Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə237/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   232   233   234   235   236   237   238   239   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

620 


 

                                                                                                                                                                                           

hissi yad olduğu qədər yad idi. Birdəki mənə qalsa, etiraf etməliyəm ki, fövqəlhissi, mütləq olanı 

və  özü  ilə  bağlı  vaqe  olan  uzun  əhvalatları  “bilavasitə  qavrayan”  və  ya  “məğzinə  varan”  və  ya 

“intellektual  seyr  edən”  bu  zəka  elə  mənə  də,    düşüncəmin  dar  olması  üzündən,  bir  növ 

yarasaların  altıncı  hissinə  oxşar  bir  şey  kimi  görünür.  Ancaq  nəyi  olursa-olsun,  dərhal  və 

bilavasitə qavrayan belə bir zəkanın icad və kəşf edilməsi ona görə təriflənməlidir ki, o, zəkanı 

bütün tənqidlərilə hər cür Kantlara rəğmən, öz sevimli ideyaları ilə sudan quru çıxmağın ən asan 

üsulu olmaq üçün misilsiz expédient-dir (istinad nöqtəsidir, lat. tərc.). İxtira və onun qarşılaşdığı 

qəbul zamanın şəninə layiqdir. 

Beləliklə,  zəkanın  (το  λογιμον,  η  φρονηςισ,  ratio,  raison,  reason,  Vernunft)  mahiyyəti 

yetərli bir ciddiliklə müəyyən edilərək, bir məxrəcə gətirilməsə də, ümumiyyətlə bütün filosoflar 

tərəfindən  bütün  dövrlərdə  düzgün  başa  düşülürdü;  əksinə,  dərrakənin  (νουσ,  ςιανοια, 

intellectus,  esprit,  intellect,  understanding,  Verstand)  onlar  bu  qədər  dəqiq,  səlis  təsəvvür 

etmirdilər: onlar çox vaxt onu zəka ilə qarışıq salırdılar və bunun ardımında da onun məğzinin 

tam,  doğru  və  sadə  izahına  nail  olmamışlar.  Üstəlik,  xristian  filosoflarında  zəka  anlayışı,  onu 

vəhyə  qarşı  qoymaq  yolu  ilə  özünə  daha  da  yad  bir  məna  kəsb  etmişdir:  bu  əkslikdən  çıxış 

edərək, bir çoxları haqlı iddia edirdilər ki, fəzilətin vacibliyi vəhy olmadan da təkcə zəka ilə dərk 

oluna  bilər.  Bu  baxış  hətta  Kantın  şərh  və  terminologiyasına  da  təsir  etmişdir.  Amma  zəka  və 

vəhyin qarşı-qarşıya qoyulması müsbət tarixi önəmə malikdir və fəlsəfə üçün ondan azad olmalı 

olduğu yad bir elementdir. 

Gözləmək  olardı  ki,  özünün  praktiki  və  nəzəri  zəkanı  tənqidlərində  Kant  ümumiyyətlə 

zəkanın özlüyünün təsirindən başlayacaqdır və beləliklə genus-u (cinsi, türü, lat. tərc.) təyin edib 

hər iki species-in (xüsusi olanın, lat.) izahına keçəcək və göstərəcəkdir ki, eyni bir zəka necə iki 

bu qədər fərqli üsulla üzə çıxır və buna baxmayaraq, öz eyniyyətini aşkar edir və hər iki halda 

əsas  xarakterini  qoruyub  saxlayır.  Amma  biz  buna  bənzər  heç  nə  tapmırıq.  “Xalis  zəkanın 

tənqidi”nin  müxtəlif  yerlərində  onda  tədqiq  olunan  qabiliyyətə  verilən  izahların  nə  qədər 

yetərsiz, dayanıqsız və ziddiyyətli olduğunu artıq göstərmişəm. Adı çəkilməsə də, praktiki zəka 

artıq “Xalis zəkanın tənqidi”ndə iştirak edir və sonra hər cür sonrakı sübutlar olmadan və bütün 

zamanlar və xalqların sözçülüyünə və əvvəlki ən böyük filosoflarda anlayışların təyininə tam bir 

saymazlıqla, artıq  həll olunmuş məsələ kimi, məxsusi olaraq, ona həsr olunmuş tənqiddə çıxış 

edir. Ümumiyyətlə, ayrı-ayrı yerlərdən gəlinə bilən ussonucuna görə, Kantın fikri belə təsəvvür 

olunur: a priori prinsiplərin dərki zəkanın mühüm bir xassəsidir; əməllərin etik önəminin dərki 

empirik  mənşəli  olmadığından,  deməli,  o  principium  a  priori-dir  və  buna  görə  də  bu  mənada 

praktiki  olan  zəkadan  irəli  gəlir.  –Zəkanın  bu  cür izahının  yanlışlığı  barədə  mən  artıq  yetərincə 

danışmışam.  Amma  elə  bunsuz  da,  yeganə  bir  ümumi  xassələrindən  –  təcrübədən  asılı 

olmamaqdan  yararlanaraq  və  bu  zaman  onların  qalan  şeylərdə  köklü  və  ölçüyəgəlməz  fərqini 

görməyərək, ən müxtəlif cinsli, türlü şeyləri bir şeyə müncər etmək nə qədər səthi və cəfəngdir! 

Zira əgər hətta  per impossibile (mümkünsüz də olsa, lat.) əməllərin etik önəminin idrakı bizdəki 

imperativdən, şərtlənmiş olmalılıqdan (labüd vaciblikdən) irəli gəldiyini qəbul etsək belə, onda 

sonuncu  aprior  dərkedilənliyini  Kant  “Xalis  zəkanın  tənqidi”ndə  sübut  etdiyi  tamümumi  idrak 

formalarından  gör  nə  qədər  fərqli  olardı!    Axı  bu  cür  dərketmə  sayəsində  biz  öncədən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

621 


 

                                                                                                                                                                                           

özümüzçün  mümkün  olan  bütün  təcrübəyə  tətbiq  oluna  bilən  müəyyən  bir  şərtsiz  olmalılığı 

(Muss) söyləyə, bildirə bilərik. Hər cür obyektin artıq subyektdə müəyyən edilmiş zəruri forması 

kimi bu olmalılıq (Muss) və əxlaqilik olmalılığı (Soll) arasındakı fərq o qədər böyük və aşkardır ki, 

onların  qeyri-empirik  əlamətdə  üst-üstə  düşməsindən  onların  mənbələrinin  eyniliyini  fəlsəfi 

cəhətdən  doğrultmaq  üçün  yox,  olsa-olsa,  zarafatyana  müqayisə  üçün  istifadə  etmək  olar. 

Hərçənd  ki,  praktiki  zəkanın  bu  övladının,  mütləq  olmalılığın  və  ya  kateqorik  impetaritivin 

doğum  yeri  praktiki  deyil,  hələ  xalis  zəkanın  tənqidindədir,  səh.  802;  V,  830).  Amma  doğuş 

sünidir  və  o,  yalnız  onları  əsas  və  ardım,  nəticə  olaraq  bir-birinə  bağlamaq  üçün  kobudluq  və 

cəsarətlə,  demək  olar  ki,  həyasızcasına  iki  bir-birinə  tam  yad  olan  və  ən  azacıq  əlaqəyə  belə 

malik  olmayan  cümlənin  arasına  zorla  girən  hansısa  “ona  görə”nin  doğuş  tutqacının  köməyilə 

baş tutur. Yəni məhz: Kant o müddəadan çıxış edir ki, onu aşağıdakı surətdə formulə edərək, biz 

təkcə  gözönü  deyil,  həm  də  yayınmış  motivlərlə  təyin  olunuruq:  “Təkcə  cəzb  edən, 

tamahsılandıran,  yəni  bilavasitə  hissləri  affektləndirən  şey  insan  iradəsini  təyin  etmir,  –biz 

arzulama  hissi  qabiliyyətimizə  təsir  edən  izbasmalara,  təəssüratlara  daha  uzaqlaşdırılmış  bir 

şəkildə  nəyin  faydalı  və  ya  zərərli  olması  barədə  təsəvvürlərlə  qalib  gəlmək  qabiliyyətinə  də 

malikik.  Bütün  rifahımıza  münasibətdə  nəyin  arzuya  layiq,  yəni  nəyin  yaxşı  və  faydalı  olması 

barədə bu mülahizələr zəkaya əsaslanmır”. (Tamamilə düzdür: kaş ki, o həmişə ağıl barədə belə 

ağıllı danışaydı). “Ona görə (!) zəka, bu həqiqətdə olmasa belə, imperativlər, yəni nəyin olmalı 

olduğunu  deyən  obyektiv  azadlıq  qanunları  olan  qanunlar  verir”  (!).  Bax  belə,  heç  bir  sonrakı 

səlahiyyəti  olmadan,  özünün    şərtsiz  olmalılığının,  dəmir  taxtadan  olan  bu  hökmdar  əsasının 

köməyilə onda hökmranlıq etmək üçün qəflətən kateqorik imperativ peyda olur. Zira olmalılıq 

anlayışında  zəruri  olaraq,  onsuz  hər  cür  mənasını  və  önəmini  itirdiyi  bir  şərt  kimi,  məlum  bir 

mükafat və ya cəzaya münasibət var: ona görə “şərtsiz olmalılıq” – contradictio in adjecto-dur 

(təyin  edilən  sözlə,  onun  tərifi  arasındakı  ziddiyyət,  məsələn,  quru  yaş,  lat.,  tərc.).  O,    Kantın 

etika qarşısındakı onu hər cür birbaşa və dolayı evdemonizmdən, başqa sözlə, empirik dünyanın 

bütün  prinsiplərindən  azad  etməsindən  və  fəzilət  səltənətinin  bu  dünyaya  aid  olmamasını 

göstərməsindən  ibarət  olan  böyük  xidmətilə  nə  qədər  sıx  əlaqədə  olmuş  olsa  da,  bu  səhv 

pislənməlidir.  Bu  xidmət  ona  görə  daha  önəmlidir  ki,  təkcə  Platonu  çıxmaqla,  bütün  qədim 

filosoflar,  –peripatetiklər,  stoiklər,  epikürçülər  –  müxtəlif  biliklərin  köməyilə  fəziləti  və  səadəti 

ya əsas qanunu üzrə bir-birindən asılı edir, ya da ziddiyyət qanunu üzrə onları eyniləşdirirdilər. 

Bu irad ta Kantadək bütün yeni dövr filosoflarına heç də az aid deyil. Ona görə onun buradakı 

xidməti  olduqca böyükdür;  bununla  belə ədalət onu  yada  salmağı  tələb edir  ki,  birincisi,  onun 

şərhi və sübutları çox vaxt onun etikasının ruhuna və tendensiyasına ziddir, ikincisisə. o, fəzilət 

barədə təlimi hər cür evdemonist  başlanğıclardan təmizləyən heç də ilk şəxs deyildi. Zira artıq 

Platon (xüsusən əsas tendensiyası məhz elə bundan ibarət olan Respublikada) öyrədir ki, onunla 

bağlı  bədbəxtlik  və  ya  təhqirlər  olsa  belə,  fəzilət  elə  məhz  onun  özü  xatirinə  seçilməlidir. 

Xristianlıq  daha  güclü  surətdə hər  cür  məncillikdən azad,  axirət  dünyasındakı  mükafat  xatirinə 

deyil, tam təmənnasız, Allah eşqinə həyata keçirilən fəziləti təbliğ edir, çünki əməllər yox, yalnız 

iman  bəraət  verir:  təmənnasız  və  özü-özü  üçün  olan  fəzilət  inamı  onun  bir  əlaməti  kimi 

müşayiət  edir.  Bax,  Lüter  –“De  libertate  Christiana”.  Müqəddəs  kitablarında  əməllərinə  görə 

mükafat  diləmənin  heç  vaxt  bəxtiyarlığa  aparmayan  bir  zülmət  yolu  kimi  təsvir  edilən 

hinduslardan heç danışmıram. Kantın fəzilət barədə təlimini bu qədər saf görmürük, daha yaxşı 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə