Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə80/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   73   74   75   76   77   78   79   80   81

 
324 
Oğlan dedi: - “Sənin bağışlayacağına ümid etdim.” Kişi 
oğlunun qatilini əfv etdi.  
 
Ondan başqasına bəndəlik acı,  
Bir Odur həyatın sultanlıq tacı. 
Hicranında qalmaq ağır bir əzab,  
Hələ bir aşiq də gətirməmiş tab. 
Amma hicran olsa baldan da şirin,  
Əlbət, çətin verə vüsalın yerin 
Nə yaxşı ölüm var, öndə görüş var.  
Axır ki, zülmətdən nura giriş var.  
Ömürdən nə qalıb zənn etməz ağıl, 
Bu günün şərrindən tələs tövbə qıl. 
Qiymətlidir nəfəs səcdə anında,  
Yaşama bağa tək bir öz qınında.  
Əlbət, kömək gərək qından çıxmağa,  
Bir getsən on gələr, inan, qabağa.  
 
Ya  səriər-riza,  iğfir  limən  la  yəmliku  illəd-duaə’ 
fəinnəkə  fəalun  lima  təşa,  ya  mən  ismuhu  dəvaun,   
zikruhu  şəfaun,    taətuhu  ğina,  irhəm  mən  rəsu 
malihir-rəcau silahuhul-bukauya sabiğən-niəmiya 
dafiən-niqəmi,  ya  nurəl-mustəvhişinə  fiz-zuləmi,  ya 
alimən  la  yuəlləmu  səlli  əla  Muhəmmədin    ali 
Muhəmmədvəfəl bi ma Əntə əhluhu  səlləllahu əla 
rəsulihi  vəl-əimmətil-məyamini  min  alihi    səlləmə 
təslimən kəsira.” 
 
(“Ey  bəndəsindən  tez  razı  olan!  İxtiyarında  duadan 
başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini 


 
325 
edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvə’ rəhm et o 
kəsə  ki,  sərmayəsi  ümid,  silahı  göz  yaşıdır!  Ey 
nemətləri  kamil  və  firavan  olan,  ey  bəla  və  çətinlikləri 
aradan  qaldıran,  ey  qaranlıqda  qorxuya  düşənlərin 
nuru,  ey  oxumamış  alim,  Məhəmməd  və  ali-
Məhəmmədə  salam  göndər,  mənimlə  Özünə  layiq 
rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və 
onun ailəsindən olan pak imamlara.”) 
İLAHİ HƏQİQƏTLƏR VƏ DƏQİQƏLƏR 
Günahına  görə  qəzəbə  düçar  olmuş  və  ilahi 
dərgahdan  qovulmuş,  indi  isə  tövbə  və  duaya  üz 
tutmuş  bəndənin  çox  tez  bağışlanması,  Allah-Taalanın 
sonsuz  lütf  və  mərhəmətinə  əsaslanır.  Ona  görə  də  bir 
ömür günaha batmış şəxs xalisliklə tövbə etdiyi zaman 
əfv olunur.  
Həzrət Əli (ə) “ya səriər-riza”, yəni “ey tez razı olan” 
cümləsindən  sonra  ərz  edir  ki,  ixtiyarında  duadan 
başqa bir şey olmayan şəxsi bağışla. 
Pərvərdigara,  bir  şəxs  ki,  “kərim,  fəqirdən  nə 
gətirdiyini soruşmaz” deyərək Sənə üz tutur, əlbəttə ki, 
bağışlanmağa layiqdir. Sən buyurmusan ki, mənə tərəf 
bir  addım  atana  on  addım  yaxınlaşaram.  Ey  mehriban 
Mövlam, o qədər acizəm ki, o bir addımı da Sənə tərəf 
ata  bilmirəm.  Öz  lütfünlə  bu  bir  addımı  da  atıb  məni 
şeytanın və nəfsimin əsarətindən qurtar.  
Pərvərdigara!  Hüzuruna  Sənə  layiq  bir  şey  gətirə 
bilməmişəm.  Bu  möhtac  gədaya  elə  mərhəmət  göstər 
ki,  günahları  bağışlansın,  dünya  və  axirət  səadətinə 
çatsın.  


 
326 
Sənin  adının  dərdlərə  dərman  olması  barədə  çox 
sözlər deyilib. Mərifət əhli buyurur ki, Allah-Taala onu 
gözəl adlarla çağıranlara tez cavab verir.  
“Əraf” surəsinin 180-cı ayəsində buyurulur: “Allahın 
gözəl adları var, Onu bu adlarla çağırın.” Əgər möhtac 
bəndə  “ya  Allah”,  “ya  Rəhman”,  “ya  Kərim”,  “ya 
Rəbb”,  “ya  Ərhəmər-Rahimin”  deyərək  məbudu 
qarşısında sızıldayarsa, çətin ki, ona cavab verilməsin.  
Rəvayətlərdə  deyilir  ki,  haqq  adların  Məsum 
İmamlara  və  kamil  rəhbərlərə  şamil  edilməsi  bu 
insanların  ilahi  cilvə  məzhəri  olmalarıdır.  Bu  insanları 
Allahla  öz  arasında  vasitə  seçənlər,  dərdlərinə  dərman 
tapa bilərlər.  
Kamil insan varlıq aləmi üçün mehvər kimidir. Əsrin 
İmamı 
(ə) 
haqqında 
buyurulur: 
“Dünyanın 
mövcudluğu  onun  mövcudluğundan  asılıdır.  İnsanlar 
onun  bərəkəti  ilə  ruziyə  çatırlar.  Yer  və  göylərin 
dayanıqlığı onun vücuduna bağlıdır.” 
Rəvayət olunur ki, Həzrət İbrahimin (ə) çoxlu qoyunu 
vardı.  Mələklər  elə  güman  etdilər  ki,  onun  Allaha 
məhəbbəti  var-dövlətə  məhəbbəti  ilə  əlaqədardır. 
Allah-Taala onlara həqiqəti anlatmaq üçün Cəbrailə (ə) 
göstəriş  verdi  ki,  bir  təpənin  başından  Allahın  adını 
nida etsin. Həzrət İbrahim məhbubunun adını eşidəndə 
nalə çəkdi.  
 
Məşuqun adıyla nalə çəkən kim? 
Çağırsın, varımı fəda eyləyim. 
 


 
327 
Sonra  bu  səsin  sorağı  ilə  təpəyə  doğru  qaçdı.  Bir 
kimsəni  tapmayıb  ucadan  dedi:  “Əgər  bir  də 
məşuqumun  adını  çəksən,  qoyunlarımın  yarısını  sənə 
verərəm.”  Cəbrail  (ə)  bir  də  nida  etdi.  Həzrət  İbrahim 
(ə)  dedi:  “Bir  də  nida  etsən,  bütün  qoyunlarım 
sənindir.”  Cəbrail  (ə)  bir  də  nida  etdi.  Həzrət  İbrahim 
(ə)  dedi:  “Daha  Onun  adına  qurban  ediləsi  bir  şeyim 
yoxdur. Gəl, canımı al.”  
Ey məhbub!  Sərmayəsi  ümid və göz yaşı olana rəhm 
et  ki,  Sənin  mərhəmətinlə  möhtaclıqdan  qurtarsın, 
adlarınla dərdinə şəfa tapsın, ibadətinlə gücə gəlsin! 
Ya  Allah,  ya  Rəbb,  ya  Kərim,  ya  Həbib,  ya  Ənis,  ya 
Munis, ya Əkrəməl-Əkrəmin, ya Ərhəmər-Rahimin, ya 
Sabiğən-niəm, 
ya 
Dafiən-niqəm, 
ya 
Nurul-
mustəvhişinə fiz-zuləm, ya Alimən la yuəlləm! Səlli əla 
Muhəmmədin və ali Muhəmməd (s). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə