Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

101 
 
sistemi  ampermetrdən  istifadə  olunmuşdur  və  ölçülən 
cərəyanın qiyməti 600A-ə  qədərdir. 
Cərəyanölçən qısqacların gövdəsi və dəstəyi keyfiyyətli 
izolə  edilir,  bununla  təhlükəsizlik  təmin  olunur.  Bu  halda 
şəbəkələrdə  600V-a  qədər  gərginlik  ölçülür  və  bu  məqsədlə 
cihazın  qabaq  panelində  iki  sıxac  nəzərə  alınmışdır. 
Cərəyanölçən  qısqaclarla  çılpaq  və  izolə  olunmuş  naqillərdən 
axan  cərəyan  ölçülür.  Ölçü  aparan  işçi  eynəkdə  olmalıdır, 
1000V-dan  böyük  gərginliklərdə  ölçmələr  aparan  zaman  isə 
dielektriki əlcəklərdən və izolə olunmuş ayaqaltlardan istifadə 
olunmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 26. Cərəyanölçən qısqacın (kleş)  
sadələşdirilmiş konstruksiyası. 
1 - dəstək;    2 – gövdə;    3 – sökülən maqnit dövrəsi; 4 – qısqacı 
açmaq üçün dəstək; 5 – ölçü cihazı; 6 – ölçü hədlərini dəyişən; 7 – 
gərginliyi ölçmək üçün sıxaclar. 


102 
 
Bu  halda  ayrı-ayrı  faz  naqilləri  arasındakı  məsafə 
0,25m-dən az olmamalıdır.  
Ölçü cihazı bilavasitə cərəyanölçən qısqacın gövdəsində 
quraşdırılmalıdır,  əks  halda  ikinci  tərəf  dolağın  naqilləri 
elektrik qurğusunun cərəyan keçirən hissələrilə toxuna bilər. 
 
Gərginlik göstəriciləri və cərəyanaxtaranlar 
 
Elektrik    qurğularının  istismarı  zamanı  onların  cərəyan 
keçirən hissələrində gərginliyin mövcudluğunu yoxlamaq (tez 
–  tez  hallarda)  tələb  olunur.  Bundan  başqa,  paralel  işləyən 
qidalandırıcı  xətlərin  və  transformatorların  fazlaşdırılmasını 
təmin  etmək  üçün  üçfazlı  şəbəkələrdə  müxtəlif  fazalar 
arasında  gərginliyin  olmasını  və  eyni  fazlar  arasında 
gərginliyin  olmamasını  yoxlamaq  tələb  olunur.  Belə  hallarda 
adətən  gərginliyin  ölçməsini  yox,  ancaq  onun  olub  – 
olmamasının  müəyyənləşdirmək  tələb  olunur.  Gərginlik 
göstəriciləri  müxtəlif    konstruksiyalarda  və  qabaritlərdə 
(qurğunun  gərginliyindən  asılı  olaraq)  hazırlanır.  Bunlardan 
daha geniş yayılmışları tutum cərəyanının axması prinsipində  
işləyən gərginlik göstəriciləridir. 
10kV  qədər  gərginlikli  elektrik  qurğularında  istifadə 
olunan  gərginlik  göstəricisinin  konstruksiyasının  sxemi  şəkil 
27-də  göstərilmişdir.  Şəkildən  göründüyü  kimi  gərginlik 
göstəricisi  əsasən  işçi  və  izoləedici  hissələrdən  ibarətdir.  İşçi 
hissəsində  kiçik  neon  lampası  yerləşdirilmişdir.  Bu  cür 
lampadan  çox  kiçik  cərəyan  belə  keçdikdə  o,  işıqlanmaya 
başlayır.  Neon  lampalı,  şəkildə  göstərilmiş  konstruksiyanın 
sxemindən  göründüyü  kimi  bakelit  borusunun  içərisində 


103 
 
quraşdırılır və elektrodlarla (metal qırmaq 1 və bakelit boruda 
yerləşdirilmiş  kondensatorla)  etibarlı  təmas  yaradır.  Metal 
qırmaq  (1),  neon  lampası  və  kondensator  ardıcıl  birləşmiş 
olur. 
Gərginlikli 
xəttə 
göstərilmiş  qırmaq  hissəsini 
yaxınlaşdırdıqda  neon  lampası  işıqlanmağa  başlayır  (1-2sm 
məsafədən) və bu halda göstəricini tutmuş adamın bədənindən 
1mkA-dən  az  cərəyan  axır  ki,  bu  da  insan  üçün  tam 
təhlükəsizdir. 
Gərginlik  göstəricisinin  izoləedici  hissəsi  bakelit 
borudan  və  metal  sonluqdan  (hara  işçi  hissəsinin  ucu  vintlə 
bərkidilir) ibarətdir.  
Konstruksiyası  şəkil  27-də  göstərilən  gərginlik 
göstəricisi  10kV-a  qədər  gərginlikli  elektrik  qurğularında 
tətbiq 
olunur. 
10kV-dan 
yuxarı  gərginlikli  elektrik 
qurğularında  isə  gərginlik  göstəricisi  izoləedici  ştanqa  ilə 
birlikdə işlədilir (ştanqanın uzunluğu gərginlikdən asılı olaraq 
seçilir).  
1000V 
yuxarı 
gərginlikli 
üçfazlı 
şəbəkələrdə 
fazlaşdırma əməliyyatını aparmaq üçün şəkil 28-də göstərilən 
quruluşdan istifadə olunur. 
Fazlaşdırma  gərginlik  göstəricisi,  neon  lampaya  malik 
gərginlik  göstəricisindən  və  analoji  konstruksiyaya  malik 
borudan  (borunun  içərisində  istiliyə  davamlı  və  6-7MOm 
müqavimət quraşdırılmışdır) ibarət olub, öz aralarında elastik 
naqillə birləşdirilir. 
Fazlaşdırma 
əməliyyatından 
əvvəl, 
gərginlik 
göstəricisinin  köməyilə  şəbəkəni  qidalandıran  hər  iki 
mənbənin  altı  sıxacında  gərginliyin  mövcudluğunu  müəyyən 
edirlər. 


104 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 27. 10kV gərginlikli qurğular üçün tətbiq olunan 
gərginlik göstəricisinin sxemi. 1 – metaldan hazırlanmış qırmaq; 2 – 
başlıq; 3 – yay; 4-kontakt diski;  5 – neon lampası; 6 – metaldan 
hazırlanmış əlavə qarmaq; 7 – spiral formalı yay; 8 – halqa; 9 – 
mühafizə şüşə boru; 10 – karbolit borusu;    11 – boruda kəsilmiş 
yarıq; 12 – bakelit-kondensator borusu; 13-birləşdirici mufta; 14 – 
izoləedici hissə; 15-tutucu dəstək; 16 – məhdulaşdırıcı halqa. 
 
 
 
 
 
 


105 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 28. Fazlaşdırma üçün gərginlik göstəricisinin sxemi.  
1 – məxsus göstərici; 2 – tutucu dəstəklər; 3 - əlavə müqavimətli 
boru; 4 – birləşdirici naqil; 5 – metal qarmaq; 6 – neon lampası; 7-
konensatorlar; 8 - əlavə müqavimət. 
 
Eyni  fazaları  təyin  etmək  üçün  gərginlik  göstəricisinin 
qarmağının  bir  tərəfini  cərəyan  keçirən  naqilə  (fazaya),  digər 
borunun  qarmağını  (əlavə  müqavimətə  malik)  isə  ikinci 
mənbənin  cərəyan  keçirən  naqilinə  (fazaya)  toxunmaq 
lazımdır. 
Yoxlanılan  fazlar  eyni  olduqda,  onlar  arasında 
potensiallar  fərqi  olmadığından  neon  lampasının  işıqlanması 
müşahidə olunmur, əks halda isə lampa işıqlanır. 
 
İzoləedilmiş dəstəkli alətlər 
 
Elektrik  qurğularının  istismarı    prosesində,  ələlxüsus 
220/380V gərginlikdə elektrotexniki xidmət işçiləri bəzən qısa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə