E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə120/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
248
Telyakel - mal gəlib çatdıqda və ya alıcıya təqdim edilməklə təhvil verildikdə, keyfiyyətdən asılı 
olmayaraq, onun axırıncı qəbul edilməsinə əsasən, beynəlxalq ticarətdə alış-satış müqaviləsinin 
şərtləri deməkdir. Belə şərtlər xüsusilə auksiyon satışlarında tətbiq olunur. 
 
Tender - müəyyən malın tədarükü və ya potensial iştirakçılara ticarət təşkilatları  tərəfindən 
göndərilən müəyyən xidmətlərin yerinə yetirilməsi barəsində təklifləri əks etdirən sənəddir.  
 
Təbii qaz - yanacaq növü kimi ekoloji üstünlüyü ilə yanaşı, həm də  əksər texniki-iqtisadi 
imkanları, energetik qüvvəsilə  də digər karbohidrogen resurslarına nisbətdə  fərqli mövqedədir. 
Yanarkən hiss verməməsi, tullantı yaratmaması, məşəlinin asanlıqla tənzim olunması, müxtəlif 
görüntü hallarına salınması və bu baxımdan da atmosferə, ətraf mühitə zərərlər gətirməməsinin 
minimallığı onun ekoloji aspektdə  cəlbediciliyini artıran xüsusiyyətidir. Rəngsiz və çox zaman 
da qoxusuz olan təbii qazın texniki-iqtisadi parametrləri müqayisəli təhlil obyektinə çevrildikdə 
ekoloji və energetik keyfiyyətlərilə bərabər bu, üstünlüyü işıqlandıran fiziki xüsusiyyətləri də önə 
çəkilir. Karbohidrogenli əqrabaları arasında ən yüksək istiliktörətmə qabiliyyətliliyi ilə fərqlənən 
təbii qaz müvafiq gücü torf və yanar şistlərdən 3-4, oduncaq və daş kömürdən 1,5 dəfə, neftdən 
isə orta hesabla 1000 kilokalori artıq miqdarlıdır. Konkret olaraq təbii qazın istiliktörətmə gücü 
orta göstəricidə 12000 kkal\kq hesablanır. Qazın 2000 dərəcə selsili yüksək istilikvermə 
qabilliyyəti onun keyfiyyətli energetik və texnoloji səmərəli yanacaq növü kimi geniş  tətbiqini 
təmin etmişdir. Təbii qaz sərvətləri üç kateqoriyada qazlı yataqlarda olan təbii qazsəmt qazı və 
qazkondensat klassik təsnifatı vardır: Dünyanın ən iri təbii qaz hasilatçısı Rusiyada səmt qazının 
payı 10-15%, respublikamızda isə 3-4% təşkil edir. Səmt qazın həcmini neftin tərkibindəki 
miqdarı ilə ölçürlər. Praktikada əsasən 1ton neft=200 kub metr qaz formulundan istifadə olunur. 
Neftli qaz və yaxud səmt qazı neftlə birgə hasil edildiyindən neft ehtiyatlarının və hasilatın artımı 
dinamikasına təsir edir. Hesablamalar göstərir ki, kapital qoyuluşlarının səmərəliliyi neftli qazın 
yığımı  və emalının təşkilində  təbii qaza nisbətdə yüksəkdir. Neftli qazdan alınan  əmtəəlik  
məhsulun orta yağlılığı təbii qaza nisbətdə  2,2-2,4 dəfə çox və bu məhsulun alınmasında kapital 
qoyuluşu təbii qaza nisbətdə 2,1-2,3 dəfə azdır. Əlahiddə qaz və qaz kondensatı yataqlardan hasil 
edilən təbii qazdan fərqli olaraq neftli qaz etan, propan-butan və pentan fraksiyalı  tərkiblərlə 
daha zəngin səciyyəvidir. Əksər yataqlarda neftli qazın 60-70%-ni müvafiq fraksiyar təşkil edir. 
Bu xüsusiyyətli neftli qaz yanacaq dəyəri ilə yanaşı xalq təsərrüfatının müxtəlif sahələrində daha 
əhəmiyyətli xammal kimi qiymətləndirilir. Neft qazından alınan sıxılmış qaz kimya sənayesinin 
əsas xammalıdır və burada neftli qazı təbii qazla əvəz etmək qeyri mümkündür. Bununla belə
bütün sıxılmış qazlar da yüksək iqtisadi əhəmiyyətli material kimi, olefin karbohidrogenlər, 
xüsusən də, etilen, propilen və butilenin alınmasında piroliz xammalını  təşkil edir. Neftli qaz 
mühərrik yanacağının istehsalında, həmçinin lay təzyiqinin saxlanılmasında da  əhəmiyyətlidir. 
 
Təbii işsizlik - əhalinin təbii artımı ilə bağlıdır. Bu növ işsizliyin aradan qaldırılması üçün 
əhalinin səmərəli artımı təmin edilməlidir və iqtisadi sabitlik bu artıma uyğun olmalıdır. Belə bir 
ideal səviyyəyə uyğun gələn işsizliyə təbii işsizlik deyilir. 
 
Tədiyyə balansı  -  əmtəə, kapital və xidmət ixracı idxal ilə birlikdə ölkənin  tədiyyə balansını 
təşkil edir.  
 
Təklif - dedikdə, satıcının müəyyən dövr ərzində  hər hansı bir əmtəəni müəyyən qiymətə, 
müəyyən kəmiyyətə satmaq arzusu və imkanı başa düşülür. Təklifin əsas hissəsini əmtəə təklifi 
təşkil edir və o, bazarda əhalinin ödəmə qabiliyyətli tələbinə qarşı durur. Təklif istehsalla bağlı 
olsa da, o, öz həcminə görə istehsaldan azdır. 
 
 
 


 
249
Tələb - dedikdə, alıcının müəyyən dövr ərzində  hər hansı bir əmtəədən müəyyən qiymətdə  və 
kəmiyyətdə əldə etmək arzusu və ya imkanı nəzərdə tutulur. Tələb alıcıların tədiuyə qabiliyyəti 
ilə  məhduddur, o müəyyən pul vasitələri ilə  təmin olunur və  əhali lazımi hallarda həmin pul 
vasitələrini  əmtəə /xidmət/ alınması üçün sərf edir. Tələb istehsalla bilavasitə  əlaqədar 
olduğundan, istehsaldan əvvəl mövcud olmur. 
 
Təqvim ili - Qriqori təqvimi üzrə yanvarın 1-dən başlanan və ondan sonrakı dekabrın 31-də 
qurtaran 12 ardıcıl aydan ibarət dövr deməkdir. 
 
Təşkilati struktur - təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq 
təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını  əhatə edən  xətti, yaxud 
iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer 
idarəetməsinə  əsaslanan  diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə  fərqlənən  adaptiv - 
yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü - funksional ənənəvi 
joğrafi  məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa 
strukturu ilə yanaşı  komandalı - xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq 
əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur 
özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və  mənfi cəhətlər mümkün və yetərli ola 
bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların 
heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq 
idarəetməni həyata keçirirlər. 
 
Tədavül sferası  - kapital və istehsal fondlarının dövriyyəsidir. Merkantelizmə görə  sərvətlər 
tədavül sferasında ticarətdə baş verir. 
 
Tədavül fondları - anbarda hazır məhsul, yüklənmiş  və yolda olan məhsul, pul vəsaitləri və 
məhsul istehlakçılarının hesablarında olan vəsaitlərin cəmindən ibarətdir. 
 
Təsdiqlənmiş /subuta yetmiş/ yataqlar - fiziki ölçüləri və ehtiyatları qiymətləndirilmiş neft-qaz 
yatağı.  
 
Təsdiqlənmiş /subuta yetmiş/ ehtiyatlar -  geoloji və texniki informasiyalar əsasında iqtisadi 
cəhətdən mümkün çıxara biləcək karbohidrogen ehtiyatları. 
 
Təsdiqlənmiş kəşfiyyat ehtiyatları - mövcud quyulardan mümkün iqtisadi üsullarla hasil edilə 
biləcək ehtiyatlar. 
 
Təsdiqlənmiş  kəşfiyyat işləmə ehtiyatları - kəşf olunmuş  və  işləmə prosesində olan və ya 
xüsusi texnologiyalarla mövcud quyulardan hasil edilən ehtiyatlar. 
 
Ticarət balansı  -  əmtəə  və xidmətlərin ixracı  və idxal birlikdə ölkənin  ticarət balansını  təşkil 
edir. 
 
Traktasiya - sazişlərin bağlanmasında  əlaqədar olanların, alıcıların və ya satıcıların imkanını 
aydınlaşdırmaq məqsədilə malın satılması və ya alınması haqqında ilkin təklif deməkdir. 
 
Transaksiya - siyasi-hüquqi saziş, sövdə, qarşılıqlı güzəşt, hər hansı məqsəd üçün icra olunan 
bank əməliyyatı, pul vəsaitinin köçürülməsidir. 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə