E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə118/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
244
Resipient - hər hansı gəlir əldə edən dövlət, fiziki və hüquqi şəxs. 
 
Revalvasiya - pul vahidindəki qızıl tərkibinin rəsmi surətdə artırılması  və ya başqa ölkələrin 
xarici valyutalarına münasibətdə milli valyuta kursunun artırılmasıdır. 
 
Rəqabət - /latın latın sözü olub «toqquşma» və ya «bəhsləşmə» mənasını daşıyır/ nəticəsində 
istehsalçı və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu imkanlardan daha 
səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa 
stimullaşdırır. Rəqabət bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla 
istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması 
uğrunda mübarizəsini əks etdirir.  
 
Riqidlik - /latınca  rigidus  hərfi tərcümədə  bərklik, möhkəmlik kimi məna daşıyır/ iqtisadi 
sistemin,  əmtəə  və xidmətlərin yüksək dayanaqlıqlı istehsal xərcləri ilə xarakterik olan 
vəziyyətidir. Müxtəlif elm sahələrində onun tətbiq mahiyyəti də  fərqlidir. Koqnitiv, effektli və 
motivasiyalı  təsnifatda yeni situasiya tələblərinə, proqram dəyişikliklərinə hazırsızlıq kimi 
mahiyyət daşıyan riqidliq, tam üst-üstə düşməsə  də çox zaman konservatizmlə  də paralel 
anlaşılır. Müasir iqtisad elmində də riqidlik spesifik məzmunda dövriyyə çıxır.  Riqidlik iqtisadi 
düşərgədə digər mənada istehsal xərclərinin qiymət dəyişməsinə verdiyi reaksiyasıdır. O, 
monetar amillərin təsiri ilə yaranan qısamüddətli mərhələdə qiymətlərin qeyri-elastikliyində  də 
fərqli xüsusiyyətə malikdir. Burada qeyd olunan yüksək dayanaqlı  xərclər o, xərclərdir ki, 
onların ayrı-ayrı  məsrəf elementlərini və ümumi strukturunu endogen təsirlər vasitəsilə kiçicik 
azaldılması mümkün deyildir. 
 
Risk - /portuqal sözüdür. Dənizçilər gəmidə  təhlükə yaranda, qaya və rifıləri görəndə risk 
deyiblər/ təssərrüfat həyatında müəyyən qərar və  hərəkətlər nəticəsində  mənfi təzahürlü 
hadisələrə qarşılaşma ehtimalını  şərtləndirir. Uğuru  əldən vermək, çətin vəziyyətlə rastlaşmaq
mənfəət  əvəzinə    zərər çəkmək riski səciyyələndirən cəhətlərdəndir. Siyasi, maliyyə, iqtisadi, 
bank, kredit, valyuta, faiz və dicər bü kimi növləri vardır. 
 
Royalti - lisenziya razılaşmalarının fəaliyyəti dövründə lisenziat tərəfindən hazır məhsulun 
qiymətindən ayırmalar şəklində, ya da məhsul vahidindən yığım formasında verilən mükafatdır. 
 
Roma klubu - məqsəd və məramı kürreyi ərzin resurslarının fiziki məhdudluğu ilə bağlı «bəşəri 
çətinliklər»in elmi təhlilini aparmaq, planetar kritik situasiyalarda «həyəcan təbili» səsləndirmək, 
«işlərin idraklı gedişinə» nail olmada ictimaiyyətə «qlobal tarazlığın»  əldə edilməsində hansı 
ölçü və tədbirləri gerçəkləşdirmək yollarını göstərmək və habelə ümumilikdə problemin həllində 
müvafiq metodika vermək dayanır. Siyasi doktrinalar formalaşdırmayan elm, təhsil, ətraf mühit 
və iqtisadiyyatla bağlı aktual məsələlər üzrə dialoqa çağırış edən Roma klubu bəşəriyyət 
qarşısında dayanan çətin problemləri aşkarlaması  və onun həlli strategiyasını  işləmək kimi, 
şərəfli missiyanı həyata keçirir.
 
«Qlobal düşün lokol hərəkət et» prinsipini 30 ildən çox rəhbər 
tutaraq 1968-ci ildən fəaliyyət göstərən klubun üzvləri sırasında çoxsaylı sahibkarlar, siyasi 
xadimlər, alimlər, etibarlı ekspertlər, mədəniyyət nümayəndələri, yüksəkvəzifəlilər vardır.   
 
Sabit qiymətlər - müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər. 
 
Sadə veksel - borc verən tərəfindən kreditorun adına verilmiş, üzərində  məbləği, verilmə yeri, 
ödəniş vaxtı göstərilmiş veksel öhdəliyidir. 
 
Saldo - müəyyən aralıq vaxtda pul daxilolmaları ilə  xərcləri arasındakı  fərqdir. Beynəlxalq 
hesablaşmalarda saldo idxalatla ixracatın həcmi arasındakı fərqdir. 


 
245
Sanasiya - iqtisadi böhranlar dövründə müəssisələrin iflasının qarşısını almaq və ya rəqabətçilik 
qabiliyyətini artırmaq məqsədilə, onların maliyyə  vəziyyətini yaxşılaşdırmaq üzrə aparılan 
tədbirlər sistemidir. Başqa sözlə, sanasiya müəssisənin maliyyə durumunun sağlamlaşdırılması 
deməkdir. 
 
Saziş - tərəflərin qarşılıqlı surətdə razılaşdıra və imzalaya biləcəkləri hər cür yazılı  əlavələr, 
təzələmələr, əvəzetmələr və ya dəyişdirmələr deməkdir. 
 
Sensor – hiss edən. 
 
Sertifikat - bu və ya başqa faktı  təsdiqləyən sənəddir. Müxtəlif mənalarda işlədilir. Məsələn 
sertifikat malın hansı ölkədən gəlməsini göstərir, sığortalı sertifikatı sığorta müqaviləsi şərtlərini 
saxlayır. Çəkili sertifikat malın hər dəstinin çəkisi göstərilməklə onun təsnifatlı cədvəli qurulur, 
keyfiyyət sertifikatı malın keyfiyyətini təsdiqləyir. 
 
Servis rəhbərlər - ideya məqsədləri ilə yanaşı, daha çox öz işçilərinin tələblərini ödəməyə sərf 
etməklə fərqlənirlər. 
 
Səhmdar Cəmiyyət - öz səhmləri müqabilində  məsuliyyəti nəzərdə tutan geniş  əməkdaşlıq 
formasıdır. Onun ilk təzahürü  İngiltərədə 400 il öncə düz 1600-cü ildə görünmüşdür. Böyük 
tarixi yol keçən səhmləşmə prosesi postsovet məkanında iqtisadi yeniləşmədə ən geniş yayılan və 
əhəmiyyəti ilə seçilən struktur forması olmuşdur. Bununla belə, səhmdar cəmiyyət  imkan  verir 
ki, onun iştirakçılarının maraqları baxımından resursların daha səmərəli istifadə edilsin. Səhmdar 
cəmiyyət dünya praktikasında bazar təsisatlı iri müəssisənin əsas təşkilat forması kimi çıxış edir. 
O, özəl mülkiyyətin birliyi əsasında iqtisadiyyatın təşkilində mühüm iqtisadi mexanizmdir.  
 
Sənaye ehtiyatları - neft-qaz yataqlarının layihələşdirilmiş işləmə ehtiyatları. 
 
Sənayenin topdansatış qiymətləri - istehsalçı müəssisələrin və yaxud topdansatış təşkilatlarının 
məhsullarına görə ödədikləri qiymətlərdir. Bu qiymətin tərkibinə müəssisənin topdansatış 
qiyməti, təchizat-satış əlavələri /güzəştləri/, aksiz və əlavə dəyər vergisi daxildir. 
 
Sərbəst dönərli valyuta - dollar və yaxud beynəlxalq bank aləmində hamılıqla qəbul edilmiş 
digər sərbəst dönərli xarici valyuta deməkdir. 
 
Sərbəst təbii qaz - təbii səmt qazı olmayan təbii qaz deməkdir. 
 
Şərti yanacaq - 1 ton şərti yanacaq /şy/ dünya standartı 7000 k\k ABŞ-da və  Qərbdə orta 
energetik tələbat k\k ilə ölçülür. 1 ton neft 1,43 ton şəti yanacağa bərabərdir. 1000 m
3
 təbii qaz 
1,16  şy. Beynəlxalq Energetika Agetliyi /BEA -Paris/ özünün nəşr etdirdiyi «Energetik 
statistika» bülletenində neftin qaza çevriliş əmsalını, ton ekvivalent neft /ten/ görə 1 ton neft = 
1,0-1,03 ten və əksinə 1000 m

qaz = 0,9 ten kimi təsdiqləyir. 
 
Sindikat - sahibkarlar birliyidir. Bu birliyə daxil olan müəssisələrin istehsalat və hüquqi 
sərbəstliyini saxlamaqla, bütün kommersiya fəaliyyətini həyata keçirir. 
 
Sintetik neft - İlk dəfə sintetik nefti qonur kömürdən almışlar. I Dünya müharibəsində yanacaq 
qıtlığı keçirən almanlar bu texnologiyanı mükəmməl mənimsəmiş  və yetərli miqdarda sintetik 
neft istehsalına nail olmuşlar. Hazırda sintetik neft istehsal xammalı çeşidini yanar şistlər də 
qoşulmuşlar. Onların planetdə ehtiyat miqyaslılığı neftdən 2-3 dəfə çoxdur. Hazırda yanar 
şistlərdən Braziliya, Kanada və digər ölkələrdə sintetik neft alınır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə