E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə107/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   103   104   105   106   107   108   109   110   ...   121

 
222
Firmanın reputasiyası - qudvil, daimi müştərilər dairəsi, ticari markası, personalın ixtisas 
dərəcəsi, istehsal üsulu, nou-xau, müəlliflik hüquqları səmərəli təşkilatın fəaliyyət atributlarıdır. 
 
Fond bircası - dedikdə, qiymətli kağızların /məsələn, səhmlərin, istiqrazların və sairin alqı-
satqısının həyata keçirildiyi bazar nəzərdə tutulur. Fond bircalarının  əsas vəzifəsi qiymətli 
kağızların normal tədavülünün təmin olunmasından, məzənnənin müəyyənləşdirilməsindən və 
aşkarlandırılmasından, beləliklə  də qiymətli kağız bazarının iştirakçılarına lazımi  şərait 
yaratmaqdan və onların fəaliyyətini tənzimləməkdən ibarətdir. Fond bircasında qiymətli 
kağızların alqı-satqısı  onlara  olan  tələb və  təklifin təsiri altında tez-tez dəyişən birca kursu 
əsasında həyata keçirilir. 
 
Fors-major - müqavilələrə daxil olan və nəzərdə tutulmayan səbəblər üzündən öhdəliyi yerinə 
yetirmədiyinə görə məsuliyyətdən azad olmağı qabaqcadan nəzərdə tutan şərtdir. 
 
Forvard - çatdırılma müddətindən asılı olmayaraq qiymətləri təsbit edilən müqavilə forması. 
 
Franko - satış şərtinə görə satıcı malı müqavilədə müəyyən edilmiş yerə öz hesabına çatdırmağa 
zəmanət verir. Bu halda maşın qiymətinə onun gətirilmə və sığorta xərcləri daxil edilir, franko-
zavod, franko-yük maşını, franko-anbar və sairi fərqləndirilir. 
 
Franko-komissiya - hər hansı bir kommersiya tapşırığının pulsuz yerinə yetirilməsidir. 
 
Franşiza - sığorta müqaviləsinin  şərti, buna əsasən sığortaçı müəyyən məbləqdən yuxarı 
olmayaraq zərərin əvəzini ödəməkdən azad edilir. 
 
Fraxt - /holland  vrecht. vracht - yük və daşınma üçün haq/ gəmi icarəsi. Nəqliyyat vasitələri 
sahibinə yüklərin, yaxud sərnişinlərin daşınmasına görə verilən haq və hüquq. Fraxt anlayışı 
müxtəlif nəqliyyat vasitələri ilə  həyata keçirilən daşımalara tətbiq edilsə  də  ən çox dəniz 
daşımalarında istifadə olunur 
 
Friksion işsizlik - zəruri və müəyyən mənada arzu olunan işsizlikdir. Adətən, friksion işsizliyə iş 
axtaranlar və əmək qabiliyyətli olanlar-aid edilir.  
 
Fyuçer sazişi - çatdırılma müddətləri müəyyən edilən müqavilə forması olaraq real malın mütləq 
alınmasını nəzərdə tutmayan əmtəə bircasında bağlanan razılaşma deməkdir.  
 
Hasilatın ümumi həcmi - neft-qaz  əməliyyatları üçün işlədilmiş  həcmlər çıxılmaqla hər hansı 
təqvim kvartalında kontrakt sahəsindən alınmış xam neft və sərbəst təbii qaz hasilatının ümumi 
həcmi deməkdir. 
 
Hesablama balansı - hər hansı bir ölkənin digər ölkələrdə müəyyən müddətə  və ya müəyyən 
tarixə olan ticarət, kredit və başqa əlaqələri prosesində tələb və öhdəliklər həcmini əks etdirir. 
 
Həll ağacı - qəbul olunacaq qərar alternativləri və addımları məhdud olduqda tətbiq edilir. Çox 
addımlı qərar qəbulu prosesinin optimallaşdırılması həll strukturu, sxemi. Struktur problemlərin 
həllin təhlilində qəbul olunur. 
 
Holdinq - vahid strukturun birləşməsi, müəssisələrin səhmlər paketinə  nəzarəti həyata keçirən 
idarəetməni təmin edən təşkilat formasıdır. Belə təşkilatın səciyyəvi xüsusiyyəti onun çoxamilli
kompleksli təsisat olunmasındadır. Holdinq dövləti və qeyri-dövləti sistem əsasında yarana bilər. 
 


 
223
Holland sindromu - müxtəlif səviyyədə  və müxtəlif illərdə  Norveç, İngiltərə, Meksikada 
yaşanmışdır. Şimal dənizində Hollandiyanın 1960-70-ci illərində təbii qaz hasilatına başlayaraq, 
sonradan artıq qazın ixracatını reallaşdırmış, ölkə büdcəsini və iqtisadiyyatını bilməyərəkdən 
təbii qazın inhisarına buraxmışdır. Təbii qaz hasilatı ilə bağlı yerdəyişməyə məruz qalmış gəlir 
artımı qeyri-ticari əmtəənin istehsal tələbi və artımının genişlənməsinə gətirmiş, ənənəvi ixracat 
yönümlü emal sənayesi sahələrində istehsalın məhdudlaşdırılmasını  və ölkədə çatışmayan 
əmtəələrin idxalının yüksəlişinə səbəb olmuşdur. Dünya bazarına çıxış və ondan aslılıq şəraitində 
qiymət meylləri ölkəni çətin vəziyyətə düçar etmişdir. Böyük sosial problemlərlə müşayiət 
olunan vəziyyət  əhalinin gəlirlərinin aşağı düşməsini  törətmişdir. Vəziyyətdən çıxışda isə 
yenidən qeyri-ticari əmtəə istehsalının məhdudlaşdırılmasına və resursların xammal ixracatı 
sahəsindən əks axını əvvəlki vəziyyətə qayıdışına səy edilmişdir. 
 
Horizont - ardıcıl mərhələdə bir və ya bir neçə süxur qatının yaranışı.  
 
Xalis Milli Məhsul /XMM/ - milli iqtisadiyyatın real göstəricisi kimi il ərzində istehsal və 
istehlak etdiyi əmtəə və xidmətlərin dəyərini əks etdirir. Deməli, ÜDM və ÜMM-dən il ərzində 
tutulmuş amortizasiya ayırmalarını çıxdıqdan sonra yerdə qalan hissəyə XMM deyilir.  
 
Xarici effektlər - üçüncü tərəfə xeyir və zərər gətirən fəaliyyət. Zərər aspekti daha çox ekologiya 
ilə bağlıdır. Müsbət aspektlər isə daha çox sosial sahəni  əhatə edir. Xarici effektlərlə bağlı 
problemin həllinə iki cür yanaşma var. İqtisadi rifah nəzəriyyəsinin banilərindən biri pofessor 
A.Piqu /1877-1959/ problemin həllində vergi kontekstində dövlətin rolunda, neoinstutisonolist 
R.Kouz /1910/ isə  məsələyə bazar münasibətlərinin genişləndirilməsi və onun daxil etdiyi 
transsaksiyon xərclər alətində həllini görür.  
 
Xarici ticarət balansı - müəyyən müddətə ölkəyə ixrac və idxal edilən malların dəyərinin 
nisbətini xarakterizə edir. 
 
Xecirləmə - valyuta riskinin sığorta edilməsinin müxtəlif metodlarını qeyd etmək üçün bank, 
birca və kommersiya təcrübəsində istifadə olunan termindir. 
 
Xərclər-buraxlış - riyazi-iqtisadi modeli istehsal və məhsul bölgüsünün sahələrarası balansına, 
konkret olaraq isə  məhsulun dəyəri ilə onun buraxlışının pul ifadəsində  xərclər məbləğinin 
müqayisəsinə əsaslanır. 
 
Xraizmatik liderlər: - imkanları transsaksiyon rəhbərlərdən üstün olan bu tip liderlər işçiləri adi 
səviyyədən çox daha intensiv əməklə yüksəltmək bacarığına malikdirlər. Xraizmatik liderliyin 
mənbəyini  əsas üç prinsip təşkil edir ki, bunlar da aşağıdakılardır: işçilərə  gələcək görünüşün 
dəqiq bölgüsünü vermək; kollektivin müdafiə etdiyi korparotiv dəyərlər yaratmaq; işçilərlə 
qarşılıqlı etibarı təlim etmək. Tereza ana, Martin Lüter Kinqlə yanaşı Adolf Hitler də xraizmatik 
liderlər kateqoriyasına aid edilir. Xraizmatik liderlik sovet cəmiyyətində  də, xüsusən təsərrüfat 
rəhbərlərinin partiya funksionerlərinin simasında da intişar tapmışdır. 
 
İdarəetmə uçotu - maliyyə uçotunun genişləndirilmiş formasıdır. İdarəetmə uçotunun məqsədi 
rəhbərliyi idarəetmə  qərarlarının qəbul edilməsində lazımi informasiyalarla təmin etməsi təşkil 
edir. Bu uçot təşkilatda mövcud mühasibat sisteminə paralel şəkildə  və  əlavə  məlumatların 
istifadəsi ilə mühasibat uçotu sistemi çərçivəsində formalaşır. 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə