Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

97 
 
izolyasiyasının  keçiriciliyi  sıfıra  yaxındırsa  (


iz
r
),  onda  K
0
 
=1 olar. Bu halda qoyuluş cərəyanın qiyməti I
o.q
=I
T
=3I
0
 olar. 
Şəbəkənin 
mühafizə 
olunmayan 
sahəsinin 
izolyasiyasının  keçiriciliyi  sıfra yaxın  olduqda, yerə  qapanma 
cərəyanı qiymətindən  asılı olmayaraq K
0
=0  və 3I
0
=0  
Beləliklə, yuxarıda şərh olunanlardan aydın olur ki, sıfır 
ardıcıllıqlı  cərəyan  transormatoru  (SAT)  mühafizə  olunan 
avadanlığın  yaxınlığında  yerləşdikdə  mühafizə  qurğusu  daha 
effektiv təsir edir. 
 
2.5 Mühafizə vasitələri 
Klassifikasiya və ümumi tələblər 
 
Elektrik  qurğularının  istismarı  zamanı  elektrotexniki 
xidmət  işçilərinin  təhlükəsizliyinin  təmin  olunmasında 
mühafizə vasitələri və qoruyucu tərtibatlar əsas rol oynayır. 
Elektrotexniki  qurğularda  mühafizə  vasitələri  dedikdə, 
elektrik  cərəyanının,  elektrik    qövsünün  və  onun  yanması 
məhsullarının  təsirindən  elektrotexniki  xidmət  işçilərinin 
mühafizəsini  təmin  edən  aparatlar,  səyyar  tərtibatlar  və 
quruluşlar,  eləcə  də  cihaz  və  tərtibatlarının  ayrı-ayrı  hissələri  
başa düşülür. 
Təyinatına  görə  bütün  mühafizə  vasitələri  şərti  olaraq 
izoləedici, hasarlayıcı (qoruyucu) və köməkçi olurlar. 
İzoləedici mühafizə vasitələri adamları gərginlik altında 
olan  elektrik  avadanlıqlarının  cərəyan  keçirən  hissələrdən 
izolə  etmək  üçün  xidmət  edir.  Bundan  başqa  izoləedici 
mühafizə  vasitələri  yerdə  dayanmış  və  eyni  vaxtda  elektrik 
avadanlığının  cərəyan  keçirən  hissələrilə  toxunan  adamı 
(xidmət işçisi) yerdən izolə etmək üçün tətbiq olunur. 


98 
 
İzoləedici mühafizə vasitələri 
 
İzoləedici  mühafizə  vasitələrinə  bakelitən,  çinidən 
(farfor),  ağacdan,  rezindən  və  plastikkütlədən  hazırlanmış 
izoləedici  və  ölçü  ştanqaları,  müvəqqəti  torpaqlamanı  yerinə 
yetirən    ştanqaları,  boru  formalı  qoruyucuları  sıxaclarda 
yerləşdirmək və ya  çıxarmaq  üçün qısqaclar  (kəlbətin, maşa), 
gərginlik  göstəricilərinin  və  cərəyanölçənlərin  izolyasiya 
hissələri,  elektriklərin  alətlərinin  izolyasiya  hissəsi,  dielektrik 
əlcəklər,  qaloşlar,  botular,  rezin  xalçalar  və  ayaqaltılar,  çini 
izolyatorlar  üstündə  quraşdırılmış  taxta  altlıqlar  və  izoləedici 
nərdivanlar aiddir. 
Çəpərləyici mühafizə vasitələri elektrik avadanlıqlarının 
cərəyan keçirən hissələrini müvəqqəti olaraq hasarlamaq üçün 
xidmət  edir.  Bunlara  şitlər  və  qəfəslər  formasında  səyyar 
çəpərlər  aiddir.    İzoləedici  mühafizə  vasitələri  əsas  və  əlavə 
olmaqla iki yerə ayrılır. 
Əsas  mühafizə  vasitələrinin  izolyasiyası  elektrik 
qurğusunun  işçi  gərginliyinə  etibarlı  davam  gətirir.  Bu 
vasitələrlə  gərginlik  altında  olan  cərəyan  keçirən  hissələrə 
toxunmağa icazə verilir. Əsas mühafizə vasitələrini qurğunun 
işçi  gərginliyindən  asılı  olaraq  yüksək  gərginliklə  sınaqdan 
keçirirlər. 
1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğularında 
istifadə  olunan  əsas  mühafizə  vasitələrinə  əməliyyat  və  ölçü 
ştanqları,  izoləedici  və  cərəyan  ölçən  qısqaclar;  gərginlik 
göstəriciləri,  izoləedici  quruluşlar  və  təmir  işləri  üçün 
tərtibatlar (izoləedici nərdivanlar və s.) aiddir. 
 


99 
 
Əlavə mühafizə vasitələri 
 
Əlavə 
mühafizə 
vasitələri, 
bilavasitə 
verilmiş 
gərginlikdə  mühafizə  funksiyasını  yerinə  yetirə  bilmir  və  ona 
görə  də  əsas  vasitələrlə  əlavə  tədbir  sayılır.  Əlavə  mühafizə 
vasitələri  elektrik  qurğusunun  gərginliyindən  asılı  olmayaraq 
sınaq  gərginliyə  məruz  edirlər.  1000V-dan  yuxarı  gərginlikli 
elektrotexniki  qurğularda  istifadə  olunan  əlavə  mühafizə 
vasitələrinə  dielektriki  əlcəklər,  dielektriki  botular,  dielektriki  
“xalçalar”  və  çini  izolyatorlara  quraşdırılmış  izolyasiya 
ayaqaltılar aiddir. 
1000V-a  qədər  gərginlikli  elektrik  qurğularında  tətbiq 
olunan  əsas  mühafizə  vasitələrinə  əməliyyat  ştanqları, 
qısqaclar  (kleş),  dielekrtiki  əlcəklər,  dəstəkləri  izolə  edilmiş 
alətlər və gərginlik göstəriciləri aid edilir. 
1000V-a  qədər  gərginlikli  elektrik  qurğularında  əlavə 
mühafizə  vasitələri  kimi  dielektriki  qaloşlardan,  rezin 
“kovriklər”dən və izoləedici ayaqaltılardan istifadə olunur. 
Köməkçi  mühafizə  vasitələri  elektrotexniki  xidmət 
işçilərini  müəyyən  hündürlükdən  düşməsindən  (qoruyucu 
qurşaqlar,  sığorta  kanatları),  təhlükəsiz  olaraq  hündürlüyə 
qalxmaq  zamanı  (qarmaq,  nərdivan)  mühafizə  etmək  üçün 
xidmət edir. 
Bundan  başqa  köməkçi  mühafizə  vasitələri  xidmət 
işçilərini  elektrik  cərəyanının,  işıq,  istilik,  mexaniki  və 
kimyəvi  təsirlərindən  qorumaq  üçün  də  tətbiq  edilir.  Bu  cür 
vasitələrə  misal  olaraq  mühafizə  eynəklərini,  əleyhiqazları, 
brezent  və  ya  rezin  əlcəklər,  mahlıc  kostyumlarını  və  s.-ni 
göstərmək olar. 


100 
 
İzoləedici qısqaclar 
 
İzoləedici qısqaclar (kleşlər), 35kV gərginlikli qurğulara 
boru  şəkilli  qoruyucuları  dəyişdikdə  və  birqütblü  ayırıcılarda 
rezin 
qapaqlardan 
istifadə 
olunduqda 
tətbiq 
olunur. 
Elektrotexniki  qurğuların  normal  gərginliyindən  asılı  olaraq 
izoləedici  qısqaclar  müxtəlif  ölçü  və  konstruksiyalarda 
hazırlanır. 
İzoləedici  qısqaclardan  istifaə  etdikdə  dielektriki 
əlcəklər  geyinməlidir,  boru  formalı  qoruyucuları  dəyişdikdə 
isə qara eynəklərdən istifadə olunmalıdır. 
 
Cərəyan ölçən qısqaclar 
 
Cərəyan  ölçən  qısqaclar  (kleşlər)  qısa    müddətdə 
cərəyanın  qiymətini  ölçmək  üçün  tətbiq  edilir.  Onlar  cərəyan 
transformatorundan  (sökülən  maqnit  nüvəsinə  və  bir  ədədi 
ikinci dolağa malik) və ölçü cihazından ibarət olur.  
Cərəyan  transformatorunun  birinci  dolağı,  onun  maqnit 
nüvəsinin  əhatə  etdiyi  cərəyanlı  naqil  təşkil  edir. 
Elektromaqnit  materialdan  hazırlanmış  nüvənin  üzərinə 
sarınmış ikinci tərəf dolağa ampermetr birləşdirilir. 
10kV-dan  çox  gərginlikli  elektrik  qurğularında  bir 
yerdən  başqa  yerə  daşınan  (səyyar)  cihazlardan  istifadə 
olunmur.  
600V-a qədər gərginliklərdə tətbiq olunan cərəyan ölçən 
qısqacın 
sadələşdirilmiş 
konstruksiyası 
şəkil 
26-da 
göstərilmişdir. 
Şəkil 26-da göstərilən konstruksiyada çoxhədli detektor 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə