Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

88 
 
müqavimətini onların istismarından bir il sonra və qalan hər üç 
ildə  bir  dəfədən  az  olmamaq  şərtilə  ölçülür.  Sexdə 
quraşdırılmış 
elektrik 
avadanlıqlarının 
torpaqlayıcı 
quruluşlarının  müqavimətini  ildə  bir  dəfədən  az  olmamaq 
şərtilə ölçülür. 
5.  1000V-a  qədər  gərginlikli  bilavasitə  torpaqlanmaya 
malik  elektrik  qurğularından  daha  uzaqda  yerləşdirilmiş  və 
daha  güclü  elektrik  qəbulediciləri  üçün  “faza-sıfır”  ilgəyinin 
tam müqavimətini onları istismara qəbul etdikdə, sonralar isə 
hər beş ildə bir dəfə ölçülür. 
Müqavimət  ölçmələrinin  nəticələri  protokol  şəklində 
tərtib  olunur  və  torpaqlayıcı  quruluşunun  pasportunda  qeyd 
olunur. 
 
2.4  Mühafizə açması 
 
Birfazlı qısa qapanma  momentindən 0,2 saniyədən çox 
olmamaq  şərtilə  tam  açma  zamanı  ilə  bütün  fazaların 
avtomatik  açılmasını  təmin  edən  mühafizə  sistemi  mühafizə 
açması adlanır.  
Gərginlik  altında  olan  cərəyan  keçirən  hissələrə  adam 
toxunduqda  içə  düşən  mühafizə  açması  quruluşları  da 
mövcuddur. 
Mühafizə 
açması 
qurğusu, 
giriş 
kəmiyyətinin 
dəyişməsini  hiss  edən  (məsələn,  yerə  nəzərən  gərginlik, 
yerəqapanma  cərəyanı)  və  avtomatik  açılmanı  təmin  edən 
siqnal  cihazından  ibarətdir.  Giriş  kəmiyyəti  olaraq, 
izolyasiyanın  keçiriciliyi,  gövdənin  yerə  nəzərən  potensialı, 
yerə  ötürülən  cərəyanı,  yerə  nəzərən  faz  gərginliyi  və  s. 


89 
 
istifadə olunur. 
Praktikada  mühafizə  açmasının  müxtəlif  prinsipial 
sxemləinə rast gəlinir.  
Elektrik avadanlığının gövdəsində yerə nəzərən yaranan 
gərginlikdən mühafizə açması sxemi
Bu sxemdə verici element kimi gərginlik relesindən (g.r) 
istifadə  olunur  və  o  elektrik  qəbuledicisinin  gövdəsi  ilə 
köməkçi torpaqlayıcı arasında birləşdirilir (şəkil  21). 
 
 
 
 
 
 
 
 
Şəkil 21. Yerə nəzərən gövdə 
gərginliyidən mühafizə açma sxemi. 
 
Şəkil  21-də  göstərilən  sxemdən  həmçinin  izolə  edilmiş 
və  bilavasitə  neytrala  malik  şəbəkələrdə  istifadə  oluna  bilər. 
Elektrik  qəbuledicinin  gövdəsinə  bir  faza  qapandıqda  və  bu 
zaman açılma baş verilmədikdə gövdədə yerə nəzərən yaranan 
gərginlik əlavə torpaqlayıcıda yaranan gərginlikdən çox olur. 
Ona  görə  mühafizə  relesi  işə  düşür,  kəsicini  açıcı 
dolağının  gövdəsini  qapayacaq  və  zədələnmiş  elektrik 
qəbuledicisi şəbəkə gərginliyindən açılacaq. 
1000V-a  qədər  gərginlikli  və  bilavasitə  torpaqlanmış 
neytrala  malik  şəbəkələrdə  gərginlik  relesi  (g.r)  elektrik 


90 
 
qurğusunun gövdəsi ilə sıfır  naqil arasında birləşdirilir (şəkil 
21). Şəkildən görünür ki, elektrik qəbuledicinin  gövdəsi faza 
ilə  qapandıqda  relenin  dolağı  gərginlik  altına  düşür,  yəni 
gərginlik  relesi  işə  düşür.  Bu  halda  relenin  normal  açıq 
kontaktları qapandığından qoruyucudan böyük cərəyan axır və 
o  yanaraq  işlədicini  şəbəkə  gərginliyindən  mühafizə  edir. 
baxılan sxemin üstün cəhəti elektrik qəbuledicisinin gövdəsini 
relenin dolağı və sıfır xətti ilə birləşdirən naqilin en kəsiyinin 
kiçik  olması,  rele  işə  düşəndən  sonra  qısa  qapanma 
cərəyanının böyük olmasıdır. 
Relenin  işə  düşmə  gərginliyi,  elektrik  avadanlığının 
gövdəsində  yaranan  buraxıla  bilən  gərginlikdən  az  olmalıdır. 
Köməkçi  torpaqlayıcıda  (r
g
)  yaranan  gərginliyi  nəzərə  alsaq, 
relenin işədüşmə gərginliyi 








k
r
r
b
t
s
i
r
Z
Z
U
U
.
.
.
.
                               (2.13) 
düsturundan hesablanır. 
Burada Z
r
 – rele dolağının tam müqavimətidir. 
Adətən  şəkil  21-də  göstərilən  mühafizə  açma  sxemi 
fərdi köməkçi torpaqlayıcıya malik səyyar elektroqəbuledicilər 
üçün tətbiq olunur. 
 
Yerə nəzərən cərəyanın təsirindən mühafizə açması 
 
Baxılan  hal  üçün  mühafizə  açmasının  prinsipial  sxemi 
şəkil  22-də  göstərilmişdir.  Şəkil  22a-da  cərəyan  relesi  (C.R) 
torpaqlayıcı  naqil  bilavasitə,  şəkil  22b-də  isə  cərəyan 
transformatorunun (C.T) ikinci dolağına birləşdirilmişdir. 
Hər  iki  halda  cərəyanın  (buraxıla  bilən  cərəyanın,  I
b



91 
 
həddini aşan ) yerə axması zamanı cərəyan relesi işə düşür və 
onun  normal  açıq  kontaktı  qapanaraq  açıcı    avtomatın  və 
kontaktorun  dolağını  gərginlik  altına  salır.  Ona  görə  də 
avtomat  açar  və  ya  kontaktor  işə  düşərək  elektrik 
qəbuledicisini  (baxılan  halda  elektrik  mühərrikini)  şəbəkə 
gərginliyindən açır. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 22. Yerə qapanma cərəyanına  
görə mühafizə açmasının sxemi. 
 
Şəkil  22-də  göstərilən  sxemlərin  köməyilə  ixtiyari 
nominal  gərginlikdə  torpaqlanmış  və  ya  izoləedilmiş  neytrala 
malik  şəbəkələrdə  bilavasitə  yerə  qapanmalar  zamanı 
avadanlıqların şəbəkədən açılmasını  təmin olunur. 
Cərəyan    relesinin  (C.R)  işləmə  cərəyanının  qoyuluş 
qiymətini  





t
a
b
a
q
r
r
I
I
 düsturdan hesablanır. 
Burada α – toxunma əmsalı; I
ab 
- adam bədənindən uzun 
müddət buraxıla bilən cərəyandır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə