E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə33/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   29   30   31   32   33   34   35   36   ...   121

 
69
Cədvəl 20 
Xəzər regionu üzrə neftin hasilatı və ixracı 
/sutkada min barrel
Neft hasilati 
Ixracin xalis həcmi 
Dövlətlər 
1990 
1997 
1990 
1997 
Nəzərdə tutulan 
ixrac 
Azərbaycan 
259,3 192,9  76,8  54,8  1000-1500 
Qazaxıstan 
602,1 573,3 109,2 310,9 
2000 
Türkmənistan 
24,8 107,3 69,0  39,2 
50 
Rusiya 
144,0 60,0  x 


Yekun: 
1130,2 
933,5 
255 
404,9 
3050-3550 
 
Cədvəldən görünür ki, Azərbaycan Xəzər regionu üzrə neft hasil edən ölkələrdən biridir və 
ixrac potensialına görə  Xəzər regionu ölkələri arasında ikinci yeri tutur. Artıq Azərbaycan 
Respublikası dünyanın  ən çox neft hasilatına malik olan regionlardan biri kimi tanınmaqdadır. 
Mütəxəssislərin fikrincə Azərbaycan Respublikası neft ehtiyatlarına görə dünyanın 10-12 lider 
ölkəsi arasında qərar tutur.  
 
 
5.2. Xam neftin və təbii qazin emali və onlardan alinan məhsullar 
 
Neft emalı - neftin mexaniki qatışıqlarından təmizlənib distillə vasitəsilə lazımi 
fraksiyalara ayrılması prosesidir. Arxeoloqların fikrincə neftdən bizim eradan əvvəl VI 
minillikdə istifadəyə başlanmışdır. Eramızın III min illiyində Mesopotamiya və Misirdə asfaltdan 
sukeçirməyən və birləşdirici maddə kimi inşaatda istifadə edildiyi göstərilir. O dövrdə neft piltəli 
çıraqlarda yandırılır, dərman pereparatları kimi işlədilir, onun şora, kükürd və qətran qarışığından 
hərbi məqsədlə «yandırıcı ox» hazırlanmasında istifadə edilirdi. 
Bakıda neft çıxarılmasını hadisəsini XIII əsrdə italyan səyyahı Marko Polo təsvir etmişdir. 
O, göstərirdi ki, Bakı neftini çıraqlarda yandırır və onunla dəri xəstəliklərini müalicə edirlər. 
XVI-XVII  əsrlərdə Bakıdan Rusiyanın mərkəz rayonlarına neft göndərilməyə başlanmışdır. 
Müalicə məqsədi ilə işlədilən neftin xoşagəlməz qoxusunu aradan qaldırmaq və ya heç olmazsa 
azaltmaq üçün eramızın  əvvəllərində onu distillə yolu ilə  təmizləməyə başlamışlar. Qədim 
müalicə kitablarında Roma həkimi Kassiya Feliks və XI əsr  ərəb alimi İbn Sinanın distillə 
üsullarına aid təcrübələri təsvir edilmişdir. 
Bakı neftinin distillə edilməsini ilk dəfə XIII əsrdə orta əsr müəllifi Nəcib Bəkran  Əl 
Həmdani qələmə almışdır. Neftin kubda vaxtaşırı qızdırmaqla distillə edildiyi ilk neft təmizləmə 
qurğu 1823-cü ildə Mozdok şəhəri yaxınlığında təhkimçi kəndli Dubinin qardaşları  tərəfindən 
tikilib istifadəyə verilmişdir. Kuba hər dəfə 40 vedrə xam neft doldurulur və ondan 16 vedrə 
distillə edilmiş neft məhsulları alınırdı. 1837-ci ildə Balaxanıda işə salınan neftayırma 
qurğusunda 19,4 ton xam neft distillə edilmişdir. 1861-ci ildə Suraxanıda sənaye sahibkarı 
Kokorev D.İ.Mendeleyevin köməyi ilə kerosin zavodu tikmişdir. Bakılı texnik Cavad Məlikov 
1863-cü ildə Bakıda və 1865-ci ildə Qroznıda ilk neftayırma zavodunu tikmişdir. Artıq 1868-ci 
ildə Bakıda 23 kiçik neftayırma zavodu işləyirdi. Neft emalı zavodlarında kerosin, mazut, az 
miqdarda sürtgü yağları  və benzin alınırdı. X1X əsrin 70-ci illərində neft məhsullarına olan 
tələbat xeyli artdığından, neftayırma zavodlarında distillə kublarının sayı  və  həcmi artırıldı. 
Lakin, buna baxmayaraq vaxtaşarı işləyən kublar bu tələbatı yenə də ödəyə bilmirdi. 
1872-ci ildə icarə sisteminin ləğvindən sonra Azərbaycanda neft sənayesinin inkişafı üçün 
əlverişli şərait yarandı. Neft hasilatının artması neftayırma zavodlarına olan tələbatı xeyli artırdı. 
1873-cü ildə A.Təbrizov neftin fasiləsiz emalı prosesini işləyib hazırladı. 1875-ci ildə Bakıda 
neft emalı müəssisələrinin sayı 62-yə, kerosin istehsalı 848,7 min puda çatdırıldı. Bakıda 
neftqazçıxarma sənayesinin cəmləşdiyi «Qara şəhər» yarandı. 1883-cü ildə D.İ.Mendeleyevin 
təklifi ilə «Nobel qardaşları» zavodunda ilk kub batareyası istifadəyə verildi və digər zavodlar 


 
70
tədricən bu üsulla neft emalına keçdi. XX əsrin əvvəllərində Rusiyada başlanmış iqtisadi böhran 
Azərbaycan neftqazçıxarma sənayesində  də özünü göstərdi. Azərbaycanda neft sənayesi 
müəssisələrinin sayı 91-dən /1901/ 53-ə /1915/, kerosin istehsalı 128,3 milyon puddan /1900/ 
73,4 milyon puda /1914/ endi. Bu dövrlərdə Azərbaycan neft sənayesində xarici kapitalın rolu 
böyük idi. Təkcə kerosin istehsalının 75%-i «Nobel qardaşları»  şirkətinin payına düşürdü. 
Sonralar neft emalı zavodlarının sayı  və  məhsuldarlığı, habelə alınan neft məhsullarının çeşidi 
tədrijlə artırıldı. 1920-1921-ci illərdə Bakıda neft emalı 1913-cü il səviyyəsinin 41%-ni təşkil 
etdi. Beləliklə  də 1921-ci ildən sonra neftayırma zavodlarının bərpasına, texniki cəhətdən 
yenidən qurulmasına başlandı. 1927-ci ildə ilk dəfə olaraq Bakıda güclü borulu qurğu tikilib işə 
salındı. 1940-cı ildə benzin istehsalı 1913-cü il səviyyəsini 39 dəfə ötdü. 1953-cü ildə  nəhəng 
Yeni Bakı neftayırma zavodu işə düşdü, digər neftayırma zavodları yenidən quruldu və müasir 
texnika ilə təhciz edildi. Bütün bunlar imkan verdi ki, Bakıda çıxarılan neftin əksər hissəsi Bakı 
neftayırma zavodlarında emal edilsin. 1950-ci illərdə Bakıda fəaliyyət göstərən üç neftayırma 
zavodlarında təqribən 90 adda neft məhsulu /benzin, kerosin, mazut, sürtgü yağları, aşqarlar, neft 
kimyası üçün xammal və sair/ istehsal edilirdi. Həmin zavodlar tərəfindən istehsal olunan neft 
məhsulları  nəinki keçmiş SSRİ-nin tərkibində olan respublikalara, həmçinin xarici ölkələrə  də 
ixrac olunurdu. Hazırda həmin zavodlarda yenidənqurma işləri həyata keçirilir. 
Neft məhsulları - neftin emalı prosesi nəticəsində alınan karbohidrogenlərlə onların bəzi 
törəmələrinin qarışığı  və ya fərdi kimyəvi birləşmələrdən ibarətdir. Onlardan yanacaq, sürtgü 
yağı, yol örtüyü, elektroizolyasiya materialı, həlledici, neft-kimya sənayesi üçün xammal kimi və 
başqa məqsədlər üçün istifadə edilir. Neft məhsuluna duru yanacaq və qaz yanacağı daxildir. 
Bura yerdən neftlə birgə  çıxan qazların emal məhsullarından qazolin və qaz benzini, propan-
butan fraksiyası, izobutilen, neft emalı qazları, benzin, kerosin və mazut da daxildir. Neft 
məhsullarının təqribən 60-65%-ni təşkil edən neft yanacaqları daxiliyanma mühərriklərində 
motor yanacağı kimi işlədilir. 
Neft yağları öz həcmi və əhəmiyyətinə görə neft məhsullarının ikinci böyük qrupunu təşkil 
edir. Onların çoxu sürtgü yağlarıdır. Elektroizolyasiya yağlarının və texnoloji yağların da sənaye 
əhəmiyyəti böyükdür. Sürtgü yağları üçün əsas göstəricilər onların özlülüyü, oksidləşməyə qarşı 
sabitliyi, yağlama qabiliyyəti, alışma və donma temperaturudur. Neftdən alınan sürtgü yağı 
materiallarına plastik yağlar və yağlayıcı-soyuducu mayelər də daxildir. 
Texniki bitum materialları istehsalı  həcminə görə xalq təsərrüfatında geniş  tətbiq olunan 
neft məhsullarının üçüncü qrupunu təşkil edir. Onlar tərkibində çoxlu miqdarda asfalt-qatran 
birləşmələri olan ağır distillə qalıqlarını vakkum altında yenidən distillə edib, içərisindən hava 
keçirmək yolu ilə alınır. 
Neft məhsullarının mühüm bir qrupunu bərk karbohidrogenlər - parafin, serezin, vazelin 
təşkil edir. Onlar neft fraksiyalarının parafinsizləşdirilməsi zamanı  çıxarılan məhsulları ayırıb 
təmizləmək yolu ilə alınır. Bərk karbohidrogenlərdən yeyinti, elektrotexnika, kağız və rezin 
sənaye sahələrində, plastik sürtgü yağları istehsalında, tibbdə istifadə edilir. Hazırda Bakının 
neftayırma zavodlarında 100-dən çox neft məhsulları istehsal edilir.
 
