Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə239/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   232   233   234   235   236   237   238   239   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

624 


 

                                                                                                                                                                                           

görə  praktiki  təsirə  malik  ola  və  həqiqətən  insan  türünü  dəyişdirə  və  yaxşılaşdıra  bilən  bu  cür 

etikanın və onun bu cür ali başlanğıcının axtarışı tamamilə fəlsəfə daşının axtarışına bənzəyir. –

Bütün  bunlarla  belə,  insan  qəlbinin  mücərrəd  (etika)  deyil,  intuitiv  idrak  (inayətin  təsiri) 

vasitəsilə  kökündən  dəyişilməsinin  (yenidən  doğuluşunun)  mümkünlüyü  barədəsə  məzmunu 

məni  ümumiyyətlə  bu  məsələ  üzərində  bundan  artıq  dayanmaq  zərurətindən  azad  edən 

dördüncü kitabın sonunda artıq narınca danışmışam. 

Kantın əməllərin etik dəyərinin əsl mənasına əsla varmadığını, nəhayət, onun fəzilət və 

səadətin zəruri birləşməsi, özü də birincinin ikinciyə layiq olduğu tərzdə birləşməsi barədə təlimi 

göstərir.  O,  burada  artıq  sırf  məntiqi  cəhətdən    irad  doğurur:  axı  burada  meyar  olan  layiqlilik 

anlayışının  özü  artıq  öz  meyarı  olaraq  etikanı  nəzərdə  tutur  və  deməli,  ondan  çıxış  etmək 

olmazdı. Dördüncü kitabımda aydınlaşdırılmışdır ki, öz ali dərəcəsinə çatdığı təqdirdə hər cür əsl 

fəzilət,  nəhayət,  onda  hər  cür  istəyin  bitdiyi  tam  təslimiyyətə  gətirib  çıxarır:  əksinə,  səadət 

təmin  olunmuş  istəkdir  və  deməli,  fəzilət  və  səadət  bir  araya  sığmazdır.  Mənim  bu  problemi 

həllimlə maariflənmiş kəs üçün Kantın ali nemət konsepsiyasının tamamilə yanlış olmasına dair 

heç bir sübut tələb olunmur. Məsələnin müsbət həllindən asılı olmayaraq, həm də onun mənfi 

həllini vermək fikrində deyiləm. 

Kantın  arxitektonik  simmetriya  şakəri  “Praktiki  zəkanın  tənqidi”ndə  özünü  göstərir:  o, 

onu tamamilə “Xalis zəkanın tənqidi”nin biçiminə salmış və “azadlıq kateqoriyaları cədvəli”ndə 

xüsusilə aydın çıxış edən aşkar bir özbaşınalıqla işə elə həmin rubrika və formaları cəlb etmişdir. 

 

 



*   *   * 

Hüquq təlimi Kantın ən sonrakı əsərlərindən biridir və o qədər zəifdir ki, ona olan bütün 

mənfi  münasibətimə  baxmayaraq,  o,  bu  böyük  insanın  deyil,  hansısa  adi  bir  insan  oğlunun 

yaradığı  imiş  kimi,  onu  öz  əllərilə  ölməyə  buraxaraq,  ona  qarşı  tənqidi  artıq  sayıram.  Mən  bu 

təlimin  mənfi  xarakteristikasından  imtina  edir  və  müsbət  bir  təyinə,  yəni  onun  dördüncü 

kitabımda  verilmiş  qısa  oçerkinə  isnadla  yetinirəm  (kifayətlənirəm).  Yalnız  bir  neçə  ümumi 

qeydlər  edəcəyəm.  Xalis    zəkanın  təhlili  zamanı  Kantda  daim  rast  gəlinənlər  olaraq 

aydınlaşdırdığım  səhvlər  onun  hüquq  təlimində  elə  çox  böyüdülmüş  ölçülərdə  çıxış  edirlər  ki, 

çox vaxt elə gəlir ki, sanki Kantın şərh tərzinə satirik bir parodiyanı oxuyursan, yaxud da ən azı, 

hansısa  kantçıya  qulaq  asırsan.  İki  əsas  səhv  aşağıdakılardır.  O,  hüquq  təlimini  etikadan  ciddi 

surətdə  ayırmaq  istəyir  (onun  ardınca  bir  çoxları  kimi),  amma  bu  zaman  birincini  müsbət 

qanunvericilikdən,  yəni  ixtiyari  məcburetmədən  asılı  olan  kimi  qəbul  etmir,  hüquq  anlayışını 

nəsə  müstəqil  və  a  priori  verilmiş  bir  şey  kimi  ortaya  qoyur.  Halbuki  bu  mümkün  deyil:  zira 

əməllər,  etik  önəmləri  və  başqa  adamlara  və  bunun  vasitəsilə  zahiri  məcburiyyətə  fiziki 

münasibətlərindən  savayı  hətta  imkanda  belə  olsa,  üçüncü  nəzər  nöqtəsinə  yol  vermirlər. 

Deməli, əgər o deyirsə ki, “hüquqauyğun vəzifə – o vəzifədir ki, ona məcbur etmək olar”, onda 

bu “olar”ı ya fiziki mənada başa düşmək lazımdır, –və  belə olan halda  hər cür hüquq müsbət və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

625 


 

                                                                                                                                                                                           

ixtiyaridir,  eynilə  bu  cür  də  hər  cür  müəyyən  edilmiş  özbaşınalıq  hüquqdur;  və  ya  onu  etik 

mənada  başa  düşmək  lazımdır,  –və  onda  biz  yenə  də  etika  sahəsində  oluruq.  Deməli,  Kantda 

hüquq  anlayışı  özünə  möhkəm  zəmin  tapmayaraq,  yerlə  göy  arasında  asılı  qalır:  məndə  o 

etikaya  aiddir.  İkincisi, hüquq  anlayışının  tərifi  onda  tam mənfidir  və buna  görə  yetərli  deyil 



“Hüquq  –  fərdlərin  tamümumi  qanuna  uyğun  olaraq  birgə  mövcudluğu  ilə  barışan  şeydir”. 



Azadlıq  (burada  iradənin  əxlaqi  deyil,  empirik,  yəni  fiziki  azadlığı)  sıxışdırmanın  yoxluğunu 

bildirir –deməli, sırf mənfi, inkari anlayışdır; birgə mövcudluq da eynilə bu cür mənaya malikdir: 

beləliklə,  biz  quru  inkarlarla  qalır  və  heç  bir  müsbət,  iqrari  anlayış  almırıq,  bunu  artıq  başqa 

yollarla bilmiriksə, əslində, doktrinanın şərhində ən yanlış fikirlər açıqlanır, məsələn, təbii halda, 

yəni  dövlətdən  kənar  heç  bir  mülkiyyət  hüququ  yoxdur,  bu  da  o  deməkdir  ki,  guya  hər  cür 

hüquq  müsbətdir  və  beləliklə  nüsbət  hüququn  təbii  hüquqa  əsaslanması  əvəzinə  təbii  hüquq 

müsbət  hüquqa  əsaslanır;  daha  sonra  –  ələ  keçirmə  ilə  sahiblik  hüququnun  əsaslandırılması; 

mülki  qaydanın  müəyyən  edilməsinin  etik  məcburiliyi  və  s.;  bütün  bunları,  deyildiyi  kimi,  mən 

xüsusi təkzibə layiq saymıram. Halbuki Kantın bu səhvləri də xeyli zərərli təsir göstərmiş, çoxdan 

dərk  edilmiş  və  söylənilmiş  həqiqətləri  dolaşdırmış  və  kölgələmiş  və  qəribə  nəzəriyyələrə, 

çoxyazanlıq və çoxdeyişkənliyə səbəb vermişdir. Əlbəttə, bu çox davam edə bilməz və biz artıq 

görürük  ki,  həqiqət  və  sağus,  sağlam  dərrakə  yenidən  özlərinə  yol  açır:  cürbəcür  cəfəng 

nəzəriyyələrə  əks  olaraq  sonuncuya,  onu  mükəmməllik  örnəyi  saymasam  da,  xüsusən  İ.K.F. 

Meysterin “Təbii hüquq” əsəri dəlalət edir. 

Deyilənlərdən    sonra,  mühakimə  qabiliyyətinin  tənqidi  barədə  də  mən  çox  qısa  danışa 

bilərəm.  Heyrətlənmək  gərəkdir  ki,  incəsənət  ona  həmişə  yad  olan,  bütün  göründüyü  kimi, 

gözəlliyə  zəif  qavramcıllığa  malik,  üstəlik  də,  yəqin  ki,  heç  vaxt  görkəmli  sənət  əsəri  görmək 

fürsəti olmayan, və nəhayət, deyəsən, öz azman həmkarı Höteni (bütün əsrdə bütün millətdən 

yalnız onu Kantla yanaşı qoymaq olar) heç tanımayan Kant, – deyirəm ki, heyrətlənmək lazımdır 

ki, bütün bunlarla belə Kant sənət və gözəlliyin fəlsəfi analizi qarşısında özünə böyük və keçici 

olmayan  xidmət  qazanmışdır.  Bu  xidmət  ondan  ibarətdir  ki,  əvvəllər  gözəllik  və  sənət  barədə 

çoxlu  düzgün  fikirlər  söylənilsə  də,  bütün  düşünərlər  məsələni  empirik  baxış  nöqtəsindən 

nəzərdən  keçirir  və  faktlara  söykənərək,  gözəl  adlanan  obyekti  bu  türdən  olan  başqa 

obyektlərdən hansı xassənin fərqləndirdiyini tədqiq edirdilər. Bu yolla öncə xüsusi, sonrasa daha 

ümumi müddəalara gedib çıxırdılar. Sənətdə həqiqi gözəl olanı əsl olmayandan ayırd etməyə və 

bu  həqiqiliyin  sonradan,  öz  növbəsində,  qaydalar  ola  bilən  əlamətlərini  arayıb  tapmağa 

çalışırdılar.  Gözəl  olaraq  nə  xoşa  gəlir,  nə  yox,  nəyi  təqlid  etmək,  nəyə  can  atmaq,  nədən 

qaçınmaq,  mənfi  olsalar  da,  hansı  qaydaları  rəhbər  tutmaq  gərəkdir,  –  qısaca,  estetik  həzzin 

cuşa  gətirilmə  vasitələri,  yəni  obyektdə  olan  şərtlər  hansılardır,  –  sənət  barədə  bu  cür 

tədqiqatların  az  qala  yeganə  mövzusu  budur.  Bu  yolu  Aristotel  açmış,  ən  yeni  dövrdə  onunla 

Hom, Berk, Vinkelman, Lessinq, Herder və baş. getmişlər. Düzdür, tapılmış estetik müddəaların 

ümumiliyi sonucda subyektə gətirib çıxarırdı; tədqiqatçılar onun dərkinə gəlirdilər ki, gözəlliyin 

subyektdə  törətdiyi  təsir  lazımi  qaydada  öyrənilsə,  onun  obyektdə  olan  səbəbini  də  a  priori 

olaraq  təyin  etmək  olardı,  –  elə  təkcə  bu,  bu  cür  tədqiqatları  elmi  dürüstlük  səviyyəsinə 

qaldırardı.  Bax  buna  görə  də  zaman-zaman  gözəlliyin  psixoloji  təhlilləri  ortaya  çıxırdı;  xüsusən 

elə bu məqsəd üçün gözəl olan hər şeyin ümumi estetikasını Aleksandr Baumqarten qurmuşdur, 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə