242
Protekrat - iqtisadi, siyasi asılılıq formasıdır, yəni hər hansı bir
ölkə öz müstəqilliyini
saxlamaqla daha böyük dövlətdən asılı olur.
Proteksionazm - xarici malın birbaşa və vasitəli məhdudlaşdırılmasının müxtəlif formalarından
istifadə edilməklə milli iqtisadiyyatın sahələrini xarici rəqabətlərdən mühafizə məqsədi ilə
aparılan siyasətdir.
Prodakşin şerrinq - neftqazçıxarmada xarici kapitalın cəlbində geniş yayılmış xüsusi forma
hasilatın pay bölgüsü haqqında sazişdir. Belə əməkdaşlıq bir çox ölkələrdə, xüsusən də Rusiyada
tətbiq edilir. Bu ölkədə «Prodakşin-şerrinq», hasilatın pay bölgüsü üzrə əməkdaşlıq müvafiq adla
ifadə olunan 1995-ci ildən fəaliyyət göstərən xüsusi qanunla tənzimlənir. Mövcud praktikaya
əsasən belə fəaliyyət aşağıdakı nəzəri sxem üzrə təsbit olunur. Neft
hasil edən müəssisə dövlətlə
sazişə girərək bir çox ödənişlər və vergilər müqabilində hasil edilən məhsulun pay bölgüsü
imkanını qazanır və yalnız mənfəətdən vergi ödəyir. Hər bir saziş yerli şəraiti nəzərə almaqla
fərdi xüsusiyyətli tərtib olunur. İnvestorun payına düşmüş hasil edilən neft həm daxili, həm də
xarici bazarda reallaşa bilər. Mübahisələr iqtisad məhkəmələrində həllini tapır.
Proteksionizm - /latınca
protectio - himayəçilik, müdafiə/ iqtisadi himayəçilik.
Milli biznesin
xarici bazarlarda genişlənməsi şəraitinin yaradılması.
Pul - istehsal olunan əmtəələrin dəyərinin və xidmətlərin /işlərin/ ifadə olunması formasıdır. Pul
vasitəsilə əmtəələr və xidmətlər dəyişdirilir. Tarixən əmtəə tədavülündə ümumi ekvivalent kimi
pul rolunu duz, dəri, fil sümüyü və sair oynamışdır. Daha sonralar gümüş, qızıl və kağız pullar
meydana gəlmişdir.
Rabat - iri dəstələrdə /partiyalarda/ alınan malları təqdim etdikdə malın qiymətindən aşağı
enmək mənasında işlədilir.
Radikal iqtisadi keçid - Şərqi Avropa ölkələrində neoliberal əsaslara
söykənən intensiv,
xüsusən də Polşada klassik formada «şok terapiyası», Çin və Macarıstanda təkamüllü evalyusiya
«qradualizm», MDB məkanında da, o cümlədən, Azərbaycanda da /1992-1993-cü illərdə/ «şok
terapiyası» yönümdə bazara tez radikal keçid tendensiyası yaşanmışdır.
Rielter - daşınmaz əmlak satan.
Reytinq - sinfə, dərəcəyə aid olan qiymətdir.
Refinansə - yeni qiymətli kağızların buraxlışı ilə köhnə borcların bağlanışının invesitiya sxemi.
Reklam - malların satış bazarlarında alıcılara təsir vasitəsidir.
Reklamasiya - tədarük edilən məhsulun və ya görülən işin lazımsız keyfiyyətinə və ya növünə
dair şikayət ərizəsidir.
Rekvizit - saziş və ya sənədin tərkibində formal elementlərin yekunu. Bu elementlər olmadıqda
onların hüquqi qüvvəsi itir.
Rekvirent - notariusa vekseli protest etmək tələbi ilə müraciət edən veksel sahibidir.
Remiz - birca dəllalları və qiymətli kağız alıcıları arasında vasitəçi olmaq istəyən şəxsə birca
dəllalları tərəfindən verilən komissiyon mükafatıdır.
243
Remiza - köçürmə vekseli yolu ilə pulların ödənilməsidir.
Remissiya - hesab üzrə ödəmələrdə edilən güzəştlərdir.
Remitent - xeyrinə ilk köçürmə vekseli /tratta/ yazılan şəxsdir.
Renovasiya - təzələmə, yenidən başlama deməkdir.
Renta - iqtisadi kateqoriya kimi, yaranışının feodal cəmiyyətində təşəkkül tapdığı qəbul
edilən
rentanın sosial iqtisadi təbiətini, kəndlinin izafi məhsulveriminin torpaq mülkiyyətçisinin
mənimsəməsi forması təşkil edir. İqtisadi məzmun daşımaqla təbii ehtiyatlarla bağlı əldə edilən
gəlirdə ifadə olunan renta, iqtisadçı təfəkküründə məhdud ehtiyatlar kontekstində torpaqdan və
digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii
resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı renta tədiyyələrini əmək haqqı,
mənfəət və faizlərdən ayıran xüsusiyyətdir. Torpaq təbiətin ödənişsiz sərvəti kimi istehsal
xərcləri ilə ilk baxışda heç bir
funksional əlaqəsi olmasa da, onun münbitliyinin doğurduğu renta
ödənişləri fərdi istehsalçı üçün xərclər yaradar. İjtimaiyyət üçün konkret olaraq xərc hesab
edilməyən renta məhsul artıqlığı təsəvvürünü canlandırsa da istifadənin alternativ variantları
müqabilində o, məhz ödənişlərin xərcləri kimi çıxış edir. Renta mükafat olmaqla xərclərin dəyəri
ilə bazar qiymətləri arasında fərq kimi, böyük səylərin, ustalığın
nəticəsi deyil, sadəcə səxavətli
irsiyyətdən qaynaq alır.
Rentinq - qısamüddətli avadanlığı almağa icarədarın ixtiyarı olmadan maşın və avadanlıqların
icarəyə verilməsi mənasında işlədilir.
Represamiya - bir dövlət tərəfindən başqasının qeyri-qanuni hərəkətlərinə cavab olaraq tətbiq
edilən məcburi sanksiyalardır.
Report - müəyyən müddətdən sonra almaq öhdəçiliyilə yeni, daha yüksək kursla qiymətli
kağızların satılması üzrə təcili birca sazişidir.
Repyutinq - istehsalçının kompleks hərəkətlər və ya işgüzar reputasiya mexanizminin yaratmağı
repyutinq adlanır. Repyutinq stil, imij, işgüzar reputasiya və qudvil /
reputasiyanın qiyməti/ kimi
komponentləri əks etdirir.
Məqsədini müştərini anlamaq, onun arzu və tələblərini öyrənmək
məramları təşkil edən repyutinqə, həm də «menejment-marketinq-repyutinq» formalı bazar
mexanizminin zəncirini yaradan tərkib hissə kimi də təyin vermək olar. Təşkilatın
reputasiyasının qiyməti çox yüksək ola bilər. Belə ki, «Koko- Kola» kompaniyasının ticarət
nişanı 3 milyard, «Kemel» firmasını 2,5 milyard, Kristal zavodunun «Staliçnaya» arağını isə 100
milyon dollar qiymətləndirir. Elə sahibkarlar vardır ki, onların faksimilinin qiyməti milyon
dollarlar məbləğində dəyərləndirilir və bəzən bu məbləq məxsusi material aktivlərini belə bir
neçə dəfə üstələyir.
Restruktizasiya - iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi
istiqamətində geniş
dairəli tədbirlər sistemi. Restruktizasiyanın çoxşaxəli metodları daha çox təşkilati və maliyyə
elementlərini cəm edən qruplar üzrə ümumiləşir.
Retorsiya - hüquqlarının toxunulmasına cavab olaraq, bir dövlətin digər dövlətə və ya onun
vətəndaşına məhdudlaşdırıcı tələblərin tətbiq edilməsidir.
Retorno - sığortaçı ona verilən hüquqa əsasən bağladığı sığortadan imtina etdikdə, sığorta edən
idarə tərəfindən tutulan sığorta mükafatının hissəsidir.