E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə106/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   102   103   104   105   106   107   108   109   ...   121

 
220
Eqalitarizm  - dövlətdə yaşayan bütün vətandaşların faktiki material bərabərliyin  yaradılması  
cəhdi kimi baxılır.  
 
Elmi-texniki potensial - cəmiyyətin qarşısında duran elmi-texniki inkişaf vəzifələrinin həlli 
üçün nəzərdə tutulan kadr, maddi-texniki, informasiya və  təşkilati ehtiyatların məcmusunu 
xarakterizə edir. Elmi-texniki potensialın inkişafı, ondan səmərəli istifadə, ETT-nin 
sürətləndirilməsinin, tədqiqatların intensivləşdirilməsinin, elm-texnika-istehsal tsiklinin 
qısaldılmasının mühüm şərtidir. 
 
Emissiya - dövriyyədə pul kütləsinin artmasına gətirib çıxaran pul nişanlarının dövriyyəyə 
buraxılması mənasını daşıyır. 
 
Enbarqo - dövlət hakimiyyəti tərəfindən qızılın, valyutanın, malların, sərvətlərin ixracı  və 
idxalının qadağan edilməsi və ya digər dövlətə  məxsus olan əmlakların saxlanılması, xarici 
gəmilərin öz ölkəsinin limanına daxil olmasının qədağan edilməsi deməkdir. 
 
Energetika ehtiyatları - dedikdə, xalq təsərrüfatında istifadə edilən enerji daşıyıcıları  nəzərdə 
tutulur. Energetika ehtiyatları növlərinə görə  /neft, neft məhsulları, qaz, hidroenerji, elektrik 
enerjisi və sair/, istifadəyə hazırlıq üsuluna görə /təbii, zənginləşdirilmiş, işlənmiş, başqa şəklə 
salınmış/, alınma üsuluna görə /kənardan, öz istehsalı/ və digər əlamətlərə görə təsnifləşdirilir. 
 
Enonometriya tətbiqi iqtisadi fənn kimi iqtisadi obyekt və proseslərin qarşılıqlı rabitəsini riyazi-
statistik və model kontekstində öyrənir. Enonometriya iqtisadi riyazi modelləri öyrənir ki
statistik səciyyə daşıyır və araşdımaqa imkan verir. Belə ki, hər dəyişən enonometrik modelə 
təyin olunmuş statistik indikator xasdır. Hansı ki bu və ya digər dəqiqlik ilə  təsərrüfat 
mexanizminin hər hansı bir tərəfi ölçülür. Bu mexanizmlər üzərində qurulmuş modellər yüksək 
praktiki dəyərə malikdir. Bu modellər dövlətin iqtisadi siyasətinin qurulmasında, firmanın bazar 
strategiyasında istifadə olunur. Enonometrik axının görkəmli nümayəndələri nobel laureatları. 
R.Friş. Y.Tinberqen və V.Leyontev hesab edilirlər. V.Leyontevin xərclər-buraxılış modeli, 
R.Friş  və Y.Tinberqenin tədqiqatları  nəticələri, Kobba-Duqlasın istehsal funksiyası  və digər 
miqyaslı ekonometrik işləmələr orta və uzun müddətli həcmli makro modellərin fundamental 
əsasını təşkil edir.   
 
Etatizm - fransızca «eta» sözündən yaranan, «etatizm» dövlət mənasını ifadə etməklə siyasi-
iqtisadi müstəvidə «dövlətçilik» anlamı kimi, tətbiqini tapır. Termin olaraq XIX əsrin sonunda 
isveç burcua liberalı Nyuma Dro tərəfindən  ədəbiyyata gətirilmişdir.  İlk başlanğıcda dövlət 
mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, imperializm dövründə burcua dövlətinin iqtisadi 
funksiyalarının güclənməsi ilə  əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında 
dövlətin iqtisadi siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur. 
 
Əlavə dəyər - dedikdə, istehsal prosesində yaradılmış məhsulun dəyərinə mövcud müəssisənin 
real payı başa düşülür. Başqa sözlə, müəssisənin işçilərinin  əmək haqqı, mənfəəti və  əsas 
fondların amortizasiyası əlavə dəyərin həcmini müəyyən edir. 
 
Əmək resursları  - müəssisənin potensial fəhlə qüvvəsini, personal muzdla işləyən daimi, qeyri-
daimi, ixtisaslı və qeyri-ixtisaslı tam, kadrlar  isə əsas ixtisaslı ştat və daimi işçi heyətini əhatə 
edir. 
 
Əməliyyat  şirkəti - podratçının adından neft-qaz əməliyyatları aparmaq üçün müəyyən 
məqamda təyin edilmiş şirkət deməkdir. 
 


 
221
Əməliyyatlar məsrəfi - kontrakt sahəsində  və ya onunla əlaqədar gündəlik neft-qaz 
əməliyyatları  çərçivəsində bilavasitə, yaxud dolayısı ilə  çəkilmiş  məsrəflər, o cümlədən 
karbohidrogenlərin çıxarılmasına, təmizlənməsinə, oyadılmasına, təzyiq göstərilməsinə, 
toplanmasına, emalına, saxlanılmasına, hazırlanmasına, yola salınmasına və çatdırılma  
məntəqəsinədək nəql edilməsinə, texniki xidmətə  və inzibati idarəetməyə  çəkilən məsrəflər, 
habelə ləğv etmə işləri ilə bağlı ödənişlər deməkdir.  
 
Əmtəə bircası - nümunələr və standartlar əsasında topdansatış formasında, yəni iri həcmlərlə 
alqı-satqı  əməliyyatlarını  həyata keçirir. Əmtəə bircasında ticarət  əməliyyatları onun ümumi 
yığıncağı  tərəfindən təsdiq edilmiş ticarət qaydalarına uyğun aparılır. Konkret olaraq buraya 
sövdələşmələrin aparılması üsulları,  əlaqələrin növləri, onların qeydə alınması  və uçotu 
qaydaları, əmtəələrə məzənnə qoyulması qaydası, birca ticarəti pozmağa görə sanksiyalar və sair 
öz əksini tapır. 
 
Əmtəələr və xidmətlər bazarı.  Buraya müxtəlif  ərzaq məhsulları,  şəxsi istehlak əmtəələri, 
məişət, kommunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları 
daxildir. 
 
Əsas istehsal fondları  - istehsal potensialını  təyin edən mühüm göstərici kimi, əmək 
vəsaitlərinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, 
həm də ümumi təkrar istehsal prosesinin həlledici  şərti,  əmək məhsuldarlığını, istehsalın 
səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də  çıxış edir. Onun spesifik əlaməti 
müəyyən istehsal tsikli ərzində  aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun 
üzərinə köçürülməsindədir. Bu çox dəyərli proses nəticəsində nizamnamə kapitalı avanslaşdırılır, 
əsas kapitalın pula, onun da yenidən əsas kapitala çevrilməsi reallaşır.  
 
Əsaslı məsrəflər - əməliyyat məsrəfləri istisna olmaqla kontrakt sahəsində və ya onunla əlaqədar 
çəkilmiş maliyyə məsrəfləri deməkdir.  
 
Faktorinq - maliyyə sistemidir, bu sistemə müvafiq olaraq, mal tədarükçüsü ödəmənin böyük 
hissəsini dərhal almaq, borcların tam ödəməsinə  zəmanət vermək, hesabların idarə olunması 
xərclərini azaltmaq məqsədilə ilə faktorinq kompaniyalarının ticarət sazişləri üzrə qısamüddətli 
tələblərdə başqasına güzəştə gedir. Faktorinq üzrə kreditin müddəti, adətən, 90 gündən 120 günə 
qədər olur, faiz norması isə  rəsmi uçot normasından 2-4% çoxdur. Faktorinq kompaniyalardan 
yığılan xidmətlərə görə ödəmə müqavilə dəyərinin 2%-nə qədərini təşkil edir. 
 
Fenomen - iqisadi hadisələrə hissi qavrayış fenomen adlanır. Məsələn pul münasibətləri. 
Fenomen elə qeyri-adi hadisədir. Ağılla dərk edilən hadisələr noumen adlanır. Məsələn qanunlar, 
trend, meyllər hansı ki konkrent siması yoxdur. Noumenlər iki yerə bölünür: qanunlar və sair.  
 
FİFO - /first-in-first-out/ vaxt üzrə ilkin alınmış istehsal ehtiyatlarının maya dəyərinə daxil 
edilməsi metodu.  
 
Fiksal inhisar - vasitəli vergi qoyulma formalarından biridir. Büdcə gəlirlərini almaq məqsədilə 
dövlətin istehsalat və  hər hansı kütləvi istehlak mallarının satılması üzərindəki müstəqil 
hüququdur. 
 
Fiktiv kapital - kapitalist ölkələrində müəyyən gəlirə ixtiyarı olan müxtəlif növlü qiymətli 
kağızlardır.  
 
Fil yataqlar - super neft-qaz yataqları. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə