E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə109/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   105   106   107   108   109   110   111   112   ...   121

 
226
institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik 
tənzimlənməsi konsepsiyasını tənqid edir.  
 
İnstitutsional işsizlik - əmək bazarının qeyri-səmərəli fəaliyyəti zamanı əmələ gəlir, yəni boş iş 
yerləri haqqında tam informasiya verilməyəndə informasiya sistemi işsizlik səviyyəsini olduğu 
kimi  əks etdirmir. Belə bir şəraitdə işsizlərə yardım artırılır və  gəlirlərə görə vergilər isə aşağı 
salınır. 
 
İnteqrasiya - /latınca integratio -  bərpa olunma,  integrationis  - tam, vahid/ Müasir dünyada  
ölkələrini təsərrüfatlarının obyektiv birləşmə prosesi. Onun ali məqsədi iqtisadi artım teplərin 
davamlılığına rəğmən  əldə olan resusurslardan maksimal dərəcədə effektli istifadəni təmin 
etməkdir.  İnteqrasiya mühüm forması kimi ölkə  təsərrüfatının beynəlmiləlləşməsi nəticəsində 
onun dünya təsərrüfatının bir hissəsinə çevrilməsidir.  İnteqrasiyanın  əlaməti kimi iqtisadiyyat 
sferasında ümumi siyasətin formalaşdırılması  və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi 
inteqrasiya əsas beş mərhələdən keçir: azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi 
ittifaq  iqtisadi və valyuta ittifaqı. Müvafiq inteqrasiyanın beş pilləsini hələlik Avropa Birliyi 
keçmişdir. 
 
İntervensiya - /latınca interventre - qarışmaq/ bu termin iqtisadi sferaya siyasətdən daxil 
olmuşdur.  İqtisadiyyatda intervensiya təsərrüfat və iqtisadi həyata məqsədyönlü təsir, dövləti 
müdaxilə ilə bağlıdır. Dövlətin iqtisadi intervensiyası özəlləşdirmə, reprivitizasiya,  defelyasiya 
və sair iqtisadi alət və mexanizmlərlə reallaşdırılır.  İntervensiya olmadan dövlət iqtisadiyyatda 
təzahür edən disproporsiyaları tənzimləyə və təjrid edə bilməz. İqtisadi liberalizmin banisi nobel 
laureatı Fridrix fon Xayek dövlətin iqtisadiyyata müdaxiləsinin qəti  əlehdarı kimi tanınır. 
Özünün bu sahədəki, radikalizmində alim dövlətin hətta kredit-pul siyasətindən çəkinməyi 
tövsiyyə etmiş, pulların buraxılışı, emissiyasını şəxsi əllərə verilməsi təşəbbüsündə bulunmuşdur.  
 
İnteqrir  İdarəetmə Sistemləri  /İİS/  - kompyuter texnikası vasitələri və müvafiq proqramlar 
əsasında qurulur, istehsal prosesin optimallaşdırılmasında, əksər texniki problemlərin həllində və 
eyni zamanda daxili audit şəbəkəsinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu effektivlik 
istehsal və idarəetmə prosesinə lazım olan bütün mümkün informasiyaları vahid bazada 
akkumlyasiya edərək idarəetmə sisteminin səmərəliliyini qaynaqlandırır.  İİS sistemində 
məlumatlar mübadiləsinin biznes-sistem və Avtomat İdarəetmə Sistemləri /AİS/ arasında şaquli 
kəsişmələri vardır.   
 
İnflyasiya - /latınca inflatio - şişirtmə/  dövriyyədə olan kağız pul kütləsinin artımı nəticəsində 
pulların dəyərinin kəskin aşağı düşməsi prosesi. Hiperinfilyasiya inflyasiyanın son kəskin 
tuğyanıdır. Termin ilk dəfə  Şimali Amerkada 1861-1865-ci illərdə baş verən vətəndaş 
müharibəsində  işlədilmişdir. Sonrada inflyasiya termini Avropada geniş yayılmışdır. Lakin 
infilyasiyanın tarixi pulların meydan gəldiyi zamanlarla hesablanır. İnflyasiya mürəkkəb sosial-
iqtisadi hadisə olub, hər bir ölkənin iqtisadiyyatında ciddi problem kimi çıxış edir. O, 
iqtisadiyyatda hər hansı bir səbəbdən yaranan və davam edən bərabərsizliyin göstəricisidir. 
Başqa sözlə, bilavasitə kağız pulun hərəkəti ilə bağlı olan və yaranan bir prosesdir. İnflyasiyanın 
əsas səbəbləri büdcə  kəsirinin mövcudluğu, pul tədavülü qanununa əməl olunmaması, sərmayə 
qoyuluşlarının həcmi, əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması, pul-kredit və 
vergi sahəsində düzgün olmayan siyasətin aparılmaması, azad rəqabətin inhisarla əvəz olunması, 
iqtisadiyyatın hərbiləşdirilməsi və xarici-iqtisadi amillər əks etdirir. 
 
İnformasiya məhsulları bazarı - Bu xüsusi növ bazardır və buraya kitabların, qəzetlərin, 
şəkillərin, müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqısı 
daxildir. Bu bazara intellektual səciyyəli məhsullar bazarı da deyilir. 


 
227
İnsayder - maliyyə və digər bu kimi informasiyalara girişi olan fərd.  
 
İnteraktiv lider - konsensus şəraitində işləməyə meylli olan interaktiv rəhbərlər əsasən qadınları 
əhatə edir. 
 
İnvestisiya - /latınca investment geyindirmək mənasında/ ən ümumi formada investisiya pulların 
daha böyük pullar əldə edilməsi məqsədi ilə istifadəsidir. Pulların daşınmaz  əmlaka sənaye və 
xidmətlər sferasına qoyuluşu bir başa investisiya adlanır. Belə hal investora müəssisənin idarə 
edilməsi və  nəzarətinə imkan verir. Portfel investisiyalar isə müəssisələrə bir başa nəzarət 
etməyə imkan vermir. Belə halda investor səhm sahibi olmaqla mənfəət dividenti əldə edir. 
İnvestor rolunda dövlət, özəl kompaniya və ayrıca biznesmen iştirak edə bilər. Buna görə  də 
investisiyalar dövlət və özəl kateqoriyalara bölünür. 
 
İnvariant- dəyişməz kəmiyyət, miqdar.    
 
İnzibati-amirlik sistemi - iqtisadiyyatın idarə edilməsində  və planlaşdırılmasında sərt 
inzibatçılığa üstünlük verilən, təsərrüfat subyektlərinin hüquqları  məhdudlaşdırılılan iqtisadi 
sistem. Əvvələr keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində, hazırda isə Kubada və bir sıra Asiya 
dövlətlərində fəaliyyət göstərir. 
 
İpoteka - əmlakın, yəni torpağın, evlərin və digər tikililərin girov qoyulması olub borc pul üçün 
təminat rolunu oynayır.   
 
İpotka krediti - əmlakın girov qoyulması  əsasında verilən kreditdir. Kredit verənlərin 
mənafeyini təmin etmək məqsədilə girov qoyulmuş  əmlakın, alınmış borc ödənilənə  qədər, 
satılmasına qadağan qoyulur və bu haqda ipoteka katabında qeydiyyat aparılır. Alınmış borc və 
onun faizi vaxtında ödənilməzsə, gtrov qoyulmuş  əmlak üzərində mülkiyyət hüququ kreditora 
keçir. 
 
İsteblişment - cəmiyyətdə dayanaqlı, möhkəm vəziyyət.  İqtisadi, ictimai institutların və 
təşkilatların cəmiyyətdə üstün hakimiyyəti. 
 
İstehlak edilmiş milli gəlir - dedikdə, il ərzində istehsal edilmiş milli gəlirdən təbii fəlakətin 
törətdiyi itgilərin, məhsulların saxlanılmasındakı ziyanların, xarici ticarət saldosunun fərqinin 
çıxılması başa düşülür. 
 
İstehsal faktorları - istehsal xərcləri deməkdir. 
 
İstehsal edilmiş milli gəlir - dedikdə, il ərzində yeni yaradılmış  əmtəə  və xidmətlərin ümumi 
həcmi başa düşülür. 
 
İstehsal vasitələri bazarı. Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil 
olan bütün kompleks şeylər daxildir. Məsələn, daşınmaz  əmlaklar,  əmək alətləri, xammal və 
materiallar, energetika resursları, faydalı qazıntılar bazarı. 
 
İstehsal xərcləri - məhsul /iş, xidmət/ hazırlanmasına çəkilən canlı  və maddiləşmiş  əmək 
məsrəflərinin məcmusudur.  Əmtəə-pul münasibətləri  şəraitində  dəyər formasında çıxış edir. 
İjtimai istehsal xərcləri və müəssisənin  əmtəə istehsalına çəkdiyi pul məsrəfləri fərqləndirilir. 
İjtimai istehsal xərclərinə istehlak edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni 
yaradılmış  dəyər daxildir. Bu xərclər  əmtəə  dəyərinə  bərabərdir və  əmtəənin qiymətini 
müəyyənləşdirərkən nəzərə alınır. Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri əmtəənin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə