Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə238/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   232   233   234   235   236   237   238   239   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

622 


 

                                                                                                                                                                                           

desək,  onun  şərhi  onun  ruhundan  çox-çox  geri  qalmış  və  hətta  ziddiyyətlərə  düçar  olmuşdur. 

Daha  sonra  təfsir  olunan  “ali  nemət”də  fəzilət  səadətlə  birləşmiş  olur.  İlkin  olaraq  bu  qədər 

şərtsiz olmalılıq hər halda sonra əslində onunçün özünə müəyyən bir şərt postulat (təyin) edir ki, 

o olduqda özü mövcud ola bilməyəcəyi daxili ziddiyyətdən can qurtarsın. Düzdür, ali nemətdə 

olan  səadət,  əslində,  fəzilətin  motivi  olmamalıdır;  amma  o,  müqavilənin  qalan  şərtlərini 

fiksiyaya çevirən gizli bir maddəsi kimi burada yer alır: o, əslində, fəzilətin könüllü mükafatı yox, 

işini gördükdən sonra fəzilətin gizlincə əl açaraq aldığı könüllü bəxşişdir. Buna “Praktiki zəkanın 

tənqidi”ndən əmin olmaq olar (dördüncü nəşrin 223 –266-cı və Rozenkrans nəşrinin 264–295-ci 

səh.). Eyni tendensiya onun bütün əxlaqi teologiyasında da özünü göstərir; onunla əxlaq, əslində, 

özü-özünü məhv edir. Zira təkrar edirəm, hansısa mükafat xatirinə edilən hər cür yaxşılıq, fəzilət 

ağıllı, metodiki və uzaqgörən eqoizmə, məncilliyə əsaslanır. 

Mütləq olmalılığın, etməliliyin, praktiki zəkanın əsas qanununun içəriliyini aşağıdakı ünlü 

formul,  ifadə  təşkil  edir:  “Elə  hərəkət  et  ki,  sənin  iradənin  maksiması  həmişə  eyni  zamanda 

tamümumi  bir  qanunvericiliyin  prinsipi  önəminə  malik  ola  bilsin”.  Bu  prinsip  öz  iradəsi  üçün 

tənzimləyici  tələb  edənin  qarşısında  hamının  iradəsi  üçün  belə  bir  tənzimləyici  tapmaq 

məsələsini qoyur. Soruşulur ki, onu necə tapmalı? Aşkardır ki, öz davranışımın qaydasını tapmaq 

üçün  mən  təkcə  özümü  deyil,  fərdlərin  bütün  toplusunu  hesaba  almalıyam.  Onda  mənim 

məqsədim,  öz  şəxsi  rifahımın  əvəzinə,  fərq  qoymadan  hamının  rifahı  olur.  Amma  hər  halda 

məqsəd yenə də rifah olaraq qalır. Bundan sonra mən o qənaətə gəlirəm ki, hamı yalnız o halda 

firavan ola bilər ki, hər bir kəs özgəsinin eqoizmini öz eqoizminə sərhəd qoyur. Buradan, əlbəttə, 

o  çıxır  ki,  mən heç  kəsə ziyan  vurmamalıyam,  ona  görə  ki,  gərçi prinsip  tamümumi  bir prinsip 

kimi  qəbul  edilirsə,  –  mənə  də  zərər  vurulmayacaqdır;  amma  bu,  elə  mənim  hələ  əxlaq 

prinsipinə  malik  olmadan,  amma  onu  arayaraq,  nəyə  görə  onu  tamümumi  bir  qanun  olaraq 

arzulaya  bilməyimin  yeganə  əsasıdır.  Buradan  aydındır  ki,  bu  əxlaqi  prinsipin  mənbəyi  olaraq 

firavanlıq istəyi, yəni eqoizm qalır. Dövlət barədə təlimin bazisi kimi bu prinsip əladır, etikanın 

özülü  olaraqsa  yaramır.  Zira  bu  idarə  etmə  prinsipində  hamının  iradəsinin  öncədən  verilmiş 

tənzimləyicisi üçün onu axtaran yenidən hansısa bir tənzimləyiciyə ehtiyac duyur: əks təqdirdə 

onunçün  hər  şey  fərqsiz  olardı.  Amma  bu  tənzimləyici  yalnız  şəxsi  eqoizm  ola  bilər.  Ola  bilər, 

çünki  yalnız  ona  başqalarının  davranışı  təsir  edir  və  buna  görə  yalnız  onun  vasitəsilə  və  yalnız 

ona  münasibətdə  insan  başqalarının  bu  və  ya  digər  davranışını  arzulaya  bilər  və  o  onunçün 

fərqsiz  deyil.  Bu  mənada  Kantın  özü  iradə  maksimasının  axtarışını  şərh etdiyi  “Xal. zək.  tənq.” 

123-cü  səh.  (Rozenkrans  nəşri,  səh.  192)  xeyli  sadədilliklə  ağzından  qaçırır  ki,  “Əgər  hər  kəs 

başqalarının ehtiyacına tam bir laqeydliklə baxarsa və sən də şeylərin bu cür qaydasına mənsub 

olsan,  sən  buna  razı  olardınmı?”.  Quam  temere  in  nosmet  legem  sancimus  iniquam–axtarılan 

yekdilliyin  tənzimləyicisi  olardı.  Eynilə  bu  cür  “Xasiyyətlərin  metafizikası  üçün  başlanğıclar”da 

(üçüncü  nəşrin  56-cı  səh,  Rozenkrans  nəşr.  50-ci  səh.)  oxuyuruq!  “Heç  kəsə  ehtiyacı  zamanı 

kömək etməməyi qət etmiş iradə özü-özünə zidd etmiş olardı, çünki özünün başqalarının sevgi 

və şəfqətinə ehtiyac duyduğu hallarla qarşılaşa bilər” və s. Beləliklə, əslində qədim və sadə bir 

müddəanın-quod tibi fieri non vis, alteri ne feceris (təxm. özünə rəva bilmədiyini başqalarına da 

rəva bilmə, lat. tərc.) müddəasının məcazi və dolayı ifadəsindən başqa bir şey olmayan bu əxlaq 

prinsipi hər şeydən öncə və bilavasitə passiv və iztirablı vəziyyətə və yalnız onun vasitəsilə aktiv 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

623 


 

                                                                                                                                                                                           

əmələ tətbiq  oluna  biləndir:  bax  buna  görə,  dediyim  kimi,  o,  rəhbər bir  prinsip olaraq  vəzifəsi 

haqsızlığa uğramaqdan müdafiə, eləcə də hamıya və hər kəsə ən böyük firavanlıq təmin etmə 

olan dövlət institutunda yararlıdır; amma predmeti əməl üçün əməl və ardım, yəni iztirab və ya 

başqalarına münasibət deyil, faili (edəni) üçün bilavasitə mənasında əməl olan etika üçün, – bu 

baxış tamamilə yolverilməzdir, çünki o, özlüyündə, yenə də evdemonist prinsipə, yəni eqoizmə 

gəlib çıxır.  

Buna görə biz həm də Kantın onun etika prinsipinin qeyri-maddi olması, yəni motiv kimi 

heç  bir  obyekti  qoymadığı,  sırf  formal  olduğu  və  beləliklə  xalis  zəkanın  bizi  tanış  etdiyi  formal 

qanunlara simmetrik cavab verdiyi ilə bağlı sevincini də bölüşə bilmərik. Bu, əlbəttə, qanun deyil, 

yalnız qanun axtarılması üçün formuldur: birincisi, biz artıq bu formula malikik, özü də daha qısa 

və  aydın  bir  şəkildə  ifadə  olunmuşuna:  quod  tibi  fieri  non  vis,  alteri  ne  feceris;  ikincisisə, 

formulun  analizi  göstərir  ki,  o  müstəsna olaraq  şəxsi  səadət  mülahizələrinə  əsaslanır  və   buna 

görə  yalnız  elə bütün  müsbət qanunvericiliyin də  mənşəyinə  görə  borclu olduğu  sağuslu,  ağıllı 

eqoizmə xidmət edə bilər. 

Kantın Şiller tərəfindən epiqramında dəfələrlə pislənmiş (çünki o hər kəsi hiddətləndirir) 

və  rişxənd  edilmiş  digər  səhvi  o  pedantik  tezisdir  ki,  ona  görə  əməl  həqiqətən  yaxşı  və  tərifə 

layiq olmaq üçün hansısa bir meyldən, xoşniyyətlilik hissindən, ürəyiyuxa şəfqətdən, mərhəmət 

və  ya  ruhi  şövqdən  deyil,  yalnızca  dərk  olunmuş  qanuna  və  borc  hissinə  hörmətdən  ağıl 

tərəfindən  mücərrəd  dərk  edilən  maksimaya  uyğun  edilməlidir:  bu  duyğu  təzahürləri  hətta 

xeyirli düşünən şəxslər üçün də əngəl olur (“Prakt. zək. tənq.”, səh. 213, Rozenkrans nəşri, səh. 

257), çünki onların düşünülmüş maksimalarını çəlpəşiyə salırlar: mənəvi əməl həvəssiz və özünü 

vadar etmənin təsirilə edilməlidir. Yada salsaq ki, bu zaman mükafat ümidi də təsir etməməlidir, 

onda  tələbin  bütün  cəfəngliyini  ölçmək  olar!  Amma  –bu  da  daha  vacibdir  –  bu  tələb  fəzilətin 

həqiqi ruhuna ziddir: zira əməlim özü deyil, onu etmək istəyi, onu doğuran və onsuz bu əməl ölü 

olan  sevgi,  –əməlin  mənəvi  dəyərini  yaradan  bax  budur.  Ona  görə  xristianlıq  da  haqlı  olaraq 

öyrədir  ki,  əgər  səmimi  xeyirxahlıqdan  və  saf  məhəbbətdən  ibarət  olan  əsl,  yapma  olmayan 

ovqatdan, ruhi durumdan irəli gəlmirlərsə, zahiri əməllərin heç bir dəyəri yoxdur və mükəmməl 

işlər  (opera  operata),  azad  və  düşünülmüş,  yalnız  qanunu  göz  önünə  alan  iradə  deyil,  inam, 

yalnız  Müqəddəs  Ruhun  göndərdiyi  həqiqi  ruhi  ovqat  yetərli  olur,  bəxtiyarlıq  və  nicat  verir. 

Kantın  hər  cür  ərdəmli,  fazil  əməlin  mənəvi  qanuna  saf,  düşünülmüş  hörmətdən  və  onun 

mücərrəd  maksimalarına  uyğun,  soyuqqanlı  və  heç  bir  meyl  olmadan  və  hətta  ona  rəğmən 

edilməsi  tələbi  ona  bənzəyir  ki,  hər  bir  həqiqi  sənət  əsəri  estetik  qaydaların  hərtərəfli 

düşünülmüş  tətbiqindən  qaynaqlansın.  Hər  ikisi  eyni  dərəcədə  yanlışdır.  Platon  və  Seneka 

tərəfindən  qoyulmuş  fəzilətli  olmağı  öyrənməyin  mümkün  olub-olmadığı  sualına  mənfi  cavab 

vermək  lazımdır.  Biz  əvvəl-axır  etiraf  etməliyik  ki  (İnayət  və  Qədər,  alın  yazısı  barədə  xristian 

təliminin də mənbəyi bu etirafdadır), öz iç özlüyündə fəzilət elə düha qədər fitridir və hamısı bir 

yerdə  bütün  estetika  professorlarının  insana  dahiyanə  yaradıcılıq,  yəni  əsl  sənət  əsərləri 

yaratmaq  qabiliyyəti  aşılaya  bilmədiyi  kimi,  eynilə  bu  cür  də  heç  bir  əxlaq  professoru  və  ya 

fəzilət  təbliğçisi  nanəcib  xarakteri  ərdəmli  və  nəcib  xarakterə  çevirə  bilməz,  –bunun 

mümkünsüzlüyü qurğuşunu qızıla çevirməyin mümkünsüzlüyündən çox-çox daha aşkardır; ona 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə