236
Mərhələli qiymətlər - əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan
hədləridir, qiymətləridir.
Məsrəflərin əvəzinin ödənilməsi - podratçının neft-qaz əməliyyatlarına məsrəflərinin əvəzinin
ödənilməsi üçün kontrakt sahəsində hasil edilmiş karbohidrogenlər payının podratçıya ayrılması
prosesi deməkdir. Əvəzi ödənilən məsrəflər dedikdə, gələcəkdə əvəzi ödənilməsi məsrəflər, əvəzi
ödənilmiş dedikdə isə əvəzi ödənilib qurtarmış məsrəflər nəzərdə tutulur.
Mikroekonomika - lakonik interpretasiyada
ukladların iqtisadiyyatı. İstehsalın, xidmətin
müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın
özəyini
təşkil edən müəssisə, firmada istehsal və xidmətin daha səmərəli qurulması məqsədləri
seçilir, az xərclərlə daha çox və keyfiyyətli məhsul buraxılışına çalışılır. Bu dairədəistehsal
xərcləri. Mənfəət, qiymət. Əmək haqqı, tələb və təklif kimi iqtisadi amillər və kateqoriyalardan
daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Miqrasiya - /latınca
migratio - köçmə, yerləşmə/ insanların bu və ya digər səbəblərdən bir
yerdən başqa yerə köçməsi prosesi. Öz ölkəsindən getmə
emiqrasiya əks proses isə
immiqrasiya
adlanır. Miqrasiya daxili və xarici növlərə malikdir. Onun səbəbləri müxtəlif ola bilər. Əksərən
iqtisadi vəziyyətlə bağlıdır.
Motivasiya - psixoloqlar motivasiyanı daxili və xarici olmaqla, iki hissəyə ayırırlar.
Daxili
motivasiya özünün imkanlarını reallaşdırmaq, bilik və bacarığını inkişaf etdirməklə əlaqəlidir.
Xarici motivasiya isə kənar faktorların, əsasən əmək şəraiti, sosial təminatlar, karyera,
mükafatlandırma ilə bağlıdır. Motivasiyanı stimul və motivlər əhatə edir. Stimul adətən, maddi
təminatla əmək haqqında ifadə olunur. Motivə isə daxili təhriketmə gücü, istək, orientasiya və
sair aiddir. Təcrübə göstərir ki, səmərəlilik burada hər iki faktorların müvafiq toplumunda daha
yüksəkdir.
Monoqram - müəssisənin müəyyən institutların standartlarına uyğun
müvafiq icazəsi ilə məhsul
istehsal etmək səlahiyyəti verilən imtiyaz və reytinqdir. O, istehsal məhsulunun birbaşa
beynəlxalq bazara çıxışında əhəmiyyət kəsb edən sertifikat nümunəsidir.
Monopsoniya qeyri-təkmil rəqabətdə bir alıcıya qarşı çoxlu satıcının durması və ya başqa
ifadədə ancaq bir istehlakçının bazarı forması. Bu zaman qiyməti alıcı qoyur.
Onun maraqlı
cəhəti isə monopoliya ilə monopsoniyanın eyni vaxtda, eyni məkanda görünməsidir.
Ümumiyyətlə, praktiki prizmada xalis monopoliya və xalis monopsoniya uzlaşması nadir
hadisədir.
Mühasibat uçotu - /ərəbcə mühasib saymaq mənasını ifadələndirir. Mühasib termini bir sıra
dillərdə, o cümlədən rus dilində buxqalter kimi işlənir. Buxqalter alman dilində «kitiab saxlayan»
mənasını verir/ müəssisənin təsərrüfat vəsaitini və vəsaitin mənbəyini müəssisənin təsərrüfat
fəaliyyəti və onun nəticələri, hesablaşma, kredit və maliyyə münasibətlərini özündə əks etdirir.
Mühasibat uçotunda təsərrüfat əməliyyatları icrasının müşahidə vasitəsi sənəddir. Mühasibat
uçotu statistik və operativ uçotdan uçot məlumatlarının işlənməsi və istifadə edənə ötürülməsi ilə
fərqlənir. Təsərrüfatlaşan subyektdə mühasibat uçotu təsərrüfat fəaliyyətdən
başqa onun ictimai
tərəfini öyrənən statistik uçotdan dar, təsərrüfat fəaliyyətinin yalnız ayrı-ayrı tərəflərini öyrənən
operativ uçotdan geniş imkanlara malikdir. Müəssisənin təsərrüfat əməliyyatlarının
öhdəliklərinin və əmlakı haqqında məlumatlar mühasibat uçotunda əhatəli və fəsiləsiz olmalıdır.
Belə vəziyyət statistik və operativ uçotda məcburi deyildir.
237
Mövsümi qiymətlər - müəyyən vaxt /mövsüm/ müddətində fəaliyyət göstərirlər və həmin
mövsüm ərzində dəyişməz qalır.
Müqavilə qiymətləri - tərəflərin razılığına görə, bir qayda olaraq, dövlətlərarası və ya
hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir. Onlar müvafiq göndərmə və
ödəmə şərtləri ilə müəyyən keyfiyyətli əmtəəyə həqiqi qiymət səviyyəsini əks etdirir. Lakin,
müqavilə qiymətləri haqqında məlumatlar kommersiya sirri olduğundan onlar haqqında
məlumat
əldə etmək çətin olur.
Müəssisənin topdansatış qiyməti - məhsul istehsalçılarının istehsal etdikləri məhsulu
istehlakçılara satdığı qiymətlərdir. Müəssisə və təşkilatlar öz məhsullarını reallaşdırarkən öz
istehsal və reallaşdırma xərclərini ödəməli, həmçinin bazarda fəaliyyət göstərməyə imkan verən
mənfəət əldə etməlidirlər. Odur ki, müəssisənin topdansatış qiymətinin kəmiyyəti xərclərin
həcmindən /maya dəyərindən/, mənfəətdən, qiymətə əlavələrdən /güzəştlərdən/ və əlavə dəyər
vergisindən ibarətdir.
Müflisləşmə - borclunun borc öhdəçiliyini yerinə yetirə bilməməsinin
məhkəmə yolu ilə
müəyyənləşdirilməsidir. Müflisləşmənin rəsmi şəkildə elan olunduğu gündən borclu öz əmlakını
müstəqil şəkildə idarə etmək və sərəncam vermək hüququndan məhrum olur.
Müstəqil tarif - başqa dövlətlərlə müqavilə bağlamadan hər hansı dövlətin birtərəfli tərtib etdiyi
gömrük rüsumu.
Nağdsız hesablaşma - kredit müəssisələrində hesaba köçürmələr və qarşılıqlı tələblərin hesabı
deməkdir.
Neft - türk mənşəli isim kimi dünyanın bir çox məmləkətlərində neft, Avropa arealında isə
müasir məqamda petroleum adlanan korbohidrogen tərkibli, təbii aqreqat halı maye strukturlu
olan üzvi maddənin tarixi qədim və zəngindir. Neft işıltı mənasını verən qədim fars mənşəli söz
nafta kimi də interpretasiya olunur. Əsasən
qonur-qara, sarı-yaşıl çalarlı, müxtəlif konsistenli,
uçucu və qaz quruluşlu maddələri özündə cəm edən, çox zaman texniki interpretasiyada dağ yağı
və ya dağ qətranı da adlanaraq şərhi verilən neftin qəbul olunmuş nəzəriyyəyə görə maqmatik
proseslər nəticəsində yüksək temperatur və təzyiqin təsirilə çökmə süxurlarında səpələnən üzvi
maddələrin qalıqlarından əmələ gəlməsi ehtimal olunur. Lakin neftin mənşəyi haqqında
mübahisələr doğuran müxtəlif hipotetik yanaşmalar mövcuddur. Çağdaş zamanda
tellurik qeyri-
üzvi, kosmik, bitki qalıqlarından yaranış üzvi, heyvan qalıqlarından yaranış üzvi qəbul edilən
dörd istiqamət əsas götürülür. Vulkanik hərəkətlər nəticəsində, yüksək temperatur şəraitində
buxar və karbon qazının, kömür anhidridi və qələvi metalların qovuşması ideyasına köklənən
tellurik qeyri-üzvi hipoteza Q.Devi, D.Mendeleyev, P.Bertelo tərəfindən
irəli sürülərək inkişaf
etdirilmişdir. Kosmoqonik hipotezaya /İ.Kant, P. Laplas/ görə isə neftin yaranışı yer qabığının
dərinliklərində toplanan ağır metalların yüksək təzyiq altında su çatlarını keçərək formalaşması
və karbohidrogen tərkibli maddələrin qaz halından mayeyə keçidi kimi təzahürlərlə bağlıdır.
A.Lekerye, C.Dobrenin və başqalarının bitki qalıqlarından yaranış üzvi nəzəriyyəsinə görə torfun
qonur kömürə, onun daş kömür və antrasitə keçidi, növbəti mərhələdə karbohidrogen ayrılmaları
ilə neftin əmələ gəlməsini şərtləndirir. Heyvan qalıqlarından yaranış üzvi hipoteza isə
A.Enqelerin təcrübələrindən sonra daha da möhkəmlənmişdir.