Qazayırma  - qaz qarışığını öz tərkib hissələrinə  və ya müxtəlif fraksiyalara ayırma 
prosesidir. Qaz qarışığı əvvəlcə qurudularaq zərərli qatışıqlardan, məsələn, aşağı temperatur və 
yüksək təzyiqdə doymamış karbohidrogenlərlə reaksiyaya girib partlayıcı nitrobirləşmələr əmələ 
gətirə bilən azot oksidlərindən, qazların kimyəvi emalına mane olan katalik zəhərlərdən, 
aparatlarda korroziya törədən, ya da aşağı temperaturda donan hidrogen-sulfid, su buxarı və bəzi 
karbohidrogenlərdən təmizlənir. Adətən, qazı  sənayedə mexaniki, elektrik və fiziki-kimyəvi 
üsullarla təmizləyirlər. Mexaniki və elektrik qaztəmizləmə üsulları qazı  bərk və maye 
qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür. 
Mexaniki qaztəmizləmə qatışığın zərrəciklərini ağırlıq qüvvəsi və ya mərkəzdənqaçma 
qüvvəsinin təsiri ilə çökdürmək, qazı  məsaməli və lifli materialdan süzmək, həmçinin qazı su, 
yaxud başqa maye ilə yumaq yolu ilə aparılır.  Ən çox qaztəmizləyən aparat-siklondan istifadə 
edilir. Siklonda mərkəzdənqaçma qüvvəsinin təsiri nəticəsində bərk və maye zərrəciklər qazdan 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə