Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə76/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   73   74   75   76   77   78   79   80   81

 
308 
onu  faydasız  şeylərdən  hifz  edən  sükut,  göz  yaşını 
artıran  qorxu,  xəlvətdə  Məndən  çəkindirən  həya, 
zərurət 
qədərində 
yemək, 
Mənim 
dünya 
ilə 
düşmənliyimə  xatir  dünya  ilə  düşmənçilik,  Mən 
sevdiyim üçün yaxşıları sevmək.”
424
  
Rəvayətə  görə  Allah-Taala  bəzi  səmavi  kitablarda 
buyurmuşdur:  “Ey  Adəm  övladı,  mən  ölüm  bilməyən 
diriyəm. Sən əmrlərimə itaət et ki, səni də ölməyən diri 
qərar verim.”  
Ey  Adəm  övladı!  Mənim  “ol”  dediyim  şey  dərhal 
olur. Mənə bəndəlik et ki, səni də belə qərar verim, “ol” 
dediyin şey dərhal olsun.”
425
  
Rəvayətlərdə ən üstün ibadətlərdən bəziləri sadalanır: 
“Allaha  mərifət,  təvazö’,  Onun  qüdrəti  haqqında 
düşüncə  “la  ilahə  illəllah”  və  “la  həvla  və  la  qüvvətə 
illa  billah”  demək,  ixlas,  möminin  haqqını  ödəmək, 
sükut,  həcc,  oruc,  dua,  haramdan  çəkinmək,  gizli 
ibadət, mehriban danışıq, Əhli-beytə sevgi və itaət.” 
XALQA XİDMƏT 
Qüdsi  hədislərdə  möminə  ehtiram  Allaha  ehtiram, 
möminə  hörmətsizlik  Allaha  hörmətsizlik  hesab 
olunur.  İslam  Peyğəmbəri  (s)  Cəbrailin  (ə)  nəqlinə 
əsasən,  Allahın  belə  buyurduğunu  bildirir:  “Mənim 
dostuma  pislik  edən  şəxs  açıq-aşkar  Mənimlə  döyüşə 
qalxmışdır.”
426
  
                                                 
424
 “Müstədrəkül-vəsail”, 9- 19. 
425
 “Müstədrəkül-vəsail”, 11-258. 
426
 “Biharul-ənvar”, 67-16. 


 
309 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Mömin  qardaşının 
bir istəyini yerinə yetirən şəxs sanki ömür boyu Allaha 
bəndəliketmişdir.”
427
  
İmam Sadiq (ə) buyurur: “Hər kəs mömin qardaşının 
bir  istəyini  yerinə  yetirsə  Allah-Taala  Qiyamət  günü 
həmin  şəxsin  yüz  min  istəyini  yerinə  yetirər  ki,  bu 
istəklərin  birincisi  Behiştdir.”
428
   “Elə  ki,  bir  bəndə  öz 
mömin qardaşının hacətini yerinə yetirmək üçün ayağa 
qalxdı,  Allah  onun  üçün  bir  sağ,  bir  soldan  iki  mələk 
göndərər. Bu iki mələk bəndə üçün bağışlanma diləyər 
və onun istəklərinin qəbul olması üçün dua edərlər.”
429
  
İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Peyğəmbərdən  (s) 
soruşdular ki, Allah yanında ən məhbub əməl hansıdır? 
“Allah 
yanında 
ən 
məhbub 
əməl 
müsəlmanı 
sevindirməkdir”-deyə  Həzrət  buyurdu.  Soruşdular  ki, 
müsəlmanı necə sevindirmək olar? Həzrət (s) buyurdu: 
“Acı  doyurmaq,  qüssəsini  aradan  aparmaq,  borcunu 
ödəmək.”
430
  
İmam  Sadiq  Allah-Taalanın  belə  buyurduğunu  nəql 
edir:  
“İnsanlar Mənim ailəm, süfrəmdən yeyənlərdir. Mənə 
onların  ən  əzizi,  onlara  mehriban  olanlar  və  onların 
istəklərini yerinə yetirmək üçün çalışanlardır.”
431
  
Həzrət  Əli  (ə)  Allaha  xidmət  üçün  güc  istədikdən 
sonra bu xidmət üçün qəlb möhkəmliyi tələb edir.  
                                                 
427
 “Əmaliye-Tusi”, 481. 
428
 “Kafi”, 2-192. 
429
 “Vəsailuş-şiə”, 16-359. 
430
 “Mizanul-hikmət”, 2-952. 
431
 “Kafi”, 2-199. 


 
310 
YƏQİN 
Böyük  filosof,  “əl-Mizan”  təfsirinin  müəllifi  mərhum 
Əllamə Təbatəbai yəqinə belə tərif verir: “Yəqin heç bir 
səhv və şübhənin yol tapmadığı bilikdir.” 
Yəqin  üçün  üç  dərəcə  müəyyənləşdirilmişdir:  elmül-
yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə 
bir  misalla  aydınlaşdıraq.  Divar  başından  tüstünü 
görən  adamda  odun  varlığına  olan  əminlik  elmül-
yəqindir.  Odu  gözlə  görən  adamın  əminliyi  eynəl-
yəqin,  odda  yanan  adamın  əminliyi  isə  həqqül-
yəqindir.  
Həzrəti  Peyğəmbər  (s)  buyurur:  “Yəqin  əhlinin  altı 
xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və 
belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir 
və  onun  nəticələrindən  həzər  qılırlar;  ölümdən  sonra 
diriləcəklərinə  yəqinlikləri  var,  ona  görə  də  Qiyamət 
rüsvayçılığından  qorxurlar;  Behiştin  haqq  olduğuna 
inanır  və  ona  can  atırlar;  Cəhənnəmin  varlığına 
əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba 
əmin  olduqlarından  həmin  hesabdan  qabaq  özlərini 
hesaba çəkirlər.”
432
  
Yəqinin  bu  üç  dərəcəsinə  Quran  ayələri  və  Əhli-beyt 
rəvayətləri  vasitəsi  ilə  çatmaq  olar.  Bu  iki  mənbə 
vasitəsi  ilə  yəqinə  çatmayan  kəs  heç  nəyin  vasitəsi  ilə 
yəqinə çata bilməz.  
Quran  vasitəsi  ilə  yəqinə  belə  çatmaq  olar:  əvvəlcə 
ayələrə  diqqət  etməklə  onların  həqiqətən  ilahi  vəhy 
olmasına  əmin  olmaq.  “Bəqərə”  surəsinin  23-cü 
                                                 
432
 “Tuhəful-uqul”, 20. 


 
311 
ayəsində  buyurulur:  “Əgər  şəkkiniz  varsa,  siz  də  ona 
bənzər bir ayə gətirin.” “İsra” surəsinin 88-ci ayəsində 
oxuyuruq:  “De  ki,  əgər  insanlar  və  cinlər  bir  yerə 
yığışıb  Qurana  bənzər  bir  şey  gətirmək  üçün  bir-
birinə  kömək  etsələr,  yenə  də  ona  bənzərini  gətirə 
bilməzlər.” 
Bu  iki  ayəyə  yetərincə  diqqət  etdikdə  insan  Quranın 
Allah  vəhyi  olduğuna  əmin  olur.  Əhli-beyt  (ə)  maarifi 
Quranın izahı, təfsiridir. Eyni yolla bu maarifə yəqinlik 
tapıb, yəqin əhli zümrəsinə daxil olmaq mümkündür.  
 
Allahummə    mən  əradəni  bisuin    əridhu,   
mən  kadəni  fəkidhu,  vəcəlni  min  əhsəni  əbidikə 
nəsibən  indəkə    əqrəbihim  mənzilətən  minkə   
əxəssihim  zulfətən  lədəykə  fəinnəhu  la  yunalu  zalikə 
illa  bifəzlikə  və  cudli  bicudikə  vətif  ələyyə  biməcdikə 
vəhfəzni birəhmətikə” 
 
(“Pərvərdigara,  mənim  barəmdə  pis  düşünən 
haqqında  Sən  düşün,  mənə  hiylə  qurana  Sən  özün 
cavab ver, məni Sənin yanında payı olan ən üstün, Sənə 
məqamca  ən  yaxın,  hüzuruna  yaxınlıqda  xüsusi  olan 
bəndələrindən  qərar  ver.  Şübhəsiz  ki,  bütün  bunlar 
yalnız Sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, Öz 
səxavətinlə məni bağışla, Öz böyüklüyünlə mənə nəzər 
sal, Öz rəhmətinlə məni hifz et.”) 
 
İnsana pislik istəyən düşmənlər şeytan, nəfs həvəsi və 
ləyaqətsiz  yoldaşdır.  Onlar  hər  biri  insanla  hiylə  ilə 
rəftar  edir.  Bu  düşmənlər  o  qədər  qüdrətlidirlər  ki, 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə