Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə235/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   232   233   234   235   236   237   238   239   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

616 


 

                                                                                                                                                                                           

verdiyim və tamlıq xatirinə saxlanmalı olanlar adı çəkilən ən sonrakı və daha müfəssəl tənqidə 

məqsədəuyğun proloq ola bilər ki, oxucuya da əsas və mühüm şeylərlə bağlı ona yön verirəm.  

Arxitektonik  simmetriya  xatirinə  nəzəri  zəka  müəyyən  bir  simmetrik  pendant-a 

(“onda”ya)  malik  olmalıdır.  Axtarılan    şeyi,  sxolastiklərin  öz  növbəsində,  Aristotelin  νουσ 

πρακτικοσ-undan (“De anima”, III, 10 və “Polit”, VII, 14: ο μεν γαρ πρακτικοσ εςτι λογοσ, ο δε 

τεωρητικοσ)  mənşə  götürən  intellectus  prakticus-u  (praktiki  zəkası,  lat.  tərc.)  verir.  Ancaq 

Kantda “praktiki zəka” heç də Aristoteldəki mənanı, yəni “praktikaya yönəlmiş zəka” mənasını 

vermir: praktiki zəka onda insan əməllərinin, eləcə də hər cür ərdəmin (fəzilətin), nəcibliyin və 

ərilə,  yetilə  bilən  müqəddəsliyin  şəksiz  mənəvi  önəmliliyinin  mənbəyi  kimi  çıxış  edir.  Bütün 

bunlar,  sən  demə,  zəkadan  irəli  gəlir  və  ondan  savayı  heç  nəyi  tələb  etmir.  Belə  çıxır  ki,  ağıllı 

hərəkət  etmək  –fəzilətli,  nəcib,  görklü  hərəkət  etməklə  eyni  şeydir;  məncil,  kinli  və  qəbih 

hərəkət  etməksə,  sadəcə  ağılsız  hərəkət  etmək  deməkdir!  Halbuki  bütün  dövrlərdə  və  bütün 

xalqlarda və dillərdə, indiyədək ən yeni məktəbin dili ilə tanış olmayanlar, yəni alman alimlərinin 

kiçik  bir  dəstəsini  çıxmaqla,  bütün  dünya  bunu  fərqləndirdikləri  kimi,  hər  ikisi  həmişə 

fərqləndirilmiş  və  tamamilə  müxtəlif  şeylər  sayılmışdır.  Həyatını  hər  cür  ərdəmin,  fəzilətin 

örnəyi təsəvvür etdiyimiz xristianlığın ulu banisinin “ən zəkalı adam” olmasını demək –nəinki ali 

dərəcədə  nalayiq,  hətta  küfrlü  bir  ifadə  olardı,  –  onun  əhdlərinin  ağıllı,  zəkavi  həyat  üçün  ən 

yaxşı rəhbərlik olmasını demək də elə az qala bu dərəcədə nalayiq olardı. Və əgər kimsə özü və 

gələcək  tələbatları  barədə  vaxtında  düşünmək  əvəzinə  əsl  və  ən  güclü  möhtaclıqları  zamanı 

başqalarına  kömək  edir,  bütün  varidatını  yoxsullara  verir  və  sonra  hər  cür  vəsaitdən  məhrum 

olaraq,  özünün  əməldə  gerçəkləşdirdiyi  fəziləti  başqalarına  təbliğ  etməyə  gedirsə,  –onda  hər 

kəs bu cür əməllərə haqlı olaraq ehtiramla yanaşar: amma kim onları ağıllılığın zirvəsi kimi mədh 

edər? Və kim Arnold Vinkelridin öz soydaşlarına qələbə və nicat vermək üçün misilsiz şücaətlə 

düşmən  nizələrini  öz  sinəsinə  yeritməsini  qeyri-adi  dərəcədə  ağıllı  bir  əməl  kimi  vəsf  edər?  –

Əksinə, gənc çağlarından öz qüvvələrini nadir bir fərasətlə təmin edilmiş mövcudluğu və arvad-

uşağının  dolanışığı  üçün  vəsait  əldə  etməyə  və  yaxşı  bir  ad-san,  zahiri  hörmət  və  məqam 

qazanmağa  yönəldən  və  bu    zaman  nə  qarşıdakı  həzzlərin  şirnikdirməsinə,  nə  lovğa  məqam 

sahiblərini  yerində  oturtmaq  həvəsinə,  nə  təhqirlərə  və  haqsız  alçaldılmalara  görə  öc  almaq 

istəyinə, nə faydasız fəlsəfi və ya estetik məşğələlərin cəlbedici qüvvəsinə, nə maraqlı ölkələrə 

səyahətlərin  cazibəsinə  uymayan,  –deyirəm,  özünü  buna  bənzər  heç  nə  ilə  yoldan  çıxarmağa 

imkan  verməyən  və  öz  məqsədini  bir  anlığa  belə  izləməkdən  qalmayan,  ən  böyük  ardıcıllıqla 

yalnızca  onunçün  çalışan  bir  insanı  gördükdə,  belə  bir  meşşanın  hətta  tərifəlayiq  olmayan, 

amma təhlükəsiz vasitələrə əl atdığı halda belə olduqca ağıllı olduğunu inkar etməyə kim cürət 

edər,  yaxud  da  əgər  bədəməl,  bədzat  tam  düşünülmüş  bir  hiyləgərliklə  və  mükəmməl  tərtib 

olunmuş  plan  üzrə  özünə  var-dövlət,  şan-şövkət,  taxt-taclar  əldə  edir,  incə  bir  məkrlə  qonşu 

dövlətləri kəməndə salır, onları öz hakimiyyətinə tabe etdirir və heç bir haqq-ədalət və insanlıq 

mülahizəsilə özünü yolundan sapdırmağa imkan verməyərək, dünya fatehi olursa və azacıq da 

olsa  rəhm  etmədən  milyonlarla  insanı  hər  cür  fəlakətlərə  məruz  qoyaraq,  milyonların  üzərinə 

qan və ölüm göndərərək, planlarına qarşı çıxan hər şeyi amansız bir ardıcıllıqla tapdayır və məhv 

edir,  amma  əvəzində  onları  hər  cür  ənam  və  lütflərə  qərq  edərək,  öz    tərəfdar  və  əlaltılarını 

şahanə bir tərzdə mükafatlandırır və beləliklə öz məqsədinə çatırsa, –belə bir adamın fövqəladə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

617 


 

                                                                                                                                                                                           

bir  zəkiliklə,  düşüncəliliklə  hərəkət  etmiş  olmalı  olduğunu  və  həm  onun  planlarının  cızılması 

üçün qüdrətli bir ağıl tələb olunduğunu, həm də onların həyata keçirilməsi üçün zəkanın, yəni 

məhz praktiki zəkanın tam ağalıq etməsinin lazım olduğunu kim inkar edər? Və ya, bəlkə, ağıllı, 

ardıcıl və uzaqgörən Makiavellinin hökmdarlara verdiyi məsləhətlər də ağıllı məsləhətlər deyil



Kinin, pisliyin ağılla dil tapdığı –və məhz onunla birləşmədə qorxunc olduğu kimi, eynilə 



bu cür nəciblik də bəzən ağılsızlıqla bağlı ola bilər. Buraya məsələn, romalılardan qisas almağa 

nail  olmaq  üçün  illər  boyu  bütün  gücünü  səfərbər  etmiş  Koriolanın  hərəkəti  aiddir;  onunçün 

qisas  anı  gəlib  çatdıqda,  o,  özünü  Senatın  yalvarışları  və  ana  və  bacısının  göz  yaşları  ilə 

yumşaltmağa imkan verdi, bu qədər uzun sürə və böyük zəhmətlə hazırlanmış qisasdan əl çəkdi 

və bununla volskların haqlı qəzəbinə tuş gələrək, elə nanəcibliklərini anlamış olduğu və şiddətlə 

cəzalandırmaq istədiyi romalılar uğrundaca öldü. –Nəhayət, tamlıq üçün qeyd edim ki, ağıl hətta 

cəfəngiyatla da bir yerdə ola bilər. səfeh bir maksimadan çıxış edilib, onun ardıcıl surətdə axıra 

çatdırıldığı  hallar  belələrindəndir.  Bu  qəbildən  olan  bir  misalı  II  Filippin  qızı,  Ostende  fəth 

olunanacan təmiz köynək geyməyəcəyini əhd edən və bu əhdə üç il ərzində əməl edən kral qızı 

İzabella  təqdim  edir.  Ümumiyyətlə  hər  cür  əhd  belə  bir  xarakterə  malikdir,  çünki  onların 

mənbəyi  şeylərin  əsas  qanunu  üzrə  əlaqələrinin  görülüb  dərk  edilməsinin  yetməzliyində,  yəni 

səfehlikdədir;  bununla  belə,  bir  halda  ki,  dərrakə  haçansa  onlara  rəvac  vermək  axmaqlığını 

etmişsə, onlara əməl edilməsi ağlauyğundur.  

Deyilənlərə uyğun olaraq görürük ki, Kantaqədərki dövrün yazıçıları əxlaqi sövqetmələrin 

məskəni kimi  vicdanı ağla qarşı qoyurlar: beləki, Emilin dördüncü kitabında Russo deyir: “Zəka 

bizi aldadır, vicdansa –heç vaxt” və bir qədər sonra: “Vicdanın zəkadan asılı olmayan bilavasitə 

başlanğıcını  təbiətimizin  nəticələrilə  izah  etmək  olmaz”.  Daha  sonra:  “Təbii  hisslərim  ümumi 

mənafenin xeyrinə danışır, ağlımsa hər şeyi özümə aid edirdi... Fəzilətin əsaslandırılmasını təkcə 

zəka ilə təbliğ etmək yaxşıdır, amma buna biz necə möhkəm bir bazis verə bilərik?” –“Rêveries 

du promeneur” (Gəzişənin xəyalları, fr. tərc.), prom. 4-də o deyir: “Əxlaqın bütün çətin sualları 

ilə bağlı həlləri mən zəkanın işığı ilə yox, daha çox vicdanın köməyilə tapa bilirdim”. –Eynilə bu 

cür artıq Aristotel qətiyyətlə bəyan edir ki (“Eth. magna”, I, 5), fəzilətlərin məskəni αλογω μοριω 

τησ  ψυχησ  (qəlbin  qeyri-əqli  hissəsidir),  λογον  εχοντι  (əqli,  zəkavi  hissəsi)  deyil.  Buna  uyğun 

olaraq, Stobey peripatetiklər barədə deyir ki (“Ecl.”, II, 7), “mənəvi hünəri, şücaəti onlar, qəlbin 

(ruhun)  iki  hissədən  –  ağıllı  və  ağıldan    məhrum  hissədən  ibarət  olduğunu  fərz  edərək,  qəlbin 

qeyri-zəki, ağıl olmayan hissəsinə aid edirlər. Zəkalı hissədə onlar nəcibliyi, düşüncəliliyi, fəhmi 

(zehnliliyi),  müdrikliyi,  tezanlayanlığı,  yaddaşı  və  s.;  zəkadan  məhrum  hissədəsə  –mötədilliyi 

(ölçübilənliyi),  ədalətliliyi,  mərdliyi  və  digər  mənəvi  adlandırılan  hünərləri,  ərdəmləri 

yerləşdirirlər.  Siseronsa  (“De  nat.  deor.”,  III,  26–31)  uzun-uzadı  izah  edir  ki,  ağıl  hər  cür 

cinayətkarlığın labüd vasitəsi və yarağıdır. 

Mən  zəkanı  anlayışlar  qabiliyyəti  kimi  qəbul  edirəm.  Ümumi,  qeyri-intuitiv  və  yalnız 

sözlərin köməyilə simvollaşmış və fiksə edilmiş təsəvvürlərin bu tam məxsusi bir sinfi elə insanı 

heyvandan fərqləndirən və ona yer üzərində hökmranlıq verən şeydir. Heyvan –bir anın quludur: 

o yalnız bilavasitə hissi motivləri bilir və buna görə onlar tərəfindən maqnit dəmiri cəzb etdiyi 

kimi  bir  zərurətlə  cəzb  və  ya  dəf  edilir;  əksinə,  insanda  ağıl  sayəsində  hesab-plan  və  fəhm 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə