Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə232/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   228   229   230   231   232   233   234   235   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

610 


 

                                                                                                                                                                                           

olmadan postulat edilən şərtsiz borca, “kateqorik imperativə” istinadla insan iradəsi (Kantın ali 

dərəcədə  düzgün  olmayaraq  və  adi  sözçülüyə  bağışlanmaz  saymazlıqla  “zəka”  adlandırdığı) 

ortaya qoyulur. 

Bütün  bunların  əvəzinə  açıq  və  aşkar  şəkildə  bilavasitə  iradədən  çıxmaq,  onu  öz  şəxsi 

təzahürümüzün  bizə  bilavasitə  bəlli  özlüyü  saymaq  və  sonra  artıq  empirik  və  usanlamlı 

(mücərrəd) xarakterlərin təsvirini vermək,– motivlərlə, bundan heç də az olmayaraq, failin(əməl 

yiyəsinin)  özü  və  onları  qiymətləndirən  seyrçi  tərəfindən  ən  ciddi  şəkildə  şərtlənmişliyə 

baxmayaraq,  bütün  əməllərin  təkcə ondan  şərtsiz  olaraq  asılı  olanlar  kimi  hökmən  və  yalnızca 

bu failin özünə necə aid olduğunu, –buna da uyğun olaraq, bu əməl günah və ya xidmət sayılır, – 

göstərmək  lazım  idi.  –Təzahür  olmayan  və  deməli,  təzahür  qanunlarına  görə  tapıla  bilməyən, 

təzahürlər vasitəsilə üzə çıxan, dərk olunan, obyektivləşən şeyin, başqa sözlə, həyat iradəsinin 

dərkinə aparan yeganə düz yol belə olmuş olardı. Onda sonra analogiya üzrə ümumiyyətlə hər 

cür təzahürün məğzini göstərmək lazım idi. Amma onda, əlbəttə, cansız və hətta canlı təbiətdə 

yalnız  hissiyyatla  şərtlənmiş  olandan  qeyri  hər  hansı  bir  qabiliyyətin  düşünülməsinin  belə 

mümkün  olmadığını  demək  olmazdı:  bu  isə  Kantın  dilində  o  deməkdir  ki,  nədənlik  qanununa 

görə  izahla  bu  təzahürlərin  ən  məhrəm  məğzi,  özlüyü  bitir  və  beləliklə,  onlardan  çox  qeyri-

ardıcıl bir şəkildə özündə şey qopub düşür. 

Kantda  özündə  şeyin  xarakteristikasının  əlaqələndirildiyi  nəticənin  qeyri-düzgünlüyü  və 

buna  da  uyğun  olaraq    dolayılığı  anlayışın    özünü  də    tam  təhrif  etmişlər.  Zira  “şərtsiz  səbəb” 

axtarışı zəminində  tapılmış iradə və ya özündə şey burada təzahürlə  səbəb– təsir münasibətinə 

girir. Halbuki bu münasibət yalnız təzahür hüdudlarında  mövcuddur, deməli, artıq onu nəzərdə 

tutur və onu  ondan kənarda olan və ondan  toto genere fərqli olanla bağlaya bilməz. 

 Daha sonra, qoyulmuş məqsədə, yəni üçüncü antinomiyanın həllinə  hər iki tərəfin bir 

növ  özlüyündə    haqlı  olduğunu  göstərməklə  heç  də  nail  olunmur.  Zira  həm  tezis,  həm  də 

antitezis heç də özündə şeydən deyil, təzahürdən, obyektiv dünyadan, təsəvvür kimi  dünyadan 

bəhs edirlər. Onun, yalnız onun barəsində tezis yuxarıda  faş edilmiş sofizmin köməyilə  sübut  

etmək  istəyir  ki,  guya  o  şərtsiz  səbəbləri  içəriləyir  və  yalnız  ona  münasibətdə  antitezis  haqlı 

olaraq    əksini  iddia  edir.  Ona  görə  o,  iradə  özündə  şey  olduğundan,  iradə  azadlığının 

transsendentallığının xeyrinə gətirilən bütün sübut, özlüyündə o nə qədər gözəl olsa da, əslində 

deyilsə,  μεταβαςισ  εισ  αλλο  γενοσ-dur  (Metabazis  –sualı,  məsələni  başqa  birisilə  əvəz  etmə, 

sualdan  qaçma,  tərc.).  Zira  transsendental  iradə  azadlığı  heç  bir  vəchlə  hansısa  bir  səbəbin 

şərtsiz  kauzallığı  deyil  (tezisin  iddia  etdiyi  kimi),  zira  hər  cür  səbəb  təzahürdən  ötədə,  o  tayda 

olan və ondan büsbütün fərqlənən bir şey yox, hökmən təzahür olmalıdır.  

Söhbət  səbəb  və  təsirdən  gedəndə,  Kantın  bunu  etdiyi  kimi,  buraya  iradənin  öz 

təzahürünə  olan  (yəni  usanlamlı,  mücərrəd  xarakterin  empirik  xarakterə  olan)  münasibəti 

qətiyyən  cəlb  oluna  bilməz,  çünki  bu  münasibət  tamamilə  nədənlik  münasibətindən  tam 

fərqlidir. Hərçənd ki, burada da, bu antinomiya həllində də, Kantın özü tam  düzgün olaraq qeyd 

edir ki, təbiətdə hər bir başqa səbəbin olduğu kimi, insanın da empirik xarakteri dəyişilməzdir və 

insanın  əməlləri  ondan,  xarakterdən  xarici  təsirlər  ölçüsündə  şərtsiz  zərurətlə  irəli  gəlir:  ona 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

611 


 

                                                                                                                                                                                           

görə  bütün  transsendental  azadlığa  (yəni  özündə  iradənin  onun  təzahürlərini  əlaqələndirən 

qanunlardan  asılı  olmamasına)  baxmayaraq,  tezisin  bunu  iddia  etdiyi  kimi,  heç  bir  insan 

özündən təsirlər sırasını başlamaq q abiliyyətinə  malik  deyildir.  Deməli,  azadlıq  da  səbəbiyyətə 

malik deyil, çünki azad olan yalnız təbiətdən və ya ona nədənlik münasibətində olmayan, onun 

yalnız obyektivasiyası olan təzahürdən kənarda duran iradədir: bu cür münasibət yalnız təzahür 

hədlərində  mövcuddur,  deməli,  onu  nəzərdə  tutur,  onu  içəriləyə  və  əsla  təzahür  olmayan  bir 

şeylə bağlaya bilməz. Dünyanın özünü nədənlikdən deyil, yalnız iradədən izah etmək olar (çünki 

o belə özünü aşkar etdiyi dərəcədə bu iradənin özüdür). Ancaq dünyada nədənlik – yeganə izah 

prinsipidir və onda baş verən hər şey yalnız təbiət qanunlarına görə baş veirir. Beləliklə, həqiqət 

büsbütün haqqında bəhs edilmiş şeydə qalan, müvafiq izah üsulundan yararlanan və buna görə 

də  heç  bir  apologiyaya  (tərəfkeşliyə,  yun.,  tərc.)  möhtac  olmayan  antitezisin  tərəfindədir; 

halbuki tezis, birincisi məsələnin sinirlərindən, hədlərindən kənara çıxan, ikincisi verilmiş halda 

tətbiq  olunmalı  olmayan  bir  izahedici  prinsipə  söykənən  nəsə  bir  şeydən  apologiya  yolu  ilə 

çıxarılır.  

Dördüncü ziddiyyət, artıq dediyim kimi, əslində üçüncü ilə eynidir. Ancaq onun həllində 

Kant tezisin altıboşluğunu daha artıq dərəcədə üzə çıxarır; onun doğruluğu və antitezislə yalançı 

birgə  mövcudluğunun  xeyrinəsə  o  heç  bir  sübut  gətirmir,  eləcə  də  antitezisin  müddəalarına 

qarşı heç nə qoya bilmir. O, tezisin müddəasına razılığı az qala yalvararaq alır, amma elə özü də 

onu predmeti qeyri-mümkün də ola bilən ixtiyari bir fərzetmə adlandırır (562; V, 590) və insan 

zəkasının zəruri antinomiyası barədə bir dəfə istəklisinə çevrilmiş fərzetmənin bütün puçluğunu 

faş  etməməkdən  ötrü  antitezisin  hər  şeyi  məhv  edən  qüdrətindən  ona  bircə  dənə  də  olsun 

sığınacaq vermək üçün yalnız acizanə bir canatmanı ifadə edir. 

 

*   *   * 

Daha  sonra  bizi  orta  çağın  ən  qatı  sxolastikasına  götürüb  aparan  transsendental  ideal 

barədəki  fəsil  gəlir.  Düşünmək  olar  ki,  Kenterberili  Anselmin  özünü  dinləyirsən...  Səhnəyə  ens 

realissimum, bütün reallıqların içəriliyi, bütün iqrari (doğrulayıcı) cümlələrin yığıldığı yer, özü də 

zəkanın zəruri fikri olmaq iddiası ilə çıxır! Bəyan etməliyəm ki, ən azı mənim zəkam üçün bu cür 

fikir  birbaşa  mümkünsüzdür  və  onu  bildirən  sözlərlə  mən  heç  bir  bəlli  fikirə  bağlamaq 

iqtidarında deyiləm. 

Əlbəttə, şübhə etmirəm ki, yalnız arxitektonik simmetriyaya olan sevgi Kantı bu əcaib və 

ona  layiq  olmayan  fəsli  yazmağa  sövq  etmişdir.  Sxolastik  fəlsəfənin  (deyildiyi  kimi,  deniş 

mənada başa düşsək, onu Kantacan davam etdirmək olar) üç əsas obyekti, ruh (can), dünya və 

Tanrı, onların yalnızca məhz əsas qanununun şərtsiz tətbiqindən yarandıqları və məhz elə təkcə 

bu  cür  yarana  bilmələri  aşkar  olsa  da,  ussonucunun  (əqli  nəticənin)  yuxarı  hökmünün  üç 

mümkün  formasından  çıxarılmalı  idilər.  Və  budur,  kateqorik  formaya  ruh  (can)  anlayışı  güclə 

salındıqdan  və  hipotetik  formasa  elə  həmin  məqsədlə  dünya  üçün  istifadə  edildikdən  sonra 

üçüncü  ideya  üçün  yuxarı  hökmün  ayırıcı  formasından  başqa  heç  nə  qalmadı.  Xoşbəxtlikdən, 

hər–  halda  bu  yönümdə  alababat  bir  ilkin  iş,  yəni  Tanrının  varlığının  ontoloji  sübutu,  rüşeym 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə