E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə110/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   106   107   108   109   110   111   112   113   ...   121

 
228
dəyərindən azdır. Bu xərclər məhsulun maya dəyəri kimi çıxış edir; maya dəyərinə isə istehlak 
edilmiş maddi ehtiyatlara və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər daxil edilir. İstehsal 
xərclərinin birbaşa, dolayı,  şərti-dəyişən,  şərti-daimi,  əsas,  əlavə, sadə, kompleks, son hədd 
növlərini fərqləndirirlər. 
 
İstehsal dövriyyə fondları - istehsal ehtiyatları, bitməmiş istehsal, özü ehtiyacları üçün istehsal 
edilmiş yarımfabrikatlar /detal, yığma, konstruksiya və s./ və  gələcək dörün xərclərinin /yeni 
məhsul istehsalı üçün xərclər-bu xərclər gələcəkdə istehsal olunacaq məhsul xərclərinə aid 
edilir./ cəmində ehtiva olunur. 
 
İşlənməyən təsdiqlənmiş  kəşfiyat ehtiyatları - xüsusi kapital qoyuluşları  tələb etməyən 
mövcud quyularda olan ehtiyatlar.  
 
Kampaniya - hər hansı bir aksiya keçirməyin tədbirlər kompleksi. 
 
Kanselinq – kirayə edilmiş  gəminin yüklənməsi üçün limana gəlişinin son müddəti. Vaxt 
keçdikdə kirayəçinin müqaviləsini və həmçinin müqavilə aktını pozmağa ixtiyarı vardır. 
 
Kapital - latın və alman dilində baş əmlak mənasını ifadələndirir. 
 
Kapitalizm - /latınca capitalis - baş,  əsas, başçı/  şəxsi mülkiyyət və azad rəqabətin hökm 
sürdüyü iqtisadi sistem.  Daha çox Avropa, ABŞ, Yaponiya, Avstraliyada intişar tapmışdır. 
Kapitalizm termini digər iqtisadi termin kapitaldan  başlanğıc alır. Onun ilk əlamətləri Qədim 
Romada müşahidə olunmuş və ticarətin, sənayeləşmənin, bank işinin təşəküllü ilə XV əsrdə daha 
təzahürlü gerçəkliyə çevrilmişdir. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin 
inkişafında yeni amil olmuşdur. Kapitalizm azad sahibkarlıq və yaxud «xalis kapitalizm» 
formasında nisbətən XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında görünmüşdür. 
 
Karbohidrogen – molekulları yalnız karbon və hidrogen atomlarından ibarət üzvü birləşmələr. 
Neft, təbii qaz və kondensat karbohidrogenlər sinfinə aiddir. 
 
Karbohidrogenli qaz - tərkibində karbohidrogenli qarışıqların 50%-dən çox olduğu təbii qaz. 
 
Kerosin - nefti nemalı prosesində  qazoyl və qaz formalı komponetlər arası alınan yüngül 
distilyat.  
 
Kleymslər -  tədarük edilmiş malların vəziyyəti və ya keyfiyyəti ilə  əlaqədar çatışmazlıqlarda 
alıcının satıcıya iddiaları, tələbləri və şikayətləri deməkdir. 
 
Klirinq - qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablamalar sistemidir. 
Ölkə daxilində klirinq, hesablama ödəmələri vasitəsilə yerinə yetirilən banklar arasında nağdsız 
hesablamalar sistemini özündə  əks etdirir. Xüsusi olaraq beynəlxalq hesablamalarda yaranan 
klirinqlər dövlətlər arasında bir-birinə olan borclarının ödənişi haqqında razılaşmalar formasında 
həyata keçirilir. Klirinq qarşılıqlı tələblər hesablamaları yolu ilə xarici ticarət əməliyyatlarında da 
tətbiq olunur. 
  Kobba-Duqlas modeli - istehsal həcminin istehsal əsas faktorları-əmək və kapitaldan aslılığını 
ifadə edir. Bu modelə görə istehsal həcmi iki faktorla kapital /istifadə olunan istehsal vasitələri/ 
və əməyin miqdarı ilə təyin olunur. 
 
Kommersiya - /latınca com - birlikdə, əlaqəli merx/mercisrı/ əmtəə və xidmətlər ticarəti.  
 


 
229
Kommersiya krediti - haqqının ödənilməsi müddəti təxirə salınmaqla bir sahibkar tərəfindən 
digərinə  əmtəələr formasında verilən kreditdir, borcdur. Onun obyekti əmtəə kapitalıdır. O, 
bilavasitə dövriyyə prosesinə, əmtəələrin istehsal sferasından istehlak sferasına doğru hərəkətinə 
xidmət edir. Kommersiya kreditinin məqsədi  əmtəələrin və onlarda maddiləşmiş  mənfəətin 
reallaşdırılmasını sürətləndirməkdir. Kommersiya kreditinin əsas aləti vekseldir. 
 
Kompaniya - /latınca som-s, birlikdə + panis - çörək/ iqtisadi termin, firma təşkilat. 
 
Kompressor - quyuya vurulmaq üçün sıxılmış qaz istehsad edən xüsüsi qurğu. 
 
Kompensasiya sazişi - malların qarşılıqlı tədarükü və ya hər hansı digər formada kontragentlərin 
marağının qarşılıqlı  təmin edilməsi deməkdir. Kompensasiya sazişləri  əsasında bağlanmış 
müqavilədə ödəmələr qismən valyuta ilə, qismən də malın qarşılıqlı  tədarükü ilə bir müqavilə 
çərçivəsində  əvvəlcədən nəzərdə tutula bilər. Kompensasiya sazişlərini adi barter yolu ilə 
maldəyişmədən fərqi bundan ibarətdir. 
 
Konosament - dəniz daşımaları müqavilələrinin şərtlərini əhatə edən sənəddir.  
 
Konsaltinq - satıcı  və alıcılara müəssisələrin iqtisadi fəaliyyəti haqqında məsləhət vermə 
mənasında işlədilir. 
 
Konsiqnasiya - sərhəddən kənarda malların komsiyon satışı formasıdır. 
 
Konsorsium – kommersiya iştirakçılarının təşkilati-hüquqi birlikləri formalarından biridir. 
 
Konsern - mülkiyyətin və  nəzarətin vəhdətini xarakterizə edən birləşmə formasıdır. Konsernə 
daxil olan müəssisələr sərbəst deyillər, onlara konsernə başçılıq edən baş  təşkilat tərəfindən 
nəzarət olunur. 
 
Konsern - müstəqil müəssisə və təşkilatların birliyi olub, ümumi iştirakçılıq sistemi ilə maliyyə 
resurslarını  və istehsalı reallaşdıraraq, iştirakçı  tərəfləri «şaquli» və ya «üfiqi» formada 
birləşdirir.  Şaquli birlik istehsal prosesini rabitəli xarakterlə bağlılıqda olan müəssisələr, üfiqi 
birlik isə qarşılıqlı əlaqəliyi olmayan müxtəlif sahələrin, təşkilatların birləşməsidir. Konsern həm 
də öz növbəsində hüquqi şəxs olmaqla, səhmdar cəmiyyət holdinq, şaquli və üfiqi  inteqrasiya 
olunan qürumlara bölünür. 
 
Konsessiya - iqtisadi anlamda dövlət və ya bələdiyyəyə mənsub təbii sərvətlərin, müəssisələrin 
və digər təsərrüfat obyektlərinin təsibit olunmuş müddətdə müqavilə əsasında istismara verilməsi 
formasıdır. 
 
Kontrakt sahəsi - təsviri və konturları  əhatə edən sahə deməkdir. Bu sahə özündə bağlanmış 
kontraktın qüvvədə olacağı müddət  ərzində  hər vaxt işlənilə bilən sahədən tutmuş qazmanın 
texniki cəhətdən mümkün olan bütün dərinliklərinədək olan işləri əhətə edir. 
 
Kontokorrent - vahid hesabdır ki, bankın müştəri ilə bütün əməliyyatları  nəzərə alınır. 
Kontokorrent bir tərəfdən bank ssudalarını və müştərilərinin hesabından onun tapşırığı ilə bütün 
ödəmələri, digər tərəfdən isə müştərilərdən banka daxil olan əmanət, ssudanın qaytarılması  və 
sair kimi mədaxil olan vəsaitləri özündə əks etdirir. 
 
Kontroferta - ilk təklifdə göstərilən şərtlərlə deyil, digər şərtlərlə müqavilə bağlanması təklifinin 
qəbul edilməsi haqqında müraciətdir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə