Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə79/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   73   74   75   76   77   78   79   80   81

 
320 
nəzərin  azalsın?  Yoxsa  küləklər  itaətdən  çıxıb, 
xəzinələrin tükənib? Bəlkə günahkar bəndələrə qəzəbin 
artıb?  Bağışlayan,  rəhm  edən  Sən  deyilsənmi?!”  Bürx 
yalnız yağış başlayandan sonra yerindən tərpəndi.
444
  
İMAM SƏCCADIN (Ə) QULUNUN DUASI 
Əbdülməlik  Mərvan  Mədinəyə  nümayəndə  göndərib 
rəbbani  alim  Səid  ibn  Müsəyyibin  qızına  elçi  düşdü. 
Alim gələndə bildirdi ki, mənim padşaha veriləsi qızım 
yoxdur.  
Bir az keçmiş cənab Səid qızını həyat yoldaşını itirmiş 
və dünya malından cəmi iki dirhəmi olan tələbəsinə ərə 
verir.  
Həmin  tələbə  deyir:  “Bu  böyük  insan  qırx  il  idi  ki, 
kimsənin  evinə  getməmişdi.  Amma  bir  gün  qapımı 
döyüb  qızını  mənə  təhvil  verdi.  Qızdan  soruşdum  ki, 
cehizin  nədir?  Cavab  verdi  ki,  Quranı  əzbər  bilirəm. 
Soruşdum  ki,  mehriyyən  nə  olsun?  Dedi:  “Bir  hədis 
bəsdir.” Bir hədis oxudum: “Qadının cihadı ərinə yaxşı 
baxmaqdır.” 
Mərhum  alim  Səid  deyir:  “Bir  vaxt  Mədinə  quraqlıq 
oldu.  Camaat  yağış  üçün  namaza  dursa  da,  onlarda 
belə bir ləyaqət görmürdüm. Amma bir qara qul üzünü 
torpağa qoyub, o qədər ağladı ki, yetərincə yağış yağdı. 
Onun  ardınca  düşüb  kimliyini  bilmək  istədim.  İmam 
Səccadın  (ə)  evinə  daxil  oldu.  Mən  də  evə  daxil  olub 
İmamla  (ə)  salamlaşdım  və  həmin  qulu  görmək 
istədim.  İmam  (ə)  qulu  çağırıb  ona  bildirdi  ki,  səni 
Səidə bağışladım. Qul ağlamağa başladı və yalvardı ki, 
                                                 
444
 “Ənisül-ləyl”, 453. 


 
321 
onu  İmamdan  (ə)  ayırmayım.  Mən  sağollaşıb  getdim. 
Bir  az  keçmiş  İmam  Səccad  (ə)  adam  göndərib  məni 
həmin  qulun  dəfninə  dəvət  etdi.  Sonradan  bildim  ki, 
mən  gedəndən  sonra  səcdəyə  düşüb  Allahdan  görüş 
istəyib!” 
 
Ey könül qüssəsi, qüssə dəvası,  
Ey sevgili canan, canın səfası. 
Dərd aşdı həddini, göndər məlhəmin,  
Bu dərdin dəvası əlində sənin.  
Bircə Sənsən salan bu qulu yada,  
İllərdir bu könül bələnib oda.  
Yanıram eşqində başdan ayağa, 
Möhtacam lütfünə o nur dayağa. 
Gizləyə bilmirəm bu dərdi inan,  
Göz yaşımı görən dağ da pərişan. 
 
HƏZRƏT İMAM HÜSEYN (Ə) DUASI 
İbn  Şəhr  Aşub  “Mənaqib”  kitabında  Şeyx  Tusinin 
“Təhzib” kitabından belə bir əhvalat nəql edir:  
«Bir qadın Allah evinin təvafına, yəni Kəbənin başına 
dolanmaqla məşğul idi. Onunla yanaşı bir kişi də təvaf 
edirdi.  Kişi  pis  niyyətlə  qadına  əl  vurdu  və  birdən  əli 
onun  bədəninə  yapaşdı.  Kəbə  məmurları  onu  tutub 
fəqihin  yanına  gətirdilər.  Fəqih  qərar  çıxardı  ki,  onları 
ayırmaq üçün kişinin əli kəsilsin. Bu  işdən xəbər tutan 
Həzrət  İmam  Hüseyn  (ə)  dua  etdi  və  kişinin  əli 
qadından ayrıldı.»  


 
322 
MƏHBUSUN GECƏ YARI DUASI 
Abdullah  ibn  Tahir  hökuməti  zamanı  karvan  yolları 
çox 
qorxulu 
idi. 
Xəlifənin 
yollarda 
qoyduğu 
nəzarətçilərin  bir  dəfə  tutduqları  on  quldurdan  biri 
gecə  yarı  qaçır.  Xəlifənin  qəzəbindən  qorxan  zindan 
rəisi  günahsız  bir  həllacı  (pambıq  təmizləyən)  tutub 
quldurlara qoşur ki, say düz olsun.  
Bir  gecə  məmurlar  zindana  gəlib  iki  nəfəri  dar 
ağacından  asmaq  üçün  aparırlar.  Həllac  öz-özünə 
deyir: “Ailəm elə bilir ki, mən hardasa ruzi qazanıram. 
Halbuki, bir zalım məni oğrularla birgə zindana salıb.” 
Sonra həllac iki rəkət namaz qılıb duaya başlayır. 
Abdullah ibn Tahir yuxu görüb dörd dəfə çarpayıdan 
yerə yıxılır. Qalxıb dəstəmaz alır, iki rəkət namaz qılıb 
yenidən yatır. Bu dəfə yuxuda görür ki, dörd qara ilan 
ona hücum edir. Oyanıb xidmətçiləri  çağırır. Əmr edir 
ki,  ətrafda  nalə  çəkərək  Allaha  üz  tutmuş  məzlumu 
tapsınlar. Xidmətçilər çox yeri gəzib, nəhayət, zindanda 
Həllacı  dua  edən  halda  tapırlar.  Onu  əmirin  yanına 
gətirirlər. Məsələ aydınlaşandan sonra əmir Həllaca on 
min  dinar  verib  deyir:  “Məni  halal  et,  bu  hədiyyəni 
qəbul et, nə vaxt ehtiyacın olsa mənə de.” Həllac deyir: 
“İki  istəyini  qəbul  edirəm.  Amma  üçüncü  istəyin 
məqbul  deyil.  Çünki  məni  sənin  zülmündən  qurtaran 
kəsi qoyub sənə üz tuta bilmərəm.”  
Rəvayət  olunur  ki,  Həzrət  Peyğəmbər  (s)  ölüm 
ayağında  olan  bir  şəxsdən  soruşdu:  “Halın  necədir?” 
Şəxs  dedi:  “Günahlarımdan  qorxuram,  Allahın 
rəhmətinə  ümid  edirəm.”  Həzrət  (s)  buyurdu:  “Allah 
bir  insanı  qorxduğundan  amanda  saxlayıb  ümid 


 
323 
etdiyini  əta  etməsə  bu  iki  məna  onun  qəlbində  cəm 
olmaz.”  
Pərvərdigara!  Arzularım  yersiz,  ümidlərim  dəlilsiz 
deyil. 
Günahlarıma 
görə 
qorxsam 
da, 
bütün 
vücudumla  Sənə  ümidvaram.  “Kumeyl”  duası  ilə 
hüzuruna  gəlişim  Sənin  mərhəmətin  sayəsində 
mümkün  olub.  Mən  əminəm  ki,  Sənin  dərgahından 
kimsə  əliboş  qayıtmaz.  Sən  Hürr  ibn  Yəzidi,  Fironun 
arvadı  Asyanı,  Fuzeyl  Əyyazı  və  minlərlə  başqalarını 
öz mərhəmətinə qərq edən Allahsan! 
RƏHMƏT YAĞIŞI 
İmam Sadiq (ə)  buyurur: “Kufə əhli Həzrət Əli (ə)-ın 
yanına gəlib quraqlıqdan şikayətləndilər  və  Həzrətdən 
yağış üçün dua istədilər. Həzrət (ə) İmam Hüseynə (ə) 
buyurdu:  “Allahdan  yağış  istə.”  İmam  Hüseyn  (ə) 
Allaha  həmd-səna  oxuyub  Peyğəmbərə  (s)  salavat 
göndərdi və belə dua etdi: “Ey xeyir-bərəkət göndərən, 
bizə  əzəmətinlə  ölü  torpaqları  dirildən,  firavan, 
bəndələrini zəiflikdən qurtaran yağış göndər. Amin ya 
Rəbbəl-Aləmin.” Dua bitən kimi yağış başladı.”
445
  
ÜMİD 
Dağ  ətəyindən  keçən  bir  cavanın  quşa  atdığı  ox 
yaxınlıqdakı  bağ  sahibinin  oğlunun  sinəsinə  sancılıb 
onu  öldürdü.  Bu  hadisəyə  görə  bir  çox  günahsız 
adamlar  həbs  edildi.  Bu  işdən  narahat  olan  cavan, 
oğlunu itirmiş atanın yanına gəlib qatil olduğunu etiraf 
etdi.  Ata  soruşdu  ki,  səni  bu  etirafa  nə  vadar  etdi? 
                                                 
445
 “Biharul-ənvar”, 44-187. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə