232
tikinti məhsullarının
qiymətləri, yük və sərnişin nəqliyyatı tarifləri, pərakəndəsatış qiymətləri,
kənd təsərrüfatı məhsullarının satınalınma qiymətləri və əhaliyə pullu xidmətə olan tariflərə
bölünür. Franko növlərinə görə qiymətlər franko-anbar, franko-vaqon və digər bu kimi formada
fəaliyyət göstərirlər. Fəaliyyət müddətinə görə qiymətlərin sabit, cari, sürüşkən, mövsümi,
mərhələli növləri fərqləndirilir. Müəyyən edilməsi qaydasına görə təsbit edilən, müqavilə,
tənzimlənən və sərbəst qiymətlər fərqləndirilir.
Qızıl kəsim – «ilahi proporsiya». Parçanın bütün uzunluğunun
onun böyük hissəsinə olan
nisbəti, onun da böyük hissəsinin kiçiyinə nisbətinə bərabərdir. 0,618 və ya təxminən 5\8.
Appollon Belvoderskiyin heykəli Parfeon və ümumiyyətlə əksər kitabların perepletu qızıl
kəsimdədir.
Qloballaşma - /latınca
globus - kürrə/ dünya təsərrüfatının, əmtəə və xidmətlərin, kapital və işçi
qüvvəsinin, biliyin təcəssümündə vahid bazara çevrilməsi. Mahiyyətcə beynəlmilləşmənin
yüksək fazası kimi o, həm də müəyyən mənada dünyada yoxsulluğun artmasına zəmin yaradır və
bu əsnada yerlərdə çoxlu protestlərlə müşayiət olunur. Qloballaşdırma həm də daha çox kriminal
sindikatlara gəlir gətirir. Son illərdə dünyanın əksər regionlarında, xüsusən Avroatlantik
məkanda, hətta bir çox üçüncü ölkələrdə belə qloballaşma obrazlı deyimində xalq tərəfindən
daşqalaq edilir. Qloballaşma və ya franız kökdə
mondializm «ənənəviçiliklə» əks qütbdə dayanır.
Mondinalizmin məqsədini yalnız qlobal ideoloji məkfurədə, irqi, milli
dini təsnifat olmadan və
sonda hətta cinsi bölgüyə də etiraz edən prinsiplər təşkil edir. Əlbətdə burada etiraz ediləcək
çılğın məqamlar yetərlidir.
Qlobalistika - qloballaşmanı tədqiq edən elm sahəsi.
Qudvil - firmanın işgüzar reputasiyası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.
Quyunun əsaslı təmiri – tikilmiş quyunun təmizlənməsi və bərpası üçün təkrar girişli təmir.
Quyunun karotacı - qazma zamanı quyu haqqında tam informasiyanın alınması prosesi. Belə
informasiya qazması keçilmiş quyu və süxur haqqında mükəmməl geoloji məlumat verir
.
Laq - vaxt etibarı ilə bir hadisənin onunla bağlı digər hadisəyə nisbətən geridə qalmasını, yaxud
onu ötüb keçməsini əks etdirən göstəricidir.
Leveric - geniş iqtisadi ampulada çıxış edən leveric anlayışı əsasən təsbit olunmuş və olunmamış
gəlirlərdə, qiymətli kağızlara kapital qoyuluşuna, əmtəə ehtiyatlarının kapital məbləğinə, xüsusi
kapitalın borc kapitalına nisbəti kimi çoxməzmunlu mahiyyət daşıyır.
Leveric həm də təşkilatın
investisiya siyasətinin səmərəliliyinin, maliyyə və istehsal riskinin
dərəcəsini qiymətləndirən
iqtisadi metoddur. Praktiki prizmada levericə istehsal-maliyyə fəaliyyətinin nəticələrinin nisbi
dəyişməsinə təsir edən iqtisadi alət kimi də yanaşılır. Çoxnövlü olmasına baxmayaraq, əsasən üç
-
istehsal, maliyyə və
maliyyə-istehsal formasında çıxış edir.
Ləğvetmə işləri fondu - ARDNŞ ilə podratçı arasında razılaşma əsasında yaradılır. Bu fonda
qoyulmuş bütün pul vəsaitinin əvəzi əməliyyat məsrəfləri üzrə ödənilir. Ləğvetmə işləri
fondunun həcmi bütün əsaslı məsrəflərin 10%-dən artıq ola bilməz.
Loqistika - material təminatının bütün sferasını: qablaşdırma, hazır məhsul, istehlakçıya
çatdırma və sair əhatə edən nəqliyyat,
təchizat, ehtiyatlara nəzarət informasiyaların işlənməsi
sahəsində planlaşdırılmanın tərkib hissəsini olan təlimdir. Loqistik xərclər, loqistik zəncir,
loqistik əməliyyat, informasiya axını, loqistikanın əsas tədqiqat obyektlərindəndir.
233
Liberal, Liberalizasiya - /latınca libiral
liberalis – azad, libiralizm
liberalis müstəqil/ latın
mənşəli liberal isminin paronimləri liberalizasiya və liberalizm bir başa tərcümədə azad mənasını
ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-ayrı anlayışlarda təcəssüm olunur.
Liberalizasiya azad ticarətdə meyl artımını, liberalizm isə bazar iqtisadiyyatının bazisi olmaqla
bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir. İqtisadi müstəvidə liberalizasiya bazar
iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir. Liberalizm isə sərt
dövlət tənzimlənməsi
siyasəti «komanda iqtisadiyyatı» terminin antonimi kimi də çıxış edir. İqtisadi liberalizm XVIII
əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 30-cu illərində Böyük depressiyadan sonra
isə onun yeni formatlı axını, neoliberalizm meydana gəlmişdir. Bu isə o deməkdir ki, biznes
sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət müəyyən edir. Müasir zamanda
liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəllüdatlara uğramışdır. Lakin onun şəxsi mülkiyyət,
azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri dəyişməz olaraq qalır.
LİBOR - London banklararası depozitlər bazarında dollar təklifləri dərəcələrinin
orta ədədi
qiyməti kimi hesablanan faiz dərəcəsi deməkdir. Bu dərəcə hər gün Londonun «Faynenşl
Tayms» qəzetində dərj edir.
LİFO - /last-in-first-out/ vaxta görə
sonuncu alınmış istehsal ehtiyatlarının maya dəyərinə daxil
edilməsi metodu.
Likvidlik - mövcud borcların vaxtında ödənilməsi, balans aktivlərinin pul öhdəliklərinə
çevrilməsi bacarığı ilə ölçülür və qısa müddətli borcların, onun dövriyyə aktivləri ilə ödəniş
ölçüsünü əks etdirir. Təşkilatın real vəziyyəti ümumi göstəricilər üzrə illik yekunlar - mühasibat
balansı əsasında təhlildə qiymətini alır.
Lizinq - /latınca laxare - azad etmək/ dedikdə, istehlakçının sifarişi əsasında əmlakı satın
almaqla onu istehlakçıya vermək məqsədilə həyata keçirilən xidmət növü nəzərdə tutulur.
Lizinq
müqaviləsinin obyekti kimi istehsal vasitələri - istehsal təyinatlı binalar, maşınlar, dəzgahlar,
nəqliyyat vasitələri və digər əmlak ola bilər. Lizinq müqaviləsinin subyektləri öz əmlakını lizinq
müəssisələrinə satan hüquqi və fiziki şəxslər, əmlakı satın almaqla onu icarəyə verən lizinq
müəssisələri, əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslərdən ibarətdir. Lizinq iştirakçısı kimi
üç tərəf - satıcı, lizinq müəssisəsi və icarəçi çıxış edirlər.
Lisenziya - /latınca ixtiyar, icazə deməkdir/ ayrı-ayrı şəxslərin və təşkilatların patentlə mühafizə
olunan ixtiralardan, texniki biliklərdən,
təcrübədən, istehsal sirrindən, ticarət markasından
istifadə etmələrinə verilən icazədir.
Maastrix meyarları /maastrix sazişləri/ - Avropa Birliyinə daxil olmaq istəyən dövlətlər üçün
yerinə yetirilməsi zəruri olan iqtisadi şərtlər kompleksini ifadə edir. Şərtlər kompleksinə aşağı
inflyasiyaya nailolma, dövlət maliyyəsinin normallaşdırılması, dayanaqlı valyuta kursları və
müvafiq kiçik faizlər şamildir. Bu tələblər AB sazişinin təsbit olunmuş tələblərində və onun
protokollarında əksini tapmışdır.
Makler - fond, mal və valyuta bircalarında sazişlərin bağlanmasında vasitəçi deməkdir.
Makroekonomika – lakonik interpretasiyada
milli iqtisadiyyat. Hər bir ölkənin və regionun
iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili. Makraiqtisadiyyat
səviyyəsində
cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın, ən başlıca iqtisadi normaları dayanır. Burada ictimai
məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı və bölgüsü, sosial tələbatların
ödənilmək səviyyəsi kimi problemlər öyrənilir.