Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə234/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   230   231   232   233   234   235   236   237   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

614 


 

                                                                                                                                                                                           

gəlmişkən,  birbaşa  το  δε  ειναι  ουκ  ουςια  ουςενι,  yəni  varlıq heç  vaxt  şeyin  mahiyyətinə  daxil 

olmur – deyilən 7-ci fəsli sanki qəsdən elə ontoloji sübutun təkzibi üçün yazılmışdır. Kosmoloji 

sübutun təkzibi verilmiş hala “Tənqidin” bütün əvvəlki məzmununun tətbiqidir, buna görə ona 

qarşı deyiləsi heç nə yoxdur. Fizikoteoloji sübutsa yalnız kosmoloji sübutun nəzərdə tutduğu və 

özünün tam təkzibini yalnız “Mühakimə qabiliyyətinin tənqidi”ndə tapdığı tamamlanmış nəşridir. 

Bu məsələ ilə bağlı oxucularıma “Təbiətdə iradə” əsərimdəki müqayisəli anatomiya fəslinə yön 

verirəm. 

Deyildiyi  kimi,  bu  sübutların  tənqidi  zamanı  Kant  yalnız  spekulyativ  (ağılseyri,  tərc.) 

teologiyanı  nəzərdə  tutur  və  məktəblə  məhdudlaşır.  Amma  əgər  o,  populyar  teologiyası  ilə 

həyatı  nəzərə  alsaydı,  onda  o,  adı  çəkilən  üç  sübuta  dördüncüsünü,  əslində  edə  kütlələr  üçün 

qüvvəyə  malik  olan  və  Kantın  süni  dilini  təqlid  edərək,  keraunoloji  adlandırıla  bilən  sübutu  da 

əkləməli idi: o, təbiətin onun öz qüvvələrini sonsuz dərəcədə üstələyən, tam məchul (bilinməz) 

və  əksərən  yavuz,  heybətli  qüvvələrinə  qarşı  qoyulmuş  insanın  köməksizlik,  acizlik  və  asılılıq 

hissinə əsaslanır: bu hisslə onların təcəssüm etdirilməsinə olan təbii meyli və nəhayət, yalvarışla, 

qılıqla razı salmaq və bəxşişlərlə nəyəsə nail olmaq ümidi birləşir. Axı hər bir insani təşəbbüsdə, 

təsisetmədə nəsə gücümüzdən asılı olmayan və hesablamalarımıza yatmayan bir şey var: elə bu 

nəyinsənin xeyrimizə oluşması, çevrilməsi istəyi tanrılara inamın əsl mənbəyidir. “Primus in orbe 

Deos fecit timor” (Tanrılara gedən ilk yolu qorxu saldı, lat., tərc.) – Petroninin köhnə qızıl kəlamı! 

Yuxarıda adı  çəkilən  əsərlərdə  Kantın  şəksiz öncəgələni,  sələfi  olan  Hyum  məhz  elə bu  sübutu 

tənqid edir. 

Lakin özünün ağılseyri teolgiyanı tənqidilə Kantın çıxılmaz bir girə, zorluğa saldığı kəslər 

fəlsəfə  professorları  idi:  xristian  hökümətlərindən  zəhmət  haqqı  alaraq,  onlar  dinin  əsas 

ehkamını


  böhranlı  vəziyyətdə  qoymağa  cürət  etmirlər.  Bəs  bu  möhtərəm  zatlar  vəziyyətdən 

necə çıxdılar? Heç nə, sadəcə olaraq Allahın mövcudluğunun elə öz-özünə aydın olduğunu iddia 

etməyə  başladılar.  Əla!  Bu  mövcudluğun  isbatı  üçün  qədim  dünya  vicdanını  qurban  verərək 

möcüzələr,  yenisisə  zəkasını  qurban  verərək  ontoloji,  kosmoloji  və  fizioteoloji  sübutlar 

uydurduqdan  sonra  bu  möhtərəm  zatlarda  hər  şey  öz-özünə  aydındır.  Bu  öz-özlüyündə  aydın 

olan Allaha istinadən onlar sonra dünyanı izah edirlər: onların fəlsəfəsi budur! 

Kantadək doğrudan da materializm və teizm, yəni dünyanın ya kor təsadüf, ya da məlum 

plan  üzrə  və  bəlli  anlayışların  təsirilə  onu  kənardan  quran  intelligensiya,  zəkavi  başlanğıc 

tərəfindən  yaradılmış  olmasını  fərzetmələr  arasında  dilemma  mövcud  olmuşdur  –  neque 



dabatur tertium (üçüncüsü verilməmişdir, lat. tərc).  

Materializmlə  ateizmin  eyniləşdirilməsi  buradan  gəlir;  o  şübhə  buradandır  ki,  ateist 

olmaq, yəni təbiətin, xüsusən də üzvi təbiətin bu qədər məqsədəuyğun nizamını həqiqətən kor 

təsadüfün  ayağına  yazmaq  mümkündürmü:  bax.,  məs.,  “Bacon`s  Essays  (sermones  fideles)”, 



essay  16,  on  Atheism.  Güruhun,  kütlənin  və  bu  kimi  şeylərdə  güruhla  eyni  səviyyədə  duran 

ingilislərin  (mob.),  –hətta  onların  ən  məşhur  alimlərinin  belə  gözündə  məsələ  indiyədək  bu 

cürdür: bax, məs., R. Owen`a Ostéologie comparée, 1855, préface, P.11, 12, burada o hələ də 

bir  tərəfdən  Demokrit  və  Epikür,  digər  tərəfdənsə  hansısa  “intelligence”  arasındakı  köhnə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

615 


 

                                                                                                                                                                                           

dilemma qarşısındadır, –bu dilemmada intelligence “la connaisance d`un etre tel que l`homme 

exist avant que l`homme fit son apparition”-dur (təxm.: peyda olmazdan öncə insanın mövcud 

olmuş, olmalı olan varlığını bilmə, fr. tərc.). Hər cür məqsədəuyğunluq intelligensiyadan ortaya 

çıxmalı imiş: buna şübhə etmək onun heç ağlına da gəlməmişdir. Axı o, bir körpə sadədilliyilə “la 

téléologie, on la théologie scientifique...” deyir (Elmlər Akademiyasında 5 sentyabr 1853-cü ildə 

oxuduğu  məruzədə:  bax,  “Comptes  rendus”,  1853):  bu  onunçün  eyni  şeydir!  Təbiətdə  nəsə 

məqsədəuyğundur –deməli, bu önniyyətliliyin , fikrin, zehniyyətin məhsuludur. Belə də demək 

olar: belə bir ingilis və Academie des Sciences üçün hansısa “Mühakimə qabiliyyətinin tənqidi” 

və  ya  mənim  təbiətdəki  iradə  barədə  kitabım  nədirki?!  Möhtərəm  ağalar  belə  şeylərin 

səviyyəsinə  enmirlər.  Bu  illustres  confréres  (məşhur  qardaşağalar,  fr.,  tərc.)  metafizikaya  və 

alman fəlsəfəsinə də xor baxırlar: onlar arvad fəlsəfəsinə tapınırlar. 

Bu  ayırıcı  önşərtin,  hökmün,  materializm  və  teizm  arasındakı  bu  dilemmanın  mənası  o 

fərzetmədə, zənndədir ki, qarşımızda duran dünya özündə şeylər dünyasıdır və deməli, şeylərin 

empirik  olandan  başqa  bir  nizamı,  qaydası  mövcud  deyil.  Amma  Kant  dünyanı  qanunları  əsas 

etibarilə intellektimizin formalarına özüllənən, əsaslanan sadəcə bir təzahürə müncər etdikdən 

sonra  şeylərin  və  dünyanın  varlığını  dünyada  qavradığımız  və  ya  gerçəkləşdirdiyimiz 

dəyişikliklərlə  izah  etmək,  eləcə  də  vasitə  və  məqsəd  kimi  qavradığınızı  elə  bu  cür  idrakın 

nəticəsi  saymaq  zərurəti  artıq  aradan  qalxdı.  Beləliklə,  əgər  özünün  təzahürlə  özündə  şey

fərqləndirməsilə Kant teizmi təməlsiz qoydusa, digər tərəfdən o, varlığın tam başqa və çox-çox 

daha dərin mənalı bir izahına yol açdı.  

Zəkanın  təbii  dialektikasının  son  məqsədləri  barədə  fəsildə  təbiətibilmənin  tərəqqisi 

üçün  tənzimləyici  prinsiplər  olaraq  üç  transsendental  ideyanın  mühümlüyünə  göstərgə  edilir. 

Amma çətinki Kant özü bunu ciddi iddia etmiş olsun. Ən azı hər bir təbiətçi üçün əksi, yəni məhz 

–  bu  ideyaların  təbiətin  tədqiqini  yalnız  iflic  edə  və  ya  öldürə  biləcəyi  şəksizdir.  Deyiləni 

nümunədə  yoxlamaq  üçün  bunu  həll  etməyi  təklif  edirəm  ki,  bəsit,  qeyri-maddi,  düşünən 

substansiya kimi ruh (can) ideyası Kabanis tərəfindən bu qədər gözəl şərh edilmiş həqiqətlər və 

ya  Fluransın,  Marşal  Qollun  və  Ç.  Bellin  kəşfləri  üçün  yardımedici,  yoxsa  son  dərəcə 

qəlizləşdiricimi məqam idi? Axı elə Kantın özü də deyir (“Prolegomena”, § 44): “Zəka ideyaları 

təbiətin zəkavi davranışının maksimalarına mane olur və ziddirlər”. 

Onun  hakimiyyəti  altında  Kantın  inkişaf  edə  və  “Xalis  zəkanın  tənqidi”ni  dərc  etdirə 

bilməsini  Böyük  Fridrixin  heç  də  kiçik  xidməti  saymaq  olmaz.  Başqa  birisinin  hökmdarlığı 

dövründə xidmətdə olan bir professor çətinki belə bir şeyə cürət etmiş olardı. Axı artıq böyük 

kralın xələfinə Kant daha yazmamaq vədi verməli olmuşdu. 

 

*   *   * 

Kant  fəlsəfəsinin  etik  hissəsinin  tənqidindən  mən  özümü  azad  saya  bilərdim,  çünki  bu 

“Dünya iradə və təsəvvür kimi”nin birinci nəşrindən 22 il sonra “Etikanın hər iki problemi”ndə 

mənim tərəfimdən daha narınca və müfəssəl edilmişdir. Amma burada birinci nəşrdən götürüb 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə