Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə236/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   232   233   234   235   236   237   238   239   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

618 


 

                                                                                                                                                                                           

fəaliyyət göstərir. Ağıl sayəsində, keçmişi yada salaraq və gələcəyə baxaraq, o bütün ömrünü və 

dünyadakı hadisələrin gedişini nəzərdən keçirə, o hazırki andan asılı olmur və düşünərək və plan 

üzrə pis, ya yaxşı məqsədə doğru gedə bilər. Etdiyi hər şeyi o tam özünüdərklə edir: hər dəfə o 

bilir ki, iradəsi hara meyl edir, nəyi seçir və başqa hansı seçim mümkün idi; və bu şüurlu istək 

sayəsində o özünü dərk etməyi öyrənir və özünü əməllərində ifadə edir. İnsan əməllərinə bütün 

bu  münasibətlərdə  insan  ağlı  praktiki  adlandırıla  bilər:  o,  yalnız  məşğul  olduğu  predmetlərin 

fərdin  əməllərinə  heç  bir  münasibətdə  olmadığı,  adətən  yalnız  az  adam  üçün  yetilən,  girimli 

olan sırf nəzəri maraq kəsb etdiyi dərəcədə nəzəridir. Praktiki zəka adlandırdığım şey Siseronun 

sözünə  görə  qısaldılmış  providentia  sözündən  əmələ  gəlmiş  latın  sözü  prudentia-dır  (“De  nat. 

deor.”, II, 22), əksinə, ratio sözü ilə (ruhi qabiliyyət mənasında), bu fərqi qədimlər çox da ciddi 

gözləməsələr də, əksər hallarda məhz elə nəzəri zəka işarə olunur. – Əksər insanlarda zəka az 

qala  müstəsna  olaraq,  praktiki  xarakterə  malikdir;  o  yox  olduğu  təqdirdəsə  təfəkkür  əməllər 

üzərindəki ağalığını itirir və necə deyərlər: “scio meliora proboque, deteriora sequor” və ya “le 

matin je fais des projets, et le soir je fais des sottises” (səhər planlar qurur, axşam axmaqlıqlar 

edirəm,  fr.  tərc.);  o  halda  insan  əməllərində  təfəkkürü  deyil,  heyvanlar  sayaq  bir  anın 

təəssüratlarını rəhbər tutur və onda zəkanın deyil, zəkanın əməllərə tətbiqi yoxluğu olsa da, onu 

ağılsız adlandırırlar (özü də bununla hansısa əxlaqi qüsur işarələnir): müəyyən dərəcədə demək 

olar  ki,  ondakı  ağıl  praktiki  deyil,  nəzəridir.  Bu  zaman  o  çox  xeyirxah  bir  insan  ola,  hətta  öz 

maraqlarını  qurban  verməklə  hər  bir  zavallıya  kömək  edə,  –və  eyni  zamanda  öz  borclarını 

ödəməyə  də  bilər.  Bu  cür  xarakteri  olan  insan  böyük  bir  cinayətə  qabil  deyil  –  onda  belə  bir  

halda  zəruri  olan  planauyğunluq,  cildə  girmə  və  özünəyiyəlik  (təmkin)  çatışmır.  Amma  yüksək 

fəzilətə də o çətin ki, çata bilsin, çünki təbiətən nə qədər yeyliyə, xeyirə meylli olsa da, əgər ağıl, 

praktiki  çıxış  edərək,  onlara  qarşı  dəyişməz  qaydaları  və  möhkəm  əqidəni  qoymazsa,  hər  bir 

başqası  kimi,  onun  da  məruz  qalmamış  ola  bilmədiyi  qəbih  və  bəd  təhriklər  onda  hökmən  işə 

keçəcəklər. 

Öz  praktiki  sifətində,  keyfiyyətində  zəka  xüsusən  sahibləri  adətən  praktiki  filosof 

adlandırılan  və  həm  xoşagəlməz,  həm  də  fərəhli  hallarda  qeyri-adi  sakitlikləri,  dəngəli, 

müvazinətli əhval-ruhiyyələri və bir dəfə qəbul etdikləri qərarları hökmən yerinə yetirmələri ilə 

seçilən fövqəladə  ağıl-kamallı  xarakterlərdə  çıxış edir.  Əslində,  onlarda zəkanın,  yəni  yayınmış, 

mücərrəd  idrakın  intuitiv  üzərində  üstünlük  təşkil  etməsi  və  bununla  bağlı  həyata  anlayışların 

köməyilə  baxmaq,  onu  ümumidə,  bütövdə  və  böyükdə  nəzərdən  keçirmək  vərdişi  –  onları  bir 

anlıq izbasmanın (təəssüratın) aldadıcı cazibəsi, şeylərin faniliyi, həyatın qısasürəliliyi, həzzlərin 

puçluğu, səadətin xəyanəti və taleyin böyük və kiçik zərbələrilə bir dəfə və həmişəlik tanış edən 

budur.  Ona  görə  onlar  üçün  heç  nə  gözlənilməz  olaraq  gəlmir;  in  abstracto  bildikləri  onları 

heyrətləndirmir və onlara gerçəkliyin ayrı-ayrı hallarında rast gəldikləri zaman o qədər də zəki 

olmayan  xarakterlərlə  olduğu  kimi,  onların  təmkinini,  ruhi  ovqatını  pozmur;  bu  az  zəki 

xarakterlərə münasibətdəsə bir an, gözönü və konkret olan elə bir güc, təsir göstərir ki, soyuq, 

rəngsiz  anlayışlar  onlarda  tamamilə  şüurun  ikinci  planına  keçir  və  onlar  hər  cür  qayda  və 

önyazıları, təlimatları unudaraq, özlərini büsbütün affektlərin və cürbəcür ehtirasların ixtiyarına 

verirlər.  Mən  birinci  kitabın  sonunda  artıq  demişdim  ki,  məncə,  stoik  etika  ilk  başlanğıcda  bu 

mənada  sağuslu,  ağıllı  həyatın  təbliğindən  başqa  bir  şey  deyildi.  Çox-çox  yerlərdə  Horasi  də 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

619 


 

                                                                                                                                                                                           

məhz  onu  dəfələrlə  şanlandırır,  mədh  edir.  Onun  “Nil  admirari”  sözü  və  Delfa    tapınağındakı 

Mηδεν  αγαν  –sözləri  də  bura  aiddir.    “Nil  admirari”ni  “heç  nəyə  təccüblənmə”  kimi  tərcümə 

etmək  tamamilə  yanlışdır.  Horasinin  bu  kəlamı  nəzəriyyədən  çox  praktikanı  nəzərdə  tutur  və 

əslində bu deməkdir: “Heç nəyi şərtsiz olaraq qiymətləndirmə, heç nəyə valeh olma, inanma ki, 

nəyəsə sahib olma səadət gətirə bilər: diləgəlməz hər cür şövq, meyl yalnız tamahsılandıran bir 

ximeradır  ki,  ondan  aydınlaşmış  idrak  əldə  olunmuş  sahiblik  qədər,  hətta  ondan  da  yaxşı 

qurtulda  bilər”.  “Admirari”  sözünü  Siseron  elə  bu  mənada  işlədir,  “De  divinatione”,  II,  2. 

Beləliklə,  Horasinin  nəzərdə  tutduğu  αθαμβια  və  ακαταπληξισ,  habelə  artıq  Demokritin  ali  bir 

nemət kimi şanlandırdığı αθαυμαςια-dır (bax, “Clem. Alex., Strom.” II, 21, Strabonda isə, I, 98 

və  105).  Əslində  bu  cür  sağuslu,  ağıllı  davranış  zamanı  fəzilət  və  qəbahətdən  söhbət  getmir, 

amma praktiki zəkanın bu tətbiqi insanın heyvan üzərindəki həqiqi üstünlüyünə reallıq verir və 

yalnız bu mənada burada insan ləyaqətindən danışmaq olar.  

Göstərilən  bütün  hallarda  və  ümumiyyətlə  ağla  gələ  bilən  hallarda  hərəkətin  sağuslu, 

zəkalı  və  sağussuz,  ağılsız  üsulları  arasındakı  fərq  əməllərin  motivlərinin  yayınmış  anlayışlar, 

yoxsa gözönü təsəvvürlər olmasından ibarət olur. Ona görə zəkaya verdiyim izah öz növbəsində, 

bütün zamanlar və xalqların nəsə təsadüfi və ixtiyari bir şey olmayan, hər bir insan tərəfindən 

dərk edilən müxtəlif ruhi qabiliyyətlər arasındakı fərqdən qaynaqlanan sözcülüyünə tam cavab 

verir,  –  elə  bu  dərketmə  də,  yayınmış  tərif,  bəlliləmə  aydınlığına  çatdırılmasa  da,  nitqdə  ifadə 

olunur. Axı əcdadlarımız yüz illər sonra gələcək filosofların onların altında nəyin başa düşülməli 

olduğunu  təyin  edəcəklər  deyə,  sözləri  heç  bir  bəlli  məna  olmadan  boş  formalar  kimi 

yaratmamışlar:  yox,  onlar  bu  sözlərlə  tam  bəlli  anlayışları  işarə  etmişlər.  Deməli,  sözlər 

hakimiyət  və  qanun  dışında  deyillər  və  onlara  əvvəlki  mənalarından  fərqli  bir  məna  vermək  – 

onlardan sui-istifadə etmək, elə bir özbaşınalıq, pozuculuq yaratmaq deməkdir ki, bu zaman hər 

kəs  hər  bir  sözü  istənilən  mənada  işlədə  və  bununla  dillərin  hədsiz  qarışmasını  törədə  bilər. 

Artıq  Lokk  müfəssəl  göstərmişdir  ki,    fəlsəfədəki  ixtilafların  çoxu  sözlərdən  yanlış  istifadədən 

doğur.  Aydın görmək üçün fikirdən kasad fəlsəfi işlər ustalarının günümüzdə substansiya, şüur, 

həqiqət və s. kimi sözlər üzərindəki rüsvayçı sui-istifadə hallarına nəzər salmaq yetər. Eynilə bu 

cür,  yenilərini    çıxmaqla,  bütün  zamanların  bütün  filosoflarının  ağıl,  us  barədə  təsəvvürləri, 

insanın  bu  imtiyazı  barədə  bütün  xalqlarda  hakim  olan  anlayışlardan  heç  də  az  olmayaraq 

mənim  zəkaya  dair  izahımla  uzlaşır.  Məsələn,  baxın,  Platon  Respublikası-nın  4-cü  kitabında  və 

saysız başqa yerlərdə nəyi passim – λογιςμον və ya λογιςτικον τησ ψυχησ adlandırır; Siseron “De 

nat.  deor.”,  III,  26–31-də  nə  deyir,  artıq  birinci  kitabda  gətirilmiş  yerlərdə  Leybnits,  Lokk  nə 

deyirlər. Əgər Kantaqədərki bütün filosofların onun özlüyünün izahını tam bir bəllilik və səlisliklə 

verə və onu bir məxrəcə gətirə bilməsələr də, us, zəka barədə mənim mənamda bəhs etdiklərini 

göstərmək  istəsəydim,  heç  vaxt  sitatların  sonu  olmazdı.  Kantın  çıxışından  bir  az  əvvəl  zəka 

deyildikdə  nə  başa  düşüldüyünü  –  fəlsəfi  əsərləri  toplusunun  birinci  dilində  Zultserin  “Zəka 

anlayışının  analizi”  və  “Zəka  və  dilin  özarası  təsiri  barədə”  iki  monoqrafiyası  göstərir.  Zəka 

barədə  Kantın  uçqun  kimi  get-gedə  böyüməkdə  olan  səhvini  təkrarlayan  ən  yeni  əsərlərdə 

deyilənləri  oxuduqdasa,  belə  bir  gümana  gəlirsən  ki,  qədimin  bütün  müdriklərinin,  eləcə  də 

Kantaqədərki  bütün  filosofların  heç  bir  usu,  zəkası  olmayıb:  zira  ağlın  indi  kəşf  edilmiş 

“bilavasitə  qavrayışları”,  “seyrləri”,  “fəhmləri”,  “önduymaları”  onlara,  bizə  yarasaların  altıncı 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə