Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə73/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

 
296 
 
(“Ya  Rəbb,  ya  Rəbb,  ya  Rəbb.  Ey  Məbudum,  ey 
Ağam,  ey  Mövlam,  ey  ixtiyar  sahibim,  ey  taleyim 
əlində 
olan, 
ey 
çarəsizliyimdən 
xəbərdar, 
ey 
yoxsulluğumdan agah olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb. 
Səni  öz  həqiqətinə  pak  və  müqəddəs  zatına,  ən  üstün 
sifət  və  adlarına  and  verərək  istəyirəm  ki,  səni  yad 
etməklə  vaxtlarımı  abad  edəsən,  Öz  xidmətinə 
müvəffəq  edəsən,  işlərim  hüzurunda  qəbul  olunsun, 
bütün  əməllərim  və  dilimə  gələn  sözlərim  bir  zikr 
olsun, və daim Sənə xidmət halında olum. Ey Ağam, ey 
mənim  etimadım!  Ey  halımdan  Ona  şikayətləndiyim 
kəs! Ya Rəbb, ya Rəbb, ya Rəbb.”) 
İSMİ-ƏZƏM 
Hikmət  sahibləri  və  ariflər  belə  hesab  edirlər  ki, 
“Rəbb”  mübarək  kəlməsi  “tərbiyə  edən”  mənasını 
daşıyır  və  İslamda  ən  yüksək  məqama  malik  “İsmi-
əzəm”  kəlmələrindəndir.  Bu  sözə  bağlanan  insan 
Allahın  rəhmətinə  yol  tapır,  yolundan  maneələr 
götürülür,  günahları  bağışlanır.  Bütün  peyğəmbər  və 
imamların  Allaha  bu  kəlmə  ilə  müraciət  etməsi  onun 
İsmi-əzəm,  yəni  Allahın  böyük  adı  olmasına  inam 
yaradır.  
Adəm və Həvva (ə) tövbə etdikləri vaxt belə dedilər: 
“Ey  Rəbbimiz,  biz  özümüzə  zülm  etdik.  Əgər  bizi 
bağışlamasan  və  mərhəmət  etməsən,  şübhəsiz  ki, 
ziyana uğrayanlardan olarıq.”
380
  
                                                 
380
 “Əraf”, 23. 


 
297 
Həzrət İbrahim (ə) belə dua etdi: “Ey  Rəbbim,  mənə 
hökumət əta et və məni salehlərə qovuşdur.”
381
  
Həzrət Nuh doqquz yüz əlli il əzab-əziyyətdən sonra 
belə  ərz  etdi:  “Ey  Rəbbim!  Yer  üzündə  bir  nəfər  də 
kafir qoyma.”
382
  
Həzrət  Musa  (ə)  Allaha  belə  müraciət  etdi:  “Ey 
Rəbbim,  Sənin  nazil  edəcəyin  hər  hansı  bir  xeyirə 
möhtacam.”
383
  
Həzrət Süleyman (ə) belə ərz etdi: “Ey Rəbbim, məni 
bağışla və mənə elə bir səltənət ver ki, kimsə ona nail 
ola bilməsin.”
384
  
Həzrət Zəkəriyya (ə) övlad istədiyi vaxt belə ərz etdi: 
“Ey  Rəbbim,  məni  tək  qoyma.  Sən  varislərin  ən 
yaxşısısan.”
385
  
Həzrət  Yusif  (ə)  Allah  dərgahına  üz  tutub  belə  dedi: 
“Ey Rəbbim, Sən səltənətindən mənə pay verdin...”
386
  
Həzrət  Əyyub  (ə)  bəlalar  zamanı  belə  ərz  etdi:  “Ey 
Rəbbim,  mənə  bəla  üz  verdi.  Sən  rəhimlilərin 
rəhimlisisən.”
387
  
İslam  Peyğəmbəri  (s)  isə  belə  ərz  etdi:  “Ey  Rəbbim, 
bağışla  və  rəhm  et.  Sən  rəhm  edənlərin  ən 
yaxşısısan.”
388
  
                                                 
381
 “Şüəra”, 83. 
382
 “Nuh”, 26. 
383
 “Qəsəs”, 24. 
384
 “Sad”, 35. 
385
 “Ənbiya”, 89. 
386
 “Yusif”, 101. 
387
 “Ənbiya”, 83. 
388
 “Muminun”, 118. 


 
298 
Salehlər  və  möminlər  kainatın  yaradılışı  haqqında 
düşündükləri vaxt belə ərz etdilər: “Ey Rəbbimiz, Sən 
bunları  boş  yerə  yaratmamısan!  Sən  pak  və 
müqəddəssən!  Bizi  Cəhənnəm  odunun  əzabından 
qoru.”
389
  
Hətta son dərəcə təkəbbürlü olan İblis Allaha bu adla 
müraciət  etdi:  “Ya  Rəbb,  mənə  Qiyamətə  qədər 
möhlət ver.”
390
 
Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs yeddi dəfə 
“ya  Rəbbi”  desə  duası  qəbul  olar.  Başqa  bir  rəvayətdə 
nəql  olunur  ki,  mömin  bəndə  bir  dəfə  “ya  Rəbbi” 
deyərək Allahı çağırsa, Allah-Taala “ləbbəyk” buyurar. 
İkinci,  üçüncü  dəfə  bu  adla  çağırdıqda  nida  olunar  ki, 
“istə əta edim.”
391
  
MƏQBUL ƏMƏLLƏR 
Peyğəmbərlərin, 
imamların, 
həqiqi 
övliyaların 
dualarından  biri  əməllərin  qəbulu  və  mərhəmətli 
rəftara  nail  olmaq  arzusu  ilə  bağlıdır.  Bu  ilahi 
şəxsiyyətlər anlamışlar ki, iman və ixlaslı əməl olmadan 
Allahın  rəhmət  və  mükafatına  çatmaq  mümkün 
deyildir.  Ona  görə  də  əməlin  salehliyinə  xüsusi  diqqət 
göstərilmiş və bu əməllərin qəbulu üçün dua edilmişdir.  
Ayə  və  rəvayətlərdən  məlum  olur  ki,  hər  hansı  bir 
əməlin  qəbul  olunması  üçün  iman  və  ixlas  əsas 
şərtlərdəndir. Bilməliyik ki, möminin əməli qəbul edilir 
                                                 
389
 “Ali-İmran”, 191. 
390
 “Əraf”, 14. 
391
 “Mustədrəkul-vəsail”, 5-220. 


 
299 
və  günahları  bağışlanır.  Kafirin  nə  böyük  əməli  qəbul 
olunur, nə də kiçik günahı bağışlanır.  
Həzrət Əli (ə) buyurur:  
“Allah yanında böyüklük sözün yox, əməlin yaxşılığı 
ilə müəyyən olunur.”
392
  
“Əməl möminin şüarıdır.”
393
  
“Əməlinizi  davam  etdirin,  davam  etdirin  əməlinizi. 
Çünki  Allah  möminin  əməli  üçün  ölümdən  başqa  son 
qərar verməyib.”
394
  
“Əməllərin  ən  üstünü  iman  paklığı,  təqva  və 
yəqindir.”
395
  
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Allah  insanları 
dünyada  atalarının  adı  ilə  çağırıb  ki,  bir-birilərini 
tanısınlar.  Axirətdə  isə  əməlləri  ilə  çağırar  ki,  mükafat 
və cəza versin.”
396
  
Allahın  Rəsulu  (s)  buyurdu:  “Əməllərin  ən  üstünü 
Allaha  iman  və  onun  təsdiqi,  Allah  yolunda  cihad  və 
qəbul  olmuş  Həccdir.  Fəqiri  doyurmaq  və  xoş  əxlaq 
nisbətən  yüngüldür.  Ondan  da  yüngül  Allahı  Onun 
verdiyi  hökmə  görə  ittiham  etməməkdir.”
397
   “Üç  əməl 
əməllərin ağasıdır: hamı ilə insaflı olmaq, din qardaşına 
kömək, hər zaman Allahı xatırlamaq.”
398
  
Həzrət Əli (ə) buyurur:  
                                                 
392
 «Ğurərul-hikəm», 153. 
393
 «Ğurərul-hikəm», 151. 
394
 “Mustədrəkul-vəsail”, 1-130. 
395
 Ğurərul-hikəm”, 155. 
396
 “Biharul-ənvar”, 78- 208. 
397
 “Kənzul-əmmal”, 43 639. 
398
 Mişkatul-ənvar”, 55. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə