əslində, islam dininə mənsub olan Babək Xürrəminin
bu adı Məhəmməd Peyğəmbərin nəvəsi, şiələrin ikinci
imamı Həsən ibn Əlinin şərəfinədir. Lakin üsyan
qaldırmış əhaliyə qara yaxmaq və Xilafət əsgərləri
arasında onlara qarşı nifrət hissini gücləndirmək üçün
bu böhtan məqsədyönlü şəkildə həyata keçirilirdi.
“Kafirlərə” qarşı “cihada” gedən hər bir ərəb əsgəri isə
həlak olacağı təqdirdə cənnətə gedəcəyinə inanırdı.
Çünki,
“kafir”,
“dinsizlər”ə
qarşı
vuruşmağı
müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” də
onların qarşısına vəzifə kimi qoyurdu. Müqəddəs
kitabda yazılır :
“Yə
qatilihum
hətta
latəkunə
fitnətun
və
yəkunədinu lillahi fəinin təhəv fəlaudvanə Ша ələz
zalimin “
Yəni :
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
24 S. İldırım. Babək Xürrəmdin ya Bay Bək Şaman?, 2004, s. 11.
-23 -
“Kafirlərlə cihad edin ki, fitnə və fəsad yer
üzündən gedib din Allaha məxsus olsun. Əgər
fitnədən və döyüşdən əl çəksələr (onlarla ədalət edin
ki) çünki, zülm zalımlardan başqasına rəva
deyildir.”25
Və yaxud :
“Və qatilufi səbilillahi vələmu ənnəllahə səmiun
əlim.”
Y əni:
“Allah yolunda cihad edin və bilin ki , Allah
xalqın
dediklərini
və
etdiklərini
eşidən
və
biləndir.”26
Hətta İranın yəhudi əsilli tarixçisi Səid Nəfisi
Xürrəmiləri Məzdəkilərin ideya varisləri kimi verməyə
çalışsa da etiraf etmişdir ki, orta əsr mənbələrinin
çoxunda Xürrəmilərin məsləki haqqında yazılanlar
qərəz və böhtan xarakteri daşımışdır.27 Əslində,
Xürrəmilər
hərəkatını
dini
hərakat
kimi
qiymətləndirmək
fikrindən
daşınmaq
lazımdır.
Ümumiyyətlə,
Babəkin
şiə
məzhəbli
müsəlman
olmasına baxmayaraq bu hərəkat nə sırf şiə, nə
atəşpərəst, nə xristian, nə sünni, nə zərdüşti, nə şaman
hərəkatı olmamışdır. Babəki şamanist kimi vermək
istəyən Saleh İldırım da “Babək Xürrəmidin ya Bay
Bək şaman?” əsərinin sonunda etiraf edir ki:
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
25 “Qurani-Kərim”, Bəqərə surəsi, 193-cü ayə.
26 “Qurani-Kərim”, Bəqərə surəsi, 244-cü ayə.
27 S. Nəfisi. Azərbayca qəhrəmanı Babək Xürrəmdin, B ., 1990, s. 8. '
- 2 4 -
“Babəkin
üsyanı
milli-azadlıq
üsyanıdır.
Abbasi
xəlifələrinin
islamdan
çıxmış
hərəkətlərinə,
işğalçılıq
siyasətinə qarşı yönəlmişdir.”28.
Fehrest iddia edir ki, onlar heç bir dini rədd ya təhqir
və təzyiq etmirdilər... Onların inancında bütün dinlər
düzdür, yetər ki, yaxşı əməli dəyərləndirib və pis əməli
cəzalandırsın...29.
İranlı
müəllif
Zərrinkub
da
Xürrəmilər haqqında maraqlı bir məlumat vermişdir. O,
yazır:
“Müqəddəsi deyir: xorrəmilər məcbur olmasalar qan
tökməzlər, başqaları ilə yumşaq davranırlar...”30.
Həqiqət budur ki, Xürrəmilər hərəkatından bəhs
edərkən Xürrəmilərin inancları ilə Babəkin inancını
qarışdırmamaq lazımdır. Həsən ibn Abdullahın, yəni
Babək adı ilə tanıdığımız şəxsin dini mənsubiyyətcə
islamçı şiə olduğu şəksizdir. Xürrəmilərin içində isə
müxtəlif dinli, müxtəlif təriqətli insanlar olmuşdur.
Əgər, Babək Allahlıq iddiasına düşüb, İslam dininə
qarşı vuruşsa idi, ərəb və müsəlman olan Əzrək
Babəkin sərkərdəsi olmazdı. Əgər, Xürrəmilər vahid
Allaha
qarşı
çıxırdılarsa,
niyə
xristian
Bizans
imperatoru Feofil Babəkə yardım edirdi?_Məlumdur ki,
Babək ərəb ordusunun Azərbaycandan çıxarılmasına
nail olmaq məqsədilə 834 - 836-cı illərdə Bizans
imperatoru Feofillə Xilafətə qarşı ittifaq bağlayıb.
Hətta, 837-ci ildə imperator ərəblərə qarşı qoşun da
göndərmişdi. Bu halda sual oluna bilər ki, əgər Babək
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
28 S. İldırım. Babək Xürrəmdin ya Bay Bək Şaman?, 2004, s. 20.
29 Göstərilən əsər, s. 11.
30 Dr. Əbdülhüseyn Zərrinkub, “2 qəm sükut”, s.. 213-214.
- 2 5 -